Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə91/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   87   88   89   90   91   92   93   94   ...   148

256 

 

 



12 Avqust - Beynəlxalq Gənclər Günüdür, (1999) 

 

        1998-ci  il  avqustun  12-də  Lissabonda 

gənclərlə  iş  üzrə  nazirlərin  iştirakı  ilə 

keçirilmiş  beynəlxalq  konfransda  hər  il 

avqustun  12-nin  dünyada  Beynəlxalq  Gənclər 

Günü  kimi  qeyd  olunması  qərara  alınıb.  Bu 

gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət 

göstərmək,  onların  nailiyyətlərini  təbliğ 

etmək, cəmiyyətin bütün sahələrində gənclərin 

iştirakına  təkan  vermək  məqsədilə  1999-cu 

ildə  müəyyən  edilib  və  2000-ci  ildən  qeyd 

olunur.Tarixən hər bir  xalq  özünün xoşbəxt gələcəyə  olan  ümidlərini ilk  növbədə 

gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi 

hər  bir  ölkə  üçün  başlıca  məsələdir.  Bu  gün  iftixarla  demək  olar  ki,  müasir 

Azərbaycan  gəncliyi  milli  mənəvi  dəyərlərini,  doğma  ana  dilimizi,  adət-

ənənələrimizi  qoruyub  yaşadır.  Hər  bir  xalqın  tarixində  onun  uğurlu  gələcəyini 

quran  şəxsiyyətlər  var.  Azərbaycan  xalqı  bu  günü  və  sabahı  üçün  ulu  öndərimiz 

Heydər  Əliyevə  borcludur.  Heydər  Əliyev  dəfələrlə  qeyd  edirdi  ki,  Azərbaycanın 

gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm 

bu  günü,  həm  də  sabaha  ümididir.  Azərbaycanda  ulu  öndər  Heydər  Əliyevin 

əsasını  qoyduğu  gənclər  siyasətinin  bugünkü  uğurlu  davamı  gənclərin  hərtərəfli 

fəaliyyətinə  geniş  imkanlar  yaradıb.  Azərbaycan  dövlətinin  müstəqilliyi  və 

suverenliyinin  qorunub  möhkəmləndirilməsi,  onun  inkişafı,  ərazi  bütövlüyünün 

təmin edilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişafı, əhalinin sosial problemlərinin 

həlli,  ölkəmizin  dünya  birliyində  öz  layiqli  yerini  tutması  yolunda  görüləcək  bu 

əzəmətli işlərin həyata keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür. 

Ölkəmizdə  gənclər  siyasətinin  əsasını  qoyan  ümummilli  lider  Heydər  Əliyev 

gəncləri  Azərbaycanın  gələcək  qurucuları  adlandırmış,  onların  imkan  və 

bacarıqlarını  yüksək  qiymətləndirmiş,  problemlərinin  həlli  istiqamətində  həyata 

keçirilən  tədbirlərə  xüsusi  önəm  vermişdir.  Bu  gün  ölkəmizdə  gənclər  siyasəti 

mahiyyət  və  keyfiyyətcə  yeni  mərhələsini  yaşayır.  Prezident  İlham  Əliyev  ulu 

öndərin  gənclər  siyasətinə  sadiqliyini  də  öz  qərarları  ilə  təsdiq  edir.  Gənclərin 

mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə 

ehtiyacı  olanların  problemlərinin  həlli  istiqamətində  görülən  işlər,  gənclər 

təşkilatlarının  inkişafı  üçün  yaradılan  şərait  və  imkan  bu  sahəyə  böyük  diqqətin 

nəticəsidir.Dövlətimizin  başçısının  davamlı  inkişaf  konsepsiyasının  uğurla  həyata 

keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür.  

İnternetdə: 

www.books.google.com 

 

 



257 

 

15 Avqust- “Allo” sözünün ad Günü, (1877) 



 

Avqustun  15-i  ―Allo‖  telefon  müraciətinin  ad  günü  kimi  maraqlı  bayram 

qeyd  olunur.  Bu  müraciətin  təxminən  140  illik  tarixi  var.  İlk  dəfə  1877-ci  il 

avqustun  15-də  Tomas  Edison  bu  salamlaşma  formasından  istifadə  etməyi  təklif 

etmişdir. Onun fikrincə, ―Hello‖ telefon müraciətinin bütün variantları arasında ən 

yaxşısıdır.  O,  teleqraf  şirkətinin  prezidentini  də  buna  inandırmağa  çalışmışdır. 

Telefonu  icad  edən  Aleksandr  Bell  isə  ―Ahoy‖  sözündən  müraciət  forması  kimi 

istifadə  etməyi  təklif  etmişdir.  Lakin  Tomas  Edisonun  təklifi  zamanın  sınağından 

çıxmışdır.  ―Hello‖  sözü  ―Allo‖ya  çevrilmişdir.  Telefon  ünsiyyətində  ―Bəli‖, 

―Eşidirəm‖ kimi geniş yayılmış formalar da var.  

Bəzi ölkələrdə telefon söhbətinin öz ―vizit kartları‖ da mövcuddur. Belə ki, 

yunanlar  telefon  zənginə  ―Parakalo‖  -  ―Xahiş  edirəm‖,  italyanlar  ―Pronto‖  – 

―Eşitməyə  hazıram‖  sözləri  ilə  cavab  verirlər.  Almaniyada  isə  telefona  cavab 

verərkən çox vaxt öz soyadlarını söyləyirlər.  



 

 

İnternetdə

http://www.calend.ru/holidays

 

 

 



 

 

 

 

 

 


258 

 

 



18 Avqust - Sərhəd Qoşunları Günü, (2002) 

 

 

“Vətən – Yurdun bütün torpaqlarını 

birləşdirib vahid, qüdrətli və 

mərkəzləşdirilmiş Azərbaycan dövləti 

yaradan, doğma dilimizi Dəmirqapı 

Dərbənddən İran körfəzinə qədər böyük 

bir ərazidə - Səfəvi imperatorluğunda 

dövlət dilinə çevirən Şah İsmayıl 

Xətayinin əmanətidir bizə!” 

 

                                                                                                  Ümummilli lider Heydər Əliyev 

 

18  avqust  1919-cu  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parlamenti 



ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq 

Cümhuriyyəti  Hərbi  Nazirliyinin  tərkibində  Azərbaycanın  ilk  Sərhəd  Qoşunları 

dəstəsi  yaradılıb.  Prezident  Heydər  Əliyevin  2000-ci  il  16  avqust  sərəncamı  ilə 

avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü 

kimi  qeyd  olunması  qərara  alınıb.  Sovet  dövründə  Sərhəd  Qoşunları  Dövlət 

Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini 

bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin 

tərkibində  fəaliyyət  göstərib.  Prezident  Heydər  Əliyevin  2002-ci  il  31  iyul  tarixli 

fərmanı  ilə  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  Sərhəd 

Qoşunları İdarəsinin əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 

yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının 

komandanı təyin edilib. 

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə