Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

164 

 

 



 

  

15 May - Beynəlxalq İqlim günü, (1992) 

 

 



İqlimin 

qorunması 

bəşəriyyətin 

qarşısında duran qlobal problemlərdən biridir. 

Hər  il  mayın  15-də  dünya  Beynəlxalq  İqlim 

Gününü  qeyd  edir.  Bu  qeyri-rəsmi  bayramın 

təsis olunması, meteoroloqların iqlimin indiki 

və  gələcək  nəsillərin  rifahı  üçün  vacib  resurs 

kimi  qorunub  saxlanması  çağırışına  cavab 

olmuşdur.  Qlobal  istiləşmə,  atmosfer  qatında 

ozonun  yüksək  səviyyədə  olması,  planetdə  hava  şəraitinin  dəyişilməsi  –  Yer 

kürəsində iqlimin pisləşməsinə səbəb olur və nəticə etibarilə insanların həyat, ərzaq 

və  mülkiyyət  təhlükəsizliyinə,  təbii  ehtiyatların  vəziyyətinə  və  dövlətlərin 

balanslaşdırılmış  inkişafına  mənfi  təsir  göstərir.  Müasir  elmlər  Yer  kürəsində 

temperaturun  getdikcə  qalxması  halında  iqlimin  fəlakətli  dəyişikliyinin  vaxtını 

dəqiq  deyə  bilmirlər.  Lakin  ekoloq  və  meteoroloqların  fikrincə,  bu  dəyişiklikləri 

təxirə salmaq olar. Geridönməz iqlim dəyişikliklərinə səbəb olan əsas problemlərin 

sırasına  atmosferdə  parnik  qazlarının  toplanmasının  çoxalmasıdır.  Bu  təzahür 

dünya  səviyyəsində  ilk  dəfə  1992-ci  ildə  Rio-de-Janeyroda  Yer  Sammitində 

müzakirə  olunmuşdur.  Dünyanın  180-dən  çox  ölkəsinin  nümayəndələri  BMT-nin 

İqlim Dəyişikliyi Haqqında Çərçivə Konvensiyasını imzalamışlar. 1997-ci ildə bu 

konvensiya  tərəfdarlarının  Kiotoda  (Yaponiya)  keçirilən  üçüncü  konfransında 

konvensiyaya  əlavə  kimi  məşhur  Kioto  protokolu  qəbul  olunmuşdur.  2007-ci  ilin 

dekabrında  Balidə  (İndoneziya)  BMT-nin  iqlim  dəyişikliyi  məsələlərinə  həsr 

olunan başqa bir konfransı keçirilmişdir.  

Yer  üzündə  iqlimin  qorunması  planetin  hər  bir  sakinindən  asılıdır.  Bunun 

üçün  avtomobillərdən  az  istifadə  etmək,  ağac  əkmək,  yaşıllıqları  qorumaq  və  s. 

lazımdır.  Bu  kiçik  işləri  hər  bir  insan  həyata  keçirsə,  əslində  çox  böyük  müsbət 

nəticələrə səbəb olar.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 



 


165 

 

18 May - Beynəlxalq Muzeylər Günü, (1977) 



“Muzey maddi - mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, 

öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi 

tədqiqat müəssisəsidir.” 

                                                                                                   Ümummilli lider Heydər Əliyev

  

2000-ci  il  martın    24-də    qüvvəyə  



minmiş 

―Muzeylər 

haqqında‖ 

Azərbaycan    Respublikasının    Qanunu 

ölkəmizdə 

muzeylərin 

fəaliyyətinin 

təşkilati-hüquqi    əsaslarını    və  müvafiq 

münasibətləri  tənzimləyir.  Ümummilli 

lider tərəfindən muzey işinin inkişafı üzrə 

müəyyən  edilmiş  prioritetlər  bu  gün 

Azərbaycan Prezidenti İlham Əliyevin və 

ölkəmizin  birinci  xanımı,  YUNESCO  və 

İSESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın 

rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam 

etdirilir.

 

Muzeylər  dünyada  mədəni  proseslərin  fəal  iştirakçısına,  eyni  zamanda, 



qloballaşmanın  mənfi nəticələrinə qarşı dura bilən  mədəniyyət  ocaqlarıdır.  Hər  il 

mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq 

Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar 

günün  məqsədi  muzeylərin  cəmiyyətin  həyatında  nə  dərəcədə  mühüm  rol 

oynadığını göstərməkdir.

  

Dünyanın  100-dən  çox  ölkəsində  qeyd  edilən  Beynəlxalq  Muzeylər  Günü 

qədim  tarixə  və  zəngin  mədəniyyətə  malik  Azərbaycanda  da  geniş  miqyasda 

bayram  edilir.  Ölkəmizdə  muzey  işinin inkişafı  ümummilli  lider  Heydər  Əliyevin 

adı ilə bağlıdır. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin  Muzeylər 

İdarəsi,  Muzey  işi  üzrə  Elmi-Metodiki  Mərkəz,  Muzey  Ekspozisiyalarının  Bədii 

Tərtibatı  Emalatxanası,  Muzey  Sərvətləri  və  Xatirə  Əşyalarının  Bədii  Bərpa 

Mərkəzi təşkil olunmuşdur. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn 

Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, 

Səməd  Vurğun,  Niyazi  və  digər  nəhəng  simalarının  memorial-xatirə,  mənzil, 

bölgələrdə  tarix-diyarşünaslıq  muzeyləri  məhz  ulu  öndər  Heydər  Əliyevin  şəxsi 

təşəbbüsü  ilə  yaradılmışdır.  1994-cü  ildə  ―Azərbaycan  Respublikasının  paytaxtı 

Bakı şəhərində ―İstiqlal‖ Muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması 

haqqında‖  2006-cı  il  18  dekabr,  ―Müasir  İncəsənət  Muzeyinin  yaradılması 

haqqında‖  2006-cı  il  19  dekabr,  ―Azərbaycanda  muzey  işinin  yaxşılaşdırılması 

haqqında‖  2007-ci  il  6  mart  tarixli  sərəncamları,    2009-cu  il  22  may  tarixli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  ―Azərbaycanın  regionlarında  fəaliyyət  göstərən 

muzeylərin  müasir  standartlara  uyğun  təmirinə,  yeni  avadanlıq  və  zəruri 

eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı‖, həmçinin ―Azərbaycan Xalça  

Muzeyinin  yeni  binasının  maddi-texniki  təminatı  haqqında‖  2013-cü  il  29 

dekabr  tarixli  sərəncamları    bu  sahəyə  göstərilən  qayğıya  bariz  nümunələrdir. 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə