Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 May - Şairə Rüzgar Əfəndiyevanın anadan olmasının 70 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə64/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   60   61   62   63   64   65   66   67   ...   148

181 

 

9 May - Şairə Rüzgar Əfəndiyevanın anadan olmasının 70 illiyi,  



             (1947-2011) 

  

Rüzgar  Əfəndiyeva  Bərdə  şəhərində,  qulluqçu 

ailəsində  anadan  olmuş,  3  saylı  orta  məktəbdə  təhsil 

almışdır  (1954-1965).  Əmək  fəaliyyətinə  1  saylı  Bərdə 

uşaq  bağçasında  tikişçi  kimi  başlamışdır  (1963-1965). 

ADU-nun  filologiya  fakültəsini  bitirdikdən  sonra  (1965-

1970),  Bakı  şəhər  248  saylı  orta  məktəbdə  dil-ədəbiyyat 

müəllimi  işləmişdir  (1970-1974).  1975-ci  ildə―Maarif‖ 

nəşriyyatında  korrektor,  kiçik  redaktor,  redaktor  və 

―Azərbaycan  dili  və  ədəbiyyatı  dərslikləri‖  redaksiyasının 

müdiri  (1994-2005)  vəzifələrində  çalışmışdır.  Bədii  yaradıcılığa  orta  məktəbdə 

ikən  həvəs  göstərmişdir.  İlk  mətbu  şeirləri  (―Könül  verərsənmi?‖,  ―İstərəm‖) 

universitet  qəzetində  çap  olunmuşdur.  Dövri  mətbuatda,  ədəbi  almanaxlarda 

müntəzəm çıxış etmişdir. Şeirləri bolqar, fars, türk, rus, özbək və s. dillərə tərcümə 

olunub.  80-dək  şeirinə  musiqi  bəstələnmişdir.  Onun  ―Axtarma  məni‖  (musiqisi 

Bahadur  Hüseynovundur)  mahnısını  məşhur  türk  müğənnisi  Əməl  Sayın,  ―Sənli 

günlərim‖ i (musiqisi Oqtay Kazımovundur) isə Nəşə Qaraböcək oxuyur. O, həm 

də romanlar, povestlər və hekayələr müəllifidir. ―Yol gözləyənlər‖ povesti 1997-ci 

ildə  ―İki  sahil‖  qəzetində  çap  olunmuşdur.  Ruzgar  xanım  həm  də 

―Natəvan‖ оpеrasının  ariya  və  duеt  mətnlərinin  müəllifidir.  Əsər  2003-cü 

ildə Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və böyük uğur qazanmışdır. 

Şairə ―Araz‖ ali ədəbi (1997), ―Heyran xanım‖ ədəbi (1994), ―Qızıl 

qələm‖(2005), ―Nigar Rəfibəyli‖ (2006) adına mükafatların laureatıdır. 

 R.  Əfəndiyeva  Azərbaycan  poeziyasında  xüsusi  mövqeyi olan,  öz  dəsti-xətti  ilə 

seçilən  şairədir.   Şeirləri  dərsliklərə  və  dərs  vəsaitlərinə  salınmışdır.  ―Rüstəm 

Napoleonun yavəri‖ romanı onun yaradıcılıının  çoxşaxəliliyindən xəbər verir. 

Rüzgar Əfəndiyeva 2011-ci il  də vəfat etmişdir. 

Kitabları: ―Unuda bilməzsən‖ (1981), ―Gözlə‖ (1989), ―Ömürdən keçən illər‖ 

(1995), ―Lalənin ləçəyi‖ (1996), ―Aydınlıqdan gedən yolda‖ (1997), ―Gedən də 

var, qalan da var‖ (1999), ―Xatirələr çiçəkləyəndə‖ (1999),  ―Vətəndir Arifin səsi‖, 

―Əbədi günəş‖ və s.  



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 


182 

 

10 May - Yazıçı Əhməd Mirzəcəfərlinin anadan olmasının 90 illiyi,  



               (1927-1994) 

 

 

 

 

 

 

 

 

 

 

Əhməd  Mirzəcəfərli  Samux  rayonunun  Mirzəcəfərli  kəndində,  əkinçi 

ailəsində  doğulmuşdur.  Orta  məktəbin  8-ci  sinfində  oxuyarkən  İkinci  Dünya 

Müharibəsi  başlandığına  görə  təhsilini  yarımçıq  qoyub    kolxozda  işləmişdir.  42 

saylı Bakı Fəhlə-Gənclər Orta Məktəbini, sonra M.F. Axundov adına Dövlət Dil və 

Ədəbiyyat  Pedoqoji  İnstitutunu  bitirmişdir  (1948-1950).    Sonra  üç  il  Samux 

rayonunun Qarasaqqal kəndində rus dili müəllimi işləmişdir. ―Bilik‖ Cəmiyyətində 

inspektor və ‖Kənd həyatı‖ jurnalının əməkdaşı olmuşdur. 1973-cü ildən qüvvəsini 

bədii yaradıcılığa həsr etmişdir. Əsərləri rus, çex, alman və polyak dillərində çap 

olunmuşdur.  Azərbaycan  ədəbiyyatında  oçerk  janrının  inkişafında  xidmətləri 

böyükdür. Oçerk müsabiqələrində dəfələrlə mükafata layiq görülmüşdür.  

    Əhməd Mirzəcəfərli 1994-cü il aprelin 19-da Bakıda vəfat etmişdir. 



Kitabları: ―Altı qız‖ (1962), ―Dağlara karvan gedir‖ (1965), ―Görüş‖ (1971), 

―Qırılmaz ülfət‖ (1975), ―Gülnamə‖ (1979), ―Xoşbəxtliyi qoruyun‖ (1980), 

―Qarabağ hekayələri‖ (1985), ―Samux əfsanəsi‖ (1988), ―Su altında illər‖ (1990) 

və s. 


 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


183 

 

 



10 May - Şair Musa Yaqubun anadan olmasının 80 illiyi, (1937) 

 

 



 

 

 



 

 

 



 

Musa  Yaqub  (Yaqubov  Musa  Səfiməmməd  oğlu)  İsmayıllı  rayonunun 

Buynuz kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra 

Tircan  kənd  orta  məktəbində  müəllim  (1957-1958),  Buynuz  kənd  ibtidai 

məktəbində  müəllim  və  direktor  (1958-1967)  işləmişdir.  ADU-nun  filologiya 

fakültəsində  qiyabi  təhsil  almışdır  (1967-1973).  Bakıya  köçəndən  sonra 

Azərbaycan  Yazıçılar  İttifaqının  Bədii  Ədəbiyyatı  Təbliğ  Bürosunda  direktor 

müavini, "Azərbaycan" 

jurnalında poeziya 

şöbəsinin 

müdiri 

vəzifəsində 



çalışmışdır  (1974-1978).  Daha  sonra  İsmayıllı  rayonunda  çıxan  "Zəhmətkeş" 

qəzetinin redaktoru olmuşdur (1978).  

Ədəbi  fəaliyyətə  1957-ci  ildə  "Azərbaycan  gəncləri"  qəzetində  çap  olunan 

"İki  qəlb,  iki  dünya"  poeması  ilə  başlamışdır.  Moldovada  Sovet  ədəbiyyatı, 

Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq 

tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon Partiya Komitəsinin 

büro  üzvü,  rayon  Xalq  Deputatları  Soveti  ticarət  və  məişət  xidməti  daimi 

komissiyasınm sədri olmuşdur (1979). Milli  Məclisin deputatı (1995-2000-ci illər 

üzrə) seçilmişdir. M.F.Axundov adına Mükafata layiq görülmüşdür. 

Kitabları: ―Yarpaqlar oxuyur‖ (1966), ―Bu məhəbbət yaşadır məni‖ (1966), ―Bu 

məhəbbət yaşadır məni‖ (1970), ―Mənim kainatım‖ (1973), ―Üzü bəri baxan 

dağlar‖ (1977), ―Yaxşı ki, sən varsan‖ (1979), ―Bir sim üstə‖ (1983), ―İki qəlbin 

işığı‖ (1985), ―Mənim sevgi taleyim‖ (1988), ―Ürəyimdə yerin qaldı‖ (1992), 

―Nanə yarpağı‖ (1996), ―Payızdan yaza yol varmı‖ (1999), ―Ruhumla söhbət‖ 

(2000), ―Bu dünyanın qara daşı ğöyərməz‖ (2007), ―Dövrün dəyirmanı‖ (2012) və 

s. 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə