Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   ...   148

12 

 

 



Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012) 

2012-ci  ildə  dünyada  daha  bir  müsbət  ənənə  yaranmışdır.  Həmin  ilin 

qışından başlayaraq Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə 

yeni  bayram  –  Ümumdünya  Qar  Günü  (World  Snow  Day).  Onun  başqa  adı  isə  - 

Beynəlxalq  Qış  İdman  Oyunları  Günüdür.  Bayram  hər  il  yanvar  ayının  bazar 

günlərindən birində qeyd olunur. 

Bayramın  məqsədi  qış  idman  oyunlarına  marağı  artırmaq  və  gəncləri  fəal 

həyat  tərzinə  cəlb  etməkdir.  FIS-in  fikrinə  görə,  həmin  gün  ―qar  festivalları‖ 

keçirilməlidir və burada həm uşaqlar, həm də böyüklər xizək və konki yarışlarında 

iştirak etməlidirlər.   

 

 

İnternetdə : www.books.google.com 



 

 

 

 

 

 

 

 

 

 


13 

 

 



Azərbaycanın görkəmli  şəxsiyyətləri 

7 Yanvar - Akademik Mirəli Qaşqayın anadan olmasının 110 illiyi,  

(1907- 1977)    

Mirəli  Qaşqay  Gəncə şəhərində  anadan  olmuşdur. 

1930-cu  ildə  indiki  Azərbaycan  Dövlət  Neft  və  Sənaye 

Universitetinin  dağ-mədən  fakültəsini  bitirərək,  dağ-mədən 

mühəndisi-geoloq  ixtisasını  almışdır.  Həmin  ildə  SSRİ 

Elmlər 


Akademiyasının 

Petroqrafiya 

İnstitutunun 

aspiranturasına daxil olmuşdur. 1934-cü ildə ―İstisu mineral 

bulaqlarının  geoloji-petroqrafik  və  geokimyəvi  səciyyəsinə 

dair‖  namizədlik  dissertasiyasını  müdafiə  etmişdir.  Kiçik 

Qafqazın  mərkəzi  hissəsinin  və  Talışın  hiperbazitləri  və 

bazitlərinin  tədqiqinin  nəticələri  ―Azərbaycanın  əsas  və 

ultraəsas  süxurları‖  adlı  monoqrafiyasında  əksini  tapmışdır.  1942-ci  ildə  bu  əsərə 

görə  ona  geologiya-mineralogiya  elmləri  doktoru  alimlik  dərəcəsi  verilmişdir. 

1938-ci  ildə  Geologiya  İnstitutunun,  1945-ci  ildə  isə  Azərbaycan  SSR  Elmlər 

Akademiyasının  təsisçilərindən  biri  və  Akademiyanın  ilk  akademik  katibi 

olmuşdur.  O,  uzun  illər  Azərbaycan  Elmlər  Akademiyasının  Geologiya 

İnstitutunda  filiz  yataqlarının  mineralogiyası,  petroqrafiyası  və  geokimyası 

şöbəsinə  rəhbərlik  etmişdir.  Onun  təşəbbüsü  və  köməyi  ilə  Bakı  Dövlət 

Universitetində  geoloji-coğrafiya  fakültəsi,  petroqrafiya,  mineralogiya  və 

kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. M. 

Qaşqay  böyük  elmi  irs  qoyub  getmişdir.  Onun  600-dən  çox  elmi  əsəri  və  35 

monoqrafiyası  çap  olunmuşdur.  ‖Azərbaycanın  əsas  və  ultraəsas  süxurları‖, 

―Azərbaycan  mineral  suları‖,  ―Perlitlər  və  obsidianlar  və  onların  fiziki-kimyəvi 

xüsusiyyətləri‖, ―Daşkəsənin petrologiyası və metallogeniyası‖, ―Alunitlər, onların 

genezisi  və  istifadəsi‖,  ―Listvenitlər,  onların  genezisi  və  təsnifatı‖  kimi 

fundamental  əsərlərin  müəllifidir.  10  elmlər  doktoru  və  50  elmlər  namizədi 

hazırlamışdır. 

 M.  Qaşqay 23  aprel 1977-ci  ildə Bakıda vəfat  etmiş,  Fəxri  Xiyabanda dəfn 

olunmuşdur. 



Filmoqrafiya:  ―Qaşqayın  son  proqnozu‖  (film,  2007) (Mirəli  Qaşqayın  100  illik 

yubileyi  ilə  bağlı  rejissor  Elçin  Musaoğlunun  quruluşunda  akademikin  həyat  və 

yaradıcılığından bəhs edən sənədli film). 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 



14 

 

21 Yanvar - Tarixçi, şərqşünas Əlisöhbət Sumbatzadənin anadan olmasının 



110 illiyi, (1907-1992) 

 

Əlisöhbət  Sumbatzadə  Bakının  Əmircan  kəndində 

anadan olmuşdur.1926-ci  ildə Bakı  Müəllimlər Seminariyasını 

və  1929-cu  ildə  isə    Şərq  fakültəsini  bitirmişdir. 1929-1957-ci 

illərdə  ali  məktəblərdə,   AMEA-nın   Tarix  və  Fəlsəfə 

İnstitutunda   işləmişdir. AMEA-nın    vitse-prezidenti  (1957-

1959), İqtisadiyyat 

İnstitutunda şöbə 

müdiri 

(1959-


1963), Yaxın və Orta  Şərq  Xalqları  İnstitutunun (1963-1969) 

və Tarix 

İnstitutunun direktoru 

(1970-1972), AMEA-nın 

İctimai  elmlər  bölməsinin  akademik  katibi  (1970-1981) 

olmuşdur. 1982-ci  ildən  İctimai  elmlər  üzrə  Elmi  Məlumat  Mərkəzində  şöbə 

müdiri işləyib.   

Respublikada  iqtisad  elminin  bir  sıra  istiqamətlərinin  inkişafına  əlverişli 

şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında 

Əlisöhbət  Sumbatzadənin  əvəzsiz  xidmətləri  olmuşdur.  Ə.Sumbatzadə  özünün 

elmi  potensialına,  müxtəlif  elmlərə  yaxından  bələd  olmasına,  elmi  təcrübəsinə 

söykənərək,  Azərbaycan  xalqının  etnogenezi  probleminin öyrənilməsinə təşəbbüs 

göstərmiş və uzun illər apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə, müdrik 

çağında  ―Azərbaycanlılar  –  etnogenez  və  xalqın  formalaşması‖  adlı  son  dərəcə 

vacib monoqrafiyasını yazmış və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın 

əsasını  qoymuşdur.  XlX  əsrdə  Azərbaycanın  ictimai-iqtisadi  tarixinin  bütün 

mənzərəsinin  elmi  təhlilini  vermək  üçün  onun  sənaye  həyatının  öyrənilib  tədqiq 

edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də 

tarixşünaslığımızda  yenə    bu  böyük  alimin  adı  ilə  bağlıdır. 1964-cü  ildə ―Elm‖ 

nəşriyyatı tərəfindən  buraxılan  "XIX  əsrdə  Azərbaycan  sənayesi"  adlı  əsəri  ilə 

müəllif  tarixşünaslığımızda  yeni  bir  elmi  istiqamətin  –  iqtisadi  tarixin  əsasını 

qoymuşdur.  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  Azərbaycanın  inkişafı  barədə 

reallıqların  beynəlxalq  elmi  aləmə  çatdırılmasında  Əlisöhbət  Sumbatzadənin 

əvəzsiz  xidmətləri  olmuşdur. 

 

1957-1959-cu  illərdə  Azərbaycan  EA-nın  vitse-



prezidenti,  sonra  Yaxın  və  Orta  Şərq  Xalqları  İnstitutunun  direktoru  və 

akademiyanin  ictimai  elmlər  bölməsinin  akademik  katibi  vəzifəsində  işləyərkən 

onun təşkilatçılıq fəaliyyəti özünü daha bariz şəkildə göstərmişdir. 

Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. 



Kitabları:  ―XIX  əsrdə  Azərbaycan  sənayesi‖ (1967),  ―Müasir  dövrdə  Sovet 

Azərbaycanı  iqtisadiyyatının  inkişafı‖ (1980),  ―Sovet  tarix  elmi  1975-1979-cu 

illərdə‖ (1980) 

İnternetdə: 

www.books.google.com 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə