Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Avqust - Qubadlı rayonunun işğalı günü,  (1993)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə93/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   89   90   91   92   93   94   95   96   ...   148

262 

 

31 Avqust - Qubadlı rayonunun işğalı günü,  (1993) 



 

      Ərazisi  80.250  hektar  olan,  Zəngəzur 

dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında 

yerləşən Qubadlı rayonu inzibati vahid kimi 

1933-cü  ildə  yaradılıb.  İşğala  kimi  rayon 

ərazisində  müxtəlif  növ  ağaclardan  ibarət 

13.160  hektar  dövlət  meşə  fondu  mövcud 

idi.  Rayonda  1500-1600-cı  illər  arasında 

əkilmiş  nadir  növlərdən  ibarət  olan  10-dan 

artıq  ağac  təbiət  abidəsi  kimi  qorunurdu. 

Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, 

zəngin  flora  və  faunaya  malik  Qubadlı  Dövlət  Təbiət  Yasaqlığında  nəsli 

kəsilməkdə  olan  bir  çox  heyvan  və  quş  növləri  mühafizə  olunurdu.  Erməni 

işğalçıları  rayon  ərazisində  geniş  sahələri  əhatə  edən  qiymətli  ağac  növlərindən 

ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin 

su mənbələrini istismara məruz qoyub, qeyri-adi flora və faunası ilə seçilən təbiət 

guşələrini dağıdıblar.  

Qubadlı  rayonunda  61  ümumtəhsil  məktəbi,  o  cümlədən,  33  orta,  16 

səkkizillik,  12  ibtidai  məktəb  fəaliyyət  göstərib.  180-ə  qədər  mədəni-maarif 

müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub  əhaliyə 

xidmət  edib.  Rayonda  2  uşaq  musiqi  məktəbi  də  fəaliyyət  göstərib.  Ümumilikdə 

işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 

rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolı, 

9 körpü, 2 su  anbarı,  150  kilometr  magistral su xətləri, 4830 km  elektrik  xətləri, 

165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 

su nasos stansiyası, 120  ədəd  elektrik  yarımstansiyası və transformator  dağıdılıb, 

13365  hektar  meşə  sahəsi  işğal  altında  qalıb.  Ermənilər  5  mindən  çox  nadir 

eksponat  saxlanılan  Qubadlı  Tarix-Diyarşünaslıq  Muzeyini  də  talan  ediblər.  İV 

əsrə  aid  ―Gavur  dərəsi‖ndəki  ibadətgah,  V  əsrə  aid  ―Qalalı‖  və  ―Göyqala‖ 

abidələri,  XİV  əsrdə  tikilmiş  ―Dəmirçilər‖  Türbəsi,  Hacı  Bədəl  körpüsü,  Laləzar 

körpüsü,  eləcə də  Əyin,  Yusifbəyli,  Seytas,  Qarağaclı,  Xocamsaxlı kəndlərindəki 

digər tarixi abidələr hazırda işğal altındadır. Erməni təcavüzü zamanı Qubadlı 5 il 

müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 


263 

 

Yubilyar yazıçı və şairlər 



 

6 Avqust -  Şair Rüfət Zəbioğlunun anadan olmasının 85 illiyi, (1932-1983) 

 

   



 

 

 



 

 

 



 

 

Şair Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 



saylı  Bakı  şəhər  orta  məktəbində  almışdır  (1940-1950).  Azərbaycan  Dövlət 

Universitetinə  daxil  olmuş  (1951),  bir  il  sonra  Azərbaycan  Yazıçılar  İttifaqının 

zəmanəti  ilə  SSRİ  Yazıçılar  İttifaqının  nəzdində  olan  M.Qorki  adına  Ədəbiyyat 

İnstitutuna  dəyişilmişdir.  Onun  ilk  şeiri  ―Bakinski  raboçi‖  qəzetində  dərc 

edilmişdir  (1949).  Şeirləri  ―Azərbaycan‖,  ―Kirpi‖  jurnallarında,  ―Ədəbiyyat  və 

İncəsənət‖  qəzetində  müntəzəm  çap  olunmuşdur.  Əmək  fəaliyyətinə  Azərbaycan 

Dövlət  Televiziya  və  Radio  Verlişləri  Komitəsində  redaktorluqla  başlamışdır 

(1957).  Sonra  Azərbaycan    Xalq  Yaradıcılığı  Evində  dramaturgiya  şöbəsinin 

müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974),  Azərbaycan 

Dövlət  Nəşriyyatında  redaktor  (1974-1978)  işləmişdir.  Bundan  sonra  müstəqil 

yaradıcılıqla məşğul olmuşdur.  

  Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.  

 

Kitabları: ―Səslə məni‖ (1960), ―Zirvədən zirvəyə‖ (1963), ―Yollara duman 

çöküb‖ (1970), ―İlk beşlik‖ (1971), ―Təbəssüm‖ (1975), ―Sirr, möcüzəm‖ (1978), 

―Ayselim‖ (1983), ―Kainatla üz-üzə‖ (1983) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 




264 

 

8 Avqust -  Şair Hafiz Əlinin anadan olmasının 80 illiyi,  (1937) 



 

 

 

  

 

 



 

 

 



 

Hafiz  Əli  Masallı  rayonunun  Göyçay  kəndində  anadan  olmuşdur.  Kiçik 

yaşlarında  ikən  ailəliklə  Lənkəran  rayonunun  Şirinquyu  kəndinə  köçmüşlər.  Orta 

təhsili    Port-İliç  qəsəbəsində  aldıqdan  sonra  Bakıdakı  5  saylı  Tibb  Məktəbində 

oxumuşdur  (1957-1959).  Əmək  fəaliyyətinə  Yardımlı  rayonunda  feldşer  kimi 

başlamışdır (1959).  ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. Ədəbi 

yaradıcılığa  1965-ci  ildən  ―Bakı‖  axşam  qəzetində  ilk  oçerk  və  şeirləri    ilə  

başlamışdır. Sonra mənsur şeirləri, oçerk və şeirləri dövri mətbuatda vaxtaşırı dərc 

olunmuşdur.  ‖Bakı‖  və  ―Azərbaycan  gəncləri‖  qəzeti  redaksiyalarında  müxbir 

işləmişdir.  Əsərləri  keçmiş  SSRİ  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur. 

Azərbaycan  Yazıçılar  İttifaqı  Bədii  Ədəbiyyatı  Təbliğat  Bürosunun  direktor 

müavini  (1970-1975),    sonra  nəşriyyat  müdiri  (1975-1976),  təşkilat  işləri  üzrə 

referent  (1976-1982),  məsləhətçi  (1982-1987)  işləmişdir.  Hazırda  Azərbaycan 

Yazıçılar  Birliyi  Bədii  Ədəbiyyatı  Təbliğat  Bürosunun  direktorudur  (1987-ci 

ildən). Bədii tərcümə ilə də məşğul olur.  

 

Kitabları: ―Xəzərdə axşam‖ (1973), ―Anama bənzəyən analar‖ (1978), ―Mənim 

ünvanım‖ (1980), ―Üç leylək balası‖ (1981), ―Ömrümün yarpaqları‖ (1984), ―Kaş 

yollar uzanaydı‖ (1989), ―Nağılların ad günü‖ (1992), ―Dünyadan böyük dünya‖ 

(2002) və ―Könül dünyam‖ (2003) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə