Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə47/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   43   44   45   46   47   48   49   50   ...   148

136 

 

12 Aprel -  Ədəbiyyatşünas, dramaturq Məmmədhüseyn Təhmasibin anadan 



                   olmasının 110 illiyi, (1907-1982) 

 

 



Təhmasib  Məmmədhüseyn  Abbasqulu  oğlu  Naxçıvan 

şəhərində  anadan  olmuşdur.  Bakı  Pedaqoji  Texnikumunu 

bitirmişdir  (1923-1927).  3  il  Naxçıvan  şəhər  orta 

məktəbində müəllimlik edəndən sonra Azərbaycan Dövlət 

Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini 

davam  etdirmişdir  (1930-1933).  1933-1936-cı  illərdə 

Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində 

metodist, Azərbaycan  Dövlət  Universitetinin  filologiya 

fakültəsində baş  müəllim  (1939-1951),  dosent  (1951-

1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat 

İnstitutunda  xalq  yaradıcılığı  şöbəsinin  elmi  əməkdaşı,  şöbə  müdiri  işləmişdir 

(1944-cü ildən vəfatınadək). 

  Ədəbi  yaradıcılığa  1934-cü  ildən  başlamışdır.  ―Qaçaq  Nəbi‖  adlı  ssenarisini 

1938-ci ildə ―İnqilab və mədəniyyət‖ jurnalında çap etdirmişdir. ―Bir qalanın sirri‖ 

(1960),  ―Onu  bağışlamaq  olarmı?‖  (1960)  ssenariləri  əsasında  eyni  adlı  filmlər 

çəkilmişdir. ―Bahar‖ (1938), ―Aslan yatağı‖ (1941), ―Çiçəklənən arzular‖ (1951), 

―Hind  nağılı‖  (1956),  ―Rübailər  aləmində‖  (1968)  və  digər  pyes-nağılları 

respublikanın  teatr  səhnələrində  müvəffəqiyyətlə  tamaşaya  qoyulmuşdur. 

―Azərbaycan  xalq  dastanları  (orta  əsrlər)‖  mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə  etmişdir  (1965).  1946-1977-ci  illərdə  ―Koroğlu‖,  ―Molla  Nəsrəddinin 

lətifələri‖,  ―Aşıq  Ələsgər‖,  ―Kitabi-Dədə  Qorqud‖,  ―Azərbaycan  dastanları‖  və 

digər  xalq  incilərinin  toplanması,  tərtib  edilməsi  və  nəşr  olunmasında  fəal 

çalışmışdır.  

M.Təhmasib  1967-ci  ildə  Azərbaycan  Respublikası  Ali  Soveti  Rəyasət 

Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif 

olunmuşdur.  Məhəmmədhüseyn  Təhmasib  1982-ci  il  oktyabr  ayının  5-də  Bakıda 

vəfat etmişdir. 

Kitabları: ―Azərbaycan folkloru kursu‖ (1940), ―Azərbaycan xalının qəhrəmanlıq 

eposu‖ (1941), ―Azərbaycan xalqının qəhrəman oğulları‖ (1942), ―Çiçəkli dağ‖ 

(1965), ―Azərbaycan xalqının dastanları‖  (1972) və s. 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 



137 

 

15 Aprel - Yazıçı Əli Səbrinin anadan olmasının 125 illiyi, (1892-1983)



 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün  ziyalıları 



arasında  Əli  Səbrinin  (Qasımov)  xüsusi  yeri  var.  Yazıçı, 

jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-

azadlıq  mübarizəsinin  cəfakeşlərindən  biri  olsa  da,  bu  gün 

onun ömrünün açılmamış səhifələri qalmaqdadır.  

1917-1920-ci  illərdə  millət  və  vətən  qarşısında  öz 

üzərinə  düşən  vəzifəni  hünər  və  şərəflə  yerinə  yetirən  Əli 

Səbri  Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, 

―Molla Nəsrəddin‖ jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir 

hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür. Zaqafqaziya (Qori) Müəllimlər 

Seminariyasını  bitirən  Əli  Səbri  qısa  müddət   Bakıda   müəllimlik  etdikdən 

sonra   Naxçıvana   gedərək  yerli  vətənpərvərlərin    20-ci    yüzilliyin    əvvəllərində  

erməni  daşnak  təcavüzünə  qarşı apardıqları müharibənin ön sıralarında olub.

 

Əli 


Səbri  Naxçıvanda  qurulan  Araz-Türk  hökumətinin  sədri  Əmir  bəy  Əkbərzadə, 

Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların 

köməyilə  könüllü  xalq  dəstələrinin  yaradılmasına  təşəbbüs  göstərib,  onların 

əlaqələndirilməsində  xüsusi  rol  oynayıb.  Bu  səylər  nəticəsində  yaranmış  Nehrəm 

taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə 

və  Zeyvə  taboru  (Fətulla  bəy  Hüseynov),  Ordubad  taboru  (İbrahim  Xəlil 

Axundov),  Vedibasar  müqavimət hərəkatının başçısı  Abbasqulu bəy  Şadlinskinin 

və  Civə  kənd  könüllülərinin  komandiri  Bala  bəy  Vəkilovla  birlikdə  erməni 

işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək, mahalın erməni 

silahlarından təmizlənməsində xüsusi rol oynayıb. 1914-cü ildən ədəbi yaradıcılığa 

başlayan Əli Səbri V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan tərcümələr edib. 

O, bir sıra povest, xatirə və hekayələrin müəllifidir. Əli Səbri 1956-cı ildə bəraət 

qazandıqdan  sonra  jurnal  və  nəşriyyatlarda  çalışıb,  Azərbaycan  Yazıçılar 

İttifaqında bədii fondun direktoru işləyib. Əli Səbri 19 fevral 1983-cü ildə Bakıda 

vəfat edib.  

 

Kitabları: ―Solğun çiçək‖ (1914), ―Şəbi hicran‖ (1916), ―Balaca və xallı‖ (1917), 

―Ömürdən yarpaq düşür‖ (1983) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 


138 

 

 



15 Aprel - Şair Əkbər Məftunun anadan olmasının 105 illiyi, (1912-1990) 

 

Əkbərov  Əkbər  Qurban  oğlu  Naxçıvanın  Ordubad 

şəhərində  anadan  olmuşdur.  Əvvəlcə  Naxçıvan  şəhərində 

oxumuş  (1921-1926),  sonra  pedoqoji  texnikumu 

bitirmişdir  (1926-1930).  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunun  dil  və  ədəbiyyat  fakültəsində  təhsil  almışdır 

(1934-1938). 

Eyni 


zamanda 

―Pioner‖ 

jurnalı 

redaksiyasında  ədəbi  işçi,  Bakının  3  saylı  məktəbində 

müəllim işləmişdir (1935-1941). Ordubad şəhər yeddiillik 

məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda 

―Ordubad  işçisi‖  qəzeti  redaksiyasında  məsul  katib,  redaktor,  radio  verlişləri 

qovşağında  diktor,  məsul  katib,  M.S.Ordubadi  adına  şəhər  Dövlət  Dram 

Teatrında  müvəqqəti  müdir  kimi  çalışmışdır  (1943-1954).  S.Vurğun  adına 

Ordubad orta məktəbində müdir olmuşdur (1954-1959). Sonra ailəliklə Bakıya 

köçmüşdür.  Burada  Azərbaycan  Dövlət  Universitetinin  nəşriyyatında  baş 

redaktor,  ―Maarif‖  nəşriyyatında  baş  redaktor  olmuşdur.  1968-ci  ildə 

―M.S.Ordubadinin  poeziyası‖  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir.  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinin  dosenti 

olmuşdur (1969-1985).  

 Onun  ―Təyyarəçi‖  adlı  ilk  şeiri  1935-ci  ildə  ―Ədəbiyyat  qəzeti‖ndə  dərc 

olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdiir. ―Vətən 

qızı‖  (1940),  ―Sevənlər‖  (1943),  ―Nəsimi‖  (1946),  ―Saray‖,  ―Şahin‖  və  s. 

pyeslərini  qələmə  almışdır.  Xidmətlərinə  görə  ―Şərəf  nişanı‖,  ―SSRİ  Silahlı 

qüvvələrinin 70 illiyi‖ ordeni və doqquz medalla təltif olunmuşdur.  

Əkbər  Məftun  1990-cı  il  sentyabrın  14-də  Bakıda  vəfat  etmiş,  Ordubadda 

dəfn olunmuşdur.   

Kitabları: ―Kiçik heykəltəraş‖ (1937), ―Vətən qızı‖ (1940), ―Sevənlər‖ (1943), 

―Nəsimi‖ (1946), ―Mənim baharım‖ (1972), ―Şəfa bulağı‖ (1980), 

―M.S.Ordubadi‖ (1987) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

  



 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə