Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə77/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   73   74   75   76   77   78   79   80   ...   148

220 

 

27 İyun - Böyük maarifçi Həsənbəy Zərdabinin anadan olmasının  175 illiyi, 



                (1837-1907)   

 

      Həsən  bəy  Zərdabi  Azərbaycanın  görkəmli  ziyalısı, 

Moskva  Universitetini  namizədlik  diplomu  ilə  bitirən  ilk 

müsəlman məzunu, islam dünyasının ilk təbiətşünas alimi, 

Bakı  Gimnaziyasının  ilk  müsəlman  müəllimi  (1869), 

Azərbaycanda  və  bütün  müsəlman  Şərqində  islam 

xeyriyyəçilik 

hərəkatının 

banisidir 

("Cəmiyyəti-

Xeyriyyə", 1872).  H.Zərdabi 1873-cü ildə öz şagirdləri ilə 

birlikdə  Bakıda  Azərbaycan  dilində  ilk  teatr  tamaşası 

göstərmişdir.    O,  Azərbaycan  müəllimlərinin  birinci 

qurultayının  təşkilatçısı  və  qurultayın  sədri  (1906) 

olmuşdur. 

Həsən  bəy  Zərdabi  Göyçay  qəzasının  Zərdab  kəndində  anadan  olmuşdur.  İlk 

təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini 

isə  Tiflisdə  tamamlamışdır.  1861-ci  ildə  Moskva  Universitetinə  imtahansız  daxil 

olmuş,  dörd  il  sonra  həmin  universitetin  təbiət-riyaziyyat  fakültəsini  bitirmişdir. 

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Ana dilində 

qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy  Zərdabi hökumətə müraciət 

etmişdir. Bununla əlaqədar o, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 

22  iyulunda  Bakıda  qubernator  mətbəəsində  Azərbaycan  dilində  "Əkinçi" 

qəzetinin  nəşrinə  müvəffəq  olmuşdur.  Bu  qəzetlə  Azərbaycan  milli  mətbuatının 

əsası  qoyulmuşdur.  1875-ci  ilin  22  iyulundan  1877-ci  ilin  29  sentyabrına  qədər 

çapını davam etdirən "Əkinçi" ayda iki dəfə, 300-400 tirajla nəşr olunmuşdur. Bu 

illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. İlk mətbu orqan kimi "Əkinçi" 

öz  əsas  ideyasına  uyğun  olaraq  incəsənət  və  ədəbiyyata  da  aid  yeni  demokratik 

tələblər irəli sürürdü.  

1877-ci  il  sentyabrın  29-da  "Əkinçi"  öz  nəşrini  dayandırmağa  məcbur 

olmuşdur. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür 

yaşasa  da  xalqın  milli  və  müasir  ruhda  tərbiyə  olunmasında  çox  böyük  rol 

oynamışdır.  Maarifçi  və  demokratik  ideyaların  carçısı  olan  "Əkinçi"  realist 

Azərbaycan  ədəbiyyatının  inkişafında  müstəsna  xidmətlər  göstərmişdir.  Məhz 

buna  görə  də  belə  tərəqqipərvər  qəzet  mürtəce,  işğalçı  bir  rejimin  əsarəti  altında 

çox  yaşaya  bilmədi.  Gərgin  elmi  fəaliyyətlə  məşğul  olan  Həsən  bəy  Zərdabi 

həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 

28-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 



221 

 

30 İyun - Yazıçı, dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli  Axundovun 



                anadan olmasının  205 illiyi,  (1812-1878) 

 

Mirzə Fətəli Axundov Nuxa  (indiki Şəki)  şəhərində 



anadan olmuşdur. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi 

Azərbaycanın  müxtəlif  bölgələrində  yaşamışdır. 1825-ci 

ildə anası ilə Şəkiyə qayıtmışdır. Dövrünün  müasir  elmləri 

ilə  maraqlanan  Fətəli 1833-cü  ildə   Şəkidə  açılmış  rus 

məktəbinə    daxil    olmuş    və    bir    il    burada    təhsil  

almışdır. 1834-cü ildə o,  Tiflisə getmiş, Qafqaz canişininin 

baş  dəftərxanasında  mülki  işlər  sahəsində  Şərq  dilləri 

mütərcimi  təyin  olunmuş  və  ömrünün  sonuna  qədər  bu 

vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 1851-ci 

ildə  Rus  Coğrafiya  Cəmiyyəti  Qafqaz  şöbəsinə  üzv  seçilən  Axundov  sonralar 

Qafqaz  Arxeoqrafiya  Komissiyasında  tədqiqat  işlərinə  cəlb  olunmuşdur. 

O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili 

Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.  

M.F.Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). 

O,  Azərbaycan  ədəbiyyatında  azad  düşüncə  tərzinin  ən  böyük  nümayəndəsidir. 

M.F.Axundov 1850-1855-ci  illərdə  özünün  məşhur  altı  komediyasını  yazmaqla 

nəinki Azərbaycan  ədəbiyyatında,  bütövlükdə Balkanlardan Hindistana qədərki 

türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. 

Mirzə  Fətəli  Axundov  1878-ci  ildə  Tiflisdə  vəfat  etmiş  və oradakı  Botanika 

bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.  

Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini 

göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya 

Mirzə  Fətəli  Axundov  dramaturgiyasının  ənənələri  işığında  inkişaf  etmişdir. 

Azərbaycan  teatrı Axundovun  ölməz  komediyaları  zəminində  yaranmışdır.  1873-

cü  ildə   Həsənbəy  Zərdabi,   Nəcəfbəy  Vəzirovla birlikdə Bakı məktəblərinin 

birində məşhur ―Hacı Qara‖ əsərinin tamaşasını göstərməklə, Azərbaycanda, həm 

də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur.  

2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə 

Fətəli  Axundov    haqqında    bioqrafik    bədii  film  çəkilmişdir.  "Sübhün  səfiri" 

adlanan  filmi    mütəfəkkirin    200    illik    yubileyi    münasibətilə    ekranlara  

çıxmışdır.   

Kitabları: ―Hacı Qara‖ 1850), , ―Müsyö Jordan və Dərvişi Məstəli şah‖  (1850), 

―Aldanmış kəvakib‖ (1857) və s.

 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə