Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Yanvar - Şair Ələmdar Quluzadənin anadan olmasının 65 illiyi, (1952)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   2   3   4   5   6   7   8   9   10   ...   148

18 

 

7 Yanvar - Şair Ələmdar Quluzadənin anadan olmasının 65 illiyi, (1952) 

  

Ələmdar  Quluzadə  Qarabağın  Xocalı  kəndində 



anadan olmuşdur. O, kənd orta məktəbini və 1973-cü ildə 

N.Tusi  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 

Xankəndi  filialında  Azərbaycan  dili  və  ədəbiyyat 

fakültəsini  bitirmişdir.  1988-ci  ilin  sentyabr  ayına  qədər 

Xankəndində  yaşamış  və  bu  müddətdə  keçmiş  vilayət 

Radio  Verilişləri  Komitəsinin  Azərbaycan  verilişləri 

redaksiyasında  müxbir  vəzifəsində  çalışmışdır.  O, 

Azərbaycan  Yazıçılar  Birliyinin  üzvüdür.  Yaradıcılığa 

gənc  yaşlarında  başlayan  şairin  şeirləri  ―Azərbaycan  gəncləri‖,  ―Ədəbiyyat  və 

incəsənət‖  qəzetlərində  və  ―Ulduz‖  jurnallarında  dərc  edilmişdir.  İlk  kitabı 

―Dağların  yaddaşı‖  adlanır.  Sonralar  Ələmdar  müəllimin  bir-birindən  maraqlı 

kitabları  çap  olunmuşdur.  Şairin  kitablarını  kiçiklərlə  yanaşı,  böyüklər  də  sevə-

sevə oxuyur.  

Ələmdar  Quluzadənin  çoxsahəli  yaradıcılığında  uşaq  ədəbiyyatının 

özünəməxsus  yeri  var.  Təbiətə,  folklora,  xalq  yaradıcılığına,  insanların 

psixologiyasına  yaxından  bələd  olması  şairin  uşaqlar  üçün  qələmə  aldığı  şeir  və 

nağıllarda  da  özünü  aydın  göstərir.  Onun  ―Qürbətə  düşən  daş‖  kitabında  vətənə, 

xalqa,  əməyə,  anaya,  dosta  sevgi  mövzularında  yazılmış  nağıllar  (―Papaqçı‖, 

―Dəmirçi  Daşdəmir‖,  ―Bar  ağacı‖,  ―Bənövşə‖,  ―Yuva‖,  ―Kiçik  qardaş‖,  ―Nökər 

alim‖,  ―Göyərçin‖)  geniş  yer  almışdır.  Bu  kitabda  müəllif  özünü nəsrdə  sınamış, 

həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq, cəsurluq, barədə 

düşüncələrini  çatdırmışdır.  Şairin  nağılları  ilə  yanaşı,  onun  şeirləri,  poemaları, 

pyesləri  də  müxtəlif  yaşlı  oxucularda  maraq  doğurur  və  onları  vətənpərvər  ruhda 

tərbiyə edir.  



Kitabları: ‖Alay komandiri‖ (1999), ―Beş qitənin uşaqları‖ (1991), ―Dağların 

yaddaşı‖ (1976), ―İsti ocaq‖ (1985),  ―Qarabağ oyunu‖ (1993), ―Məhləmizin 

uşaqları‖ (2004), ―Mənə söz verin‖ (2001), ―Məni yoldan elemə‖ (2005), ―Ömür-

gün qabaqdadır‖ (1980),  ―Şəhid şəhər‖ (1998),  ―Tumurcuqlar‖ (1985)  və s. 



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 

 


19 

 

 



10 Yanvar - Şair, alim Əli Saləddinin anadan olmasının 85 illiyi, (1937-2003) 

 

  

  

Əli  Saləddin  Mehdiyev  Gəncə  şəhərində  anadan 



olmuşdur.  O,  burada  M.Ə.Sabir  adına  5  saylı  şəhər  orta 

məktəbini  bitirmiş  və  Azərbaycan  Dövlət  Universitetinin 

filologiya  fakültəsinə  daxil  olmuşdur.  1960-cı  ildə  həmin 

fakültəni  müvəffəqiyyətlə  bitirən  Əli  Saləddin  Azərbaycan 

EA  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  şifahi  xalq 

ədəbiyyatı  şöbəsində  işləmiş,  daha  sonra  həmin  institutun 

aspiranturasında  təhsilini  davam  etdirmişdir.  Ə.Saləddin 

Azərbaycan  Sovet  Ensiklopediyası  Baş  redaksiyasında elmi  redaktor, Azərbaycan 

EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi, klassik Azərbaycan 

ədəbiyyatı və yeni dövr Azərbaycan ədəbiyyatı (XIX-XX əsrlər) şöbələrində müdir 

vəzifələrində çalışmışdır. 

  

Ədəbi yaradıcılığa  çox erkən başlamış və ―Bahar gəlir‖ adlı ilk şeiri 1954-



cü  il  mayın  1-də  ―Kirovabad  kommunisti‖  qəzetində  işıq  üzü  görmüşdür.  Əli 

Saləddinin  şeirləri  1955-ci  ildən  respublika  mətbuatında  dərc  olunmuş,  1960-cı 

ildən  isə  mütəmadi  şəkildə  şeir  və  ədəbi  yazıları,  elmi  və  ədəbi-publisistik 

məqalələri  qəzet  və  jurnal  səhifələrində  çap  edilmişdir.  Ə.Saləddin  Azərbaycan 

Sovet Ensiklopediyası Baş redaksiyasında çalışdığı zaman bu nəşrin I, III, IV, VI 

və VIII cildlərinə daxil edilmiş əsas məqalələrin müəlliflərindən biri olmuşdur. O, 

elmi  fəaliyyətinin  böyük  bir  hissəsini  Azərbaycanın  böyük  şairi  M.Ə.Sabirin 

irsinin araşdırılmasına və öyrənilməsinə həsr etmişdir. Əli Saləddin şairin şeirlərini 

dərindən  təhlil  edərək,  Sabir  şeirinin  xalq  arasında  populyarlığını  və  digər  vacib 

məsələləri öyrənmişdir.  

    Əli Saləddin 2003-cü il noyabrın 18- də Bakıda vəfat etmişdir.  

Kitabları: ‖Təlatüm‖ (1966),  ―Sabir və folklor‖(1969),  ―Azərbaycan sovet 

poeziyasının bəzi inkişaf xüsusiyyətləri‖ (1973), ―Azərbaycan poeziyasında estetik 

məsələlər‖ (1976), ―Azərbaycan şeiri və folklor (XIX-XX əsrlər) (1982), 

―Gəzdiklərim, gördüklərim‖ (1988),  ―Əhməd Cavad‖ (1992), ―Bir kərə yüksələn 

bayraq‖ (1993) və s. 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları.(XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 



20 

 

18 Yanvar - Yazıçı Heydər Qasımlının anadan olmasının 75 illiyi, (1942) 



 

Heydər  Qasımlı  Qazax  rayonunun  Kosalar  kəndində 

anadan  olmuşdur.  Burada  kənd  orta  məktəbini  bitirmiş 

(1948-1958), 

sonra 

kolxozda 



əmək 

fəaliyyətinə 

başlamışdır  (1958-1960).  Bakıda  2  saylı  texniki-peşə 

məktəbində 

quyuların  yeraltı  operatoru  ixtisasına 

yiyələnmişdir.  M.A.Əliyev  adına  Azərbaycan  Dövlət 

İncəsənət 

İnstitutunun 

mədəni-maarif 

fakültəsində 

təhsilini  davam  etdirmişdir  (1973-1978).  Qazax  rayon 

Mədəniyyət 

Evində 

metodist 



(1976-1983), 

Tarix-


Diyarşünaslıq  Muzeyinin  direktoru  vəzifələrində  çalışmışdır  (1993-1995). 

―Göyəzən‖  rayon  qəzetinin  redaktoru  olmuşdur  (1995-ci  ildən).  İlk  mətbu 

hekayələri  1962-ci  ildə  çap  olunmuşdur.  Bundan  sonra  ―Çinar  pöhrələri‖ 

(1979),  ―Yeni  səslər‖  (1984)  almanaxında  hekayələri  dərc  edilmiş,  efirdə 

radiopyesləri  oxunmuş,  televiziyada  birpərdəli  pyesləri  göstərilmişdir.  ―Ləkə‖ 

adlı dördpərdəli pyes və ―Qanlı papaq‖ adlı roman yazmışdır. Yazıçı ―Araz” 

ali  ədəbi  mükafata  (1998)  və  ―Nurlu  qələm  ustası‖  fəxri  adına  (2000)  layiq 

görülmüşdür.  



Kitabları: ―Qızdərəyə gedən yol‖ (1985),  ―Çörək ətri‖ (1986),  ―Yurd yeri‖ 

(1987),  ―Axtaran tapar‖ (1988),   ―Ata kölgəsi‖ (1988),  ―Məktəbli çantası‖ 

(1989),  ―Nəfsin bəlası‖ (1991),  ―Qisas qiyamətdə qalmaz (1991), 

―Qarasaqqal‖ (1997),  ―Kibrit qutusu‖ (1997),  ―Qanlı papaq‖ (2006),  ―Hər 

şeyin sonu var‖ (2008). 

Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik  

məlumat  kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə