Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə65/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   61   62   63   64   65   66   67   68   ...   148

184 

 

15 May - Şair, pedaqoq Allahverdi Tağızadənin anadan olmasının 85 illiyi, 



               (1932-2000) 

   


Allahverdi  Tagızadə  Naxçıvanın  Yaycı  kəndində  anadan  olub.  Kənd 

məktəbini  bitirdikdən  sonra,  Naxcıvan  Muəllimlər  İnstitutunun  dil  və  ədəbiyyat 

fakültəsinə  daxil  olmuşdur  (1949).    Sonra  Gəncə  Pedoqoji  İnstitunun  filologiya 

fakültəsində  təhsil  almışdır.  Bədii  yaradıcılığa  tələbəlik  illərindən  başlamışdır. 

―Tarlada‖  adlı  ilk  şeiri  1955-ci  ildə  ―Azərbaycan  gəncləri‖  qəzetində  dərc 

edilmişdir.  Bundan  sonra  ―Şərq  qapısı‖  qəzetində  şeirlərini  və  vətənpərvərlik 

mövzusunda  yazdığı  əsərlərini  dərc  etdirmişdir.  Onun    sonrakı  həyatı  Baki  ilə-

Azərbaycan Dövlət Xarici Dillər İnstitutu ilə baglı olmusdur. SSRİ  və xarici ölkə 

xalqları ədəbiyyatından poetik tərcümələr etmişdir. Azərbaycan Ali və Orta İxtisas 

Təhsili Nazirliyi kollegiyasının Fəxri Tərifnaməsinə layiq görülmüşdür (1977). 

   Allahverdi Tağızadə 8 mart 2000-ci ildə dunyasını dəyişmişdir.  

 

Kitabları: ―Sənin əllərin‖ (1964), ―Mənim narahatlığım‖ (1970), ―Gözəlliyin 

soragında‖ (1975),  ―Görüş‖ (1980), ―Ömürdən nişanə‖ (1986), ―O tayda bir çinar‖ 

(1990) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



185 

 

18 May - Şair, publisist Eldar Nəsiblinin  anadan olmasının 65 illiyi,  



               (1952-2010) 

 

 



  

 

 



 

 

Eldar Nəsibli Sibirel  Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan 



olub.  Çünki  valideynləri 1948-ci  ildə  Sibirin Tomsk  vilayətinə  sürgün  edilib. 

Valideyinləri  bəraət  aldıqdan  sonra  sürgündən  öz  doğma  yurdlarına  -  Qazax 

rayonunun  Sarıvəlli  (İkinci  Şıxlı)  kəndinə  qayıdıb  və  orta  təhsili  orada 

alıb.   Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika  fakültəsini bitirib.  Şairin 

"Ağacların  söhbəti"  adlı  ilk  şeri 1968-ci  ildə  "Ədəbiyyat  və  incəsənət"  qəzetində 

işıq  üzü  görüb.  Eldar  Nəsiblinin  şeirləri  bir  çox  dillərə  tərcümə  edib.  O,  uzun 

müddət  "Elm  və  həyat"  jurnalında  məsul  katib  vəzifəsində  çalışıb.  "Mərhəmət" 

jurnalının  baş  redaktoru  olub  və  "Azərbaycan"  qəzetində  bölgə  müxbiri 

işləyib. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib. E.Nəsiblinin şeirlərinin 

çapına  respublika  və  İttifaq  mətbuatlarında  geniş  yer  ayrılıb.  O,  həm  də 

tərcüməçidir.  Marina  Svetayeva, Yevgeni  Yevtuşenko, Sergey  Yesenin kimi  bir 

çox  tanınmış  rus  şairlərinin,  eləcə  də  görkəmli  rumın  şairi Mixail 

Emneskonun   əsərlərini  Azərbaycan  dilinə  çevirib.  Bir  cox  şerinə  musiqi 

bəstələnib.  

Şair  Eldar  Nəsibli  Sibirel  11  oktyabr  2010-cu  ildə  Qazaxda  baş  verən 

avtomobil qəzasında həlak olub. 



Kitabları: "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya 

məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", 

"Turan Şərqisi" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da 

igidlikdir" xatirə kitabının müəllifidir. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 


186 

 

21 May - Şair, dramaturq Cahan Əfruzun anadan olmasının 95 illiyi,  



               (1922-1984) 

 

 

 

 

 

 



 

 

 



 

Dilanova  Cahan  Hüseyn  qızı  Tovuz  rayonunun  Öysüzlü  kəndində 

doğulmuşdur.  Gənclik  dövründə  Türkmənistanın  Aşqabad  şəhərində  yaşamışdır 

(1938-1942).  Sonra  doğma  vətənə  qayıtmış,  Tovuz  şəhərində  orta  təhsili  başa 

çatdırmışdır  (1943).  ADU-nun  filologiya  fakültəsində  təhsil  almışdır  (1945-

1950). Bakıda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 

Ədəbi  fəaliyyətə  1940-cı  ildən  başlamış,  aşıqvari  (təcnis,  qoşma,  qoşa  yarpaq, 

gözəlləmə)  lirik  şeirlərini  dövri  mətbuatda  müntəzəm  çap  etdirmişdir.  Onun 

yaradıcılığında ictimai-siyasi məzmunlu lirika da başlıca yer tutmuşdur. ―Şeirlər 

və  poemalar‖(1954)  almanaxında  ―Dağlar‖  poeması  çap  olunmuşdur.  Opera 

Teatrı  üçün  ―Etibar‖(1955)  librettosunu,  ―Qanqın  işıqları‖,  ―İlham  pərisi‖ 

pyeslərini qələmə almışdır.  

Cahan Əfruz (Dilanova) həm də dramaturq idi. Onun ―İki ana‖, ―Sevgi sətirlə-

ri‖, ―Şeirlər‖, ―Dağlar‖, ―İki bayram‖ kitabları rus, ispan, türkmən, hind dillərinə 

tərcümə  olunub.  Hindistanda  baş  verən  hadisələrdən  bəhs  edən  "Qanqın  böyük 

dalğası", "Tahirin aqibəti" və digər əsərləri 1970-ci illərdə Moskvada səhnələşdi-

rilib və böyük uğur qazanıb. "Gəldim ki, deyəm, sevirəm", "İlham pərisi" əsərləri 

Azərbaycanda və keçmiş SSRİ-nin başqa respublikalarında tamaşaya qoyulub.  

Cahan Əfruz 1984-cü il dekabrın 6-da Bakıda vəfat etmişdir. 

 

Kitabları: ―Şeirlər‖ (1956), ―İki bayram‖ (1963), ―Qanqın böyük dalğası‖(1981), 

―Xoşbəxtlikdən heç kəs ölməmişdir (1982) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə