Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə85/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   81   82   83   84   85   86   87   88   ...   148

240 

 

Azərbaycanın görkəmli şəxsiyyətləri 



 

6 İyul - General Valeh Bərşadlının anadan olmasının 90 illiyi, (1927 -1999) 

 

 

 



 

 

 

 

 

 

 

 

Valeh  Əyyub  oğlu  Bərşadlı  Qubadlı  rayonunun Eyvazlı  kəndində anadan 

olmuşdur.  14  yaşında  könüllü  hərbi  xidmətə  getmiş,  iki  hərbi  təhsil  ocağını  (Bakı 

Zenit  Artileriyası  Məktəbini  və  Qırmızı  Bayraqlı  Kiyev  Özüyeriyən  Artileriyası 

Məktəbini) bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk 

azərbaycanlıdır.  Müstəqil  Azərbaycanın  1992-ci  ildə  ilk  müdafiə  naziri  və 

Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata 

keçirmiş  Baş  Qərargah  rəisi  olmuşdur.  1992-ci  ildə  tutduğu  vəzifədən  istefa 

vermişdir.  Valeh  Bərşadlı  43  il  SSRİ  Silahlı  Qüvvələrində  xidmət  etmiş,  tağım 

komandirliyindən  ən  nəhəng  ordulardan  (Almaniya  Demokratik  Respublikasında 

yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.  

Valeh Bərşadlı 15 may 1999-cu ildə vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır. 



İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


241 

 

22 İyul - Şərqşünas Mirzə Kazımbəyin anadan olmasının  215 illiyi, 



               (1802-1870) 

 

           Mirzə    Kazım    bəy   (əsl    adı    Məhəmməd    Əli  

Kazımbəy  olmuşdur)    Azərbaycan    əsilli    rus    şərqşünası,  

tarixçı,  türkşünas  və  filoloqudur.  O,  Rusiya  Elmlər 

Akademiyasının    ilk    azərbaycanlı    üzvü    olmuşdur.

 

Atası 



Məhəmməd  Qasım  Kazımbəy  Dərbəndin  tanınmış 

ruhanilərindən  olub.  Babası  Nazir  Məhəmməd  xan  isə 

Dərbənd  hakiminin  baş  xəzinədarı  işləyib.  Məkkəyə  həcc 

ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy 

Rəşt  şəhərində  (İndiki  İran  İslam  Republikasının  Gilan 

vilayəti)  yerli  hakim  Bağır  xanın  qızı  Şərəfnisə  xanımla 

evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir 

qədər  sonra  atası  Dərbəndə  qazi  təyin  olunur  və  ailəsi  ilə  bu  şəhərə  köçür. 

Kazımbəy  İslam  dininin  əsasları,  Azərbaycan  və  fars  dillərini  kamil  şəkildə 

öyrənməklə  yanaşı,  rus,  türk  və  ərəb  dillərinə  də  mükəmməl  şəkildə  öyrənir.  17 

yaşında  isə  "Ərəb  dilinin  qramatikası"  adlı  kitab  yazır.  Atası  oğlunun  ruhani 

olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir. Kazımbəy bir 

sıra  tarixi  mövzularda  kitabların  müəllifidir.  Türk  dilində  yazdığı  "Əssəb  əs-

Səyyar" (―Yeddi planet‖) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi 

haqqındadır. 1841-c ildə qələmə aldığı  "Uyğurlar"  əsərində isə  qədim  uyğurların 

tarixi  haqqıda  dəyərli  elmi  məlumatlar  verir.  O  həmçinin,  Məhəmməd  Əvabinin 

"Dərbəndnamə"  əsərini  (XVII  əsr  Dağıstan  tarixi  haqqında  əsər)  ingilis  dilinə 

tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr 

olunmuş  "Bab  və  Babilər:  1848-52-ci  illər  İranda  Dini  və  Siyasi  Təlatümlər" 

əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: 

"Qurani-Kərimdə  ahənglik"  (1859),  "Müridilik  və  Şamil"  (1859),  "İslam  tarixi" 

(1860) və başqaları. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və 

Kazan  Universitetində  yenicə  yaranmış  "Türk  dilləri"  fakültəsinə  rəhbər  təyin 

olunur. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu 

ildə Demidov Mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı 

fundamental  elmi  monoqrafiyasını  yazır.  Qeyd  etmək  lazımdır  ki,  o  dövrlər  Rus 

imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı 

dialektləri  kimi  qəbul  olunurdu.  Bu  əsərində  Kazım  bəy  osmanlı,  azəri  və  digər 

türk  dillərinin  və  ya  o  zaman  deyildiyi  kimi  dialektlərinin  fonoloji,  morfoloji  və 

sintaksis  təhlil  və  müqayisısini  aparır.  1921-ci  ildə  Jan  Denin  "Türk  dilinin 

qramatikası"  (Osmanlı  dialekti)  əsərinin  nəşrinə  qədərki  dövrdə  Avropa 

universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə

 

     edilib. Mirzə Kazımbəy 1870-ci il noyabr ayının 27-də vəfat etmişdir.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 


242 

 

 



Yubilyar  yazıçı və şairlər 

 

10 İyul -  Şair, dramaturq Kəmalə Ağayevanın anadan olmasının 80 illiyi, 

                (1937) 

Ağayeva  Kəmalə  Ağa  qızı  Naxçıvan  şəhərində  anadan 

olmuşdur.  Orta  məktəbi  bitirdikdən  sonra  Xarici  Dillər 

İnstitutunun  fransız dili fakültəsində təhsil almışdır. 35 il orta 

məktəbdə  fransız  dili  müəllimi  işləmiş,  eyni  zamanda 

Naxçıvan  Dövlət  Dram  Teatrında  ədəbi  hissə  müdiri 

vəzifəsində 

çalışmışdır.  Kəmalə  Ağayeva  Azərbaycan 

Yazıçılar  Birliyinin  və  Azərbaycan  Teatr  Xadimləri 

Cəmiyyətinin üzvüdür.  

Şairə  xanım  yaradıcılığa  lap  erkən  yaşlarından 

başlamışdır.  Yazdığı  əsərlər  müntəzəm  olaraq  dövrü 

mətbuatda çap olunmuş, şeirlərinə musiqilər yazılmışdır.  İlk şeirini 12 yaşında, ilk 

dram  əsərini  isə  (―Məhsəti‖)  21  yaşında  yazmışdır.  Kəmalə  Ağayeva  20  şeirlər 

kitabının, 16 mənzum dram əsərin, 200-ə qədər oçerk və bədii yazıların, həmçinin 

uşaqlar üçün ―Göyçək Fatma‖, ―Məlikməmməd‖, ―Tıq-tıq xanım‖ nağıl-pyeslərin 

müəllifidir.  Qələmə  aldığı  dram  əsərləri  respublikanın  bir  sıra  teatrlarında 

tamaşaya  qoyularaq,    müvəffəqiyyət  qazanmışdır.  K.  Ağayevanın    şeirləri  rus, 

türkmən, özbək, tacik, fars, fransız və sair dillərə tərcümə olunub, özü də fransız 

dilindən ana dilimizə tərcümələr etmişdir.  

Kəmalə  Ağayevanın  yaradıcılığının  əsas  qayəsi  mənəvi  saflığa  çağırışdır. 

Respublikanın  Əməkdar  mədəniyyət  işçisi  Kəmalə  Ağayeva  bir  sıra  xarici 

dövlətlərdə  rəsmi  səfərlərdə  olub.  Şairə  müxtəlif  medallar  və  fəxri  fərmanlarla 

təltif olunub.  



Kitabları: ―Baharın sözü‖ (1962), ―Gül yarpağı‖ (1967), ―Sən olmasaydın‖(1974), 

―Apardı sellər Saranı‖ (1977), ―Arpaçayın nəğməsi‖ (1978), ―Daş piyalə‖ (1982),  

―O dağlarda gözüm qaldı‖ (1988), ―Məhsəti‖ (2001), ―Vətənə sevdalıyam‖ (2004) 

və s. 


Ədəbiyyat: Əhmədov Teymur – “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə