Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə59/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   55   56   57   58   59   60   61   62   ...   148

166 

 

―Azərbaycan  2020:  gələcəyə  baxış‖  İnkişaf    Konsepsiyasını  həyata  keçirmək 



məqsədilə  Prezident  İlham  Əliyevin  2013-cü  il  27  dekabr  tarixli  Sərəncamı  ilə 

təsdiq  olunan  ―Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,  qorunması, 

tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 

2014-2020-ci  illər  üzrə  Dövlət  Proqramı‖na  uyğun  olaraq,  milli  mədəni  irsimizin 

qorunması  dövlət  əhəmiyyətli  prioritet  məqsəd  kimi  qarşıya  qoyulmuşdur. 

Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban 

Əliyevanın böyük zəhməti sayəsində ―Şirvanşahlar Sarayı Kompleksi‖, Qız qalası 

və  Qobustan  Milli  Tarix-Bədii  Qoruğu  YUNESCO-nun  Dünya  İrsi  Siyahısına 

daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ 

muzeyləri  haqqında  məlumatlar  mötəbər  beynəlxalq  təşkilatlara  çatdırılır. 

Azərbaycan  dövlətinin  uğurlu  mədəniyyət  siyasəti  nəticəsində  son  illər 

muzeylərimizin  dünyanın  nüfuzlu  muzeyləri  ilə  əlaqələri  genişlənmiş,  bu  sahədə 

beynəlxalq  əməkdaşlıq  sahəsində  yeni  nailiyyətlər  əldə  edilmişdir.  Ümummilli 

liderimizin 

siyasi 

irsinin 


öyrənilməsi, 

azərbaycançılıq 

məfkurəsinin 

formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri 

isə  respublikada  muzey  şəbəkəsinin  genişləndirilməsi  sahəsində  mühüm  hadisə 

kimi qiymətləndirilməlidir. 



 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


167 

 

20 May - Ümumdünya Metrologiya Günü, (1875) 



 

 

Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə 



Beynəlxalq  Diplomatik  Konfransda  17  inkişaf  etmiş  ölkənin  hökümət 

nümayəndələrinin  məşhur  Metrik  Konvensiyasını  imzalamaqla  başlayıb. 

Konvensiyaya  uyğun  olaraq  Çəkilər  və  Ölçülər  üzrə  Beynəlxalq  Büro  (BİPM) 

yaradılıb, ölçmələr  üzrə  elm  sahəsində beynəlxalq  əməkdaşlığın  əsasları  və  onun 

sənayedə,  ticarətdə,  cəmiyyətin  mənafeyi  naminə  praktiki  tətbiqi  mexanizmləri 

işlənib hazırlanıb. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və 

beynəlxalq  vahidlər  sistemi  tətbiq  edilib,  onun  əsasında  Beynəlxalq  Ölçmələr 

Sistemi  yaradılıb.  Metrik  Konvensiyanın  ən  başlıca  məqsədi  olan  ölçmələrin 

vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir 

cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və 

təhlükəsizlik,  ən  yeni  elm  həcmli  texnologiyaların  inkişafı  və  tətbiqi,  energetika, 

ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. 

Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  13  iyun  2000-ci  ildə  təsdiq 

olunmuş  "Ölçmələrin  vəhdətinin  təmin  edilməsi  haqqında"  Azərbaycan 

Respublikasının  Qanunu,  daha  sonra  13  iyun  2013-cü  ildə  Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin 

müasir  dövrün  tələblərinə  uyğun  hazırlanmış  yeni  Qanun  bu  sahənin  prioritet 

istiqamətlərini  müəyyənləşdirib  və  metrologiyanın  inkişafına  ciddi  təkan  olub. 

Azərbaycanda  metrologiya  sahəsi  üzrə  dövlət  siyasətini  Standartlaşdırma, 

Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi  həyata  keçirməkdədir.  Bu  sahənin 

beynəlxalq  tələblər  səviyyəsində  inkişafına  nail  olmaq  məqsədilə  Azərbaycan 

Respublikası  Prezidentinin  4  aprel  2012-ci  il  tarixli  Fərmanı  ilə  Komitə  yanında 

Dövlət Metrologiya Xidməti yaradılıb. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini 

və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının 

təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində 

kütlə,  təzyiq,  sıxlıq  və  özlülük,  temperatur,  elektrik,  vaxt  və  tezlik,  dozimetriya 

dövlət  etalonları  saxlanılır  və  adıçəkilən  sahələr  üzrə  ölçmələr  digər  ölçmə 

vasitələrinə ötürülür. 



İnternetdə: 

www.books.google.com 

 

 


168 

 

21 May - Ümumdünya Dialoq  və İnkişaf  Naminə Mədəni Müxtəliflik  Günü, 



                (2002) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir.  



Dialoq  və  İnkişaf  Uğrunda  Dünya  Mədəni  Müxtəliflik  Günü  ilk  dəfə  2003-cü  il 

mayın  21-də  keçirilmişdir.  Hazırda  dünya  mədəniyyətini  çox  müxtəlif  amillər 

təhdid  edir  –  bir  halda  milli  özünəməxsusluğun  həddən  artıq  qorunması  müxtəlif 

azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq 

göstərir,  üçüncü  halda  praktik  olaraq  dünyanın  bütün  ölkələrində  qloballaşmanın 

təsiri  altında  dillər  yox  olur,  ənənələr  itirilir,  zəif  mədəniyyətlər  kənarda  qalır, 

bəzən  də  tamamilə  yox  olur. Bütün  bu  faktların  nəzərə  alınması  və  onların 

əhəmiyyətinin  dərk  edilməsi  2001-ci  ildə  YNESKO-nun  ―Mədəniyyətlərin 

müxtəlifliyinə  dair‖  bəyannaməsinin  qəbul  olunmasını  zəruri  etmişdir.  Bu 

bəyannamənin  həyata  keçirilməsi  üçün  iyirmi  əsas  istiqamətdən  ibarət  Fəaliyyət 

Planı  qəbul  olunmuşdur.  Bəyannamədə  müxtəliflik,  dialoq  və  inkişaf  arasında 

əlaqənin  yeni  anlayışı  irəli  sürülmüşdür.  Qeyd  etmək  lazımdır  ki,  BMT 

konvensiyalarına qoşulan  Azərbaycan  mədəni  müxtəlifliyin tanınmasına  əsaslanır 

və  mədəniyyətlərarası  mübadiləni  dərk  edərək,  daha  çox  həmrəyliyin  bərqərar 

olmasına  cəhd  göstərir.  Milli-mədəni  müxtəliflik  mədəni  zənginlik

 

deməkdir.  

Azərbaycan  dövləti  ölkədəki  milli-mədəni  müxtəlifliyin  qorunub  saxlanmasında, 

inkişafında maraqlıdır və buna dəstək verir. 

Dünya  cəmiyyəti    bununla  mədəni  müxtəlifliyin  inkişafına  töhfələr 

verməklə,  mədəni  irsin  qorunması,  müxtəlif  mədəniyyətlərin  nümayəndələri 

arasında münasibətlərin qurulması vacibliyini həmişə yadda saxlamalıdır. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə