Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.

səhifə82/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   148

232 

 

 



 

Əlamətdar  tarixi günlər və bayramlar 

 

2 İyul - Polis İşçiləri Günü, (1918) 



                                  Xidmət etmək sayılır kişilikdən nişana, 

                                        Xalqına xidmət etmək bir şərəfdir insana.

 

                                                                                                                               N.Gəncəvi 

 

        Azərbaycanın  ilk  polis  bölüyü  1918-

ci  il  iyulun    2-də  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövründə  cinayətkarlıqla 

mübarizə  aparmaq  və  ictimai  təhlükəsizliyi 

təmin  etmək  məqsədilə  yaradılıb.  Polis 

bölüyünün yaranmasından 80 il sonra həmin 

gün  polislərin  peşə  bayramı  kimi  qeyd 

olunmağa  başlayıb.  Belə  ki,  Prezident 

Heydər  Əliyevin  24  may  1998-ci  il  tarixli 

―Azərbaycan  Polisi  Gününün  təsis  edilməsi 

haqqında‖  fərmanına  əsasən  iyulun  2-si  Azərbaycan  daxili  işlər  orqanları 

əməkdaşlarının  peşə  bayramı  kimi  qeyd  olunur.  Azərbaycan  polisinə  verilən  bu 

önəmin səbəbi ondan qaynaqlanır ki, ulu öndər ölkəmizdə daim polisin fəaliyyətinə 

yüksək  qiymət  verib.  İctimai  sabitliyin  qorunub  saxlanmasında,  cinayətkarlıq 

hallarının  qarşısının  alınmasında  daxili  işlər  orqanlarının  fəaliyyəti  yüksək 

qiymətləndirilib.  Azərbaycan  polisi  dövlətə  və  xalqa  yüksək  sadiqlik  nümayiş 

etdirməklə,  mühüm  vəzifələrin  öhdəsindən  həmişə  layiqincə  gəlib.  Bu  siyasət 

hazırda  Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir.  Bu  gün 

Azərbaycan  polisi  cinayətkarlığa  qarşı  mübarizədə  ictimai  qaydanın  və 

təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən 

edilən  vəzifəsini  layiqincə  yerinə  yetirir.  Azərbaycan  polisi  Qarabağ  müharibəsi 

zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 

Daxili  işlər  orqanlarının  və  daxili  qoşunların  şəxsi  heyətinin  931  nəfəri  bu 

müharibədə  şəhid  olmuşdur.  Polisin  sıralarında  xeyli  sayda  "Azərbaycanın  Milli 

Qəhrəmanı"  adına,  habelə  orden  və  medallarla  təltifə  layiq  görülənlər  vardır.  Bu 

gün  Azərbaycan  polisi  öz  peşəkarlığını  artırmaqla  yanaşı,  eyni  zamanda 

beynəlxalq standartlara uyğunlaşdırılır.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 




233 

 

4 İyul - Beynəlxalq Əsir Delfinlər Günü, (1960) 

 

Bu günün təsis olunması delfinlərin və 



digər  dəniz  məməlilərinin  hərbi  məqsədlərlə 

istifadə  olunması  və  onların  qapalı  yerlərdə 

saxlanmasına  qarşı  mübarizə  aparanlar 

tərəfindən  irəli  sürülmüşdür.  Qeyd  edək  ki,  

dəniz  heyvanlarından  hərbi  məqsədlərlə 

istifadə  olunması  ideyası  hələ  ötən  əsrin 

əvvəllərində meydana gəlmişdir.  

Düşmən  gəmilərinin  partladılması, 

minaların 

aşkara 


çıxarılması,  düşmən 

üzgüçü-kəşfiyyatçıların  zərərsizləşdirilməsi  üçün  xüsusi  delfin  dəstələrinin 

yaradılması təklif olunurdu. Belə layihələr 1960-cı illərdən başlayaraq SSRİ-də və 

ABŞ-da  reallaşdırılırdı.  Döyüş  delfinləri  amerikalılar  tərəfindən  Vyetnam 

müharibəsində  və  İraqda  xüsusi  əməliyyatların  gedişində  istifadə  olunmuşdur. 

SSRİ-də isə xüsusi təlim görmüş delfin dəstələri Qara dənizdə minaları axtarırdı. 

SSRİ-nin süqutundan sonra Rusiyada belə fəaliyyət qadağan olunmuşdur. ABŞ-da 

isə  bu  gün  də  bununla  məşğul  olan  beş  mərkəz  fəaliyyət  göstərir.  Dəniz 

məməlilərinin  okeanarium  və  delfinarilərdə  saxlanmasının  da  mənfi  tərəfi  var. 

Delfinlər  təbiətdə  gün  ərzində  100  km-dən  çox  məsafə  qət  edirlər  və  200  m-dən 

çox dərinliyə enə bilirlər. Heç bir delfinari əsir delfinlərə belə imkan yarada bilmir. 

Delfinlərin  hərəkət  zamanı  çıxardıqları  səs  hovuzda  təhrif  və  dəfələrlə  əks 

olunduğu üçün onlara çox böyük zərər vurur. Xlorlu su onların dərisini və görmə 

orqanlarını zədələyir. Nəticədə bu heyvanların qapalı yerlərdə saxlanması onların 

yaşama  müddətini  5-6  dəfə  azaldır.  Buna  görə  də  belə  sual  yaranır:  insanın  bu 

heyvanları  əsir  etməyə  haqqı  varmı?  Beynəlxalq  Əsir  Delfinlər  Günü  bu 

heyvanların  azad  və  özlərinin  təbii  mühitlərdə  yaşamaq  hüquqlarını  təmin  etmək 

məqsədilə  ictimaiyyətin  diqqətini  bu  problemə  cəlb  etməyə  xidmət  edir. 

Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez 

başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda 

nimçədən  səliqə  ilə  balıq  götürüb  yeməyi,  yanan  şamı  söndürməyi,  voleybol 

oynamağı  öyrənirlər.  Delfinlər  balıqları  ultrasəslə  axtarıb  tapır.  Yarasalar  kimi, 

delfinlər  də  şaqqıltılı  səslər  və  ya  ucadan  qırıq-qırıq  fit  səsinə  oxşar  ultrasəslər 

buraxır  və  balıqlara  toxunub  qayıdan  bu  səsləri  tutmaqla  ovlarını 

tapırlar. Delfinlərin beyni insanlara çox oxşardır. Ekoloqlar onların qorunmasında 

çox israrlıdırlar. Hal-hazırda dünyada delfinlərlə birgə olan üzmə proqramları çox 

məşhurdur. 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 




Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə