Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Avqust - Xalq artisti, dirijor Niyazinin anadan olmasının 105 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə97/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   93   94   95   96   97   98   99   100   ...   148

274 

 

 



20 Avqust - Xalq artisti, dirijor Niyazinin anadan olmasının 105 illiyi, 

                   (1912-1984)

 

 

        Niyazi  Tağızadə-Hacıbəyov  Zülfüqar  oğlu  Tbilisi 

şəhərində  dünyaya  göz  açmışdır.  İlk  musiqi  təhsilini  öz 

əmisi,  dahi  bəstəkarımız  Üzeyir  Hacıbəyovdan  və 

skripkaçı  -  professor  L.Bretanitskidən  almışdır.  Müxtəlif 

dövrlərdə  Niyazi  Bakı  Kinostudiyasının  musiqi  rəhbəri, 

Azərbaycan Dövlət Estradasının bədii rəhbəri, Azərbaycan 

Dövlət  Cazının  bədii  rəhbəri,  Opera  və  Balet  Teatrının 

dirijoru,  Azərbaycan  Dövlət  Filarmoniyasının  bədii 

rəhbəri  və  Azərbaycan  Dövlət  Simfonik  Orkestrinin  baş 

dirijoru  kimi  çoxşaxəli  fəaliyyət  göstərərək,  milli  musiqi 

mədəniyyətimizin  inkişafı  və  təbliği  yolunda  yorulmadan  çalışmışdır.  Niyazi  ilk 

Azərbaycan  dirijorudur  ki,  1961-ci  ildə  Leninqrad  Opera  və  Balet  Teatrına  baş 

dirijor  təyin  olunmuşdur.  Onun  ―Rast‖  simfonik  muğamı  Azərbaycan  musiqi 

xəzinəsinin  ən  maraqlı və  nadir  incilərindəndir.  Böyük  hind  yazıçısı  Rabindranat 

Taqorun əsəri əsasında yazdığı ―Çitra‖ baleti Cavahirlər Nehru adına Beynəlxalq 

Mükafata layiq görülmüş, bir çox teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. 

Bəstəkar  həmçinin  ―Xosrov  və  Şirin‖  operasının,  ―Zaqatala‖  süitasının,  kütləvi 

mahnı  janrının  ilk  nümunələrindən  olan  ―Vətən  haqqında  mahnı‖,  ―Təbrizim‖, 

―Qaragilə‖  mahnılarının,  teatr  tamaşalarına  və  kinofilmlərə  yazılmış  musiqinin 

müəllifidir. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" 

və  s.  əsərlərinin  yeni  redaksiyalarını  hazırlamış,  Azərbaycan  xalq  mahnılarını 

("Xumar  oldum",  "Qaragilə",  "Ay  bəri  bax",  "Küçələrə  su  səpmişəm"  və  s.) 

simfonik  orkestr  üçün  işləmiş,  1935-ci  ildə  "Rast"  və  "Şur"  muğamlarını  nota 

salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli 

"Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. O, "Təbrizim", "Dağlar qızı", 

"Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin 

―Dağılan  tifaq‖,  C.Cabbarlının  ―Almas‖,  S.Vurğunun  ―Vaqif‖,  A.Korneyçukun 

―Polad  qartal‖  dram  tamaşalarına, həmçinin ―Almas‖, ―Kəndlilər‖, ―Fətəli xan‖ 

və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.  

  

Məşhur  dirijor  və  bəstəkar, SSRİ  Xalq  artisti,  SSRİ  Dövlət  Mükafatı 



laureatı,    2-dəfə Stalin  Mükafatı  laureatı,  Beynəlxalq  Nehru  Mükafatı  laureatı,  2 

Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı (1982) adına layiq görülmüş Niyazi  

1984-cü il avqustun 2-də vəfat etmişdir.  

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 


275 

 

Milli qəhrəmanlar zirvəsi 



 

1 Avqust - Azərbaycanın Milli Qəhrəmanı

 Əliyev Ehtiram İsrayıl oğlunun 

                  anadan olmasının 45 illiyi, (1972) 

  

Ehtiram    Əliyev  Ucar    rayonunun   Qazyan    kəndində  



anadan olub.  Səkkiinci  sinfi  1987-ci  ildə  doğma   kəndində  

bitirərək, Bakı  Maşınqayırma Texikumuna daxil olub. 1992-ci  

ilin  iyunun 5-dən 1996-cı  ilin  avqustunadək hərbi xidmətdə 

olub.  Onu   Naxçıvana   göndərirlər.  Ehtiram  Sədərəkdə  və 

Batabat    yaylağında    əsl    qəhrəmanlıq    göstərir.  Daha  sonra 

o, (1993-cü  ildə)   Ağdam   cəbhəsinə  göndərilir. 1994-cü 

il   yanvarın  5-də döyüşçülərimiz  hücum  edərək  erməniləri  45 

km  geri  oturda  bilirlər.    Bu  döyüşdə  Ehtiram  yaralanır.  Lakin 

müalicə  olunan  kimi  yenidən  səngərə  dönür. 20  aprel 1994-cü  ildə 

Tərtər cəbhəsinə yollanır. Hənin döyüşlər zamanı da Ehtiram fədakarlıqla vuruşur, 

onlarla erməni qulduru məhv edilir.  

Vətən  qarşısında  borcunu  yerinə  yetirərkən  göstərdiyi  igidliyə  və  şücayətə 

görə 

Əliyev Ehtiram İsrayıl oğlunna



 Azərbaycan Respublikası Prezidentinin 1995-

ci il aprel tarixli 307 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 

 

  

Ehtiram  Əliyev 1996-cı  ildə  ordudan  tərxis  edilib. 1997-1998-ci  illərdə 



Bakının  Sabunçu  rayon  Polis  İdarəsində  işləyib.  "Təfəkkür"  universitetini  bitirib. 

Hazırda Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda rəis müavinidir. Ailəlidir. 

Bir qızı, iki oğlu var.

       

 

 

İnsanın od-alovlu 



Tarixlərə heyrəti, 

Anaların qırğına, 

Sülhün hərbə nifrəti – 

Hərbi andımdır mənim. 

                                                                                                            Ələmdar Quluzadə 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

Seyidzadə, M. Milli Qəhrəmanlar Zirvəsi.-Bakı, 2010. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


276 

 

 



 

31 Avqust - 

Azərbaycanın Milli Qəhrəmanı 

Nəcəfov Yunis İsa oğlunun 

                    anadan olmasının 50 illiyi, (1967-1992)

 

 

         Yunis 



Nəcəfov   Kəlbəcər  rayonunda   anadan 

olmuşdur. 1975-ci  ildə   Xanlar  rayonunda   məktəbə 

getmişdir.   1985-ci  ildə   Goranboy  rayonunda məktəbi 

bitirmişdir. Yunis  Bakı Hərbi Ali Komandirlər Məktəbinə 

daxil  olmuş,  daha  sonra  Çelyabinsk  Tank  Məktəbində 

təhsilini  davam  etdirmişdir. 1989-cu  ildə  leytenant  rütbəsi 

almış  və  qulluğa  başlamışdır. 1990-cı  il 20  Yanvar hadisəsi 

ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılmışdır. 1991-ci 

il  könüllü  olaraq  Qarabağ    cəbhəsinə    gələn    Yunis    "N" 

saylı bölüyə komandir təyin edilmişdir. Yunis  bir  neçə şəhər və rayonlarda şərəfli 

döyüş  yolu  keçmişdir.  O, Kərkicahan, Malıbəyli kəndlərinin  və  Şuşa şəhərinin 

müdafiəsində xüsusilə fərqlənmişdir. Daha sonra döyüşçülər hazırlamaq məqsədilə 

Bakıya  göndərilmişdir.  Lakin Laçın və Şuşa erməni  hücumlarına  məruz  qalan 

zaman yenidən cəbhəyə dönmüşdür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-

ci  il Vəng kəndinin  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına 

həlak  olmuşdur.  Subay  idi.  Goranboy  rayonunun   Qarqucaq   kəndində  dəfn 

edilmişdir. 

Azərbaycan  Respublikası   Prezidentinin 7  dekabr 1992-ci  il  tarixli  350  saylı 

fərmanı  ilə  baş  leytenant  Nəcəfov  Yunis  İsa  oğluna  ölümündən  sonra 

Azərbaycanın  Milli  Qəhrəmanı  adı  verilmişdir. 

 Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulmuşdur. 

Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

                                                                                                   Nəriman Həsənzadə 

 

 

 



 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə