Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

24 

 

Xarici ədəbiyyat 



 

18 Yanvar - İngilis yazıçısı Alan Aleksandr Milnin anadan olmasının   

                     135 illiyi  (1882-1956) 

 Alan    Aleksandr    Miln    Londonda  anadan  olmuşdur. 

Alan  Miln  atası  Con  Milnin  sahibi  olduğu  kiçik  şəxsi 

məktəbdə oxumuşdur. Oranı bitirdikdən sonra Vestminstr 

məktəbinə, daha sonra isə Kembric Triniti kollecinə daxil 

olmuşdur.  Tələbə  olduğu  müddətdə  ―Grant‖  tələbə 

qəzetində  qeydləri  çap  olunmuşdur.  O,  adətən  qardaşı 

Kennetlə birgə yazırdı və bu qeydləri onlar AKM imzası 

ilə  çap  etdirirdilər.  Onun  yazıları  diqqəti  cəlb  edir  və 

Britaniyanın  yumoristik  jurnalı  ―Punch‖  Alan  Milnlə 

əməkdaşlıq  etməyə  başlayır.  Tezliklə  Alan  redaktorun 

köməkçisi  vəzifəsinə  yüksəlir.  A.Miln  1913-cü  ildə  ailə 

həyatı  qurur,  1920-ci  ildə  onun  yeganə  oğlu  Kristofer  Robin  Miln  dünyaya  göz 

açır.  Vinni  Pux  haqqında  məşhur  povestlərini  də  yazıçı  məhz  oğlu  üçün  qələmə 

alır.  Alan  Miln  Vinni  Pux  haqqında  povestləri  qələmə  alana  qədər  artıq  kifayət 

qədər  məşhur  yazıçı  idi.  Lakin  Vinni  Pux  haqqında  yazdıqları  elə  böyük  şöhrət 

qazanır  ki,  onun  bütün  başqa  əsərlərini  sanki  kölgədə  qoyur.  Bu  gün  Alan  Miln 

deyildiyi  zaman  məhz  Vinni  Pux  yada  düşür.Yazıçı  çoxlu  felyeton,  esse,  dram 

əsəri  qələmə  almışdır.  Lakin  Vinni  Pux  haqqında  əsələrindən  sonra  onu  uşaq 

yazıçısı kimi təqdim etməyə başlayırlar. 1930-1940-cı illərdə o, romanlar yazmağa 

başladığı  zaman  həm  oxucular,  həm  də  tənqidçilər  bunu,  yumşaq  desək,  yaxşı 

qarşılamırlar. Həyatının sonuna yaxın Milnin uşaq kitablarının tirajı artıq 7 milyon 

nüsxə  təşkil  edirdi.  Onun  böyüklər  üçün  yazdığı  əsərlər  isə  artıq  təkrar  nəşr 

olunmurdu.  

 

 

 



İnternetdə : www.books.google.com 

 



25 

 

 



20 Yanvar - Türk şairi Nazim Hikmətin anadan olmasının 115 illiyi,  

                     (1902-1963) 

 

 

Nazim  Hikmət  zadəgan  ailəsində  anadan  olmuşdur. 

1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil 

olmuş,  Türkiyənin  xarici  müdaxiləçilər  tərəfindən  işğalı 

əleyhinə şer yazdığı üçün 1919-cu ildə məktəbdən xaric 

edilmişdir. ―Sərvliklərdə‖ adlı ilk şeri 1918-ci ildə ―Yeni 

məcmuə‖ jurnalında dərc olunmuşdur. 1921-ci ildə Sovet 

Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq 

Zəhmətkeşlərinin 

Kommunist 

Universitetində 

oxumuşdur.1924-cü  ildə  Türkiyəyə  qayıtmış,  inqilabi 

―Oraq-çəkic‖ qəzetində, ―Aydınlıq‖ jurnalında əsərləri ilə 

çıxış  etmişdir.  1928-ci  ildə  Bakıda  şairin  ―Günəşi 

içənlərin türküsü‖ adlı ilk şeirlər kitabı çapdan çıxmışdır.  

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi 

məzmunla  zənginləşdirmişdir.  Onun  poeziyasına  kəskin  publisistika  ilə  yanaşı, 

dərin  lirizm  xasdır.  Türk  poeziyasına  sərbəst  şer  vəznini  Nazim  Hikmət 

gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri 

dünya  xalqlarının  çoxunun  dilinə  tərcümə  olunmuş,  pyesləri  bir  sıra  ölkələrdə 

tamaşaya qoyulmuşdur. 

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə 

onun  Rəyasət  Heyətinin  üzvü  olmuşdur.  N.  Hikmət  Azərbaycan  xalqının  və 

ədəbiyyatının  yaxın  dostu  idi.  O,  dəfələrlə  Bakıya  gəlmiş,  Azərbaycan  şair  və 

yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. 

Azərbaycana  həsr  olunmuş  şeirləri,  Azərbaycan  mədəniyyətinə  dair  məqalə  və 

xatirələri  vardır.  Əsərləri  Azərbaycanda  dönə-dönə  nəşr  olunmuş,  pyesləri 

tamaşaya  qoyulmuşdur.  Bəstəkar  A.Məlikov  şairin  ―Məhəbbət  əfsanəsi‖  pyesi 

əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar 

bəstələmişlər.  Rəssam  R.Babayev  ―Kəllə‖  pyesinə  illüstrasiyalar  çəkmiş, 

heykəltaraş M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları 

şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışlar.   

Nazim Hikmət  3 iyun 1963-cü ildə Moskvada vəfat etmişdir. 

Kitabları: ―835 Satır‖ (1929), ―Sesini Kaybeden Şehir‖ (1931), ―Gece Gelen 

Telgraf‖ (1932),  ―Kafatası‖ (1932), ―Unutulan Adam‖ (1934), ―Kurtuluş Savaşı 

Destanı‖ (1937),  ―Ferhad ile Şirin‖ (1965), ―Kurtuluş Savaşı Destanı‖ (1965), 

―Rubailer‖ (1966), ―Yaşamaq gözəl şeydir, qardaşım‖ (1966), ―Memleketimden 

İnsan Manzaraları‖  (1966-1967), ―Seçilmiş əsərləri‖ 2 cilddə (1967), ―Sevdalı 

Bulut‖ (1968), ―Kuvayi Milliye‖ (1968) və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 




26 

 

 



 

27 Yanvar - Lyuis Kerrolun anadan olmasının 185 illiyi, (1832-1898) 

 

 

 



 

 

 



 

 

 



İngilis  yazıçısı,  riyaziyyatçısı,  məntiqçisi,  filosofu  Lyuis  Kerroll  (əsl  adı 

Çarlz Latuic Docson) İngiltərənin Çeşir qraflığında anadan olmuşdur. Evdə təhsil 

almağa  başlayan  balaca  Lyuisin  müəllimi  elə  atası  olmuşdur.  Anadangəlmə 

solaxay olan Lyusi sol əllə yazmağı qadağan edirlər. Bəzilərinin fikrincə, bununla 

onun  psixikasını  zədələmişlər  (o,  kəkələməyə  başlamışdır).  1850-ci  ildə  kollecə, 

sonrakı  il  isə  Oksforda  daxil  olur.  Riyaziyyat  sahəsində  çox  bacarıqlı  olan 

L.Kerroll 26 il ərzində bu sahə üzrə mühazirələr oxumuşdur.  

L.Kerroll  kollecdə  oxuduğu  zaman  yazıçılığa  başlamışdır.  Şeir  və  kiçik 

hekayələrini  Lyuis  Kerrol  imzası  ilə  müxtəlif  jurnallara  göndərən  gənc  yazıçı 

tədricən  tanınmağa  başlayır.  Onun  əsərləri  1854-cü  ildən  başlayaraq  ciddi  ingilis 

nəşrlərində  dərc  olunur.  ―Komiki  vaxtlar‖  və  ―Qatar‖.  1856-cı  ildə  kollecə  yeni 

dekan,  Henri  Liddel  təyin  olunur,  onunla  birlikdə  arvadı  və  5  uşağı  da  gəlir. 

Uşaqların arasında 4 yaşlı Alisa da olur.  

Yazıçı  1864-cü  ildə  özünün  məşhur  ―Alisa  möcüzələr  ölkəsində‖  əsərini 

qələmə alır.  

L.Kerrolun riyazi məntiq sahəsində yazdığı əsərləri də çox dəyərlidir.  

L.Kerrol 1898-ci il  yanvarın  14-də  Surrey  qraflığında vəfat  etmiş, orada da 

dəfn olunmuşdur. 

 

İnternetdə : www.books.google.com 

 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə