Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə92/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   88   89   90   91   92   93   94   95   ...   148

259 

 

26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü, (2010) 



 

       Avqustun  26-sı  Beynəlxalq  Azərbaycan 

Muğamı  Günü  və  İpək  Yolu  Üzərində 

Yerləşən  Ölkələrin  Musiqisi  Günü  kimi  qeyd 

olunur.  2010-cu  ildə  Kanadanın  Niaqara 

şəhərinin  meriyası  və  ənənəvi  olaraq  hər  il 

keçirilən 

Beynəlxalq 

Niaqara 

Musiqisi 

festivalının  rəhbərliyi  tərəfindən  qəbul  olunan 

bu qərar xalqımızın milli sərvəti olan muğamın 

bəşəri  musiqiyə  çevrildiyini  bir  daha  təsdiq 

edir.  Bu  tarix  muğamsevərlər,  ömrünü  bu 

sənətin  yaşamasına  və  təbliğinə  həsr  edənlər  üçün  əziz  bayramdır. 

       Azərbaycan  muğamının  müasir  tarixində  ölkəmizin  birinci  xanımı,  Heydər 

Əliyev  Fondunun  prezidenti,  YNESKO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri, 

Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın  rəhbərliyi  ilə  həyata  keçirilən 

çoxşaxəli  silsilə  tədbirlər  müstəsna  rol  oynayır.  Bu  fəaliyyətin  nəticəsidir  ki,  son 

illər  muğam  ifaçılığı  ən  müxtəlif  aspektlərdən  hərtərəfli  dəstək  alaraq,  sözün  əsl 

mənasında,  intibah  dövrünü  yaşayır.  YNESKO-nun    qərarı    ilə    dünya  

mədəniyyətinin  qeyri-maddi  irsinin  bəşəri  əhəmiyyətə  malik sərvətləri sırasına 

daxil  edilməsi  muğamın,    tar    ifaçılığı  sənətinin  təkcə  xalqımızın  deyil,  bütün 

bəşəriyyətin 

misilsiz 

mədəni 


sərvətinin 

ayrılmaz 

hissəsi 

kimi 


qiymətləndirilməsidir.  

      Ölkəmizdə  "Muğam  aləmi"  Beynəlxalq  muğam  festivallarının,  müsabiqələrin, 

muğam  konsertlərinin,  simpoziumların  təşkili,  "Qarabağ  xanəndələri"  albomunun 

buraxılması,  "Muğam"  jurnalının,  "Muğam  ensiklopediyası"nın  nəşri,  müasir 

texnologiyalara    əsaslanan    və    8    diskdən    ibarət  "Azərbaycan  muğamı" 

multimedia  toplusunun  hazırlanması  Heydər  Əliyev  Fondu  və  Azərbaycan 

Mədəniyyət    Fondunun    bu    sahəyə    göstərdiyi    diqqətə    bariz    nümunələrdəndir. 

        Xalqımızın şərəfli və keşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız 

ən  ağrılı-acılı  günlərimizdə  həm  də  təskinliyimizdir.  Heyrətamiz  hisslər, 

düşüncələr,  müdriklik  mənbəyi  olan  muğam  bütün  hallarda  –  qüssəli,  sevincli, 

anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların 

fərəhini yaşadır və bizləri qələbəyə səsləyir. 

 

 

İnternetdən: http://liderinfo.az/dunya 



 

 

 



 

 

 



 

 



260 

 

Bu tarixi unutmayaq 



23 Avqust - Cəbrayıl rayonunun işğalı günü,  (1993) 

 

                                                                                                              

1993-cü  il  avqustun  23-dən  həsrətini 

çəkdiyimiz  rayonlardan  biri  də  Cəbrayıldır. 

Ərazisi 105 min hektardır. Bu torpaq onlarla 

tarixi  abidənin  məskəninə  çevrilib.  İşğala 

qədər  yayonda  tikiş,  xalça,  cihazqayırma 

sexləri,  səkkiz  sənaye  obyekti  fəaliyyət 

göstərirdi.  Cəbrayıl  milli  aşıq  -  ozan 

sənətimizin  baniləri  –  Dirili  Qurbaninin, 

Aşıq  Pərinin,  Mücrüm  Kərəmin,  Aşıq 

Humayın  vətənidir.  İşğaldan  əvvəl  rayonda 

72  orta  və  natamam  məktəb,  3  musiqi  məktəbi,  12  mədəniyyət  evi,  32  klub,  10 

mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət 

göstərirdi.  Zəngin  eksponatları  olan  tarix  -  diyarşünaslıq  muzeyi  vardı.  Yaşı 

əsrlərlə  hesablanan  Xan  çinar  bu  yurdun  simvoluna  çevrilmişdi.  Rayonda  irili  - 

xırdalı  90  kənd  vardı.  Çoxsaylı  alimlərimizin,  ziyalılarımızın  şərəfli,  şanlı 

ənənələri uğurla davam etdirilirdi. O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda 

kifayət  qədər  qüvvə  yox  idi.  Çətinliklərə  baxmayaraq  sərhəddə  ermənilərə  qarşı 

müdafiə  xətləri  yaradılmışdı.  Şaqay  yüksəkliyi  alınmış  və  orada  mövqe 

tutulmuşdu.  Yeddi  ay  həmin  yüksəkliyin  hesabına  rayona  nəzarət  edildi.  Şaqay 

yüksəkliyi  itirildikdən  sonra  Cəbrayılın  başı  üstünü  qara  buludlar  aldı.  Rayonun 

işğalı həmin  yüksəklik verilən  gündən başladı.  Cəbrayıl  ərazisini o  ağır  günlərdə 

qoruyan  ərənlər  də  az  olmamışdı:  Yusif  Allahverdiyev,  Samir  Alıyev,  Şükür 

Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, 

Mehdi İsmayılov və s. Onların hər biri artıq cismən ayrı düşüblər, ruhən həmişə, 

hər vaxt bizimlədirlər. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər 

həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib,  90 nəfərə yaxın 

isə  əsir  və  itkin  düşüb.  Cəbrayıllılar  içərisində  180  nəfərə  yaxın  Qarabağ 

müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına 

layiq  görülüb.  Hazırda  cəbrayıllılar  arasında  351  nəfər  şəhid  ailəsi  var.  İşğaldan 

sonra  cəbrayıllılar  ölkənin  58  bölgəsinə  səpələniblər.  Daha  çox  Beyləqan,  İmişli, 

Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.



 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 



 

 


261 

 

23 Avqust -  Füzuli rayonunun işğalı günü, (1993) 

   

      Rayonun  əsası  1827-ci  ildə  qoyulub  və 



ilkin  adı  Qarabulaq  olub.  Rayon  8  avqust 

1930-cu  ildə  təşkil  olunub  və  Qaryagin 

adlandırılıb.  1959-cu  ilin  aprelində  böyük 

şairimiz  Məhəmməd  Füzulinin  anadan 

olmasının  400  illiyi  şərəfinə  Qaryagin 

rayonunun  adı  dəyişərək  Füzuli  rayonu 

adlandırılıb.  Füzuli  rayonunun  ərazisi  1386 

kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. 

Rayonda  1  şəhər,  1  şəhər  tipli  qəsəbə,  75  kənd  və  başqa  yaşayış  məntəqələri 

vardır.  Rayon  ərazisindən   axan  Quruçay,  Köndələnçay,  Qozluçay,  Çərəkən 

çayları  Araz  hövzəsinin  çaylarıdır.  Rayonun  işğaldan  azad  olunmuş  ərazisində 

13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunub. Hazırda 

bu ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.  

İşğaldan  öncə  rayonda  taxılçılıq,  heyvandarlıq,  üzümçülük,  qoyunçuluq, 

quşçuluq, baramaçılıq yaxşı inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda 

tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. 

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət 

dram  teatrları,  13  xəstəxana,  40  feldşer-mama  məntəqəsi,  vərəm  və  dəri  və 

zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 

38  məktəbəqədər  müəssisə,  2  muzey,  stadion,  65  kolxoz  və  sovxoz,  12  fermer 

təsərrüfatı və s. obyektlər var idi. Rayonda Əcəmi memarlıq məktəbinin təsiri ilə 

inşa olunan bir sıra memarlıq abidələri mövcud idi. Təəssüf ki, Əhmədalılar və 

ya  Arğalı  türbəsi  (XIII  əsrin  sonu),  Babı  türbəsi  (1273-cü  il),  Aşağı  Veysəlli 

kəndində  hamar  daşdan  tikilən  qülləvari  Mirəli  türbəsi  (XV  əsr),  Qarğabazar 

kəndində  Hacıqiyasəddin  məscidi  (1682-ci  il),  Karvansara  (1684-cü  il), 

Qoçəhmədli  kəndində  məscid  (XVIII  əsr),  Füzuli  şəhərində  Hacı  Ələkbər 

məscidi  (XIX  əsr),  ―Məşədi  Həbib‖  hamamı  (XIX  əsr),  Merdinli  kəndi 

yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) 

və s.  bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilər tərəfindən  məhv 

edilmiş,  yandırılmışdır.  1988-ci  ildən  başlayan  erməni  təcavüzünə  qarşı 

mübarizədə minlərlə füzulili döyüşmüş, çoxlu sayda rayon sakini şəhid olmuş, 

yaralanmış,  itkin  düşmüşdür.  Füzuli  rayonunun  1100-dən  çox  şəhid  və  itkini, 

113  girovu,  1450  nəfər  müxtəlif  dərəcəli  əlili  var.   Füzuli  rayonuna  erməni 

təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim 

qalmışdır.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə