Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyun - Ümumdünya Okeanlar Günü, (1992)



Yüklə 3,73 Mb.

səhifə72/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   68   69   70   71   72   73   74   75   ...   148

206 

 

8 İyun - Ümumdünya Okeanlar Günü, (1992)

  

 

 



Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin 

"Ətraf  mühit  və  inkişaf"  Konfransında  elan  edilib.  Rəsmi  olaraq  2009-cu  ildən 

qeyd  olunur.  Zoopark,  akvariumlar  və  delfinariyalar  əsasən  bu  gündə  okean 

heyvanlarının  qorunması,  mühafizəsi  ilə  bağlı  tədbirlər  keçirməklə  ictimaiyyətin 

diqqətini cəlb edirlər. BMT bu bayramı elan etməklə, okeanların planet üçün həyatı 

vacibliyini xüsusi qeyd edib. Yer kürəsinin 70%-i okeanlar təşkil edir. Bu bayram 

bir  çox  Avropa  ölkələrində  (Belçika,  Böyük  Britaniya,  Almaniya,  Hollandiya, 

İrlandiya,  İspaniya,  İtaliya,  Norveç,  Portuqaliya,  Fransa),  Cənub-Şərqi  Asiya 

dövlətlərində  (Vyetnam,  İndoneziya,  Sinqapur,  Filippin),  Cənubi  Asiyada 

(Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerikası ölkələrində 

(Argentina,  Ekvador,  Kuba),  Avsraliya  və  Afrikada  (Əlcəzair,  Qabon,  Marokko, 

Mavritaniya,  Keniya,  Kamerun),  həmçinin  Şimali  Amerika  ölkələrində  (Kanada, 

ABŞ, Meksika) qeyd edilir. 

İnternetdə: 

www.books.google.com 

14 İyun – Beynəlxalq Blogger Günü, (2004)

 

 

Bu  bayramın  keçirilməsi  ideyası 

2004-cü  ildə  yaranmışdır.  40-dan  çox 

ölkədən  500  insan  eyni  vaxtda 

birləşərək  qərara  gəlmişlər  ki,  onlara  -  

bütün  dünyanın  şəbəkə  bloggerləri 

arasında 

dostluq 


münasibətlərinin 

simvolu kimi özlərinə aid gün lazımdır. 

2007-ci  il  iyunun  14-də  Beynəlxalq 

Blogger  Gününün  üçüncü  ildönümündə 

ümumdünya  şəbəkəsinin  öz  bloqu  olan 

hər  bir  üzvü  bütün  bloggerlər  arasında 

həmrəylik haqqında qısa bildiriş 

                                                                     yazmışlar.  



 

İnternetdə: 

www.books.google.com

 

 


207 

 

15 İyun - Milli Qurtuluş Günü, (1993) 



 

“Azərbaycan xalqı birləşməli, öz müqəddəs 

torpaqlarını göz bəbəyi kimi qorumalıdır. 

Azərbaycan Respublikası iqtisadi və siyasi 

müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət 

uğrunda mübarizə aparmalıdır...”

  

                             Ümummilli lider  Heydər Əliyev 

 

 

 

        

Tariximizə  Milli  Qurtuluş  Günü  kimi  daxil  olmuş  1993-cü  ilin  15  iyun  günü 

onu  qiymətləndirənlər,  dərindən  dərk  edənlər  üçün  çox  əzizdir.  Vətənini,  xalqını 

sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən 

insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin 

tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, 

gələcəyində müstəsna rol oynayan, daim  xalqına arxalanan və xalqa arxa olan bir 

insandır  -  Heydər  Əliyev.  Heydər  Əliyevin  müstəqil,  tarazlı  və  cəsarətli  siyasət 

yeritməsi  bütün  Azərbaycan  xalqının  diqqətini  cəlb  edir,  ona  ümidləri  artırırdı. 

İqtidar  isə  onun  siyasətini  separatçılıq  kimi  qiymətləndirir  və  Naxçıvan  Muxtar 

Respublikasında  hakimiyyət  çevrilişi  etməyə,   qeyri-demokratik  yolla  Xalq 

Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Azərbaycanın görkəmli oğlu, böyük 

vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə xalqın və respublikanın hakim 

dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili 

və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Bütün Azərbaycan xalqı bu 

gəlişi  böyük  ümid  və  sevinclə  qarşıladı.  1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  Sədri  seçildi.  Bu  gün  tariximizə  Milli 

Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 

bu günü bayram elan etdi. 

  

Heydər  Əliyevin  xalqımızın  və  tariximizin  qarşısında  ən  böyük  xidmətləri 



kəskin 

geosiyasi 

ziddiyyətlərin 

mövcud 


olduğu 

bir 


şəraitdə 

Azərbaycan   dövlətçiliyini  xilas  etməsində,  Azərbaycan  varlığını  parçalanıb  yox 

olmaq  təhlükəsindən  qurtarmaqda  idi.  Ümummilli  lider  Heydər  Əliyevin 

Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  milli-mənəvi  dəyərlərimiz  bərpa  edilmiş, 

onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan 

xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər 

qazanmışdır.  Heydər  Əliyev  öz  gücünə,  təcrübəsinə  güvənən  dahi  siyasətçi  kimi 

dəfələrlə  söylədiyi  məşhur  kəlamına  sadiq  qaldığını  sübut  etdi  ki,  ―Azərbaycanın 

dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir‖.  

İnternetdə: 

www.books.google.com

 

 

 




208 

 

 



15 İyun - Ümumdünya Külək Günü 

 

Bu  qeyri-adi  bayramın    keçirilməsi  Avropa  



Külək  Enerjisi  Assosiasiyası  və  Ümumdünya  

Külək    Enerjisi  Şurası  tərəfindən  təklif 

olunmuşdur.  Həmin  günü  keçirməkdə  məqsəd 

dünya 


ictimaiyyətini 

maarifləndirmək, 

diqqətini  bu  məsələyə  yönəltməkdir.

 

Külək 



enerjisi     küləyi    meydana    gətirən  hava  

axınının    sahib    olduğu    hərəkət  (kinetik)  

enerjisidir.   Alternativ  enerji   (bərpa  olunan)  

mənbələrindən  biri    hesab    olunur.    Bu  

enerjinin    bir    hissəsi    faydalı    olan    mexaniki    və    ya  elektrik    enerjisinə    çevrilə  

bilər.  Külək  enerjisi  digər  alternativ  enerji  mənbələri  olan  günəş,  hidroenergetika, 

geotermal  və  biokütlə  enerjilərdən  özünün  maya  dəyərinə,  ekoloji  təmizliyinə  və 

tükənməzliyinə görə ən sərfəlisidir. İnsanlar küləyin gücündən çox qədim dövrdən 

bəri faydalanırlar . Buna misal  olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə 

bilər. Daha sonra taxıl dənüyütmə, nasosla suvurma, ağackəsmə işləri üçün də külək 

gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik enerjisi almaq məqsədilə 

istifadə edilməkdədir. 

Elektrik  enerjisi istehsalı  üçün  daha  səmərəli  texnologiyalardan  biridir. 

Külək  qurğularının  inşasına  ənənəvi elektrik  stansiyalarının  qurulmasına  nisbətən 

daha  az  vaxt  sərf  olunur.  Bundan  başqa,  külək,  əslində,  istənilən  ölkənin  malik 

olduğu  daimi  təbii  enerji  mənbəyidir.  Külək  enerjisindən  istifadə  olunması 

energetikanın  daha  tez  inkişaf  edən  sahələrindən  biridir.  Azərbaycan  ərazisində 

əsasən  Abşeron  yarımadası,  Xəzər  dənizi  və  digər  ərazilər  külək  enerjisindən 

istifadə  etmək  üçün  daha  məqsədəuyğun  sayılır.  Azərbaycanın  külək  rejimi 

mürəkkəb  xarakterə  malikdir.  Bu  da  ölkə  ərazisinin  60%-nin  dağlıq  zonalardan 

ibarət olması ilə əlaqədardır.  

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 




Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə