Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 İyul  -  Amerika yazıçı Pol Uilyam Qellikonun anadan olmasının  120 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə87/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   83   84   85   86   87   88   89   90   ...   148

245 

 

 



26 İyul  -  Amerika yazıçı Pol Uilyam Qellikonun anadan olmasının  120 illiyi, 

                (1897-1976) 

 

 

 

 

 

 

 

 



 

Amerika  yazıçı  Pol  Uilyam  Qelliko  Nyu-Yorkda,  Avstriyadan  Amerikaya 

mühacirət etçiş italyan ailəsində anadan olmuşdur. Gələcək yazıçının pianoçu olan 

atası oğlunu musiqiçi kimi görmək istəyir, lakin gənc Pol həkim olmağı qərara alır. 

Bütün planların əksinə olaraq, o, 1921-ci ildə Kolumbiya Universitetini incəsənət 

bakalavrı  ixtisası  üzrə  bitirir.  Sonralar  özünün  yazdığı  kimi  o,  uşaqlıqdan  yazıçı 

olmağı arzulayırdı. Lakin gənc yazıçının inadla müxtəlif jurnalların redaksiyalarına 

göndərdiyi hekayələri isə geri qayıdırdı.  

Müxtəlif peşələri sınaqdan keçirən Pol Qelliko 1936-cı ildə Avropaya köçür 

və  özünü  yazıçılığa  həsr  edir.  40-cı  illərdə  o,  şöhrətlənir,  bu  məşhurluğa  isə  nəşr 

etdirdiyi  ―Qar  qazı‖  kitabı  səbəb  olur.  Bundan  sonra  onun  bütün  kitabları 

bestsellerə  çevrilir.  Bu  əsərlərdən  ən  məşhurları  –  ―Cenni‖,  ―Yeddi  gəlinciyə 

məhəbbət‖,  ―Tomasina‖,  ―Missis  Harris  üçün  güllər‖,  ―Missis  Harris  Nyu-Yorka 

gedir‖  və  s.-dir.  P.Qelliko  heyvansevər  olmuş,  xüsusən  pişikləri  çox  sevmişdir. 

Onun  evində  23  pişik  yaşayırdı.  ―Cenni‖  və  ―Tomasina‖  adlı  maraqlı  nağılların 

yaranmasına  da  məhz  bu  heyvanlar  səbəb  olmuşlar.  Yazıçının  əsərlərinin 

əksəriyyəti ekranlaşdırılmışdır.  

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 


246 

 

İncəsənət 



18 İyul -  Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun anadan olmasının 

                90 illiyi , (1927) 

 

         Tokay  Həbib  oğlu  Məmmədov  Bakıda anadan 



olmuşdur.  Atası  Həbib  Qurban  oğlu  Məmmədov 

texniki  elmlər  doktoru,  anası  Zivər  xanım  isə 

Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini 

anasından alıb. 1942-ci ildə yeddinci sinfi bitirdikdən 

sonra  Tokay  Bakı  Rəssamlıq  Məktəbinə  imtahan 

verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində 

heykəltəraşlıq  şöbəsi  yenicə  təşkil  edilmişdi.  1945-ci 

ildə  Tokay  Məmmədov Əzim  Əzimzadə  adına  Bakı 

Rəssamlıq  Məktəbinin üçüncü  kursunu  bitirərək Leninqrad şəhərinə  gedir  və 

İ.E.Repin  adına  Rəssamlıq  Akademiyasının  heykəltəraşlıq  fakültəsinə  qəbul 

olunur.  Ali  təhsil  aldığı  dövrdə,  yəni  1947-ci  ildə  Azərbaycanın  xalçaçı 

rəssamı Lətif  Kərimovun   portret  büstünü  hazırlayır.  T.  Məmmədov  1948-ci 

ildə Moskvada təşkil  edilmiş  sərgidə  rus  şərqşünaslığının  banisi,  görkəmli 

Azərbaycan alimi Mirzə Kazımbəyin portretini nümayiş etdirir. O, 1953-cü ildə ilk 

dəfə  ağacdan  Azərbaycanın  dahi  şairi Nizami  Gəncəvinin təsvirini  yonub.  Bu 

qəbilədən  onun  "Səməd  Vurğun",  "Xalq  rəssamı  Qəzənfər  Xalıqov",  dövlət 

xadimi,  həkim  və  yazıçı  "Nəriman  Nərimanov",  uzunömürlü  azərbaycanlı  "Şirəli 

Müslümov"  və  başqa  portretlərini  qeyd  etmək  olar.  Onun  Azərbaycanda  opera 

yanrının  əsasını  qoymuş,  musiqiçi  alim  "Üzeyir  Hacıbəyov",  ―Xalq  rəssamı 

Rüstəm  Mustafayev",  qadın  rəssamımız  "Vəcihə  Səmədova",  ―yazıçı  Süleyman 

Rəhimov",  polyak  bəstəkarı  "F.Şopen"  və  Avstriya  bəstəkarı  "V.A.Motsart"  kimi 

dahilərin  büst  -  portretlərini  qeyd  etmək  olar.  1960-ci  ildə  dahi  bəstəkar  Üzeyir 

Hacıbəyovun  heykəlini  Konservatoriya  binası  qarşısında  qoyurlar.  Heykəltəraş 

monumental  sahədə  həmçinin  Azərbaycan  şairi  İmaməddin  Nəsiminin    abidəsini 

yaradıb.  Tokay  Məmmədov  yaradıcılığının  ilk  günlərindən  başlayaraq 

heykəltəraşlığın  qabartma  sahəsində  bir  çox  insanın  surətlərini  canlandırıb.  Bu 

qabartmalardan  ən  dəyərlisi  Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi  Hüseynzadənin 

portretidir.  T.Məmmədov  xalq    qəhrəmanı Koroğlunun   obrazı  üzərində  on  ildən 

çox işləyib.  

       Tokay Məmmədov yaratdığı əsərlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 

1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf 

nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 


247 

 

Milli Qəhrəmanlar zirvəsi 



2 İyul - Azərbaycanin Milli Qəhrəmanı  Qəmbərov Ramiz Bulud  oğlunun 

             anadan olmasının 55 illiyi,  (1962-1992) 

 

        Ramiz 



Qəmbərov  

Şuşa 


şəhərində 

anadan 


olmuşdur. 1979-cu    ildə    H.Hacıyev    adına    Şuşa    şəhər 

orta  məktəbini  bitirmişdir.  1980-ci  ildə  hərbi  xidmətə 

çağırılmış, 1982-ci  ildə  ordudan  tərxis  olunaraq   Şuşaya 

qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri 

İnstitutuna  daxil  olmuşdur.  Amma  təhsilini  başa  çatdıra 

bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ 

müharibəsi  minlərlə  qeyrətli  Azərbaycan  oğulları  kimi 

Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur 

etmişdir. 

Ramiz 1988-ci 

ildən 

xalq 


hərəkatına 

qoşulmuşdur.  O,  1992-ci  ildə  könüllü  özünümüdafiə 

batalyonu  yaratmış  və  bu  batalyonun  başçısı  olmuşdur.  Onun  taboru  Şuşa 

şəhərinin, Kərkicahan,  Kosalar,  Nəbilər,  Qaybalı,  Malıbəyli,  Quşçular,  Göytala 

kəndlərinin  müdafiəsində  mərdliklə  vuruşmuşdur. 29  aprel 1992-ci  ildə  erməni 

işğalçıları  Kosalar  və  Kərkicahan  kəndləri  yaxınlığındakı  postlara  hücum  edən 

zaman  Ramiz  Qəmbərovun  taboru  döyüşə  atılmış  və  bu  döyüşdə  cəsur  komandir 

ağır  yaralanmışdır.  Bir gün sonra, 30 aprel 1992-ci ildə o, dünyasını dəyişmişdir. 

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir. 

 Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı 

ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı 

adına layiq görülmüşdür. 

Bakı  şəhərindəki  küçələrdən  biri  onun  adını  daşıyır.  Ramiz  Qəmbərov 

haqqında  rejissor Kəmalə  Musazadənin quruluşunda  ―Şuşalı  şəhid‖  adlı  film 

çəkilib.  

Göz açdığım qədim torpaq, 

Dayağımsan sən dünyada. 

Doğma anam, ey mehriban, 

Ey qəhrəman, Azərbaycan! 

                                                   



Şəhidlərin al qanından, 

                                                     Lalə açmış yollar ilə, 

                                                      İstiqlalın sabahına 

                                                 Qürurla get, Azərbaycan! 

                                                           Nəbi Xəzri 



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə