Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyul - Publisist, yazıçı Sabir Gəncəlinin anadan olmasının 85 illiyi , (1932)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə86/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   82   83   84   85   86   87   88   89   ...   148

243 

 

 



26 İyul - Publisist, yazıçı Sabir Gəncəlinin anadan olmasının 85 illiyi , (1932) 

 

Sabir  Gəncəli  Gəncə  şəhərində  anadan  olmuşdur.  ADU-



nun  filologiya  fakültəsinin  jurnalistika  şöbəsində  təhsil 

alıb. 


Yazıçı  tədqiqatlar, araşdırmalar nəticəsində ötən illər 

ərzində  Azərbaycanın,  Sankt-Peterburqun,  Moskvanın 

dövlət 

arxivlərində, 



kitabxanalarında, 

Azərbaycan 

Əlyazmalar  İnstitutunda  saxlanılan  tarixi  sənədlərdən, 

respublikamızın görkəmli alimlərinin, maarifçilərinin şəxsi 

arxivlərində  olan  albomlardan,  sənədlərdən,  dövrü 

mətbutda  dərc  edilmiş  materiallardan,  maarif  və 

mədəniyyət  xadimləri  ilə  apardığım  müsahibələrdən, 

söhbətlərdən istifadə edərək 20-dən çox kitab, yüzlərlə tarixi oçerk, sənədli hekayə, 

iki sənədli povest yazıb. Azərbaycan, ingilis, rus, ərəb, fars dillərində çap olunmuş 

bu  əsərlər  oxucular  tərəfindən  rəğbətlə  qarşılanıb.  Onların  arasında  1994-cü  ildə 

"Hər sətirdə bir tarix...", 2001-ci ildə Azərbaycan, ingilis və rus dillərində "Qadın, 

gözəllik  və  ülviyyət"  adlı  ilk  qadın  ensiklopedik  toplular  da  vardır.  Həmin 

toplularda  ən  qədim  dövrlərdən  bu  günədək  dünyada  və  xüsusilə  Azərbaycanda 

qadın  məsələsi,  qadın  azadlığı  tarixi,  dünya  sivilizasiyasında  ulu  nənələrimizin, 

analarımızın rolu və fəaliyyəti işıqlandırılıb. Yazıçı 1960-cı ildə "Nəsildən nəslə" 

adlı kitab və bir sıra məqalə çap etdirib. Uşaqlarımızın, yeniyetmələrimizin bilik və 

dünyagörüşünü  artırmaq, intellektual  səviyyəsini  inkişaf  etdirmək    üçün  yazıçı 

"777  sual,  1001  cavab"  adlı  düşündürücü,  əyləncəli  ensiklopedik  toplu 

hazırlamışdır.

 

500-dən 



çox 

rəngli, 


ağ-qara, 

illüstrativ 

materiallarla 

zənginləşdirilmiş  bu  kitabda  məqsəd  gənc  nəsli  dünya  mədəniyyəti,  bəşəriyyətin 

əsrlər boyu əldə etdiyi bilik xəzinəsilə tanış etmək, dünya sivilizasiyasının keçdiyi 

çətin və şərəfli yolu, xalqımızın bu yolda əldə etdiyi nailiyyətləri əks etdirməkdir. 

Yazıçı ―Səhnə‖ və ―Cik-cik‖ qəzetlərinin məsul katibi kimi də çalışıb (1993-1996).

 

Sabir  Gəncəli  - 



tarix  elmləri  doktoru  (1996),  "Qızıl  qələm"  Mükafatı  laureatıdır 

(1980-2000). 

 

Kitabları: ‖Azərbaycanın maarifpərvər qadınları‖(1960), ―Canlı xatirələr‖ (1960), 

―18  ay  düşmən  arxasında‖  (1965),  ―Üç  qız,  üç  tale‖  (1970),  ―Nurlu  ömürlərin 

dastanı‖  (1975),  ―İşıqlı  ömürlər,  kövrək  talelər‖  (1991),  ―Hər  sətirdə  bir  tarix‖ 

(1994), ―‖Qadın, gözəllik və ülviyyət‖ (2001)  və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur – “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 



244 

 

Xarici  ədəbiyyat 



 

24 İyul - Fransız yazıçısı Aleksandr Dümanın anadan olmasının 215 illiyi , 

               (1802-1870) 

  

Fransız  yazıçısı,  dünyada  ən  çox  oxunan  və  başqa 

dillərə  tərcümə  olunan  Aleksandr  Düma  çox  məhsuldar 

yazıçı  olmuş,  müxtəlif  janrlarda  yazmışdır.  Onun  əsərləri 

100-dən  çox  dilə  tərcümə  olunmuşdur.  O,  yazıçılıq 

karyerasına  pyeslər  yazmaqla  başlamışdır.  Dümanın 

əsərləri  100.000  səhifədən  çoxdur.  Onun  ən  məşhur 

romanları  –  ―Qraf  Monte-Kristo‖  və  ―Üç  muşketyor‖ 

yazıçıya böyük şöhrət qazandırmışdır. Onun oğlu da yazıçı 

olduğu  üçün  adına  ―Ata‖  sözü  də  əlavə  olunur  ki,  səhv 

salınmasın. 

Aleksandr  Düma  1802-ci  ildə  general  Tom  Aleksandr  Dümanın  ailəsində 

anadan  olmuşdur.  Gənc  yaşlarından  dramaturq  olmağa  qərar  verir.  Onun  yazdığı 

―III Henrix və onun sarayı‖ dramı 1829-cu ildə tamaşaya qoyulur və uğur qazanır. 

Onun ―Antoni‖ pyesi də 1831-ci ildə böyük uğurla tamaşaya qoyulur. 1851-ci ildə 

çevriliş  zamanı  Belçikaya  qaçır  və  burada  özünün  ―Memuarlar‖ını  qələmə  alır. 

1858-1859-cu  illərdə  Rusiyaya  səfəri  çərçivəsində  Qafqazda  da  olur.    Parisə 

qayıdan  Düma  bu  səfərdən  aldığı  təəssüratları  öz  həmvətənləri  ilə  bölüşmək 

arzusunda  olur.  Bu  məqsədlə  o,  özünün  mətbəəsini  açır  və  artıq  1859-cu  ilin 

aprelindən  ―Qafqaz.  Gündəlik  nəşr  olunan  səyahətlər  və  romanlar  qəzeti‖nin 

nəşrinə  başlayır.  Həmin  il  ―Qafqaz‖  Parisdə  ayrıca  kitab  kimi  də  çapdan  çıxır. 

Səyahət haqında təəssüratlar 1859-cu ildə Parisdə, 1861-ci ildə Tiflisdə rus dilində, 

1862-ci ildə isə Nyu-Yorkda ingilis dilində çapdan çıxır.  

Yazıçı  ən  məşhur  romanları  olan  ―Qraf  Monte  Kristo‖  (1844-1845),    ―Üç 

muşketyor‖  (1844),  ―İyirmi  ildən  sonra‖  (1845),  ―Kraliça  Marqo‖  (1845), 

―Qrafinya de Monsoro‖ (1846) və s. əsərləri dəfələrlə ekranlaşdırılmışdır. 

Aleksandr Düma 5 dekabr 1870-ci ildə vəfat etmişdir.  

 

Kitabları: ―Üç müşketyor‖ (1844), ―Qraf Monte Kristo‖ (1845-46), "İki Diana" 

(1846), "Kraliça Marqo" (1845), "Qara zanbaq" (1850), "Qafqaz səfəri: Bakı" və s.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə