Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə81/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   77   78   79   80   81   82   83   84   ...   148

229 

 

 



 

27 İyun - Azərbaycanın Milli Qəhrəmanı Əsədov Malik Hamil oğlu anadan 

                olmasının 55 illiyi, (1962-1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Malik Əsədov

 

 Yevlax rayonunun  Havarlı  kəndində doğulmuşdur. 1979-cu 



ildə 

orta 


məktəbi 

bitirdikdən 

sonra 

orduya 


çağırılmışdır. 

Hərbi 


xidməti   Qazaxıstanda   başa  vurmuşdur.  Qarabağ  müharibəsi  zamanı  Xocalı, 

Əsgəran, Ağdam və Şuşada döyüşmüşdür.  

1992-ci  ilin   18    yanvarında 

 

Şuşanın   Nəbilər   kəndi    uğrunda  gedən  ağır 



döyüşdə  M.Əsədov  mərdliklə    vuruşmuşdur.    Buna  görə  də,    erməni  faşistləri 

Maliki  qəddarlıqla    qətlə    yetirmişlər.    Ailəli  idi.  Malik  Əsədov  Yevlax 

rayonunun Havarlı kəndində dəfn edilmişdir.  

Azərbaycan  Respublikası  Prezidentinin 8  oktyabr 1992-ci  il  tarixli  264  saylı 

fərmanı  ilə  Əsədov  Malik  Hamil  oğlu  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adına layiq görülmüşdür.  

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə 

və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur. 

 

                   Respublikam – ana torpaq, qədim Odlar diyarımız! 

                     Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız. 

                    Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil, 

                   Mərd oğullar dar ayaqda öz andından dönən deyil. 

                                                                                                                       Nəriman Həsənzadə 



 

İnternetdə: 

www.az.wikipedia.orq



 

 

 

 

 

 

 


230 

 

 



28 İyun -  Azərbaycanın Milli Qəhrəmanı Fərəcov Ənvər Səyyad oğlunun 

                 anadan olmasının 65 illiyi,  (1952-1991) 

Ənvər Fərəcov

   

Goranboy  rayonunun   Sarov   kəndində 



doğulmuş, 1968-ci  ildə  kənd  orta  məktəbini  bitirmişdir. 

Sonra   Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna daxil 

olmuşdur.   1990-cı  ildə  Özbəkistan  Milis  Akademiyasını 

bitirərək  Azərbaycan    DİN-nin  sərəncamına  göndərilmişdir. 

18  avqust 1991-ci  ildə  Ənvər    Fərəcov  yoldaşlarını 

mühasirədən  çıxartmaq  üçün  qeyri-bərabər  döyüşə  girmiş, 

ermənilərin   mühasirəsini    yararaq    polis    əməkdaşlarını  

itkisiz    azad    etmişdir.  Bu  əməliyyata  görə  bölmə  rəisi  DİN 

tərəfindən mükafatlandırılmışdır. 11  sentyabr   1991-ci ildə düşmən böyük qüvvə 

ilə   Goranboy  rayonunun   Erkəç,   Mənəşli,   Buzluq   kəndlərinə    hücuma    keçir.  

Bu, Ənvər Fərəcovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına həlak olur. 

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb. Goranboy rayonunda dəfn edilmişdir. 

 Azərbaycan  Respublikası  Prezidentinin 8  oktyabr 1992-ci  il  tarixli  214  saylı 

fərmanı  ilə  Fərəcov  Ənvər  Səyyad  oğlu  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı  adına layiq görülmüşdür. 

Goranboy  rayonunda  büstü  qoyulmuşdur.  Haqqında  Zamin  Məmmədov  ―Vətənə 

dönənim‖ adlı film çəkmişdir. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş 

olunmuşdur.   

 

                            Hər millətin, hər torpağın öz adı var, öz ünvanı 



                           Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı. 

                          Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı, 

                          Nəsillərə yadigardı, zaman yazdı bu dastanı. 

                         Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız, 

                         Azadlığı, səadəti qorumaqdı qərarımız. 

                                                                                       

 Nəriman Həsənzadə 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 



231 

 

 



 

İYUL

 

Əlamətdar  tarixi günlər  və bayramlar 

2 İyul - Polis İşçiləri Günü, (1998) 

4 İyul - Beynəlxalq Əsir Delfinlər Günü, ( 1960) 

11 İyul - Ümumdünya Şokolad Günü, (1995) 

20 İyul - Beynəlxalq Şahmat Günü, (1924)  

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü, (1875) 

23 İyul - Ümumdünya Balina və Delfinlər Günü, (1986) 

30 İyul - Beynəlxalq Dostluq Günü, (2011) 

 

 Bu tarixi unutmayaq 

23 İyul - Ağdam rayonunun işğalı günü, (1993) 

 

Azərbaycanın görkəmli şəxsiyyətləri 

General Valeh Bərşadlının 90 illiyi, (06.07.1927 - 15.05.1999) 

Heykəltəraş Tokay Məmmədovun 90 illiyi, (18.07.1927) 

Şərqşünas Mirzə Kazımbəyin 215 illiyi,  (22.07.1802  - 27.11.1870) 

 

Yubilyar yazıçı və şairlər 

Şair, dramaturq Kəmalə Ağayevanın 80 illiyi, (10.07.1937) 

Publisist, yazıçı Sabir Gəncəlinin 85 illiyi, (26.07.1932) 

 

Xarici ədəbiyyat 

Fransız yazıçısı Aleksandr Dümanın 215 illiyi, (24.07.1802 - 05.12.1870) 

Amerika yazıçı Pol Uilyam Qellikonun 120 illiyi, (26.07.1897 - 15.07.1976) 

 

Milli qəhrəmanlar zirvəsi 

Qəmbərov Ramiz Bulud oğlu, (02.07.1962 - 30.04.1992) 

Məhərrəmov Asif Yusif oğlu, (26.07.1952 - 01.07.1994) 

Əliyev Nadir Alış oğlu, (30.07.1962 - 22.07.1993) 

 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə