Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

119 

 

 



12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika Günü, (1961) 

 

Bu bayram əvvəllər ancaq Rusiyada 



keçirilirdi.    Amma  artıq  belə  deyil.  Belə 

ki,  BMT-nin  Baş  Assambleyasının  65-ci 

sessiyasında  yekdilliklə  qəbul  edilən 

qətnaməyə  əsasən,  12  Aprel  Beynəxalq 

Kosmosa  Uçuş  Günü  (Space  Probe  Day) 

kimi bütün dünyada qeyd olunur.  

  

1961-ci  il  aprelin  12-də,  SSRI 



vətəndaşı  Yuri  Qaqarin  ―Vostok‖  kosmik 

gəmisində  Yer  kürəsinin  ətrafında  orbital 

uçuş  həyata  keçirərək,  kosmik  uçuş  dövrünün  əsasını  qoydu.  Cəmi  108  dəqiqə 

davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı oldu. 

Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRI arasında strateji yarış şəklini 

alsa  da,  sonralar  bu  əməkdaşlığa  çevrildi.  SSRI  dağıldıqdan  sonra  bunu  Rusiya 

davam etdirir. Ancaq ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər 

ilk  addımlar  SSRİ  tərəfindən  atılıb.  Bu  günə  qədər  kosmosa  təqribən  517  insan 

uçub, onlardan 55-i qadındır. Təəssüf ki, indiyədək 22 kosmonavt müxtəlif şəraitdə 

həyatını  itirib.  Vətəndaşları  kosmosa  uçuş  keçirən  ölkələr  SSRI,  Rusiya,  ABŞ, 

Çexoslovakiya,  Polşa,  Almaniya  Demokratik  Respublikası,  Bolqarıstan, 

Macarıstan, Vyetnam, Kuba, Monqolustan, Rumıniya, Fransa, Almaniya Federativ 

Respublikası,  Hindistan,  Kanada,  Səudiyyə  Ərəbistanı,  Niderland,  Meksika, 

Suriya,  Əfqanıstan,  Yaponiya,  Böyük  Britaniya,  Avstriya,  Qazaxıstan,  Belçika, 

İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika Respublikası, İzrail, 

Çin, Braziliya, Isveç,  Malayziya və Koreya Respublikasıdır. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


120 

 

13 Aprel - Ümumdünya Rok-N-Roll Günü, (1954) 



 

 

 

 

Əslində  bayramın  qeyd  olunmasına  səbəb  olan  tarixi  hadisə  aprelin  12-də 

baş vermişdir. Belə ki, 1954-cü il aprelin 12-də Bill Xeyli adlı musiqiçi bu sahədə 

yeni istiqamətin başlanğıcını qoyan ―Rock Around The Clock‖ sinqlini yazmışdır. 

Bu musiqi cəmiyyətə və ənənlərə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşmış və 

bütün  ölkələrə  və  qitələrə  yayılmışdır.  Musiqidə  bu  istiqamətin  yaradıcılarından 

biri  də  əfsanəvi  Elvis  Presli  olmuşdur.  Onun  geyim  üslubu,  hərəkətləri  və 

davranışları  onu  yeniyetmə  və  gənclərin  kumirinə  çevirmişdir.  1960-cı  illərin 

əvvəllərində  rok-n-rollun  yeni  üslubu  –  pop-rok  meydana  gəlmişdir.  Onun  əsas 

nümyəndələri  ―Bitlz‖  qrpunun  üzvləri,  Liverpullu  dördlük  olmuşdur.  Ötən  illərin 

geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




121 

 

15 Aprel - Ümumdünya Mədəniyyət Günü, (1935) 

 

 

 



  

Mədəniyyət  dünyasının  bütün  sferalarının  əhəmiyyətini  bir  daha  qeyd 

etmək  üçün  xüsusi  bayram  - Beynəlxalq  Mədəniyyət  Günü  (International Day 

of  Culture)  təsis  edilmişdir.  Hər  il  dünyanın  bir  çox  ölkələrində  15  Aprel 

Beynəlxalq  Mədəniyyət  Günü  kimi  qeyd  olunur.  Bu  bayram  1935-ci  il  aprelin 

15-də  beynəlxalq  hüquq  təcrübəsində  Rerix Paktı kimi tanınan, ―İncəsənət  və 

elm  müəssisələrinin    və    tarixi    abidələrin  qorunması  haqqında‖  beynəlxalq 

müqavilənin  qəbul  olunmasının  şərəfinə  təsis  edilmişdir.  

Bu Paktın imzalandığı  günün  Beynəlxalq  Mədəniyyət  Günü  kimi  qeyd  

olunması təşəbbüsü  ilə 1998-ci  ildə  Rerix  Beynəlxalq  Mərkəzi  tərəfindən  təsis  

olunan Beynəlxalq  Mədəniyyətin  Qorunması  Liqası  çıxış  etmişdir.  Bu ictimai 

təşkilatın fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunması 

və  artırılmasına  yönəlmişdir.  2008-ci  ildə  Rusiya,  İtaliya,  İspaniya,  Argentina, 

Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilalarının təşəbbüsü ilə 15 aprelin 

Ümumdünya  Mədəniyyət  Günü  kimi  təsdiq  edilməsi  üçün  Beynəlxalq  hərəkat 

yaradılmışdır. Hal-hazırda bu bayram dünyanın müxtəlif ölkələrində qeyd olunur. 

 

İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 




122 

 

 



17 Aprel - Ümumdünya Hemofiliya Günü, (1964) 

 

 



Dünyanın 

102  ölkəsində  aprelin  17-si 

Ümumdünya  Hemofiliya  Günü  kimi  qeyd  olunur. 

Təbabətdə  bu  xəstəliyə  kral  xəstəliyi  deyirlər.  Belə 

ki,  Fransada  kral  Lüdoviklər  nəslində  əsasən  oğlan 

uşaqları bu xəstəlikdən əziyyət çəkmişlər. Bu gün isə 

qan  çatışmazlığı  dünyada  bir  problem  kimi  yaşanan 

hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuşdur. 

İrsi  qan  xəstəliyi  olan  hemofiliya  dünyanın  bir  çox 

ölkələrində əsasən Asiya və Afrika qitəsində,  Aralıq 

dənizi  hövzəsində  daha  çox  yayılmışdır.  Xəstəliyin 

əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nigahı, radiasiyalı ətraf mühit, 

qida və tütün məmulatlarının təsirini göstərirlər. İndi dünyada 400 min hemofiliyalı 

xəstə  var.  Azərbaycanda  Səhiyyə  Nazirliyinin  qeydiyyatında  minə  qədər 

talassemiyalı və hemofiliyalı irsi qan xəstəsi var. Əhalinin hər 12 nəfərindən biri 

talassemiyanın əlamətlərini özündə daşıyır. Hər il talassemiya xəstəsi olan təqribən 

200  uşaq  dünyaya  gəlir,  bu,  kiçik  bir  ölkə  üçün  böyük  göstəricidir.  2005-ci  ildə 

Prezident İlham Əliyev tərəfindən ―Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə 

düçar  olmuş  şəxslərə  dövlət  qayğısı‖  haqqında  fərman  imzalanmışdır.  Bununla 

əlaqədar 2006-cı ilin yanvarında Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı 

―Hemofiliyalı və talassemiya  irsi qan xəstəlikləri  üzrə  Dövlət Proqramı‖nı təsdiq 

etmişdir. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb 

etmək və onların həyat tərzlərinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına 

dəstək  olmaqdır.  Proqramda  hemofiliya  və  talassemiyanın  fəsadlarından  əmələ 

gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili 

və  belə  xəstə  uşaqların  doğulmasının  qarşısının  alınması  sisteminin  yaradılması 

əsas  yer  almışdır.  Nəzərdə  tutulan  digər  tədbirlər  hemofiliya  və  talassemiyalı 

xəstələrə  göstərilən  tibbi  xidmət  strukturunun  təkmilləşdirilməsi,  bu  xəstəliyə 

düçar olan şəxslərin qeydiyyatının aparılması, xəstələrin müalicəsi və profilaktikası 

üzrə  tibb  mütəxəssislərinin  hazırlanması,  onların  ixtisaslarının  artırılmasıdır. 

Dövlət  proqramı  çərçivəsində  xəstələrin  dərman  preparatları  ilə  pulsuz  təmin 

olunması nəzərdə tutulmuşdur. H.Əliyev Fondu, fondun prezidenti, YUNESKO və 

İSESKO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  Əliyevanın  talassemiyalı 

uşaqlara  diqqət  və  qayğısı  isə  həmin  insanlar  üçün  böyük  mənəvi  dəstəyə 

çevrilmişdir.  Fond  2005-ci  ildən  ―Talassemiyasız  həyat  naminə‖  layihəsi 

çərçivəsində  bir  sıra  mühüm  işlər  görüb  və  görməkdədir.  Fond  tərəfindən 

talassemiyalı  xəstələr  üçün  paytaxtda  beş  mərtəbəli  Talassemiya  Mərkəzi 

istifadəyə verilmişdir. 

 

İnternetdə: 

www.books.google.com 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə