Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Aprel - Beynəlxalq Caz Günü, (2011)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə45/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   41   42   43   44   45   46   47   48   ...   148

130 

 

30 Aprel - Beynəlxalq Caz Günü, (2011)  

 

 

 



 

Birinci Beynəlxalq Caz Günü (International Jazz Day) ilk dəfə 2012-ci ildə 

keçirilib.  Yeni bayramın  təqvimə  daxil  edilməsi  və onun  30 aprel  tarixində qeyd 

olunmasını  YUNESKO-nun  Baş  konfransı  2011-ci  ilin  noyabrında  elan  etmişdir. 

Bu  bayramın  əsas  məqsədi  kimi  onun  təsisçiləri  ―caz  haqqında,  sülh,  birlik, 

insanlar  arasında  dialoq  və  əlaqələrin  genişlənməsinə  yardım  edən  qüvvə  kimi 

beynəlxalq  ictimaiyyətin  məlumatlılıq  dərəcəsinin  artırılması‖nı  nəzərdə 

tutmuşdur.  Caz  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Amerikada  Afrika  və 

Avropa  mədəniyyətlərinin  sintezi  kimi  meydana  gəlsə  də,  musiqi  aləmində  irqi 

ayrı-seçkiliyin  aradan  qalxmasında  böyük  rol  oynamışdır.  Hal-hazırda  bir  çox 

ictimai  təşkilatlar,  təhsil  müəssisələri  və  ayrı-ayrı  şəxslər,  o  cümlədən  dövlət 

orqanları cazın inkişafına yardım edirlər.  

Caz  millətləri  birləşdirən  və  insanlar  və  dövlətlər  arasında  sərhədləri  aşan  unikal 

musiqi sənətidir.  

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


131 

 

Bu tarixi unutmayaq 

 

3-4 Aprel - Kəlbəçər rayonunun işğalı günü, (1993

 

 



 

 

 

 

 

 



 

 

 



 

 Kəlbəcər  şəhəri  1993-cü  il  aprel  ayının  2-də  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən işğal olunub.

 

Rayon mərkəzi olan



 

Kəlbəcər şəhəri respublikanın paytaxtı 

Bakıdan 458 km aralı, Tərtər çayı dərəsindədir.  

Kəlbəcər  rayonunun ərazisi  1936  kv.km,  əhalisinin  sayı  işğala  kimi  53.962  nəfər 

idi. Rayonun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları 

vardır.  1998-ci  ildən  başlayan  elan  olunmamış  müharibədə  Kəlbəcər  əhalisi 

qeyrətlə  vuruşaraq  təpədən  dırnağacan  silahlanmış  və  havadarlarına  arxalanan 

erməniləri torpaqlarına yaxın qoymadılar. Lakin 1992-ci ilin aprelin 8-də Ağdaban 

kəndi  ermənilərin  amansız  hücumlarına  dözə  bilməyib,  işğal  olundu.  Düşmən 

Təkəqaya,  Zağalar,  Çıraq  kəndlərinə  də  soxulub  evləri  və  dinc  əhalini  diri-diri 

yandırdılar.  Ən  əhəmiyyətli  Keçiliqaya  yüksəkliyini  ələ  keçirdilər.  Aprelin  2-də 

Kəlbəcər artıq erməni quldurlarının əlinə keçdi. İşğal nəticəsində Kəlbəcərdə 511 

nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə  insan şikəst oldu.  

  

 İşğaldan  sonra  Kəlbəcər  şəhərindəki  məscid  Ermənistan  silahlı  qüvvələri 



tərəfindən  dağıdılıb,  900  kv.metr  sahəsi  və  geniş  kitabxanası  olan,  eksponatlarla 

zəngin  Kəlbəcər  tarix-diyarşünaslıq  muzeyinin  bütün  maddi  və  mənəvi  sərvəti 

ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.  

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 3205 saylı iclasda 822 saylı 

Qətnamə  qəbul  edib.  Qətnamədə  bütün  işğalçı  qüvvələrin  Kəlbəcər  və 

Azərbaycanın  digər  işğal  olunmuş  rayonlarından  dərhal  çıxarılması  tələb  olunur. 

Lakin indiyədək həmin qətnamədən irəli gələn tələblər yerinə yetirilməyib.  

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

 



132 

 

Yubilyar yazıçı və şairlər 



 

1 Aprel - Şair Ayaz Vəfalının anadan olmasının 80 illiyi, (1937) 

 

Ayaz  Vəfalı  (Cəfərov  Ayaz  Rza  oğlu)    Cəlilabad  rayonunun 



Sabirabad  kəndində  anadan  olmuşdur.  Burada  orta  məktəbi 

bitirdikdən  sonra   Azərbaycan  Dövlət  Universitetinin 

filologiya  fakültəsində   təhsil  almışdır  (1954-1959).  Əmək 

fəaliyyətinə   ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti redaksiyasında 

başlamışdır.  Burada  o,  texniki  katib,  ədəbi  işçi,  tənqid  və 

ədəbiyyatşünaslıq  şöbəsinin  müdiri,  baş  redaktorun  müavini 

olmuşdur (1960-1976).  

‖Ulduz‖  jurnalı redaksiyasında  ədəbi  işçi  vəzifəsində  işlədikdən  sonra 

(1976-1977),  yenidən  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti  redaksiyasında  tənqid  və 

ədəbiyyatşünaslıq  şöbəsinin  müdiri  (1977-1978),  məsul  katib  (1978-1993),  baş 

redaktorun  müavini  (1993-1996)  vəzifələrində  çalışmışdır.  1996-2014-cü  illərdə 

―Ədəbiyyat qəzeti‖nin baş redaktoru olmuşdur.  

Ayaz  Vəfalı  bədii  yaradıcılığa  "Lenin  tərbiyəsi  uğrunda"  çoxtirajlı 

universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. O, Azərbaycan EA Nizami 

adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və ―Füzuli və folklor‖ 

mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A. Vəfalı müxtəlif illərdə 

işıq üzü görən  ―İllər və nəsillər‖, ―Ürək və od‖,  ―Turacın mahnısı‖,  ―Bəlkə onda 

öyrənmişik‖, ―Özü oda yana-yana‖ şeirlər kitabının, ―Füzuli öyrədir‖, ―Sənətkar və 

xalq‖,  ―Füzuli  xəlqiliyi‖  elmi-tədqiqat  əsərlərinin  müəllifidir.  O,  həmçinin  böyük 

özbək  şairi  Əlişir  Nəvainin  ―Leyli  və  Məcnun‖,  Ukrayna  ədəbiyyatının  klassiki 

T.Q.Şevçenkonun  ―Kor qadın‖ poemalarını, rus yazıçısı A.Çakovskinin  ―Qələbə‖ 

siyasi  romanını  (I  cild),  dünya  xalqlarının  atalar  sözü  və  məsəllərindən  ibarət 

―Atalar sözü-ağlın gözü‖ kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı 

nümunələri  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Əməkdar  mədəniyyət  işçisi 

(1984) və Əməkdar incəsənət xadimi (2007) fəxri adlarına layiq görülmüşdür. 

Dövri  mətbuatda  şeirləri,  tərcümələri  və  ədəbi-tənqidi  məqalələri  ilə  çıxış  edir. 

"Məhəmməd  Füzuli"  Beynəlxalq  Ədəbi  Əlaqələr  Fondunun  sədridir  (1994-cü 

ildən). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (1991) və Məclisinin üzvüdür 

(1997). 

Kitabları: ―İllər və talelər‖ (1964), ―Ürək və od‖ (1968), ―Turacın mahnısı‖ 

(1973), ―Bəlkə onda öyrənmişik‖ (1979), ―Sənətkar və xalq‖ (1983) ―Özü oda 

yana-yana‖ (1988), ―Füzuli xəlqiliyi‖ (1994) və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə