Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə76/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   72   73   74   75   76   77   78   79   ...   148

217 

 

20 İyun - Yazıçı, dramaturq Cabbar Məcnunbəyovun anadan olmasının 



                105 illiyi, (1912-1967) 

 

   


Cabbar  Məcnunbəyov  İrəvan  şəhərində,  qulluqçu 

ailəsində  doğulmuşdur.1918-ci  ildə  ailəliklə  Türkiyənin 

Qars  şəhərinə  köçmüş,  bir  il  sonra  Gəncə    şəhərinə 

qayıtmışlar.  1927-ci  ildə  onun  ilk  qələm  təcrübəsi- 

―Beşincidir‖  pyesi  Bakı  Gənc  Fəhlə  Teatrında  tamaşaya 

qoyulmuşdur.  Leninqrad  Fəlsəfə  və  Dilçilik  İnstitutuna 

daxil  olmuşdur  (1931).  1934-cü  ildə  Azərbaycan  Dövlət 

Nəşriyyatında tərcüməçi, uşaq ədəbiyyatı şöbəsinin müdiri 

işləmişdir  (1934-1938).  Həmin  vaxtdan  ciddi  ədəbi 

fəaliyyətə  başlamışdır.  M.Qorkinin  ―Foma  Qordeyev‖,  Y.M.Lermantovun 

―Zəmanəmizin qəhrəmanı‖ və b. əsərləri tərcümə etmişdir. Bununla yanaşı, pyeslər 

və  kiçik  hekayələr  (―Ana‖,  ―İlk  məhəbbət‖,  ―Gül  dəstəsi‖  və  s.)  də  yazmışdır. 

―Uşaqgəncnəşr‖də  şöbə  müdiri  (1937-1939)  işləmişdir.  Onun  ilk  irihəcmli  səhnə 

əsəri  ―Yanan  vadi‖  1938-ci  ildə  Azərbaycan  Dövlət  Dram  Teatrında  tamaşaya 

qoyulmuşdur.  1941-1948-ci  illərdə  Sovet  ordusu  sıralarında  hərbi  qəzetlərdə 

işləmiş, İkinci Dünya müharibəsi mövzusunda oçerk və hekayələr qələmə almışdır. 

Ordudan  tərxis  olunduqdan  sonra  yenə  ―Uşaqgəncnəşr‖də  şöbə  müdiri  (  1948-

1950),  baş  redaktor  (1951-1952)  işləmişdir.  Onun  ―Böyük  məhəbbət‖  (1951), 

―İldırım‖  (1955),  ―Ayrılan  yollar‖  (1956)  pyesləri  tamaşaya  qoyulmuşdur. 

―Qırmızı ulduz‖ ordeni və medallarla təltif olunmuşdur.  

Cabbar Məcnunbəyov 1967-ci il fevralın  1-də vəfat etmişdir. 

Tərcümələri: ―Zəmanəmizin qəhrəmanı‖ romanı (1937),‖Tülkü və qazlar‖,  

―Başsız atlı‖ (roman) 



Kitabları: ―Böyük məhəbbət‖ (1950), ―Dostların kələyi‖ (1958), ―Sevdiyim qız‖ 

(1961), ―İldırım‖ (1987) və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -  “Azərbaycan  yazıçıları    (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 

 



218 

 

 



22 İyun -  Şair Eldar Baxışın anadan olmasının 70 illiyi, (1947-1996) 

 

 



 

 

 



 

 

 



 

Eldar  Baxış   (Ağayev  Eldar  Baxış  oğlu)  Qubadlı   rayonunun   Diləli-

Müskanlı   kəndində    doğulmuşdur.  Burada    ibtidai  məktəbi,  Qubadlıda  isə 

onbirillik    məktəbi    bitirib,   ADU-nun  tarix  fakültəsində   təhsil  almışdır  (1965-

1969).  Bakı  kəndlərində  müəllimlik  etmiş,  öz  ərizəsi  ilə  bir  il  əsgəri  xidmətdə 

olmuşdur. Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri  şirkətində kiçik 

redaktor,  redaktor  (1972-1988),  televiziyanın  ədəbi-dram  verilişləri  baş 

redaksiyasının  televiziya  tamaşaları  şöbəsinin  böyük  redaktoru  (1988-1990) 

vəzifələrində  çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini  yaratmış,  "Səs"  qəzetinin 

baş  redaktoru  olmuşdur  (1990-1992).  Yenidən  Azərbaycan  Televiziya  və  Radio 

Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin ictimai-siyasi şöbəsinin müdiri 

işləmişdir  (1992-1993).  Radionun  bilgi  və  uşaq  dünyası  verilişləri  Baş 

redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən). 

"Köynək"  adlı  ilk  şeiri 1966-cı  ildə "Azərbaycan  gəncləri"  qəzetində dərc 

olunmuşdur.  Həmin  vaxtdan  dövri  mətbuatda  müntəzəm  çıxış  etmişdir.  Əsərləri 

SSRİ 


və 

xarici 


ölkə 

xalqlarının 

dillərinə 

tərcümə 


olunmuşdur. 

Vladivostokda keçirilən Umumittifaq Poeziya Festivalında iştirak etmişdir (1985). 

Qardaş    xalqlar    ədəbiyyatından    seçmə    nümunələri    Azərbaycan  dilinə 

çevirmişdir.  Kukla  Teatrı  onun  "Məlikməhəmməd"  pyesini  səhnələşdirmişdir 

(1982). Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının  ifasında  Praqada  tamaşaya 

qoyulmuşdur.  Eyni  zamanda  xalq  teatrlarına Tbilisidə  keçirilən  Ümumittifaq 

baxışda    yüksək  mükafata  layiq  görülmüşdür. "Azərbaycan"  jurnalında çap 

etdirdiyi  "Qaravun dərənin dükançısı" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" 

pyesi  Şuşa  Dövlət  Teatrında  tamaşaya  hazırlansa  da  erməni  təcavüzü  üzündən 

oynanılmamışdır.   Özbəkistanın  Ürək  Dostları  Klubunun  fəxri  üzvü  seçilmişdir 

(1992).  

Eldar  Baxış  1996-cı  il   mayın  22-də   Bakıda   vəfat  etmiş,  Xırdalan 

qəbristanlığında dəfn olunmuşdur. 

Kitabları: ―İydə çiçəyi‖ (1977), ―Üçtəpə  bayatıları‖ (1979) ―Allı qız, ballı qız, 

xallı qız‖ (1983), ―Ağ saçların işığı‖ (1985), ―Qara ilə Qaracanın nağılı‖ (1986), 

―Deyə bilmədiyim sözlər‖ (1988), , ―Atlı oğlanlar‖ (1990) və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 


219 

 

25 iyun -  Yazıçı, dramaturq Hüseynbala Mirələmovun anadan olmasının  



                70 illiyi,  (1945) 

Yazıçı,    ssenarist,    millət  vəkili,    Azərbaycan    Dövlət 

Neft  Akademiyasında   kafedra  müdiri,  texnika   elmləri 

doktoru, 

professor, 

Azərbaycan 

Mühəndislər 

Akademiyasının 

müxbir 

üzvü, 


Rusiya 

Mədən 


Akademiyasının,   Azərbaycan   Yazıçılar   Birliyinin   və 

Azərbaycan    Jurnalistlər    Birliyinin    üzvü    Hüseynbala 

Mirələmov  çoxsaylı  elmi  və  bədii   əsərlərin   müəllifi, 

"Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" 

və  "Rəsul  Rza"  mükafatları  laureatı,  Fransa  Sənayeçilər  

Assosiasiyasının    "Napoleon"  qızıl  medalının    sahibidir.  

MDB  ölkələri  üzrə  8  dəfə  "İlin  direktoru"  adına  layiq 

görülmüşdür.  

Hüseynbala Mirələmov Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 

Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 

1965-ci  ildən  "Azərbaycan  pioneri"  qəzeti  redaksiyasının  baş  ədəbi  işçisi 

olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz Tikinti-

Quraşdırma  İdarəsində  iş  icraçısı,  baş  mühəndis  və  rəis  işləmişdir.  1986-cı  ildən 

"Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin 

rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini 

vəzifələrində  çalışmışdır.  1992-ci  ildən  biznes  fəaliyyəti  ilə  məşğul  olmuşdur. 

1996-cı  ildən  "Bakqaz"  İstehsalat  İdarəsi  rəisinin  müavini,  1998-ci  ildən 

―Azərbaycan  Qaz  Emalı‖  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  olmuşdur.  Hazırda 

ARDNŞ  prezidentinin  müşaviridir.  Yeni  Azərbaycan  Partiyası  Xətai  rayon 

təşkilatının  sədridir.  2005-ci  il  noyabrın  6-da  33  saylı  Xətai  birinci  seçki 

dairəsindən  deputat  seçilmişdir.  Milli  Məclisin  Təbii  ehtiyatlar,  energetika  və 

ekologiya  məsələləri  daimi  komissiyasının  üzvüdür.  Azərbaycan-Amerika 

Birləşmiş  Ştatları,  Azərbaycan-Böyük  Britaniya,  Azərbaycan-Litva,  Azərbaycan-

Rusiya,  Azərbaycan-Türkiyə  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qruplarının 

üzvüdür. 

Kitabları: ―Tənha durna uçuşu‖ (1986), ―Amalın işığında‖ (2002),  ―Yaddan 

çıxmaz Qarabağ‖ (2002), ―Qayada çiçək‖ (2002), ―Xəcalət‖ (2002), ―Həqiqət‖ 

(2003), ―Daha bir ümid sabahı‖ (2003) və s. 

Filmoqrafiya: ―Tənha durna uçuşu‖ (film, 2003), ―Son arzu‖ (film, 2003), ―Yeni 

həyat, (2005) 



İnternetdə: www.az.wikipedia.orq 

Ədəbiyyat:Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə