Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə66/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   62   63   64   65   66   67   68   69   ...   148

187 

 

 



30 May - Şair Mirzə Ələkbər Sabirin anadan olmasının  155 illiyi, (1862-1911) 

 

  



Ələkbər  Zeynalabdin  oğlu  Tahirzadə  (Sabir) 

Şamaxıda anadan olmuşdur. Sabir 12 yaşına qədər dini 

düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların 

yanında 


oxumuş, 

sonra 


məşhur 

şair Seyid 

Əzimin açdığı  yeni  üsullu  məktəbə  keçmişdir.  Bu 

məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və 

şairlik  istedadının  inkişafına  kömək  etmişdir.  Lakin 

bir-iki  il  sonra  atası  Ələkbəri  təhsildən  ayırıb  öz 

dükanında  köməkçi  işlətmişdir.  Ancaq  elmə  və 

ədəbiyyata  həvəsi  sönməyən  gənc  yenə  oxuyub  - 

yazmağında  davam  etmişdir.  O,  "Molla  Nəsrəddin" 

jurnalını  öz  arzularına  müvafiq  həqiqi  bir  xalq  jurnalı  kimi  qarşılamiş,  onun  ən 

fəal  müəlliflərindən  biri  olmuşdur.  Bu  zamandan Cəlil  Məmmədquluzadə ilə 

Sabir arasında qırılmaz dostluq münasibətləri yaranmışdır. 1908-ci il aprelin 11-

də  Bakı  Quberniya  Ruhani  İdarəsində  imtahan  verən  şair  mayın  7-də Tiflisə 

getmiş, Qafqaz  Şeyxülislamı  İdarəsindən  ana  dili  və  şəriət  müəllimi  diplomu 

almışdır.  Lakin Qoridən  aldığı  bir  məktubdan  sonra  o,  seminariyadan  ümidini 

kəsməli  olmuşdur.  Bir  müddət  şair  Şamaxı  məktəblərindən  birində  köməkçi 

müəllim  sifətilə  dərs  demişdir.  Həmin  ilin  sentyabr  ayında  Sabir  çoxdan 

arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olmuşdur. Həmin məktəbdə 60-a 

qədər  şagird  oxuyurdu.  1910-cu  ilin  əvvəllərində  Sabir  Bakıya  işləməyə  gəlir. 

Əvvəlcə  "Zənbur"  jurnalının  redaksiyasında  çalışır.  "Günəş"  qəzeti  hər  həftənin 

cümə günü  "Palanduz"  sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə 

"Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. 

Şair  eyni  zamanda  "Molla  Nəsrəddin"ə  də  yazmaqda  davam  edir.  Böyük  şair 

1910-cu  ilin  axırlarında  ciyər  xəstəliyinə  tutulur  və  Şamaxıya  qayıdır. 1911-ci 

ilin may ayında 

o, 


müalicə 

üçün Tiflisə 

gedir, 

dostu C. 



Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük 

qayğıkeşlik  göstərirlər.  M.Ə.Sabir  1911-ci  il iyulun 12-də,  həyatının  və 

yaradıcılığının ən parlaq bir vaxtında vəfat edir.  

  

M.Ə.Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci 



ildə  arvadı  Büllurnisə  xanım,  dostları  Abbas  Səhhət  və  M.Mahmudbəyovun  səyi 

ilə onun şerləri "Hophopnamə" adı ilə çap olunur.  



Kitabları: ―Hophopnamə‖ və s. 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 


188 

 

31 May - Yazıçı Fuad Tarıverdiyevin anadan olmasının 85 illiyi, (1932)



 

  

 

 

 

 

 

 

 

 

 

Tarverdiyev  Fuad  Cəfər  oğlu  İrəvan  şəhərində  anadan  olmuşdur.  Orta 

məktəbin  yeddinci  sinfini  bitirib  Əzim  Əzimzadə  adına  Azərbaycan  Dövlət 

Rəssamlıq  Məktəbində  təhsil  almışdır  (1946-1951).  Sonra  ADU-nun  filologiya 

fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1951-1956). Əmək 

fəaliyyətinə  C.Cabbarlı  adına  ―Azərbaycanfilm‖  kinostudiyasının  xronika 

şöbəsində  redaktor  kimi  başlamışdır  (1956).  1957-ci  ildən  Azərbaycan  Dövlət 

Televiziya  və  Radio  Verlişləri  Şirkətində  işləmişdir.  Əvvəlcə  proqram 

redaksiyasının  baş  redaktoru,  sonra  komitə  sədrinin  müavini  olmuşdur  (1983-

1990).  Ədəbi  yaradıcılığa  ―Göyərçin‖  jurnalında  çap  etdirdiyi  ―Alma‖  adlı  ilk 

hekayəsi ilə başlamışdır. Bədii tərcümə ilə də məşğul olmuşdur. Xidmətlərinə görə 

―Şərəf nişanı‖ ordeni, ―Azərbaycanın qabaqcıl maarif işçisi‖, ―Televiziya və radio 

əlaçısı‖  nişanları  ilə  təltif  edilmişdir.  Azərbaycan  Yazıçılar  və  Jurnalistlər 

birliklərinin  üzvüdür.  Respublikanın  Əməkdar  jurnalisti  (1990)    fəxri  adına layiq 

görülmüşdür. 

 

Kitabları: ―Uçub səni taparam‖ (1979), ―Mənim günəşim‖ (1982), ―Gilavar- 2‖ 

əməliyyatı‖ (1985), ―Günüm, ayım, Günayım‖ (1989), ―Elçinurun üç səyahəti‖ 

(1992) və s. 

 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 



189 

 

Xarici ədəbiyyat 

 

2 May - Avstraliya yazıçı Alan Marşallın anadan olmasının 115 illiyi, 

              (1902-1984) 

 

Avstraliya yazıçı və publisisti Alan Marşall altı yaşında polimielit xəstəliyi 

keçirmiş,  əlil  qalmışdır.  Bu,  onun  həyatına  və  ədəbi  karyerasına  təsir  etmişdir. 

1920-ci  illərdə  ədəbi  yaradıcılığa  başlamışdır.  Yazıçının  ən  məşhur  kitablarından 

olan  ―Mən  gölməçələrdən  tullanmağı  bacarıram‖  (1955)  onun  avtobioqrafik 

trilogiyasının  ilk  hissəsidir.  Digər  iki  kitab  isə  ―Hər  yerdə  bitən  ot‖  (1962)  və 

―Mənim qəlbimdə‖ (1963) adlanır. Kitabın qəhrəmanları və hadisələrin baş verdiyi 

məkanlar  real  insanlar  və  yerlər  olmuşdur.  Yazıçı  həmçinin  Avstraliya 

aborigenlərinin əfsanələrini toplamış və nəşr etdirmişdir.  

Alan Marşall 1984-cü il yanvarın 21-də vəfat etmişdir. 

  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə