Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Avqust - Hərbi Donanma Günü, (1996)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə90/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   86   87   88   89   90   91   92   93   ...   148

253 

 

5 Avqust - Hərbi Donanma Günü, (1996) 

 

       Azərbaycan  Hərbi  Donanması  1919-cu 



ildə  Azərbaycan  Xalq  Cumhuriyyəti  dövründə 

yaradılıb. Belə ki, 1919-cu ilin yayında  ingilislər  

Bakını    tərk    edərkən    şəhər  limanının  

idarəçiliyini    və    hərbi    gəmilərin    bir  hissəsini 

Azərbaycan  hökumətinə  təhvil  veriblər.  Bu 

gəmilərin  əsasında  Azərbaycan  Xəzər  Hərbi 

Dəniz  Donanması  təşkil  olunub.  Azərbaycan 

hökumətinin 

bu 

tədbiri 


ölkənin 

dəniz 


sərhədlərinin qorunmasında mühüm addım oldu. 

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan 

hərbi  missiyası  donanma  üçün  xaricdən  6  birtoplu  qırıcı  kater,  12  qırıcı  kater,  6 

sualtı  qayıq,  92  gəmi  topu,  10  sahil  topu,  simsiz  teleqraf  qurğuları  və  s.  alıb. 

Azərbaycan  Hökuməti  rus  donanmasının  admiralı,  Şimal  qütbünə  ekspedisiyanın 

iştirakçısı,  türk  əsilli  İslamovu  milli  donanmanın  yaradılması  işinə  kömək 

göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edib. "Astrabad", "Qars" 

və  "Ərdəhan"  hərb  gəmilərinin  komandirliyi  azərbaycanlı  kapitanlara  tapşırılıb. 

Hərbi  donanmanın  maddi-texniki  bazasının  və  kadr  təminatının  gücləndirilməsi 

planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qalıb. Az sonra bolşeviklərin 

gəlişi  ilə  Azərbaycan  hərbi  donanması  ləğv  olunub.  SSRİ  dağıldıqdan  sonra 

Azərbaycanda  da  hərbi-dəniz  donanmasının  təşkilinə  şərait  yarandı.1992-ci  il 

aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə 

və  təminat  rotası  yaradıldı.  Xəzər  Hərbi-dəniz  donanmasının  25%-i  və  Ali  Hərbi 

Dənizçilik  Məktəbi  Azərbaycan  Respublikasının  ixtiyarına  verildi.  1992-ci  il 

iyunun  26-da  "Bakılı"  keşikçi  gəmisində  Azərbaycan  Respublikasının  dövlət 

bayrağı  qaldırıldı.  1996-cı  ildə  Ali  Hərbi  Dənizçilik  Məktəbi  əsasında  Dəniz 

Akademiyası  təşkil  olundu.  Azərbaycan  Prezidenti  Heydər   Əliyevin  fərmanına 

əsasən  hər  il  avqustun  5-i   Azərbaycan  Respublikası  Hərbi  Donanma  Günü  kimi 

qeyd olunur.   



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 


254 

 

5 Avqust - Beynəlxalq İşıqfor Günü, (1914) 



 

Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə 

əlaqədar  qeyd  olunur.  Belə  ki,  həmin  gün  ABŞ-in  Klivlend  şəhərində  müasir 

işıqfor  qurğularının  ilk  əcdadı  meydana  gəlmişdir.  O,  qırmızı  və  yaşıl  fənərlərə 

malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü. Əslində, ilk işıqforu hələ 

XIX  əsrdə  britaniyalı  Cey  Nayt  icad  etmişdir.  Bu  qurğu  1868-ci  ildə  Londonda 

parlament binası qarşısında quraşdırılmışdır. Üç ildən sonra onun fənəri partlamış 

və  polis  işçisini  yaralamışdır.  Bu  hadisədən  sonra  işıqfor,  demək  olar  ki,  50  il 

unudulmuşdur.  1910-cu  ildə  ilk  ikirəngli  fənərə  malik  avtomat  işıqfor  qurğusu 

hazırlanmış və patentləşdirilmişdir. Müasir işqforlara bənzər üçrəngli qurğuları ilk 

dəfə  1920-ci  ildə  Detroyt  və  Nyu-York  sakinləri  görmüşlər.  Zaman  keçdikcə 

işıqforlar Amerikanın və Avropanın bir çox şəhərlərində populyarlıq qazanmışdır. 

İşıqfor  –  mexaniki  nəqliyyat  vasitələrinin,  həmçinin  piyada  keçidlərindəki 

insanların  və  yol  hərəkətinin  digər  iştirakçılarının  hərəkətini  tənzimləmək  üçün 

nəzərdə  tutulan  optik  siqnalizasiya  qurğusudur. İşıqfor həmçinin dəmir  yollarında 

və gəmiçilikdə də istifadə olunur. 2010-cu ildə Rusiyanın Perm şəhərində işıqfora 

abidə qoyulmuşdur.  

İnternetdə

http://www.calend.ru/holidays

 

 

 



 

 



255 

 

8 Avqust - Beynəlxalq Alpinizm Günü (Alpinist günü), (1786) 

Avqustun  8-də  dünyada  Beynəlxalq  Alpinizm  Günü  və  ya  Alpinist  Günü 

qeyd  olunur.  Bu  bayram  sərhəd  tanımır,  əsl  kişiləri  və  ruhən  möhkəm  qadınları 

birləşdirir.  Bu  bayramın  meydana  çıxmasında  iki  cəsur  isveçrəli  –  həkim  Mişel-

Qabriel  Pakkarda  və  dağ  bələdçisi  Jak  Balmaya  borcluyuq.  Onlar  1786-cı  il 

avqustun  8-də  bütün  alpinistlər  arasında  ilk  olaraq  Alp  dağlarının  ən  yüksək 

zirvəsini    -  Monblan  zirvəsini  fəth  etmişlər.  Bu  zirvə  dəniz  səviyyəsindən  4810 

metr  yüksəklikdə  yerləşir.  Həmin  vaxta  qədər  Monblan  zirvəsini  fəth  etmək 

cəhdləri çox olsa da, buna ilk nail olanlar məhz həmin insanlar olmuşlar. O gündən 

dünya  alpinistləri  Alp  dağlarının  ən  yüksək  zirvəsinin  fəth  olunmasını  öz 

bayramları  kimi  qeyd  edirlər.  Bu  günü  yalnız  dağ  zirvələrini  fəth  edənlər  deyil, 

həm də sənaye alpinizmi ilə məşğul olanlar öz bayramları hesab edirlər. Dünyada 

hər  il  göydələnlərin,  hündürmərtəbəli  binaların  sayı  daha  da  artır.  Belə 

mütəxəssislər  binaların  fasadlarını  və  pəncərələrini  yuyur,  rəngləyir,  təmir  edir, 

qardan və sırsıradan təmizləyir, kondisionerləri montaj edir və s. Yüksəklikləri fəth 

edənlər  bu  bayram  günündə  görüşlər  keçirir,  təcrübə  mübadiləsi  aparır,  yeni 

rekordlar  müəyyən  edir,  təsirli  tamaşalar  göstərirlər.  Dünyanın  bəzi  şəhərlərində 

idman  klubları  həmin  gün  yarışlar,  konsertlər  və  digər  bayram  tədbirləri  təşkil 

edirlər. 



 

 

İnternetdə

http://www.calend.ru/holidays

 

 

 



 

 

 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə