Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə88/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   84   85   86   87   88   89   90   91   ...   148

248 

 

26 İyul - Milli Qəhrəman Asif Yusif oğlu Məhərrəmovun anadan olmasının 



               55 illiyi,  (1952-1994) 

  

      Asif  Yusif  oğlu  Məhərrəmov  (Fred  Asif)  Ağdam 

şəhərində anadan olub. On bir uşağı olan bir  ailənin  ilki  

idi. Uşaqlıqdan  boks  və  futbolla  məşğul  olub.  1969-cu 

ildə  Ağdam  şəhər  1  saylı  orta  məktəbi  bitirib,  Ağdam 

Dəzgahqayırma  Zavodunda  fəhlə  kimi  əmək  fəaliyyətinə 

başlayıb.  1991-ci  ilin  15  noyabrında  ―Haqq  Cəbhəsi‖ 

batalyonunu  yaradıb.  Qardaşları  Ədalət,  Səxavət,  Bəhlul 

və  Mahir  də  onun  batalyonunda  döyüşüblər.  1991-ci  il 31 

dekabr Xramort kəndinin 

azad 

edilməsində 



xüsusilə 

fərqlənib.  Ağdamın Muradbəyli kəndi  ərazisindəki  hərbi 

hissəni  müxtəlif  siyasi  qüvvələr  dağıdıb,  ordakı  silah-sursatdan  hakimiyyət 

uğrunda mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb. 

Sonra öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib və ordakı sursat 

yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikasının 

müdafiə  naziri Dadaş  Rzayevin sərəncamı  ilə  Asifə  polkovnik-leytenant  hərbi 

rütbəsi  verilib.  Asifin  hərbi  təhsili  olmamasına  baxmayaraq,  o,  859  saylı 

batalyonun  ilk  komandiri  olub.  1992-ci  il  fevralın  25-dən  26-na  keçən 

gecə Xocalı əhalisini  xilas  etmək  üçün  Ağdam-Əsgəran  istiqamətində  dəhlizin 

açılmasında  batalyonu  ilə  iştirak  edib.  Həmin  ilin  mart  ayının  20-də Füzuli 

şəhərini öz  batalyonunun  köməyi  ilə  düşməndən  qoruyub. 1993-cü  ilin 27 

oktyabrında  Asif Şelli uğrunda  gedən  döyüşdə  iştirak  edib,  onun  səhhəti  vərəmə 

görə ağırlaşıb, hərbi hissəni təhvil verərək və müalicəyə gedib. Lakin 1 iyul 1994-

cü ildə vərəmdən vəfat edib. Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. 

Azərbaycan  Respublikası  Prezidentinin  7  dekabr  1992-ci  il  tarixli  350  nömrəli 

Fərmanı  ilə  Məhərrəmov  Asif  Yusif  oğlu  Azərbaycanın   Milli  Qəhrəmanı  adına 

layiq görülüb.  

Bakıdakı    küçələrdən  biri  onun  adını  daşıyır.  2007-ci  ildə  X  siniflər  üçün  nəşr 

edilən  ―İbtidai  hərbi  hazırlıq‖  dərslikliyinə  ilk  dəfə  olaraq  Fred  Asif  haqqında 

məlumat  daxil  edilib. 2008-ci  ildən  Fred  Asif  adına  İnkişaf  Fondu  fəaliyyət 

göstərir.  



        Yandır haqqın məşəlini, aləm nura dönsün,  

       Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,   

       Üçrəngli bayrağı qaldır, dünyada görünsün.   

       Çal cəngini, olsun yağının bağrı qızıl qan,  

     Azərbaycan, türkün Vətəni, can sənə qurban. 

                                                                                                 Ələkbər Sadiq 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 



249 

 

30 İyul - Azərbaycanın Milli Qəhrəmanı Əliyev Nadir Alış oğlunun anadan 



                olmasının  55 illiyi, (1962-1993) 

 

Əliyev  Nadir  Alış  oğlu   Ağdam  rayonunun 



Əliağalı   kəndində  doğulub. 1977-1981-ci  illərdə  Bakı 

Politexnik  Texnikumunda  təhsil  alıb.  

1991-ci    ildə    DTK-nın  F.E.Dzerjinski  adına  Ali 

Məktəbini,  1993-cü  ildə  isə   Bakı    Dövlət  Universitetinin 

hüquq fakültəsini  bitirib. 1991-ci  ildən   Mili Təhlükəsizlik  

Nazirliyində  həqiqi  hərbi  xidmətdə  olan  N.Əliyev  1991-

ci    ilin    sentyabr    ayından    dekabr    ayınadək  Azərbaycan  

DTK-nın  (1991-ci  ilin noyabr ayından MTN-nin) Mardakert  

(Ağdərə)    rayon  bölməsində, 1992-ci    ildən  isə  Azərbaycan  

Respublikası    Milli  Təhlükəsizlik    Nazirliyinin    Qarabağ  üzrə  İdarəsinin  Ağdərə 

Rayon  Bölməsində  baş  əməliyyat  müvəkkili  işləyib.  1993-cü  ilin  yanvar  ayında 

MTN-nin  Ağdam  Rayon  Şöbəsinə baş  əməliyyat  müvəkkili  təyin olunub. Ağdərə  

uğrunda  döyüşlərin  qızğın  dövründə    cəbhə    bölgəsinə    ezam  edilməsi  üçün 

könüllü surətdə rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi  təyinatlı  hərbi  

dəstəsinin    tərkibində    Ağdərə  rayonunun   Sırxavənd   kəndində  gedən  döyüşlərdə 

rəşadət   göstərib, Ağdam   rayonunun   Qiyaslı  kəndi   uğrunda   gedən  döyüşlərdə  

düşmənə əsir  düşməmək  üçün  sonadək  müqavimət  göstərib  və qəhrəmancasına 

həlak  olub.  Ailəli  idi.  İki  övladı  var.  Bakı  şəhərinin Şəhidlər  xiyabanında dəfn 

edilib. 

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı 

Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı 

adına layiq görülüb. 

Suraxanı  rayonundakı  282  saylı  orta  məktəb  qəhrəmanın  adını  daşıyır. 

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 



Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban , Azərbaycan ! 

                                                                                                  Nəriman Həsənzadə 



 

 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə