Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyun - Tibb İşçiləri Günü



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə73/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   69   70   71   72   73   74   75   76   ...   148

209 

 

17 İyun - Tibb İşçiləri Günü, (2001) 



                                             Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır. 

                                                                                                            Latın atalar sözü 

 

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt 

qayğısına  qalmadığı  ən  böyük  sərvət  sağlamlıqdır. 

İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.  

          Azərbaycanda   tibbin   inkişafı   daha   çox    XX 

əsrlə  bağlıdır.  Azərbaycan  Xalq  Cümhuriyyəti 

qurulduqdan  sonra  onun  həyata  keçirdiyi  sosial-

mədəni  tədbirlərdən  biri  də  sağlamlığın  mühafizəsi 

ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq Nazirlər 

Şurasının  17  iyun  1918-ci  il  tarixli  sərəncamı  ilə 

Səhiyyə  Nazirliyi  təşkil  olunmuşdur.    İndi 

Azərbaycanda  öz  sənətinin  sirlərinə  dərindən  bələd  olan,  insanların  sağlamlığının 

keşiyində duran minlərlə səhiyyə işçisi vardır. 

 

  



Ümummilli  lider  Heydər  Əliyevin  sərəncamına  əsasən,  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyinin  yaradılmasını  nəzərə  alaraq  ―Tibb  işçilərinin 

peşə  bayramı  gününün  təsis  edilməsi  haqqında‖  4  iyun  2001-ci  il  tarixli 

sərəncamına əsasən, hər il 17 iyun Tibb İşçiləri Günü kimi qeyd olunur. 



İnternetdə: 

www.books.google.com

 

 

18 İyun - Beynəlxalq Atalar Günü, (1909) 

Dünyanın  bir  çox  ölkələrində  iyunun 

üçüncü  bazar  günü  Atalar  Günü  (Father's 

Day)  kimi  qeyd  olunur.  Onu  ilk  dəfə  ABŞ-

da  qeyd  etməyə  başlamışlar.  Sonora  Smart 

Dodd  1909-cu  ildə  kilsədə  Analar  Gününə 

həsr  olunmuş  ibadət  zamanı  düşünmüşdür 

ki,  anasının  ölümündən  sonra  onu  və  daha 

beş  uşağı  atası  böyüdüb  tərbiyə  etmişdir. 

Sonra  atasının  özü  üçün  necə  xüsusi  insan 

olduğunu, 

onu 


necə 

sevdiyini 

və 

qiymətləndirdiyini  bilməsini  istəmişdir.  Bu  ənənə  bir  çox  ölkələrə  yayılmışdır  və 



hər kəs atasına öz sevgisini bildirmək üçün bu günü əlavə bir fürsət hesab edir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 


210 

 

23 İyun - Beynəlxalq Olimpiya Günü, (1948)  



 

 

 

  

Bu  gün  Beynəlxalq  Olimpiya  Komitəsi 



tərəfindən  təsis  edilmişdir.

 

 

1947-ci  ildə

 

BOK-


nin Stokholmda keçirilən 41-ci sessiyasında hər 

il    Dünya  Olimpiya  Gününü  keçirmək  təklifi 

irəli  sürülüb.  İlk  Olimpiya  Günü  1948-ci  il 

iyunun  23-də  9  ölkədə  qeyd  olunub.  Olimpiya 

Gününü  daha  təntənəli  şəkildə  və  bütün  Milli 

Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya 

Qaçış  Günü  keçirilib.  Azərbaycanda  Beynəlxalq  Olimpiya  Qaçış  Günü  ilk  dəfə 

1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 

Olimpiya Oyunlarına qatılıb. Bu gün ölkəmizdə idman sürətlə kütləviləşir. Hər il 

müxtəlif  beynəlxalq  yarışların  Azərbaycanda  keçirilməsi,  digər  sahələrdə  olduğu 

kimi, idmanda da ölkəmizə böyük imic qazandırır. 

Hər  dörd  ildən  bir  böyük  səbrsizliklə  izlədiyimiz  Olimpiya  Oyunlarının 

qədim  olmaqla  yanaşı,  həm  də  keşməkeşli  tarixi  var.  Qədim  Yunanıstanda  əsası 

qoyulan Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. 

Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. 

Bu oyunların bərpası təşəbbüsü 1894-cü ildə fransız ictimai xadimi baron Pyer de 

Kuberten  tərəfindən  irəli  sürülüb.  Həmin  konqresdə  ilk  Olimpiya  Oyunlarının 

keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə 

Yunanıstanın  paytaxtı  Afina  şəhərində keçirilib.  Üzərində 5  halqa  olan  Olimpiya 

bayrağının  ideyasına  görə  halqalar  5  qitəni  göstərir:  göy,  sarı,  yaşıl,  qara  və 

qırmızı. Rəngli halqaların bir-birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə 

edir. Dərisinin  rəngindən,  sosial,  siyasi,  dini  əqidəsindən  və  idmana  aid  olmayan 

digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman 

mübarizəsinin simvolu kimi qəbul edib. 

1992-ci  ildə  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  yaradılıb.  1997-ci  ildə 

Milli  Olimpiya  Komitəsinə  İlham  Əliyevin  sədr  seçilməsi  isə  Azərbaycanda 

olimpiya hərəkatının  güclənməsi üçün böyük təkan oldu.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 


211 

 

23 İyun - Dövlət Qulluqçuları Günü, (2006) 



 

Bu  bayram  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə 

təsis  edilib.  Dövlət  xidmətinin  demokratik, 

hüquqi  və  dünyəvi  dövlətin  yaradılmasındakı 

rolunu  və  BMT  Baş  Assambleyası  tərəfindən 

iyunun  23-nün  Birləşmiş  Millətlər  Təşkilatının 

Azərbaycanda  müasir  dövlət qulluğu  sisteminin 

formalaşdırılması  və  inkişafında,  demokratik, 

hüquqi  və  dünyəvi  dövlət  quruculuğunda 

ümummilli  lider  Heydər  Əliyevin  əvəzsiz  xidmətləri  olub.  1995-ci  ildə  qəbul 

olunan  Konstitusiya  ölkəmizdə  dövlət  quruluşu  və  idarəçilik  prinsiplərini  təsbit 

edir.  Ölkəmizdə  Dövlət  qulluğu  sahəsində  aparılan  islahatların  ən  mühüm 

nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən ―Dövlət qulluğu haqqında‖ 

Qanundur.  Bu  qanunla  Azərbaycanda  dövlət  qulluğu  sahəsində  vahid  dövlət 

siyasətinin  formalaşdırılmasının  əsası  qoyulub,  bu  sahədə  kadr  siyasətinin  əsas 

prinsipləri,  dövlət  qulluqçularının  cəmiyyətdəki  yeri,  onların  hüquq  və  vəzifələri 

müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə 

sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam 

etdirir.  

Bu 

islahatlardan 



məqsəd 

çevik 


dövlət 

idarəçilik 

sisteminin 

formalaşdırılması,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  yüksək  dövlət 

təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası 

prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 

yanvar  tarixli  fərmanı  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 

Qulluğu  Məsələləri  üzrə  Komissiya  yaradılıb,  onun  Əsasnaməsi  təsdiq  edilib. 

Komissiyanın  əsas  məqsədi  dövlət  qulluğu  sahəsində  qəbul  edilmiş  normativ 

hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə 

əsasında  seçilməsi,  yerləşdirilməsi,  dövlət  qulluqçularının  ixtisas  hazırlığının 

artırılması,  qanunvericilikdə  nəzərdə  tutulan  siyasətin  həyata  keçirilməsini  təmin 

etməkdir.  Ölkədə  bu  istiqamətdə  həyata  keçirilən  tədbirlər  dövlət  qulluqçularının 

məsuliyyətini  artırmaqla  yanaşı,  sivil,  demokratik  və  vətəndaş  cəmiyyətinin 

tələblərinə  cavab  verən  dövlət  idarəçiliyi  sisteminin  qurulmasında  da  mühüm  rol 

oynayır.  İndi  ölkəmizdə  fəaliyyət  göstərən  müxtəlif  nazirlik,  komitə  və  digər 

qurumlarda 28 minə yaxın dövlət qulluqçusu çalışır. 10 min nəfərdən çox şəxs isə 

dövlət qulluqçusu kimi pensiya alır. 

 

 

 



İnternetdə: 

www.books.google.com 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə