Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə98/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   94   95   96   97   98   99   100   101   ...   148

277 

 

Sentyabr     



Əlamətdar  tarixi günlər və bayramlar 

8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1943) 

8 Sentyabr - Beynəlxalq Savadlılıq Günü, (1966) 

9 Sentyabr - Ümumdünya Gözəllik Günü, (1995) 

9 Sentyabr - ―Smaylik‖lərin  Ad Günü, (1982) 

12 Sentyabr - Respublika Uşaq Kitabxanasına ədəbiyyatşünas  

                      Firidun bəy  Köçərlinin adının verildiyi gün, (1967) 

 15 Sentyabr - Bilik Günü, (2004) 

15 Sentyabr - Beynəlxalq Nöqtə Günü, (2003) 

16 Sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994) 

18 Sentyabr - Milli Musiqi Günü, (1995) 

19 Sentyabr - Beynəlxalq Piratlar Günü, (1995) 

20 Sentyabr - Neftçilər Günü, (1994) 

20 Sentyabr - Ümumdünya Düyü Günü(2004) 

20-21 sentyabr - Beynəlxalq Yarasalar Gecəsi 

21 Sentyabr - Beynəlxalq Sülh Günü, (1981) 

22 Sentyabr - Filləri Ümumdünya Müdafiə Günü 

23 Sentyabr - Saqqız Günü, (1848) 

24 Sentyabr - Beynəlxalq Lal-Kar Günü, (1951) 

27 Sentyabr - Beynəlxalq Dovşanlar Günü 

27 Sentyabr - Ümumdünya Turizm Günü, (1980) 

29 Sentyabr - Ümumdünya Dəniz Günü, (1978)   

30 Sentyabr - Beynəlxalq Tərcüməçilər Günü, (1991)  

Yubilyar yazıçı və şairlər 

Şair, dramaturq Ramiq Muxtarın 75 illiyi, (05.09.1942) 

Şair Ağasəfanın 75 illiyi, (08.09.1942) 

Yazıçı, publisist Mustafa Çəmənlinin 70 illiyi, (10.09.1947) 

Yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi, (12.09.1887 - 03.01.1943) 

Şair, yazıçı Məmməd Namazın 75 illiyi, (12.09.1942) 

Şair, publisist Rüstəm Behrudinin 60 illiyi, (12.09.1957) 

İncəsənət 

Xalq artisti Əhməd Bakıxanovun 125 illiyi, (05.09.1892 - 26.03.1973) 



Xarici ədəbiyyat 

Rus yazıçısı A.K.Tolstoyun 200 illiyi, (05.09.1817-10.10.1875) 

Rus yazıçısı B.S.Jitkovun 125 illiyi, (11.09.1882 - 19.09.1938) 

Milli qəhrəmanlar zirvəsi 

Seyidov Məhərrəm Mirəziz oğlunun 65 illiyi, (07.09.1952 - 19.01.1990) 

Senyuşkin Sergey Aleksandroviç, (15.09. 1957 - 29.02.1992) 



278 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1958) 

 

 “Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Hesab 

edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur”.  

                                                                                                  Ümummilli lider Heydər Əliyev 

 

 

 



Jurnalistlərin  Beynəlxalq  Həmrəyliyi  Günü  1958-ci  ilin  mayından  qeyd 

edilir.  Həmin  il  Buxarestdə  keçirilən  Beynəlxalq  Jurnalistlər  Təşkilatının  IV 

konqresində  bununla  bağlı  qərara  gəlinib.  Dünya  mediası  üçün  əlamətdar  sayılan 

bu  gün  1943-cü  ilin  sentyabrın  8-də  hitlerçilər  tərəfindən  qətlə  yetirilmiş  çex 

jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub. 

  

Bu  gün  Azərbaycan  dövləti  siyasi  mövqeyindən  asılı  olmayaraq,  bütün 



Kütləvi  İnformasiya  Vasitələrinin  (KİV-in)  inkişafında  maraqlıdır.  Bunun  üçün 

ölkədə    KİV-ə  dəstək  konsepsiyası  hazırlanıb  və  KİVDF  (Kütləvi  İnformasiya 

Vasitələrinin  İnkişafına  Dövlət  Dəstəyi  Fondu)  yaradılıb.  KİVDF  jurnalistlərin 

peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif 

layihələr  həyata  keçirir.  Bu  qurumun  layihələrində  iştirak  edən  qəzetlərin  maddi- 

texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib.

  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 




279 

 

8 Sentyabr - Beynəlxalq Savadlılıq Günü, (1966) 

Beynəlxalq  Savadlılıq  Günü  (İnternational  Literasy  Day)  Beynəlxalq 

Millətlər  Təşkilatı  sistemində  qeyd  olunan  bayramlardandır.  O,  1965-ci  ilin 

sentyabrında  Tehranda  keçirilmiş  Təhsil  nazirlərinin  savadsızlığın  ləğv  edilməsi 

üzrə  ümumdünya  konfransının  tövsiyələri  ilə  YUNESKO  tərəfindən  1966-cı  ildə 

təsis olunmuşdur. Sentyabrın 8-i bu konfransın təntənəli açılışı günüdür.  

Bu günün əsas məqsədi  YUNESKO-nun fəaliyyətinin əsas sahələrindən biri 

olan,  ayrı-ayrı  şəxslərin,  icmaların,  birliklərin  hüquq  və  imkanlarının 

genişləndirilməsi  aləti  kimi  savadlılığın  yayılması  sahəsində  beynəlxalq  birliyin 

səylərini fəallaşdırmaqdır.  

Savadlılıq  bəşəriyyət üçün həqiqətən bayramıdır. Çünki bu sahədə nəhəng 

uğurlar  qazanılmış,  Yer  kürəsində  savadlı  insanların  sayı  4  milyarda  çatmışdır. 

Lakin  bir  çox  ölkələrin  bu  sahədəki  böyük  uğurlarına  baxmayaraq,  dünyada  860 

milyon  yaşlı  insan  hələ  də  savadsızdır,  100  milyon  uşaq  isə  məktəbə  getmir. 

Saysız-hesabsız  uşaq,  gənc  və  böyük  isə  müasir  dövrün  tələblərinə  cavab  verən 

səviyyədə savada malik deyillər, bu da onları savadlı hesab etməyə imkan vermir.  

Bu  əlamətdar  günün  qeyd  olunmasında  hökumətlər,  çoxtərəfli,  ikitərəfli  və 

qeyri-hökumət təşkilatları, özəl sektor, birliklər, cəmiyyətlər, həmçinin müəllimlər, 

bu sahənin mütəxəssisləri, tələbələr iştirak edirlər.  

Qeyd  etmək  lazımdır  ki,  hər  il  Savadlılıq  Günü  müəyyən  mövzuya  həsr 

olunur.  Belə  ki,  o,  müxtəlif  illərdə  aşağıdakı  devizlər  altında  keçirilmişdir: 

―Qadınlar  üçün  savadın  əhəmiyyəti‖,  ―Savadlılıq  şəxsi  imkanları  genişləndirir‖, 

―Savadlılıq  və  sağlamlıq‖,  ―Savadlılıq  sabit  inkişafı  təmin  edir‖,  ―Keçmişi 

oxuyaraq, gələcəyi yazırıq‖ və s. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə