Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.

səhifə54/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   148

153 

 

14 Aprel - Azərbaycanın Milli Qəhrəmanı, Əməkdar jurnalist Alı 



                  Mustafayevin  anadan  olmasının 65  illiyi, (1952-1991) 

 

 

 

 



 

 

 



 

 

 



 

Alı  Mustafa oğlu Mustafayev  Qazax rayonunun  Qazaxbəyli  kəndində fəhlə 

ailəsində doğulmuşdur.  1969-cu  ildə  kənd  məktəbini  bitirmiş, hərbi  xidmətdə  

olmuşdur.   1981-ci    ildə   Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika 

fakültəsini 

 bitirmişdir. 

Ədəbi-bədii 

yaradıcılığa 

tələbəlik 

illərindən 

başlamışdır.   Onun  lirik  şeirləri  və  publisist  yazıları  dövri  mətbuatda  müntəzəm 

çap  edilmişdir. Dolğun  məzmunlu  reportaj,  oçerk  və  müsahibələrinə,  ekrana 

çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. 

Alı  Mustafayev  ―Günün  ekranı‖  proqramının  aparıcı  əməkdaşlarından  biri  idi. 

1991-ci  ilin  18-19  noyabrında  erməni  quldurlar Xocavəndin Qaradağlı kəndində 

kütləvi qırğın törədəndə  bu  xəbəri  eşidən  Alı  Mustafayev  bütün  gecəni  yata 

bilmədi.  Səhəri  iş  yeri Azərbaycan  Televiziyasına gəlib  təcili Ağdama yola  düşən 

qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə 

xatırlatması  onu  bu  ağır  səfərdən  çəkindirə  bilmədi.  Noyabrın  20-də  Ağdamdan 

Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya 

aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi. 

Alı  Mustafayev  1991-ci  il 20  noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin 

yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi  ərazisində  erməni  hərbiləşdirilmiş 

dəstələri  tərəfindən  vurulan  Azərbaycanın  hərbi  helikopter  hadisəsində  həlak 

olmuşdur.  Hesablamalara  görə, Qarakənd  üzərində  üç  yüz  metr  yüksəklikdə 

uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. 

Alı  Mustafayev  Bakı şəhərində Şəhidlər  xiyabanında   dəfn  edilmişdir. 

Bakı şəhərinin   Nərimanov  rayonundakı  202  saylı  orta  məktəb  və  bir  küçə  Alı 

Mustafayevin adınadır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır. O, 1991-ci 

il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən 

sonra  Alı  Mustafayevə Azərbaycan  Respublikasının  Prezidentinin 6  noyabr 1992-

ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.  



Kitabları:‖Dəli bir ağlamaq keçir könlümdən‖ (şeirlər) (1992)  

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 



154 

 

18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun 



                 anadan olmasının  55 illiyi, (1962-1992) 

 

İbrahimov  Rasim  Səxavət  oğlu  Bakı  şəhəri  Əzizbəyov  rayonunun  Çilov 



adasında  neftçi  ailəsində  anadan  olmuşdur.  1969-cu  ildə  buradakı  131  saylı 

məktəbin  birinci  sinfinə  getmiş  və  səkkizinci  sinfədək  həmin  məktəbdə  təhsil 

almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 

1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 

1988-ci  ildə  Bakıya  qayıdan  R.İsmayılov  1992-ci  ildə  o  Füzuli  rayonunun  cəsur 

oğulları  ilə  birlikdə  könüllü  özünümüdafiə  taboru  yaradıb.  Bu  tabor  Füzuli 

rayonunun  kəndlərini  mərdliklə  qoruyurdu.  Onların  taboru  1992-ci  ilin  28 

iyununda  Tuğ  kəndi  uğrunda  döyüşə  girir.  Onlarla  erməni  quldurunu  məhv  edən 

döyüşçülər  digər  dəstənin  gəlib  çatmamasına  görə  mühasirəyə  düşürlər.  Cəsur 

komandir  R.İbrahimov  döyüşçü  dostlarını  mühasirədən  xilas  edərkən  özü 

düşmənin  mühasirəsinə  düşür.  Ermənilərə  təslim  olmayan  R.İsmayılov 

"Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara 

ilə  partladır.  Bakı  şəhərinin  Şəhidlər  xiyabanında  dəfn  edilmişdir.  Ailəli  idi,  iki 

övladı  qalıb.  Oğlu  bu  gün  atasının  yolunu  davam  etdirir.  Çilov  adasında  abidəsi 

ucaldılıb və orada qəhrəmanımızın adına bağ salınıb. 

Azərbaycan  Respublikası  prezidentinin  16  sentyabr  1994-cü  il  tarixli  203  saylı 

fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adına layiq görülüb. 



Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

 Hər qonşuda bir parçası əsir qalan 

          Torpağına canım qurban , Azərbaycan ! 

                                                                         

Nəriman Həsənzadə 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 




155 

 

18 Aprel - Azərbaycanın Milli Qəhrəmanı Mədətov Fariz Əlövsət oğlunun 



                  anadan olmasının 45 illiyi, (1972) 

  

Fariz

 

Mədətov  Yevlax rayonunun  Varvara  kəndində  



anadan    olmuşdur.   1979-1989-cu  illərdə  burada  orta  təhsil 

almışdır. 1990-1992-ci  illərdə  hərbi  xidmətdə  olmuşdur.  O, 

xidmətini  başa  vurub  qayıtdığı  zaman   Qarabağ  

müharibəsi   artıq    başlamışdı.    Buna  görə  də  Milli  Ordu 

sıralarına  daxil  olaraq  döyüşlərə  girir.  İlk  döyüşü Qubadlı 

rayonunun   Başarat   kəndində  olur.  Sonra  onu   Füzuli 

rayonuna göndərirlər. Yağlıvənd, Tuğ, Horadiz kəndlərində 

qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq  göstərir. Daha sonra 

Kəlbəcər  və  Goranboy  rayonlarında  düşmənə  qarşı  vuruşur.  Fariz  xeyli  erməni 

yaraqlısını  şəxsən  məhv  edir. 1994-cü  ildə Tərtər  rayonunu  ərazisində gedən 

döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən döyüşçü paltarını geyinir.  

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 

ilə Mədətov Fariz Əlövsət oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq 

görülmüşdür. 

1996-cı il ordudan tərxis olunur və Yevlax rayon Polis İdarəsində çalışmağa 

başlayır.  Fariz 1998-2003-cü  illərdə  Polis  Akademiyasında  təhsil  alıb.  Hazırda 

Yevlax rayon Polis İdarəsində işləyir. Evlidir. 

Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban , Azərbaycan ! 

                                                                                                  Nəriman Həsənzadə 



 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 

 

 

 



 

 

 




Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə