Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyul - Ümumdünya Balina və Delfinlər Günü, (1986)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə84/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   80   81   82   83   84   85   86   87   ...   148

237 

 

23 İyul - Ümumdünya Balina və Delfinlər Günü, (1986) 



 

                             

  

 

 



 

 

 



 

 

 



 

1986-cı  ildə  Beynəlxalq  Balinaovlama  Komissiyası  (International  Whaling 

Comission:  IWC)  bu  heyvanların  200  illik  amansız    şəkildə  qırılmasından  sonra 

balina  sənayesinə  qadağa  qoymuşdur.  Bu  qadağa  indi  də  qüvvədədir  və  bütün 

dünyada  balinaların  ovlanması,  o  cümlədən  balina  ətinin  ticarəti  qadağan 

olunmuşdur.  Lakin  balina  sənayesi  bu  heyvanlar  üçün  yeganə  təhlükə  deyil. 

Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının daha bir səbəbi 

– onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də bu 

gün  yalnız  balinaların  deyil,  bütün  dəniz  məməlilərinin  qorunması  günü  hesab 

olunur.  Beynəlxalq  Delfinovlama  Komissiyası  balinaların  ovlanmasına  qadağa 

tətbiq  etdikdən  sonra  Yaponiya  sanksiyalardan  çəkinərək  bu  sazişə  qoşulmağa 

məcbur  olmuşdur.  Lakin  balinaların  elmi  məqsədlərlə  ovlanması  hüququ  vardır. 

2007-ci  ildə  balinaların  ovlanma  kvotası  950  balina  təşkil  edirdi.  Həmin  kvotaya 

görə,  hər  il  Yaponiya  ancaq    üçə  qədər  balina  ovlayırdı.  Lakin  həmin  il  yapon 

―Nissin-maru‖  balina  ovlama  donanmasında  yanğın  baş  verir  və  ―tədqiqat‖  üçün 

508 heyvan öldürülür.  

Elmi işlər başa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında 

istifadə  olunur.  Beynəlxalq  Balinaovlama  Komissiyasının  qadağası  19  fevralda 

qüvvəyə minmişdir. 

 Hər  il  fevralın  19-da  daha  bir  bayram  –  Beynəlxalq  Balinalar  Günü  qeyd 

olunur.  Bəzən  müxtəlif  ölkələrin  ekoloji  təşkilatları  bu  günü  birlikdə  məhvolma 

təhlükəsi qarşısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.  

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 


238 

 

30 İyul - Beynəlxalq Dostluq Günü, (2011)

 

 

 



 

  

 



 

 

 



 

Bu  gün  24  aprel  2011-ci  ildə  BMT-nin  qərarı  ilə  təsis  olunmuşdur.  Bütün 

planetin  marağında  olan    Beynəlxalq  Dostluq  Günü  əsasən  zorakılığa  qarşı 

olmaqla,  mədəniyyətlərin  dostluğunu  nümayiş  etdirir.  BMT-nin  Baş  Məclisi 

Paraqvayın  təşəbbüsü  ilə  iyulun  30-nu  Beynəlxalq  Dostluq  Günü  elan  etmişdir. 

Baş  Məclis  qurumun  üzvü  olan  ölkələrə  bu  nəcib  təşəbbüsü  fəal  təbliğ  etməyi 

tövsiyə etmişdir.  Bu münasibətlə Baş Məclis  tərəfindən yekdilliklə qəbul edilmiş 

qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan 

dostluğun aktuallığı və böyük əhəmiyyəti vurğulanmışdır.  

Baş  Məclis  qurumun  üzvü  olan  ölkələrə  Beynəlxalq  Dostluq  Gününü  öz 

adət-ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür. 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


239 

 

Bu tarixi unutmayaq 



23 İyul - Ağdam rayonunun işğalı günü, (1993)

  

“Mənim  üçün  hər  şeydən  əziz mənim  xalqımdır, mənim        Vətənimdir, mənim 



torpağımdır.”                                                          

                                                                                                  Ümummilli lider Heydər Əliyev

 

      Ağdam  rayonunun  88.395  hektar 

ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi 

Ermənistan  silahlı  qüvvələri  tərəfindən 

işğal  olunub.  Rayonda  işğaldan  əvvəl 

1736  hektar  dövlət  meşəsi,  710  hektar 

kolxoz  meşəsi,  560  hektar  yol,  su  və 

kanal  kənarı,  şəhərətrafı  meşə  sahəsi 

mövcud 

idi. 


Rayonun 

ehtiyatı 

64.863000  kubmetr    olan    mişar    daşı, 

140.464000    ton    Çobandağ    əhəng 

daşı,  44.708000  ton.  Boyəhmədli  və 

25.197  min  ton  Şorbulaq  gil  yataqları  işğal  olunmuş  ərazilərdə  qalıb.  Rayon 

ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, sutoplayıcı sahəsi 

isə  657  kvadratmetrdir.  Ağdam  şəhərində  yaşı  150-250  ilədək  olan  14  ədəd, 

Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi 

kimi qorunurdu. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən 

olan ağacların doğranaraq Ermənistana aparılması və irigövdəli ağacların qırılaraq 

yığıldığı  müşahidə  edilib.  Rayonun  işğal  altında  olan  Novruzlu,  Yusifcanlı, 

Kəngərli, Çəlik, Qaradağlı Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar 

otlaq  sahəsi  erməni  hərbçiləri  tərəfindən  yandırılıb.  Yanğın  zamanı  "Qırmızı 

kitab"a  və  Beynəlxalq  Təbiəti  Mühafizə  İttifaqının  "Qırmızı  siyahısına"  düşmüş 

müxtəlif  sayda  turac,  qırqovul  və  gürzə  məhv  edilib.  İşğal  nəticəsində  təhsil, 

səhiyyə,  mədəniyyət  ocaqları,  yaşayış  evləri,  inzibati  binalar  dağıdılaraq  yerlə-

yeksan  edilib.  Erməni  faşistləri  tərəfindən  aparılan  bu  ədalətsiz  müharibə 

nəticəsində  çoxsaylı  həmvətənlərimiz  qətlə  yetirilmiş,  itkin  düşmüş,  əsir 

götürülmüşdür.

 

  

Milli  Ordumuz  son  illər  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi 



altında  daha  da  güclənmiş,  daha  da  qüdrətli  olmuşdur.  Xalqımız  inanır  ki, 

dövlətimiz  tərəfindən  aparılan  ardıcıl,  məqsədyönlü  siyasət  torpaqlarımızın 

işğaldan azad olmasına gətirib çıxaracaqdır.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə