Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə79/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   75   76   77   78   79   80   81   82   ...   148

224 

 

25 İyun - Xalq artisti Sona Hacıyevanın anadan olmasının  110 illiyi,  



               (1907-1979) 

Sona  Salman  qızı  Hacıyeva  Şəkidə  dünyaya  gəlmişdir. 

1923-cü  ildə  S.Hacıyeva   Azərbaycan  Dövlət  Dram  Teatrının 

səhnəsində  ilk  rolunu  ifa  etmişdir. Əbdürrəhim  bəy 

Haqverdiyevin "Pəri-Cadu"  əsərində  yaratdığı  Səlimə  rolu 

teatrın  direktoru   Rza  Təhmasibin çox  xoşuna  gəlmişdir. 

Sonralar  Sona  Hacıyeva uzun  illər  bu teatrda  çalışaraq  müasir 

və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb 

edən  obrazlar  yaratmışdır.  Sona  Hacıyevanın  yaratdığı  Leyli, 

Əsli,  Asya,  Şahsənəm  maraqla  qarşılanmışdır.    Qeyd  edək  ki, 

həmin  vaxta  kimi  operada  qadın  rollarını  ancaq  kişilər 

oynayırdılar.  Sona  Hacıyeva 1920-ci  ildən  ömrünün  sonuna 

(1979)  kimi  Dövlət  Dram  Teatrının  səhnəsində  Azərbaycanın  klassik 

dramaturqlarından  tutmuş  müasirlərinə  kimi,  eləcə  də  dünya  dramaturqlarının 

əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov,  Əbdürrəhim bəy 

Haqverdiyev, Cəlil 

Məmmədquluzadə,   Hüseyn  Cavid,   Süleyman  Sani 

Axundov,   Cəfər  Cabbarlı,   Səməd  Vurğun,   Mirzə  İbrahimov,   Mehdi 

Hüseyn,   Zeynal  Xəlil,   Sabit  Rəhman,  İslam  Səfərli kimi  dramaturqların 

əsərlərində  müxtəlif  obrazlara  səhnə  həyatı  vermiş  Sona  Hacıyeva  dövrünün 

görkəmli  teatr  xadimləri  ilə  tərəf  müqabil  olmuşdur.  "Qızmar  günəş  altında", "O 

olmasın,  bu  olsun","Səhər" filmlərinə  çəkilən  Sona  Hacıyeva  milli  Azərbaycan 

kinosunun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə 

"Şərəf nişanı" ordeni və başqa medallarla qiymətləndirilmişdir. 



Filmoqrafiya:  ―Bəxtiyar‖  (film,  1955),  ―Bismillah‖  (film,  1925),  ―Əmək  və 

qızılgül‖  (film,  1962),  ―Qızmar  günəş  altında‖  (film,  1957),  ―Min  birinci  söz‖ 

(film,  1997),  ―O  olmasın,  bu  olsun‖  (film,  1956),  ―Prima‖  (film,  1992),  ―Səhər‖ 

(film, 1960), ―Sən niyə susursan?‖ (film, 1966), ―Telefonçu qız‖ (film, 1962) və s. 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


225 

 

30 İyun - Musiqiçi, tarzən, pedaqoq Mirzə Mənsurun (Mənsur Mənsurov) 



                anadan olmasının 130 illiyi , (1887-1967) 

Mirzə  Mənsur  musiqi  tariximizdə  həm  gözəl  tar 

müəllimi, həm də muğamların mahir bilicisi kimi tanınır. O, 

ömrünün  60  ilini  musiqi  sənətinə  həsr  etmişdir.  Tarzən 

Mirzə  Mənsur  Mirzə  Sadıq  Əsəd  oğlunun  ifaçılıq 

ənənələrindən bəhrələnmişdir. Mirzə Mənsur ―Rast‖, ―Şur‖, 

―Segah‖, ―Mahur-hindi‖ və s. muğam dəstgahlarını ustalıqla 

çalmış, muğam nəzəriyyəçisi kimi tanınmışdır. 

 

Mənsur Məşədi Məlik  oğlu  Mənsurov Bakı şəhərində 



musiqiçi 

ailəsində 

dünyaya 

göz 


açıb. 

Mənsur 


hələ  

kiçik  


yaşlarından 

atasının  

tar,  

kamança, 



tütək,  

böyük 


 qardaşı 

Məşədi 


Süleymanın 

 tar, 


anası   Soltanbəyimin  isə   saz  çaldığının   şahidi   olurdu.  Belə   bir   mühitdə  

böyüyən    Mənsurun    musiqiyə    qəlbən  bağlanması  təbii idi.  El   məclislərində  

şöhrət   qazanan   tarzən  1923-cü  ildən   dahi   bəstəkar   Üzeyir   Hacıbəylinin 

təşkil   etdiyi   Azərbaycan  Dövlət   Türk   Musiqi   Məktəbində   tar   dərsi   deyir. 

1926-cı ildə musiqi məktəbi konservatoriya ilə birləşdirilir.  Bundan  sonra  Mirzə 

Mənsur  konservatoriyaya  dəvət  edilir.  Burada  1946-cı  ilədək  müəllimlik   edir. 

İstedadlı   tar   müəllimi   kimi konservatoriyada   Üzeyir   Hacıbəylinin  ən  yaxın 

köməkçisi   olur,   musiqi   kadrlarının    hazırlanması    işində   ona   yaxından  

köməklik  göstərir.  Qayğıkeş bir müəllim,  bacarıqlı tar ustası kimi də  məşhurlaşır. 

O  həm  də  yaradıcı  təfəkkürlü   musiqiçi   kimi   tarın   quruluşunda   (pərdələrin 

qoşulmasında, tar aşıqlarının  möhkəmləndirilməsində  və s.)  bəzi  dəyişiklik edib. 

Hətta yeni quruluşda bir tar da hazırlayıb. Mirzə  Mənsurun  1934-cü  ildə  yeni 

formada    hazırladığı    iki    tardan    biri    Parisdə,  digəri  isə  İstanbulda  incəsənət 

alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilir.  

Mirzə 

Mənsur 


Azərbaycanda  

bir 


 çox  

istedadlı 

musiqiçilər 

nəsli   yetişdirib.   Bu   sırada  Səid  Rüstəmov,   Xurşid   xanım   Ağayeva,    Ənvər 

Mənsurov  (Mirzə Mənsurun oğlu), Rəşid Əfəndiyev və başqalarının adını çəkmək 

olar.Tarzənin 

 musiqi  

ifaçılığı,   pedaqoqluğu   ilə  yanaşı,  həm  də 

özünəməxsus   poetik   təbi   var    idi.    Qələmə  aldığı bir çox qəzəl  və  qoşmaları 

ideya-sənətkarlıq  cəhətdən  mükəmməl  bədii  nümunələrdir. Mirzə  Mənsur  gənclik 

illərində   olduğu   kimi,   ömrünün   ixtiyar   çağlarında   da   ―Rast‖,   ―Bayatı-

İsfahan‖  muğamlarını  özünəməxsus  ustalıqla   ifa   edib.  O,  ―Mahur-hindi‖ 

muğamını ifa edəndə  hamıya  elə  gəlirmiş ki,  tarı  30-35  yaşlı bir tarzən  sanballı 

mizrabları, iti barmaqları  ilə dindirir.  Mirzə  Mənsur  Azərbaycanın  əməkdar 

incəsənət  xadimi  (1940),  Sadıqcan  məktəbinin  davamçısı  olmuşdur.  Muğam 

dəstgahlarının    ("Rast",    "Şur",    "Segah",  "Mahur-hindi"  və  s.)  mahir  ifaçısı, 

muğam  nəzəriyyəçisi    idi.  "Rast",  "Zabul",  "Dügah"  muğamları  ilk  dəfə  onun 

ifasında  nota  köçürülmüşdür  (1936).  Muğamat    dərslərinin    ilk  proqramını  tərtib 

etmişdir.  

Mirzə Mənsur 1967-ci ildə, 80 yaşında Bakıda vəfat edib. 

  

İnternetdə: 

www.az.wikipedia.orq

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə