Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Yubilyar yazıçı və şairlər



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   ...   148

15 

 

 



Yubilyar yazıçı və şairlər 

1 Yanvar - Şair Ramiz Məmmədzadənin anadan olmasının 80 illiyi, (1937) 

 

Ramiz  Məmmədzadə  Ağdam  şəhərində  anadan 

olmuşdur.  Orada  1  saylı  şəhər  orta  məktəbini  bitirmiş, 

sonra  Bakı  Dəmiryol  Məktəbində  və  APİ-nin  pedoqoji 

fakültəsində  təhsilini  davam  etdirmişdir.  Ədəbi  fəaliyyətə 

1960-cı  ildə  ―Bakı‖  qəzetində  dərc  olunmuş  ―Milyon 

ananın  övladı‖  adlı  ilk  şeiri  ilə  başlamışdır.  Dövri 

mətbuatda  müharibə  mövzusunda  çoxlu  şeir  və  məqalələri 

çap  olunmuşdur.  Azərbaycanın  Milli  Qəhrəmanı  Canpolad  Rzayevə  həsr  etdiyi 

―Canpolad əfsanəsi‖ əsəri maraq doğurmuşdur.  

Ramiz  Məmmədzadənin  lirik-fəlsəfi  şeirləri  insanı  düşünməyə  vadar  edir, 

çətin  məqamlarda  dözümlü  olmağa  səsləyir.   Onun  böyük  həyat  təcrübəsi  var. 

Şairin  poeziyası  elə  duyğulardan  yaranır  ki,   ancaq  özünə  məxsusdur,  onun  fərdi 

yaşantılarıdır.  O,  hadisələrin  içərisindən   çıxmağı,  onların  fövqündə  dayanmağı, 

uzaqdan qiymət verməyi bacarır. Millətə sevgi, dövlətə ehtiram şairin poeziyasında 

da başlıca yer tutur.  



Kitabları:  ―Həmişə  sən  gələsən‖  (1970),  ―Vaxtında  açsaydı  qönçələr‖  (1978), 

―Qeyrət günü‖ (1990),  ―O gecə‖ (20 yanvar) (1990), ―Canpolad əfsanəsi‖ (1995) 

və s.

  

Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


16 

 

5 Yanvar - Yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illiyi, (1927-1985) 

 

Əlfi  Qasımov   Ağdam    rayonunun   Poladlı   kəndində  



anadan    olmuşdur.  Şelli-Qaradağlı    kəndinin    yeddiillik  

məktəbini    bitirdikdən    sonra   Ağdam   Pedaqoji 

Texnikumunda təhsil almışdır.  

Ağcabədi  rayonunda   Xocavənd   və  Boyat  kənd 

məktəblərində 

müəllim 


işləmişdir 

(1943-1944). 

Sonra Ağdamda ikiilik  Müəllimlər  İnstitutunda  təhsilini 

davam  etdirmiş  (1944-1946),  1946-cı  ildə  ADU-nun 

jurnalistika  fakültəsinə  daxil  olmuş, 1951-ci  ildə 

universiteti  bitirdikdən  sonra  "Azərbaycan  müəllimi" 

qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir 

(1951-1958).  "Ədəbiyyat  və  incəsənət"  qəzetində  məsul  katib  (1958-

1966), Azərbaycan  SSR Dövlət  Poliqrafiya,  Nəşriyyat  və  Kitab  Ticarəti  İşləri 

Komitəsində  Nəşriyyatlar  İdarəsinin  rəisi,  baş  redaktor  vəzifələrində  (1966-1983) 

çalışmışdır.   1983-cü  ilin  fevralından  ömrünün  axırınadək Azərbaycan  Dövlət 

Nəşriyyatında bədii  ədəbiyyat  redaksiyasının  müdiri  vəzifəsində  işləmişdir. Əlfi 

Qasımov ədəbi yaradıcılığa şeirlə başlamışdır. ―Xalq arzusu‖ adlı ilk şeri 1945-ci 

ildə  Ağdamda  çıxan  "Lenin  yolu"  qəzetində  dərc  olunmuşdur.  Universitetdə 

oxuduğu  illərdə  şeirləri  respublikanın  müxtəlif  qəzet  və  jurnallarında  dərc 

edilmişdir.  ―Əriməzin  ətəklərində‖  adlı  ilk  oçerklər  kitabı  1954-cu  ildə  çap 

olunmuşdur. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin 

tərcümələləri  və  tərtib  etdiyi  digər  kitabları  işıq  üzü  görmüşdür.  Əsərləri  rus, 

qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.  

Əlfi Qasımov 1985-ci ilin 12 martında  qəflətən vəfat etmişdir. 



Kitabları:  ―Əriməzin  ətəklərində‖  (1954)  ,‖Şagird  briqadaları‖  (1960),  ―Odlu 

ürəklər‖ (1962), ―Dostluq və qardaşlıq dünyası‖ (1963), ―Adilənin taleyi‖ (1964), 

―Dnepr  qəhrəmanı‖  (1964),‖ Ulduz  karvanı‖  (1967),  ― Məni  qınamayın‖  (1968), 

―Saçlar  ağarsa  da...‖  (1969),  ―Qızburunda  tək  məzar‖  (1970),  ―Vətən  çağıranda‖ 

(1975),  ―Könül  sevən...‖  (1977),  ―Qağayı  fəryadı‖  (1979),  ―İnsan  qaranquş 

deyil‖ (1981), ―Toy gecəsi‖ (1985), ―Bəhyəddin Mirzəyev‖ (1985) və s. 



Ədəbiyyat:Əhmədov Teymur -Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 


17 

 

5 Yanvar - Yazıçı Vidadi Babanlının anadan olmasının 90 illiyi, (1927) 

Vidadi Babanlı   Qazax   rayonunun   Şıxlı   (indiki  Muğanlı)   

kəndində,  müəllim  ailəsində  doğulmuşdur.  Burada    orta 

məktəbi 

bitirdikdən 

sonra  

ADU-nun 


 

fılologiya 

fakültəsində   təhsil  almışdır  (1944-1949).    Bir  il  Sabirabad 

şəhər  orta  məktəbində  müəllim  işləmiş,  sonra  Bakıya 

köçüb "Azərbaycan  müəllimi"  qəzeti redaksiyasında  ədəbi 

işçi  vəzifəsində  çalışmışdır.  O,  Moskvaya  M.Qorki  adına 

Ədəbiyyat  İnstitutuna  təhsil  almağa  göndərilmiş,  orada 

aspiranturaya  daxil  olsa  da,  səhhətinə  görə  Bakıya  qayıtmalı 

olmuşdur. "Ədəbiyyat  qəzeti" redaksiyasında  ədəbi  işçi,  sonra  şöbə  müdiri 

işləmişdir  (1954-1960).  Yaradıcılıqla  əlaqədar  Sumqayıt  şəhərində  fəhlə 

yataqxanasında  tərbiyəçi  olmuş,  əsərinə  material  toplamışdır. "Azərbaycan" 

jurnalı redaksiyasında  nəsr  şöbəsinə  rəhbərlik  etmişdir  (1961-1968). C.Cabbarlı 

adına  "Azərbaycanfılm"  kinostudiyasının dublyaj  şöbəsində  baş  redaktor  əvəzi 

(1974-1976), "Yazıçı"  nəşriyyatında baş  redaktor  müavini  (1978-1981)  olmuşdur. 

Vidadi  Babanlının  ilk  mətbu  əsəri 1947-ci  ildə "Azərbaycan  gəncləri" 

qəzetində çıxan  "Anam  sən  oldun"  şeiridir.  İlk  şeirləri,  "Dönüş",  "Təbrizdə  bir 

gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. Nəsr 

yaradıcılığına "Gəlin" povesti ilə başlamışdır (1954-cü ildən). Həmin

 

ildən roman, 



povest,  hekayə,  oçerk,  publisistik  məqalələr,  kinossenari  yazıb-yaradır.  Əsərləri 

SSRİ  və  xarici  ölkə  xalqlarının  dillərinə  çevrilmişdir.  ―Öz  evində  qonaq‖  pyesi 

tamaşaya  qoyulmuşdur  (2003).  ―Dərd  məni  dilləndirir‖  (2003)  publisistik  əsərlər 

toplusu,  ―Mənim  gizlinlərim‖  (2002-2003)  avtobioqrafik  romanı,  ―Ana  intiqamı‖ 

(1995)  povesti  rəğbətlə  qarşılanmışdır.  Yazıçılardan  ibarət  xüsusi  dəstə 

ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və  digər  xarici  ölkələrdə  səfərdə 

olmuşdur. 

Kitabları: ―Gəlin‖ (1954), ―Tanışlarım və dostlarım‖ (1961),  ―Ayazlı gecələr‖ 

(1961), ―Həyat bizi sınayır‖ (1964), ―Gəlin‖ (1967), ‖Həyat bizi sınayır‖ (1979), 

―Müqəddəs ocaq‖ (1983), ―İnsaf nənə‖ (1985), ―Seçilmiş əsərləri‖ (1987),  

―Vicdan susanda‖ (1990), ‖Hoydu dəlilərim, hoydu‖ (1993), ‖Ana intiqamı‖ 

(1995), ―Ömürlük cəza‖ (1998), ―Kişilik haqqında himn‖ (2002), ―Ömürlük əzab‖ 

(I-II kitab). (2003),  ―Bulanlıq dünya‖(2011) və s.  



Ədəbiyyat : Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə