Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyul - Ümumdünya Şokolad Günü



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə83/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   79   80   81   82   83   84   85   86   ...   148

234 

 

11 İyul - Ümumdünya Şokolad Günü



,

 (1995) 

 

 

.

 



  

Şokolad  Günü 



(

World  Chocolate  Day)  ilk  dəfə  1995-ci  ildə  Fransada  qeyd 

edilib.  Tez  bir  zamanda  məşhurluq  qazanaraq  Almaniya,  İtaliya,  İsveçrə  və  digər 

Avropa  ölkələrində,  eləcə  də  Avropadan  kənarda  keçirilməyə  başlanılıb.  Çox 

sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. 

Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. 

Onlardan  birinə  görə,  şokolad  qədim  astek  sözü  olub,  "xocolatl"  yəni,  kakao 

paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur. 

Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub. Şokoladın tarixi 

3000 il əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 

1500  il  əvvəl  Meksika  körfəzi  sahillərində  yeni  sivilizasiya  meydana  gəlmişdir. 

İrəli  sürülən  fikirlərə  əsasən,  məhz  "kakao"  sözü  ilk  dəfə  olaraq  onlar  tərəfindən 

dildə "kakava" kimi tələffüz edilib.  

Dünyada  sevgi  rəmzi  kimi  tanınan  ilk  şirniyyat  şokoladdır. 

 Statistikaya  əsasən,  20  yaşlı  əksər  gənclər  məhz  ağ  şokolada  üstünlük  verir. 

Şokoladın  tərkibindəki  fenamin  maddəsi,  insanda  sevgi hissi  yaradır.  Şokolad  A, 

B, C, D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir. Kakao və şokolad 

antiseptik  xüsusiyyətlərə  malik  olub,  dişi  bir  çox  zərərdən  qoruyurlar.  Şokolad 

yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar. Dünyanın ən kalorili 

şokoladı  südlü  şokolad  hesab  edilir.  Dünya  qadınlarının  15%-i    hər  gün  şokolad 

yeyir.  İsveçrəlilər  dünyada  ən  çox  şokolad  yeyən  əhali  sayılır.  Belə  ki, 

hesablamalara əsasən, bu ölkədə hər sakinə il ərzində 10 kq şokolad düşür.  

Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin 

olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin - insanda rahatlıq, 

xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhval-

ruhiyyəni yüksəldir. Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə 

malikdir və qocalma prosesini ləngidir. 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



  

 


235 

 

20



 İyul - Beynəlxalq Şahmat Günü, (1996) 

 

1996-cı  ildən  20  iyul  dünyanın  hər  yerində  Beynəlxalq  Şahmat  Günü  kimi 

qeyd  olunur.  Bu  bayram  əsası  1924-cü  ildə  qoyulmuş  Beynəlxalq  Şahmat 

Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və 

qadınlar  arasında  dünya  çempionatları,  kişi,  qadın,  tələbə  və  yeniyetmələrin 

komanda  birincilikləri,  Avropanın  komanda  birinciliyi,  Avropa  Çempionlar 

kuboku,  Panamerikan  fərdi  yarışları  FİDE-nin  himayəsi  altında  keçirilir.  FİDE 

1950-ci  ildən  kişilərə,  1976-cı  ildən  isə  qadınlara  beynəlxalq  qrossmeyster  adı 

verir.  

Azərbaycanda  şahmat  ən  populyar  idman  növlərindən  biridir.  Azərbaycan 

Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına 

dair Dövlət Proqramı təsdiq edilmişdir. Ölkəmizdə şahmat ötən ilin 70-ci illərində 

inkişaf  etməyə  başlamışdır.  Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

respublikada  müasir  şahmat  məktəbi  binaları  tikilməyə  başlanmış,  gənclərin  bu 

idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar yetişmişdir. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 


236 

 

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü, (1875) 



 

Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş 

 milli mətbuatımız  həmişə xalqımızın  

şanlı tarixinin güzgüsü olmuşdur.”

                  

                                                                                                                                          

                            Ümummilli lider Heydər Əliyev 

 

  

 



 

 

Azərbaycan  mətbuatının  banisi  Həsən  bəy  Zərdabi  böyük  çətinliklərdən 



sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail olmuş və 

qəzetin  ilk  sayı  1875-ci  ilin  iyulun  22-də  işıq  üzü  görmüşdür.  "Əkinçi"  qəzeti 

xalqımızın  milli  oyanışında,  milli  birliyinin  möhkəmləməsində  böyük  rol 

oynamışdır. Qəzetin müttərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və 

iki  il  sonra  qəzet  bağlanmışdır.  XIX  əsrin  sonlarında  "Ziya",  (1879),  "Kəşkül" 

(1880),  "Kaspi"  (1880-1890-ci  illər)  qəzetləri  nəşrə  başlamışdır.  XX  əsrin 

əvvələrində C.Məmmədquluzadə, M. Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, 

Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə 

aparırdılar.  Həmin  dövrdə  "Həyat",  "Açıq  söz",  "Azərbaycan"  kimi  demokratik 

ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır.  

1906-ci ildə "Molla Nəsrəddin " jurnalının nəşrə başlanması ilə Azərbaycan 

mətbuatında  siyasi  satiranın  əsası  qoyuldu.  Azərbaycan  öz  müstəqilliyini  bərpa 

etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü 

göstərdi.    Bu  gün  ölkəmizdə  yüzlərlə  mətbu  orqan-  qəzet  və  jurnal  fəaliyyət 

göstərir.  Azərbaycan  Respublikası  Prezidentinin sərəncamı  ilə  "Əkinçi" qəzetinin 

nəşrə  başlandığı  gün  -  22  iyul  Milli  Mətbuat  və  Jurnalistika  Günü  kimi  qeyd 

olunur.

 

Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi 



ilə  qəbul   edilən    Konstitusiyasının    50-ci    maddəsində    söz,  azad  məlumat 

toplamaq  azadlıqları,  öz baxışlarının  azad  ifadə  edilməsi  və  digər  azadlıqlar 

möhkəmləndirilib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil 

ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata 

daxil  olduqdan  sonra  ölkədə  aparılan  demokratik  islahatlar  söz  və  mətbuat 

azadlığının  daha  geniş  təşəkkülünə  şərait  yaradıb. Azərbaycan  Prezidenti  İlham 

Əliyevin  2009-cu  ilin  martın  sonunda  imzaladığı  sərəncamla Prezident  yanında 

Kütləvi 


İnformasiya 

Vasitələrinə 

Dövlət 

Dəstəyi 


Fondu 

yaradılıb. 

Fondun yaradılmasında  məqsəd  Azərbaycanda  fikir,  söz  və  mətbuat  azadlığı 

şəraitini yaxşılaşdırmaqdır. 

 

 

İnternetdə: 



www.books.google.com 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə