Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyun -  Ümumdünya Süd Günü, (2001)



Yüklə 3,73 Mb.

səhifə71/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   67   68   69   70   71   72   73   74   ...   148

202 

 

1 İyun -  Ümumdünya Süd Günü, (2001)   

 

Ümumdünya  Süd  Gününün  məqsədi 



uşaqların 

müdafiəsində, 

sağlamlığında 

südün 


rolunun 

aşılanmasıdır. 

Süd 

məhsullarının 



faydası 

çoxdan 


təsdiq 

olunmuş  bir  faktdır.  Süd  məhsulları  mədə 

şirəsinin  ifraz  olunmasını  stimullaşdırır, 

bağırsaqların  fəaliyyətini  və  maddələr 

mübadiləsini 

yaxşılaşdırır,  

orqanizm 

tərəfindən  çox  tez  və  asan  mənimsənilir. 

Bundan  əlavə, insan orqanizminə düşdükdə 

südturşulu  bakteriyalar  C,  B1,  B2,  B12,  D  vitaminlərini  və  hətta    təbii  

antibiotikləri istehsal  edir  ki, onlar  xəstəlikləri  törədən mikrobların (o cümlədən, 

mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və 

ya onları məhv edir. Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu 

miqdarda  kalsium  və  fosfor  mikroelementləri  var  ki,  bu  da  insanın  dişləri  və 

sümükləri  tərkibinə  daxildir.  Bundan  əlavə,  kalsium  insanın  ürək  əzələsinin, 

gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə 

müqayisədə,  kalsium  daha  çox  miqdarda  bərk  pendirlərin  tərkibində  olur.   Lakin 

süd  məhsullarının,  bəlkə  də,  ən  əsas  dəyəri  ondan  ibarətdir  ki,  onlar  bağırsaq 

mikroflorasını  yaxşılaşdırırlar.  Pis  ekologiya,  stresslər,  antibiotik  və  s. 

dərmanlarının  tez-tez  qəbul  edilməsi,  düzgün  olmayan  qidalanma  bağırsaqların 

mikroflorasına  güclü  zərbə  vurur.  Nəticədə,  orada  ―yaşayan‖  xeyirli 

mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin 

sayı  artır.  Bu  balans  pozulduqda  disbakterioz  inkişaf  edir,  nəticədə  isə  insanın 

immun  sistemi  zəifləyir.  İmmun  sistemin  zəiflənməsi  isə  orqanizmdə  müxtəlif 

xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə səbəb olur. 

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini 

yaxşılaşdırır.  Onlar  qəbizlik,  kolit,  qastrit,  qaraciyər  və  öd  yollarının  xəstəlikləri, 

piylənmə,  ateroskleroz,  hipertoniya,  qanazlığı,  miokard  infarktı  zamanı  çox 

xeyirlidir. 

  

İnternetdə: 



www.books.google.com

 

 



 

 

 

 

 

 

 


203 

 

3-4 İyun - Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955) 

 

 

 



 

Beynəlxalq  Su  hövzələrinin  Təmizlənməsi  Gününün  (International  Cleanup 

Day)  ideya  müəllifləri  və  təşkilatçıları  dalğıclardır.  Bu  bayramın  əsas  hadisəsi 

kütləvi  iməclikdir.  Bu  əlamətdar  gün  1955-ci  ildən  dünyanın  bir  çox  ölkələrində 

PADI  –  Dayvinq  təlimatçılarının  peşəkar  assosiasiyasının  himayəsi  altında  keçir. 

Həmin  gün  regional  yeraltı  üzgüçülük  klubları  yerli  su  hövzələrinə  gedir,  onların 

diblərini  və  sahillərini  təmizləyirlər.  Bəzi  şəhərlərdə  bu  tədbirlər  yerli  hökumət 

orqanlarının dəstəyi ilə aparılır. Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər 

komandalar arasında yarış halında keçirilir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




204 

 

 



4 İyun - Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü, (1982) 

 

 

 

 



1982-ci  il  avqustun  19-da  BMT-nin  Baş  Assambleyası  özünün  Fələstin 

məsələsi  üzrə  xüsusi  sessiyasında   ES-7/8  nömrəli  qətnaməsi  ilə  hər il iyunun  

4-nü  Beynəlxalq  Aqressiya  Qurbanı  olan  Uşaqlar  Günü  (International  Day  of 

Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.  

Hərbi  münaqişələr  zonasında  yaşayan  uşaqlar    -  gələcəyi  olmayan  uşaqlardır. 

Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında 

dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da 

həlak  olduğunu  unutmamaq  üçün  BMT  bu  günü  təsis  etmişdir.  Bu  günün  əsas 

məqsədi  dünyanın  fiziki  zorakılığa,  mənəvi-psixoloji  və  ruhi  təsirə  məruz  qalan 

bütün  uşaqlarının  ağrılarını  və  əzablarını  hiss  etmək  cəhdidir.  Bu  gün  həm  də 

BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


205 

 

 



5 İyun -  Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972

 

        Başımın üstündə çətirli meşə, 

      Yuyunmuş, daramış, ətirli meşə, 

     O yazda yaşıldı, payızda əlvan. 

    Bir ağac kəhrəba, bir ağac mərcan. 

    Bir yarpaq günəşin şöləsində zər, 

   Bir yarpaq buludun gözünü silər. 

  Dinim, ya dinməyim, dinməyim əlbət, 

  Qoy danışsın təbiət! 

                                               Xalq şairi Qabil                                                                         

 

 

 



5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması 16  

dekabr  1972-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Assambleyasının  27-ci 

sessiyasında  elan  edilib.  Həmçinin  Baş  Assambleyanın  bu  sessiyasında  BMT 

sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) qəbul edilib. Hər il 

bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçirilir. Belə 

bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və 

mədəniyyət  xadiminin  imzası  ilə  BMT-nin  Baş  katibinə  ünvanlanan  müraciət 

səbəb  olub.  Onlar  ―ya  biz  çirklənməni  qurtarırıq,  ya  da  çirklənmə  bizi  qurtarar‖ 

adlı  müraciətləri  ilə  bəşəriyyətə  ətraf  mühitin  çirklənməsi  barədə  xəbərdarlıq 

etmişlər. Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə 

daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması 

və  yaxşılaşdırılmasına  yönələn  işlər  həyata  keçirməyə  çağırır.  Hər  il  Birləşmiş 

Millətlər  Təşkilatının  Ətraf  Mühit  Proqramı  (UNEP)  Ümumdünya  Ətraf  Mühitin 

Mühafizəsi Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən 

baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri 

ilə  bərabər  Azərbaycanın  Bakı  şəhəri  də  mərkəz  şəhər  seçilib.  Bakının  bu  statusa 

layiq  görülməsi  Azərbaycanda  ətraf  mühitin  mühafizəsi,  ekologiya  sahəsində 

görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi 

qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana 

böyük əhəmiyyət verməsindən irəli gəlir. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 






Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə