Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə43/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

123 

 

18 Aprel -  Tarixi Abidələrin Mühafizəsi Günü, (1983) 



 



Biz öz milli mənəvi dəyərlərimizlə, dini 

dəyərlərimizlə, adət ənənələrimizlə fəxr 

etməliyik. Əgər hansısa dağ kəndində tarixi 

abidə varsa, ona sadəcə qədim tikili kimi yox, 

milli sərvət kimi yanaşmalıyıq.”

                                                                                                                                                                                      

                           Ümummilli  lider  Heydər Əliyev 

Bu  gün  YUNESKO-nun  abidələrin  və  diqqətəlayiq  yerlərin  mühafizəsi 

məsələləri  üzrə  Beynəlxalq  Şurasının  1983-cü  ildə  qəbul  edilmiş  qərarı  əsasında 

qeyd  olunur.  Məqsəd  dünya  ictimaiyyətinin  diqqətini  maddi-mədəniyyət 

abidələrinin  qorunmasına  yönəltməkdir.  Tarixi  abidələr  -  məqbərələr,  saraylar, 

məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. 

tarixi  keçmişimizin  maddi  yadigarlarıdır.  Onlar  zamanın  sərt  sınaqlarına  sinə 

gərərək  bu  günümüzə  gəlib  çatmışlar.  Hər  bir  ölkənin  tarixinin  qədimliyi  onun 

maddi-mədəniyyət  yadigarlarının  çoxluğu  və  qədimliyi  ilə  ölçülür.  Bu  sahədə 

ölkəmizin  bəxti  gətirmişdir.  Qobustan,  Gəmiqaya,  İstisu  qayaüstü  təsvirləri, 

Çıraqqala,  Oğlanqala,  Cavanşir,  Gülüstan,  Əlincə,  Buğurd,  Gələrsən-Görərsən 

kimi  qalalarımız,  Möminə  xatın,  Yusif  ibn  Küseyr,  Olcaytu  Xudabəndə 

məqbərələrimiz,  Göy  məscid,  Şah  Abbas  məscidi,  Gövhərağa  məscidi,  Cümə 

məscidi,  Təzəpir  məscidi  kimi  dini  ibadətgahlarımız,  Həşt  behişt,  Şirvanşahlar, 

İrəvan  sərdar  sarayı,  Şəki  xan  sarayı  kimi  nadir  memarlıq  abidələrimiz  bu 

qəbildəndirlər.  Hazırda  işğal  altında  olan  dünya  əhəmiyyətli  mədəni-tarixi 

abidələrimiz  -  Azıx  və  Tağlar  mağaraları  dünyanın  ən  qədim  insan  yaşayan 

məskənlərindəndir.  YUNESKO-nun  siyahısına  düşmüş  bu  mağaralardan  tapılmış 

maddi  mədəniyyət  nümunələri  hələ  1981-ci  ildə  Parisin  İnsan  muzeyində 

―Avropanın ilk sakinləri‖ adlı sərgidə nümayiş etdirilmişdi. Bir çox ölkələrdə tarixi 

abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Sovet hakimiyyəti illərində 

Azərbaycanda  tarixi  memarlıq  abidələrinə  dövlət  səviyyəsində  laqeyd  münasibət 

olmuşdur.  Bir  çox  nadir  memarlıq  abidələri  baxımsızlıq  və  tamah  üzündən 

sökülüb-dağıdılmış,  xeyli  memarlıq  abidələri,  maddi-mədəniyyət  nümunələri  isə 

erməni  saxtakarlığına  məruz  qalaraq  özgəninkiləşdirilmişdir.  Beynəlxalq  İnkişaf 

Assosiasiyası  ilə  Azərbaycan  hökuməti  arasında  imzalanmış  ―Mədəni  irsin 

qorunmasına  yardım  haqqında‖  sazişə  uyğun  olaraq,  Bakıda  Şirvanşahlar  saray-

kompleksində,  Naxçıvanda  Möminə  Xatın  və  Qarabağlar  türbələrində,  Şəki  Xan 

sarayında  bərpa  və  yenidənqurma  işləri  aparılmışdır.  2002-ci  ildə  respublikamız 

Abidələrin  Bərpası  və  Tədqiqi  Beynəlxalq  Mərkəzinə  üzv  qəbul  olunmuşdur. 

Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da 

daxil  olmaqla,  İçərişəhər  Dövlət  Tarixi-Memarlıq  Kompleksi  YUNESKO-nun 

―Dünya mədəniyyəti irsi‖ siyahısına daxil edilmişdir.

  

İnternetdə: 

www.books.google.com 

 



124 

 

22 Aprel -  Ümumdünya Yer Kürəsi Günü, (1970) 



                                                                                                                                          

Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. 

 

 

 



     

Ümumdünya Yer Kürəsi Gününün və ya ―Ağac Günü‖nün tarixi XIX əsrin 

70-ci  illərinə  təsadüf  edir.  ABŞ-da  senator  Heylord  Nelsanın  təşəbbüsü  ilə 

keçirilən  bu  bayramda  məqsəd  insanların  diqqətini  ətraf  mühitin  çirkləndirilməsi 

və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. 

 Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona 

yaxın  amerikalı  müxtəlif  tədbirlərdə  iştirak  edərək  hökuməti  ekoloji  problemləri 

həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii 

ehtiyatların  qorunmasına  və  sənaye  istehsalı  üzərində  ekoloji  nəzarətə 

istiqamətlənib.  Məhz  XX  əsrin  70-ci  illərindən  etibarən  şirkətlər  ətraf  aləmin 

mühafizəsinə  nə  qədər  vəsait  ayırmaları  barədə  rəsmi  məlumat  verməyə 

başlayıblar.  

  

Son  illər  Ümumdünya  Yer  Kürəsi  Günü  ilə  bağlı  müxtəlif  layihələr  və 



tədbirlər  həyata  keçirilir.  2003-cü  ildə  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə 

Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan 

Milli  Parkı,  Ağcabədi  və  Beyləqan  rayonlarını  əhatə  edən  Ağ  göl  Milli  Parkı 

yaradılmışdır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



125 

 

23 Aprel - Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü, (1995) 



   

 

1995-ci  ilin  bu  günündə  Parisdə  YUNESKO-nun  Baş 

konfransı  keçirilib.  Konfransda  nümayəndələr  həmin 

gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara 

alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz 

almağa,  eləcə  də  bəşəriyyətin  ictimai  və  mədəni 

inkişafında  böyük  rolu  olmuş  insanların  zəhmətinə 

hörmət  bəsləməyə  çağırıblar.  Elə  həmin  konfransda 

Ümumdünya  Kitab  və  Müəlliflik  Hüququ  Günü,  həmçinin  uşaq  və  yeniyetmə 

ədəbiyyatında  dözümlülük  ideallarının  təbliğinə  görə  YUNESKO  mükafatı  təsis 

edilib.  

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən 

başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması, 

başqa sözlə, ―Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna‖ yolu heç 

də  təsadüfi  deyil.  Məşhur  Volterin  kəlamı  ilə  desək,  ―onlar  ocaqlarımızdakı  oda 

bənzəyir:  onu  qonşudan  götürüb,  özümüzdə  yandırıb,  digərlərinə  veririk  və 

beləliklə, onlar hamıya məxsusdur.‖  

 Azərbaycan  müasir  müəllif-hüquq  sisteminə  malikdir.  Ümumdünya  Kitab 

və Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab 

və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, 

davamlı  iqtisadi  inkişafda  və  informasiya  cəmiyyətinin  formalaşmasında  rolunu 

diqqətə  çatdırmaq,  yaradıcı  şəxslərə  öz  hörmət  və  ehtiramlarımızı  bildirmək  və 

mədəni  ənənələrimizin  qorunub  saxlanmasının  vacib  olduğunu  bir  daha 

təsdiqləməkdir. 

 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə