Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə63/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   59   60   61   62   63   64   65   66   ...   148

178 

 

3 May -  



Yazıçı, maarifçi Əsgər ağa Goraninin (Adıgözəlov) anadan olmasının 

               160 illiyi (1857-1910) 

 

 



 

 

 



 

 

 

 

 

 

Əsgər    ağa    Haqvеrdi  bəy  oğlu   Adigözəlov  Goran-Boyəhmədli  kəndində 

anadan  olub.  Tarixçi Mirzə  Adıgözəl  bəy  Qarabağinin   nəvəsidir. O,  Bakı   şəhər 

Gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına 

Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə 

dönüb.  Qubеrniya  katibi,  kollеc  asеssoru,  mülkü  müşavir  kimi  mülki  çinlər 

daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis  Dairə 

Məhkəməsinin  prokuror  nəzarəti  orqanlarında  prokuror  yoldaşı,  bеş  il  ərzində 

Gəncə  Bələdiyyə  İdarəsinin  rəisi,  Yеlizavеtpolda  (Gəncədə)  Mixaylovsk 

Məktəbinin  fəxri  nəzarətçisi  vəzifələrində  işləyib.  Gəncədə  öz  hеsabına  qız 

məktəbi  açıb.  Əsgər  ağa  Azərbaycan  mədəniyyətində  öz  yеri  olan  görkəmli 

simalardan biridir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da 

"Lənkəran  xanının  vəziri",  bir  ay  sonra  isə  "Hacı  Qara"  əsəri  ilə  başlanıb.  Bu 

əsərlərdə  Teymur  ağa  və  Hacı  Qara  obrazlarının  yaradıcısı  Əsgər  ağa  Goranidir. 

Ə.Gorani  "Əkinçi"nin  ən  fəal,  dövrə,  zəmanəyə,  hadisələrə  dəqiq,  doğru 

münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və 

müxtəlif imzalarla 39 məqaləsi dərc olunub.  O, həm də maraqlı dram əsərlərinin 

müəllifidir. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər 

düşməyib.  M.Lermontovun  yaradıcılığından  dilimizə  çevirdiyi  şeirləri  indi  də 

oxucuların  xoşladığı  əsərlər  sırasındadır.  Onun  "Qara  yel"  romanı  dünya 

xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsində ilk türbənin 

tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy 

Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. 

Əsgər ağa Gorani 9 mart 1910-cu ildə vəfat etmişdir. 



Kitabları: ―Qocalığda yorğalıq‖, ―Qara yel‖ və s. 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 


179 

 

5 May - Yazıçı, tərcüməçi Cəfər Bağırın anadan olmasının 105 illiyi,  



              (1912-1983) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şair,  tərcüməçi  Cəfər  Bağır  (  Bağırov  Cəfər  Səfər  oğlu)    Naxçıvanın 

Ordubad  rayonundakı  Dəstə  kəndində,  yoxsul  ailədə  doğulmuşdur.  Kənd  orta 

məktəbini  bitirdikdən  sonra  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  fılologiya 

fakültəsinə  daxil  olmuşdur.  Eyni  zamanda  "Gənc  işçi"  qəzetində  şöbə  müdiri 

işləmişdir.  Bu  dövrdə  ilk  hekayələrini  qələmə  almışdır.  "Kommunist"  qəzetində 

şöbə müdirinin müavini (1934-1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib 

(1936-1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə 

Bakıya  qayıdıb  bədii  yaradıcılığa  başlamışdır.  Oçerk,  hekayə,  miniatürlər 

yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi 

tərcümələr sayəsində oxucular T.Drayzer, P.Abrahams, A.Sent-Ekzüperi, R.Taqor, 

Əziz  Nesin,  M.Broden,  A.Kamenova,  S.Kardiaşvili  kimi  yazıçıların  əsərləri  ilə 

tanış  olmuşlar.  O,  Azərbavcan  Dövlət  Nəşriyyatında  bədii  ədəbiyyat  şöbəsinin 

müdiri  (1955-1960),  redaktoru  (1960-1966),  məsləhətçi  redaktor  (1966-1967), 

bədii tərcümə  redaksiyasının  müdiri  (1967-1973) vəzifələrində  çalışmışdır.  1973-

cü ilin martından fərdi təqaüdə çıxmışdır.  

Cəfər Bağır 1983-cü il aprelin 17-də vəfat etmişdir. 

Kitabları:  ‖Zəfər  səsləri‖  (1932),    ―Səslər‖  (1967),  ―Xəzan‖  (1968),  ―Babamın 

ürəyi‖  (1969),  ―Bir  ömür  azdır‖  (1971),  ―Səni  görəndə‖  (1973),  ―Mən  yadına 

düşəndə‖ (1975), ―Miniatürlər‖ (1977), ―Bitməmiş gündəlikdən‖ (1979), ―Xoşbəxt 

o adamlar ki‖ (2014) və s. 



Tərcümələri: Teodor Drayzer ―Dahi‖, ―Kerri bacı‖, Berzan Yuri ―Bir məhəbbətin 

tarixi‖,  Rabindranat Taqor  ―Seçilmiş əsərləri‖. 



Filmoqrafiya:‖Yoxlanılmış, inanılmış...‖ (film, 1971) 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 


180 

 

5 May - Şair Əhməd Cavadın anadan olmasının 125 illiyi, (1892-1937) 

 

 

Əhməd  Cavad  (Axundzadə  Cavad  Məhəmmədəli 



oğlu)   Gəncə  qəzasının  Şəmkir  dairəsinin  Seyfəli  kəndində 

anadan  olmuşdur.  Gəncə  Ruhani  Seminariyasında  (1906-

1912),  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  tarix  və 

filologiya  fakültəsində  (1922-1927)  təhsil  almışdır.  Quba 

Xalq  Maarif  Şöbəsinin  müdiri  (1920-1922),  Gəncədə 

Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunda  Azərbaycan  və 

rus  dilləri  kafedrasında  müəllim,  dosent,  kafedra  müdiri 

(1930-1933),  Azərbaycan  Dövlət  Nəşriyyatının  tərcümə 

şöbəsində  redaktor  (1934),  "Azərbaycanfilm"  studiyasında 

sənədli  filmlər  şöbəsinin  müdiri  (1935-1936)  işləmişdir. 

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-

cı  ildə  "Qoşma"  adlı  ilk  kitabı  çapdan  çıxmışdır. 1919-cu  ildə  isə  "Dalğa"  adlı 

kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci 

ildə İstanbulda buraxılmışdır. Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda 

onun  əleyhinə  verilmişdir.  Azərbaycanı  müstəqil,  doğma  xalqını xoşbəxt  görmək 

istəyən  Əhməd  Cavad  haqsız  olaraq  həbs  edilmiş,  dəhşətli  işgəncələrə  məruz 

qalmış,  1937-ci ilin 9 oktyabrında cəza tədbirlərinin qurbanı olmuşdur. 

Kitabları:  ―Seçilmiş  əsərləri‖  (2005),  ―Sən  ağlama,  mən  ağlaram...‖  (2001), 

―Azərbaycan marşı‖ (1992), ―Gəlmə Bismillah‖ (1994) və s. 



Haqqında olan əsərlər: Salmanlı R. ―İstiqlal şairi  Əhməd  Cavad  haqqında‖ 

(2003), Rzalı R. ―Altunlar yurdudur  bu  kasıb  ölkə‖ -  ―Azərbaycan himninin 

müəlliflərindən biri‖ (2002),  Mustafayeva G. ―Müstəqil  Azərbaycan 

Respublikasının  Əhməd  Cavad  yaradıcılığında  rolu‖  (2006) və s.  



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə