Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Milli qəhrəmanlar zirvəsi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə80/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   76   77   78   79   80   81   82   83   ...   148

226 

 

Milli qəhrəmanlar zirvəsi



 

 6 İyun -  Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Mövsüm Şahin oğlunun 

                anadan olmasının  50 illiyi, (1967) 

 

 

 



 

 

 



 

Məmmədov  Mövsüm  Şahin  oğlu  Xocalı  rayonunun Kosalar  kəndində 

anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurmuş, 1985-1987-ci illərdə 

hərbi 


xidmətdə 

olmuşdur. 1988-ci 

ildə Şuşada əmək 

fəaliyyətinə 

başlamışdır. 1990-cı  ildə  həyatını  daxili  işlər  orqanına  bağlamışdır.  Mövsüm 

Məmmədov 1992-1993-cü  illər  erməni  işğalçılarına  qarşı  vuruşmuş,  xeyli  quldur 

məhv etmişdir. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdir. 1994-

cü ildə Şuşa rayon Polis İdarəsində bölük komandiri təyin edilmişdir. 1998-ci ildə 

DİN-nin  Polis  Akademiyasını  bitirmişdir.  Polis  mayorudur,  Şuşa  rayon  Polis 

Şöbəsində çalışır. 

Azərbaycan  Respublikası   Prezidentinin 25 fevral 1997-ci  il  tarixli  533  saylı 

fərmanı    ilə  Məmmədov  Mövsüm    Şahin  oğlu  Azərbaycanın  Milli  Qəhrəmanı 

adına layiq görülmüşdür.  

                                       

                                     Mənə səadət verən 

                                     Vətənə sədaqətim

                                     Məni vətənə verən 

                                   Anama məhəbbətim –  

                                 Hərbi andımdır mənim. 

                                                                                            Ələmdar Quluzadə 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010. 

 

 

 



 

 

 




227 

 

11 İyun -  Azərbaycanın Milli Qəhrəmanı Şahverdiyev İsrafil Şahverdi 



                 oğlunun anadan olmasının 65 illiyi, (1952-1994) 

İsrafil  Şahverdiyev    Laçın  rayonunun  rayonunun 

Unannovu  kəndində  anadan  olmuşdur.       1959-1969-cu 

illərdə    kənd    orta    məktəbində    təhsil    almışdır.   1971-

1974-cü  illərdə  hərbi  xidmətdə  olmuşdur. 1975-ci  ildə 

Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək 

fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza 

hücum  edərkən  İsrafil  Şahverdiyev  cəsur  bir  polis  işçisi 

kimi 

ilk 


günlərdən 

torpaqlarımızın 

müdafiəsinə 

qalxmışdır. Qaladərəsi kəndində  iki  erməni  kəşfiyyatçını 

ələ  keçirmişdir.  Şəhid  jurnalist Salatın  Əsgərovanın 

qatillərinin  ələ  keçməsində  onun  rolu  böyük  olmuşdur. 1991-ci  ildə  Qala  dərəsi 

kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən 

qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişlər. İsrafil 1992-ci 

il 19  sentyabrdan 17  noyabrınadək qədər Hoçaz  qayası və Hoçaz kəndi  uğrunda 

gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir. 6 

yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə 

döyüşə  girmişdir.  Bu  əməliyyat  nəticəsində  Horadiz  qəsəbəsi  və  22  kənd  azad 

edilmişdir.  Cəsur  komandirin  son  döyüşü 13  yanvar 1994-cü  ildə  olmuşdur.  Bir 

neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü 

dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə 

onun  həyatına  son  qoymuşdur.  Bakı  şəhərinin Şəhidlər  xiyabanında dəfn  edilib. 

Ailəli idi, üç övladı qalıb.  

 Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, 

Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə 

qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və 

xidməti  borcunun  şərəflə  yerinə  yetirilməsindəki  misilsiz  xidmətlərinə  görə 

Azərbaycan  Respublikası  Prezidentinin 15  yanvar 1995-ci  il  tarixli  262  saylı 

fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın 

Milli Qəhrəmanı adı verilmişdir. 

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010. 

 

 

 

 

 

 

 


228 

 

 



 

18 İyun - Azərbaycanın Milli Qəhrəmanı Behbudov Səfiyar Abuzər oğlunun 

                anadan olmasının 50 illiyi,  (1967-1992) 

 

       Səfiyar Behbudov

 

Bərdə  rayonunun  Mollalı  kəndində 



anadan  olmuşdur.  1984-cü  ildə  6  saylı  Bərdə  şəhər  orta 

məktəbini  bitirdikdən  sonra   hərbi  xidmətə  çağırılmışdır. 

Ordudan  tərxis  olunduqdan  sonra  zabitlik  kursunu  kiçik 

leytenant rütbəsi ilə bitirən Səfiyar 1988-ci il Milli Azadlıq 

Hərəkatının  fəal  iştirakçılarından  olmuşdur.  O,  Bərdədə 

"Soy"  Demokratik  Gənclər  Təşkilatını  yaradaraq  gəncləri 

öz  ətrafında  toplamışdır.  Xocalı  soyqırımından bir  həftə 

sonra  o,  tərəddüd  etmədən  Bərdə  özünümüdafiə 

batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən 

Səfiyar Tərtər bölgəsində  bir  neçə  uğurlu  əməliyyat  keçirdikdən  sonra,  onun 

bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişlər.  

1992-ci  il  mart  ayının  11-də  qəflətən  həyəcan  siqnalı  verilir.  Erməni 

faşistləri Əsgəran yaxınlığındakı  postumuza  hücum  edərək  oranı  mühasirəyə 

alırlar.  Öz  PDM-i  ilə  döyüşə  atılan  Səfiyar  tapşırığı  uğurla  yerinə  yetirərək 

düşmənin  müqavimətini  qırır  və  mühasirədə  olan  döyüşçülərimizi  xilas  etdikdən 

sonra  Əsgərana  doğru  irəliləyir.  O,  Qaraqaya  deyilən  yerdə  düşmənin  böyük 

qüvvəsilə  qarşılaşsa  da  geri  çəkilmir.  Bir  müddət  irəlilədikdən  sonra  cəsur 

döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı vəziyyətdə əsir  götürürlər. 

10  günlük  əsir  həyatında  olmazın  işgəncələrə  məruz  qalan  mərd  döyüşçümüz 

düşmənə  heç  bir  sirr  vermədiyi  üçün  ayaqlarına  məftil  bağlayır  və  üzərinə  neft 

töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə 

almaq olur. Subay idi. Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı 

ilə  Behbudov  Səfiyar  Abuzər  oğluna  "Azərbaycanın  Milli  Qəhrəmanı"  adı 

verilmişdir. 

Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə