Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə57/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   53   54   55   56   57   58   59   60   ...   148

162 

 

9 May -  Faşizm Üzərində Qələbə Günü, (1945) 



 

“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya müharıbəsində, 

Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox 

böyük olmuşdur.”                                                                         

                                                                                  

Ümummilli lider Heydər Əliyev 

 

Müharibədə  Azərbaycanın  600 mindən 

çox oğul və qızının amansız düşmənlə 

döyüşlərdə göstərdikləri misilsiz şücaət 

və igidlik, arxa cəbhədə çalışanların isə 

əmək rəşadəti dillər əzbəridir və bugünki 

nəsillər üçün daim örnək olaraq 

qalacaqdır

  

 

Azərbaycan  xalqının  İkinci  Dünya  Müharibəsində  göstərdiyi  qəhrəmanlıq 



nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər 

çəkilmiş,  qəhrəmanların  şərəfinə  abidələr  ucaldılmış,  onların  adları 

əbədiləşdirilmişdir. 9 may - Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd 

olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz 

bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından 

çox-çox  uzaqlarda  mərdliklə,  hünərlə  vuruşaraq  və  həm  də  doğma  Azərbaycan 

torpağını  qoruyublar.  170  mindən  çox  azərbaycanlının  orden  və  medallarla  təltif 

edilməsi,  130  nəfər  həmyerlimizin  isə  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülməsi  buna  əyani  sübutdur.  Əgər  o  vaxt    Azərbaycan  nefti  cəbhəyə 

göndərilməsəydi,  bu  müharibə  qələbə  ilə  bitməzdi.  Ümummilli  lider  Heydər 

Əliyev  1995-ci  ildə  Qələbənin  50  illiyi  ilə  bağlı  keçirilən  təntənəli  tədbirdə 

demişdir:  ―Bu  qələbənin  çalınmasında  Azərbaycanın  xüsusi  rolu  bir  də  ondan 

ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla 

aparılması  üçün  ən  mühüm  amililərdən  biri  olmuşdur.  Müharibənin  ilk  illərində 

faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz 

əlində  cəmləşdirmişdi.  Lakin  ―Hər  şey  cəbhə  üçün,  hər  şey  qələbə  üçün‖  şüarı 

altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları nəinki 

dayandırıldı,  faşistlər  Moskva,  Stalinqrad,  Kursk  və  başqa  döyüşlərdə  ən  ağır  və 

sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.‖ 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 


163 

 

15 May - Beynəlxalq Ailə Günü, (1994) 



“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt 

ailəni, ailə mühitini əvəz edə bilməz” 

                                                                                               Mehriban xanım Əliyeva  

 

Ailə Azərbaycan dövləti, Azərbaycan 

cəmiyyəti üçün həmişə müqəddəsdir. 

Dövlətimiz cəmiyyətin əsas atributu olan 

ailənin rifah halının gündən-günə daha da 

artmasının qayğısına qalmaqla, onun 

müqəddəsliyini bir daha təsdiq edir. 

 

 



 

 

BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü 



ildən  etibarən  hər  il  Beynəlxalq  Ailə  Günü  kimi  qeyd  etməyi  qərara  almışdır. 

Ailənin  cəmiyyətin  əsas  elementi,  kiçik  demokratiyanın  təməli  olduğunu  nəzərə 

alaraq,  BMT  demokratik  ideyaları  dəstəkləyən,  sülh  və  demokratik  millətlər 

birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşdirməyə çalışır. 

Azərbaycanda  ailə  bütün  zamanlarda  cəmiyyətimizin  ən  müqəddəs  təməl 

daşı  hesab  olunub.  Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  ailəsi  və  onun 

problemlərini  həmişə  diqqətdə  saxlayırdı.  Bu  münasibət  indi  də  dövlət  başçımız 

İlham  Əliyev  tərəfindən  davam  etdirilir.  Bu  gün  ölkəmizdə  ailə  cəmiyyətin  əsas 

özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial 

müdafiəsi,  gənc  ailələrə  qayğını  əsas  tutur.  Azərbaycan  ailəsi  və  onun 

problemlərini  həmişə  diqqətdə  saxlayan  ulu  öndər  Heydər  Əliyev  cəmiyyətdə 

qadınların  rolunun  artırılması,  qadınlarla  kişilər  arasında  bərabərliyin 

gerçəkləşdirilməsi,  qadın,  ailə  problemlərinin  həlli  istiqamətində  də  böyük  işlər 

görmüşdür.  1998-ci  il  yanvarın  14-də  Azərbaycanda  Qadın  Problemləri  üzrə 

Dövlət Komitəsi yaradılmışdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident 

İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komitəsinin  yaradılması  haqqında  Sərəncam  imzalamışdır.  Hazırda  bu  komitə 

dövlətin  ailə  siyasətini  həyata  keçirən  bir  qurum  olaraq  mövcud  problemlər 

üzərində  işləyir,  onların  həlli  istiqamətində  mühüm  tədbirlər  həyata  keçirir. 

Ölkənin  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti,  millət  vəkili 

Mehriban  Əliyevanın  ailə,  qadın  və  uşaq  məsələlərinə,  bu  sahədə  aktual 

problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. M. Əliyevanın təşəbbüsü 

ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr 

üçün, sözün əsl mənasında, böyük dayaqdır. ―Uşaq evləri və internat məktəblərinin 

inkişafı  proqramı‖  çərçivəsində  görülən  işlər  də  əslində,  Azərbaycan  ailəsinin 

rifahına, möhkəmlənməsinə xidmət edir.  



İnternetdə: 

www.books.google.com 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə