Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Aprel - Ümumdünya İngilis dili Günü, (2010)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə44/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   40   41   42   43   44   45   46   47   ...   148

126 

 

23 Aprel - Ümumdünya İngilis dili Günü, (2010) 



 

 

 



 

 

 



 

 

Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Belə 



təkliflə  təşkilatın  ictimaiyyətlə  əlaqələr  departamenti  çıxış  etmişdir.  Bayramın 

məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. Birləşmiş Millətlər 

Təşkilatı təqvimdə altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. İngilis Dili 

Gününün  qeyd  edilməsi  böyük  ingilis  şairi,  yazıçısı,  dünyanın  ən  məşhur 

dramaturqu  Vilyam  Şekspirin  anadan  olduğu  günlə  bağlıdır.  Bu  gün  ingilis  dili 

―dünya  dili‖  hesab  olunur,  bu  duildə  dünyanın  onlarla  ölkəsində  bir  milyarddan 

çox insan danışır. Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, 

Malta,  Avstraliya,  Yeni  Zelandiya  sakinlərinin  dilidir.  İngilis  dili  Asiya  və 

Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


127 

 

24 Aprel - Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957) 

 

 

 



  

Ümumdünya  Demokratik  Gənclər  Federasiyasının  qərarı  ilə  1957-ci  ildən 

hər  il  aprelin  24-də  Beynəlxalq  Gənclərin  Həmrəylik  Günü  (International  Day  of 

Youth  Solidarity)  qeyd  olunur.  Bu  günün  qeyd  olunması  dövlət  orqanlarının, 

ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə 

yönəltməyə  xidmət  edir.  Eyni  zamanda  bu  bayrama  gənclər  birliklərinin,  ictimai 

təşkilatların,  geniş  əhali  kütlələrinin,  öz  uşaqlarının  və  nəvələrinin  gələcəyinə 

laqeyd  olmayan  insanların  səylərinin  birləşdirilməsi  cəmiyyətin  gənclərin 

hüquqlarına  əməl  edilməsinə  nəzarət  etməsinə,  cəmiyyətin  iqtisadi,  sosial,  elmi-

texniki  və  mənəvi  problemlərinin  reallaşdırılmasında  gənclərin  mütəşəkkilliyinin 

və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq 

qaydalarının qorunmasına yardım edir.  

  

1955-ci  ildə  gənclərin  həmrəylik  gününün  hansı  günə  təyin  olunması  ilə 



bağlı  Asiya  və  Afrika  ölkələrinin  Bandunq  konfransında  yekun  iclas  keçirilib. 

Beləliklə,  Gənclərin  Beynəlxalq  Həmrəylik  Günü  ilk  dəfə  1957-ci  ildə 

müstəmləkəçilik  əleyhinə  mübarizədə,  sülh  şəraitində  yanaşı  yaşama  uğrunda 

Gənclərin  Beynəlxalq  Həmrəylik  Günü  kimi  qeyd  olunub.  Sözügedən  tarixdə 

gənclər  üçün  konfranslar,  konsertlər  və  bayram  tədbirləri  təşkil  olunur.  Lakin 

Sovet  İttifaqı  dağıldıqdan  sonra  beynəlxalq  gün  öz  əsas  sponsorunu  itirdiyi  üçün 

arabir qeyd edilir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 




128 

 

29 Aprel - Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962) 

 

 

 



 

 

 



 

 

 



 

 

Bu  gün  1962-ci  ildə  Beynəlxalq  Qardaşlaşmış  Şəhərlər  Federasiyası 



tərəfindən təsis olunub və aprel ayının axırıncı  bazar günü qeyd olunur. 

Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası beynəlxalq qeyri-hökumət 

təşkilatı  olub,  1957-ci  il  aprelin  29-də  Parisdə  yaradılmışdır.  Bu  təşkilatın  əsası 

Eks-le-Bendə  (Fransa)  qardaşlaşmış  şəhərlərin  nümayəndələri  tərəfindən  

qoyulmuşdur.  O,  1970-ci  ildə  Avropa,  Asiya,  Afrika  və  Amerikanın  50-dən  çox 

ölkəsinin  minə  qədər  şəhərini  birləşdirildi.  Hitlərə  qarşı  koalisiyanın  müttəfiq 

ölkələrinin şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında ilk saziş hələ 1942-

ci  ildə  müharibə  nəticəsində  tamamilə  dağılmış  SSRİ-nin  -  Stalinqrad  və 

İngiltərənin Koventri şəhərləri arasında imzalanmışdır. Beləliklə, hər il aprelin 29-

da,  aprel  ayının  sonuncu  bazar  günü  dünyada,  ənənəvi  olaraq,  Ümumdünya 

Qardaşlaşmış Şəhərlər Günü keçirilir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



129 

 

29 Aprel - Beynəlxalq Rəqs Günü, (1982) 

 

29  aprel  peşəkar  və  ya  həvəskar  rəqslə 



məşğul  olan,  rəqsi  sevən  hər  kəsin  bayramıdır. 

Beynəlxalq  Rəqs  Günü  1982-ci  ildən  bəri 

YUNESKO-nun qərarı ilə qeyd olunur. Bu tarix 

Fransız  baletmeysteri  Jan  Jorj  Noverin  doğum 

gününə, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj 

Nover müasir baletin nəzəriyyəçisi hesab olunur. 

Dünyanın  əksər  ölkələrində  olduğu  kimi, 

Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu tarixdən hər il qeyd olunur. 

Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan 

rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il əvvəl 

Azərbaycan  ərazisində  rəqslər  insanların  həyatında  müəyyən  yer  tutmuşdur.  Bu 

baxımdan Qobustan qayaüstü təsvirləri arasında ―Yallı‖ oynayan insanların təsviri 

xüsusilə  maraq  doğurur.  Bu  təsvirlər  Azərbaycan  xalqının  qədim  dövrdən  rəqsə 

olan  marağından  xəbər  verir.  Bir-birindən  maraqlı,  məzmunlu  xalq  rəqslərimiz 

nəinki Vətəndə, dünyanın böyük konsert salonlarında da sevilir. Onların simasında 

Azərbaycan  milli  xoreoqrafiya  sənəti  inkişaf  yolunu  tapmışdır.  İncəsənətin 

ayrılmaz  hissəsi  olan  milli  rəqslərimiz  gözəlliyi,  bədiiliyi  və  zərifliyi  ilə  seçilir. 

Folklor,  qədim  xalq  oyunları,  rəqs  havaları  milli  incəsənətimizin  qızıl  fonduna 

həmişəlik  daxil  olmuşdur.  ―Tərəkəmə‖,  ―Naz  eləmə‖,  ―Turacı‖,  ―Uzundərə‖, 

―Qoçəli‖,  ―Heyvagülü‖,  ―Vağzalı‖  xalq  rəqslərinə  tamaşa  etmək  kifayətdir  ki, 

xalqımızın  zəngin  musiqiyə,  köklü  adət-ənənəyə  bağlı  oldu  ğunu  duyasan. 

Filmlərimizdə  də  rəqslərdən  elementlərə  rast  gəlmək  olar  ki,  bu  da  milli  rəqs 

sənətinin inkişafı və təbliğində mühüm rol oynayır. 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə