Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Sentyabr - Ümumdünya Gözəllik Günü, (1995)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə99/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   95   96   97   98   99   100   101   102   ...   148

280 

 

9 Sentyabr - Ümumdünya Gözəllik Günü, (1995) 



 

XX  əsrdə  kosmetologiya  sahəsində  əsl  inqilab  baş  vermişdir.  Beynəlxalq 

Estetika  və  Kosmetologiya  Komitəsi  (SİDESKO)    Beynəlxalq  Gözəllik  Gününün 

(İnternational Beauty Day) yaradılması təşəbbüsü ilə çıxış etmişdir və bu gün hər il 

sentyabrın 9-da qeyd olunur.   

Beynəlxalq  Estetika  və  Kosmetologiya  Komitəsi  dünyada  əsas  beynəlxalq 

gözəllik  terapiyası  assosiasiyası  hesab  olunur  və  1946-cı  ildə  Brüsseldə 

yaradılmışdır.  Bir  çox  ölkələrdə  33  şöbəsi  olan  komitə  bütün  dünyada  minlərlə 

həkimi  birləşdirir.  1995-ci  ildən  başlayaraq  hər  ilin  9  sentyabr  günü  bütün  gözəl 

olan, estetik və mənəvi həzz bəxş edən hər şey alqışlanır, təqdir olunur. 

Dünyada  ilk  gözəllik  yarışması  1888-ci  ilin  sentyabrında  Belçikada,  ilk 

―Dünya gözəli‖ müsabiqəsi isə  1951-ci ildə Londonda keçirilmişdir. 

Kosmetoloqlar,  kosmetik  vasitələrin  istelsalçıları  və  satıcıları,  plastik 

cərrahlar, model biznesinin nümayəndələri bu günü peşəkar bayramları kimi qeyd 

edirlər.  

İnternetdə:__www.books.google.com'>İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


281 

 

9 Sentyabr - “Smaylik”lərin Ad Günü, (1982) 

 

 

 



9  sentyabr  1982-ci  ildə  Karnegi  Mellon  Universitetinin  professoru  Skott 

Falman öz kolleqalarına elektron məlumat göndərir və simvoldan istifadə edir ":-)" 

Alim  belə  hesab  edir  ki,  bu  işarə  gülümsər  üzə  bənzəyir.  Həmin  vaxtdan  da 

Smayliklər  Günü  bütün  dünyada  qeyd  olunmağa  başlayır.  ―Emoji‖  sözü 

Yaponcada  "şəkilli  xarakter"  mənasını  verir  və  "e"  (şəkil)  və  "moji"  (xarakter) 

sözlərinin  birləşməsindən  meydana  gəlir.  Açıqlama  vermək  lazım  olsa,  smayllar 

müxtəlif duyğu və düşüncələrimizi, ümumiyyətlə sarı sifətli insan bənzəri ikonlar 

vasitəçiliyi  ilə  ifadə  edən,  mesajlaşmadan  istifadə  etdiyimiz  kiçik  şəkillərdir.  Bu 

hörmətcil  və  şirin  insanlar,  illər  əvvəl  smayllardan  istifadə  etməyə  başlayıblar. 

Hətta  bu  gün  də  Yapon  bir  dostunuz  olsa,  rahatlıqla  smayla  olan  sevgilərini  görə 

bilərsiniz. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


282 

 

12  Sentyabr  -  Respublika  Uşaq  Kitabxanasına  ədəbiyyatşünas,  pedaqoq 



Firidun bəy Köçərlinin adının verildiyi gün, (1967) 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci 

il  yanvarın  1-də  Azərbaycan  Respublikası  Nazirlər 

Sovetinin  qərarı  ilə  M.Qorki  adına  kütləvi  kitabxana 

fondunun  bazası  əsasında  yaradılmışdır.  12  sentyabr  1967-

ci ildən  Azərbaycan Respublikası Mərkəzi  Komitəsinin  25 

saylı  (§22)  sərəncamına  əsasən  uşaq  ədəbiyyatının 

inkişafında  mühüm  xidmətləri  olan,   Azərbaycan  ədəbi 

dilinin  saflığı  uğrunda  daim  mübarizə  aparmış  Azərbaycan 

ədəbiyyatşünası,  pedaqoq,  maarifpərvər,  uşaq  folklor 

antologiyasının banisi

  

Firidun  bəy Köçərlinin adını daşıyır. 



F.Köçərlinin  1912-ci  ildə  çap  etdirdiyi   ―Balalara  hədiyyə‖   kitabına  onun 

balalarımıza miras qoyduğu folklor nümunələri- xalqın sahib olduğu qədim tarixi-

mədəni irs bu gün də qorunub saxlanılaraq yenidən öz orijinallığında olduğu kimi 

təkrar  nəşr  edilərək,  oxucuların  istifadəsinə  verilmişdir.  Azərbaycanın  görkəmli 

ədəbiyyatşünas  alimi,  tanınmış  maarifpərvər,  ictimai  xadim,  publisist-yazıçı, 

tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin 150 illik yubileyinin 

keçirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyev 

14  fevral  2013-cü  ildə  Sərəncam  vermişdir.  F.Köçərlinin  ―Balalara  hədiyyə‖ 

kitabı   Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkilati  dəstəyi  və  F.Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasının  sifarişi  ilə  nəfis  tərtibatla  ―Şərq-Qərb‖ 

nəşriyyatında   təkrar  nəşr    olunaraq,  oxucuların  istifadəsinə  verildi.  Kitabdakı 

illüstrasiyalar Azərbaycan Xalq rəssamı Arif Hüseynova məxsusdur.  

Görkəmli  alim  və  maarifçi  F.  Köçərlinin  adını  daşıyan  Respublika  Uşaq 

Kitabxanasının  yaradılması  nəticəsində  uşaqlara  kitabxana  xidmətinin 

ümumrespublika  metodik  mərkəzi  formalaşmışdır.  Nəhayət,  uşaq  kitabxanaları 

üçün metodik mərkəzin yaradılması ölkədə uşaqlara kitabxana xidmətinin inkişaf 

perspektivlərinin  elmi  konsepsiyasının  yaradılmasına,  bu  işə  xidmət  bütün 

kitabxanaların  fəaliyyətinin  əlaqələndirilməsinə  və  tam  bir  sistem  kimi  fəaliyyət 

göstərməsinə  hüquqi,  nəzəri,  metodik  və  təşkilati  zəmin  yaratmışdır.  Kitabxana 

1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin 2012-ci ildən  isə mötəbər 

bir  təşkilatın-  Beynəlxalq  Uşaq  Kitabı  Şurasının  (İBBY)  üzvüdür. Firidun  bəy 

Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  2013-cü  ildən  ―Uşaq  ədəbiyyatı 

xəzinəsindən‖  seriyası  ilə  ―Firidun  bəy  Köçərli.  Biblioqrafiya‖,  ―İlyas  Tapdıq‖, 

―Abdulla Şaiq‖ kimi biblioqrafik göstəriciləri hazırlamış və nəşr etdirmişdir. 

   

İnternetdə:www.clb.az 

 

 

 



 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə