Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 316,51 Kb.
səhifə2/4
tarix26.09.2017
ölçüsü316,51 Kb.
#2255
1   2   3   4

Uzunqazmalar kəndi

Kəndimizin adət ənənələri.

Kəndimizin bir çox adət – ənənələri var. Bunlardan toy və yas mərasimləri, böyüklərə, qocalara, qadınlara hörmət, qonaqpərvərlik, ad qoyma, ad günləri, sədəqə bayramları təntənə ilə keçirilir.Uşaq dünyaya gələndə ata ana ilə razılaşıb ad qoyurlar. Körpəyə böyük ümid bəsləyirlər. Uşaq dişini çətin çıxarmasın deyə 32 ədəd buğdanı ipə düzüb paltarından asırlar. Diş çıxan zaman 7 evə sədəqə paylayırlar.

Kəndimizin adət – ənənələrindən biri də bayramlarımızdır. Bayramlardan ən müqqəddəsi “Qurban bayramı”, “Oruc bayramıdır”. Bu bayramlar kəndimizdə yüksək səviyyədə həyata keçirilir. Qurbanlar kəsilir, yetimlərə, kasıblara, ehtiyacı olanlara paylanılır. Ölülər ziyarət edilir, bayram namazı qılınır.

Əlamətdar bayramlardan biri də Novruz bayramıdır. Yazın gəlişi ilə əlaqədar elimiz – obamız uğurlu olsun deyə nənələrimiz hədik bişirib qonşuları, qohumları, yaşlı insanları çağırırlar. Səməni becərirlər. Bayramda gənclərimiz küçələrdə tonqal qalayır üstündən tullanırlar. Evlərdə yeddi cür xörək və şirniyyatlar bişirirlər. Səməni halvası çalırlar. Qızlar oğlanlar qapıları busurlar və eşitdiklərini həyatları və başına gələcəkləri ilə əlaqələndirirlər. Adətlərimizdən biri də toydur. Gəlini evə gətirəndə başına şirnilər tökülür, ayağının altına boşqab qoyulub sındırılır. Qohumlar, ata, ana, nənə, baba bal – yağı gəlinin əlindən yeyirlər. Gəlini mehribançılıq

işığı daim yansın , ömür yolu ,həyatı işıqlı olsun deyə çıraq başında 3 dəfə fırladırlar. Gəlinin ayağına qurban kəsirlər.

Dardoqqaz kəndinin adət ənənələri

Kəndimizdə toy adətləri belədir:

Oğlan və qız bir – birilərini tanıdıqdan, bəyəndikdən, sevdikdən sonra qız tərəfə elçiliyə gedirlər. 2 – 3 dəfə getdikdən sonra nişan olur. 6 aydan, 1 ildən sonra tərəflər razılaşan müddətdə toy olur.

Qız toyu adətləri:

Toya 3 gün qalmış qohumları, qonşuları qızın atası və ya anası tərəfindən həyətlərinə gedərək çağrılır. Həmən gün qızın cer – cehizi, mebeli oğlan tərəfə aparılır. (Kimin gücü nəyə çatır o qədər cehiz aparır. 3 – 4 min manatdan 10 – 15 min manata kimi.) Mebeli ustalar quraşdırdıqdan sonra 4 – 5 nəfər gedib evi bəzədirlər. Evi bəzədənlərə (oğlan tərəfin adamları) hər adama 10 – 15 manat pul verilir.(bu müasir adətlərdir)

Qız toyunun əvvəlki günü xına gecəsi olur. Cavan qızlar 30 – 50 nəfər yığılır,oxuyurlar, oynayırlar və əllərinə xına yaxırlar. Yeyib – içirlər. Qız toyunda qız rəfiqələri ilə məclisdə, öz taxt – tacında oturur. Oğlan toyunda qızla – oğlan bir yerdə gəlir, məclisdə nigah bağlanır. Nişan üzükləri taxılır sonra rəqs edilir. Məclis davam edir.

Toyun sonrakı günü “üzaçdı” mərasimi olur. Gəlin evə gələn kimi yaxın qohumları gəlinin əli ilə bal – yağ yeyir və gəlinə pul yığılır. Beləliklə gəlinə 200 – 300 manat pul yığılır. Bir həftədən qız tərəf qonaq gedir, sonra oğlan tərəf, sonra isə qohumları hörmət əlaməti olaraq bu cütlüyü qonaq çağırırlar.

Kəndimizdə yas mərasimi belədir:

Birinci gün qəbir qazanlara yüngülvari yemək verilir. İkinci gün yasa gələnlərə çay, halva qoyulur. Üçüncü gün ehsan verilir, zikir çalınır. Yeddinci gün səhər – axşam, qohum – əqraba, qonşular yığılır qulfu(qurandan surələr) oxunur. 5 – 6 həftədən qəbir üstə gedirlər. Qəbir üstə gedənə kimi hər cümə axşamı ehsan verilir. 40 gündən sonra qəbir üstə gedirlər. Bir ili bitəndən sonra isə zikir çalınır.

Milli mətbəximiz çox zəngindir. Maxara, quru ətdən bişirilmiş sürfüllü, xingal, düşpərə, qutab, quru ətlə bişirilmiş buğ xingal, hədik və s. milli mətbəximizin nümunələridir. Bunlardan başqa kabablar, ləvəngi, dolma, katlet, piti, aş və s. cürbəcür salatlar süfrələrimizin bəzəyidir.


Yuxarı Çardaxlar kənd kitabxanası

Toy adətləri

Hər bir xalqın, millətin öz adət - ənənələri olduğu kimi bizim kəndin də öz adət - ənənənələri vardır. Vaxtı ilə toy 3 gün 3 gecə çalınardı. Həyətdə keçirilən bu toy məclislərinə demək olar ki, kəndin hamısı dəvət olunardı. Mütləq nişan mərasimi keçirilərdi. “Parça biçdi” adı ilə keçirilən məclis əsasən qız tərəfdə toy günü kimi qeyd olunurdu. Sonrakı gün isə oğlan toyu keçirilirdi. Gəlin qız evindən oğlan evinə

gələndə həyata keçirilən adətləri, güzgü tutmaq, gəlin maşından düşəndə ayağının altında qurban kəsmək. Bir nəfər at çəkmək adı ilə oğlan evinə gedir. Bunun mənası odur ki, vaxtı ilə maşın texnikanın olmadığı bir dövrdə gəlinin at belində gətirilməsidir.

Bir nəfər qız adamı, yəni yaxın adam (dayı oğlu, əmi oğlu və s.) at çəkərmiş. Bu adət bu günə qədər yaşayır.


Milli mətbəximiz

  1. Sürhüllü – Quru ətdən və xəmirdən hazırlanır.

  2. Maxara – Un, süd, yumurtadan hazırlanır və bu məhsulları qarışdırdıqdan sonra qızdırılmış sacın üstü qoç quyruq piyi ilə yağlayıb sonra üstündə bişirilir.

  3. Qovut – Un qovrulur və qovrulmuş unu qoz ləpəsi və doşab və ya balla qarışdırılır.Qovutun hazırlanması belədir.

  4. Qoz halvası – Qoz və ya fındıq ləpəsi, doşab və yaxud şərbət tökülərək qaynamaq həddinə çatana qədər peçin üstündə qarışdırılaraq qızdirılır.

Novruz bayramının adətləri

Əvvəlcə ilaxır çərşənbələr keçirilir.



  1. Yel çərşənbəsi.

  2. Torpaq çərşənbəsi.

  3. Su çərşənbəsi.

  4. Od çərşənbəsi.

İlaxır çərşənbələrdə müxtəlif inanclar da həyata keçirilir. Qapı və pəncərədən qulaq busma, oddan və su üstündən tullanmaq. “Ağırlığım, uğurluğum odda yansın” deyərək insanlar od və su üstündən tullanırlar. Qədim zamanlardan bu günə qədər bu adət və mərasimlər yaşayır.

Yas mərasimləri

Adətən yas mərasimləri 40 gün çəkir. İnsan dünyasını dəyişib 3 gün ehsan verilir, və ondan sonra hər 4 – cü gün cümə axşamları keçirilir. 40 gün keçdikdən sonra qəbir üstə gedilir.



Mazıx kəndin qədimi adət ənənələri

Toy mərasimi

Qədim zamanlarda toyun adət ənənələri belə idi. Qız – oğlan tərəflərin razılığı ilə toy gününü təyin edirlər.

Qız toyundan 1 gün əvvəl, axşam cavanlar oğlan evindən gələn qonaqlar qızın rəfiqələri yığılıb zurna nağaraynan şənlənirlər, qızın rəfiqələri (çanta tikirlər) yəni parçadan xırda üç künc tikib onu muncuqlarla bəziyib oğlan tərəfdən gələn qonaqların yaxasına taxırlar. Sonrası gün qız toyu başlayır. Oğlan tərəfdən gələnlər hamı əlində hədiyyə ilə gəlirlər. Stol açıb onu stolun üstünə qoyurlar. Sonrakı gün oğlan toyu başlayır. Oğlanın yengəsi bəy üçün şax bəzəyir və bu şaxı qız evinin adamları oğurlamasın deyə şaxı güdmək

üçün bir adam təyin edirlər ,saat 12 – 1radələrində bəyi sağ diş, sol diş şax güdənnən çölə çıxarırlar. Həyətdə stullar qoyub stulun üstünə yekə bir yastıq qoyurlar. Sağ diş sol diş

bəyi qoruyur. Sini güdən isə sinidə olan şirniyyatı və şaxın üstündə olan meyvəni qorumalıdır. Yoxsa oğurlayarar. Bəyi çölə çıxarandan sonra toya gələnlər bəyin əlini sıxıb ona pul verərdilər. Ondan sonra oğlan tərəfin adamları at arabası ilə gəlib gəlini gətirər, axşama kimi çalıb oynayardılar. Sonrakı gün üz açdı olardı. Gəlini və bəyi çölə çıxarıb toya davam edərdilər.

Şirinlik rəmzi kimi bəy gəlinin əlindən gəlin isə bəyin əlindən halvanı çıxarıb yeməli idi. Onu möhkəm barmaqlar arasında tuturdular ki, çətin çıxarsın. Sonra gəlinin qabağında sini dolu halva olurdu. Qohum əqraba qonaqlar gəlinə bəxşiş verirdi. Gəlin isə onlara bir tikə halva verir. Beləliklə yeyib içməklə, çalıb – oynamaqla toy axşama kimi davam edirdi.


Kəndin milli xörəkləri

Sürhüllü, maxara, xaşıl, hədik, qovud, un halvası, fəsəli.



Kəndin adət ənənələri

  1. Havalar çox quraq keçəndə kəndin camaatı bir yerə toplaşıb əriştə bişirib yedikdən sonra bir – birini isladırlar ki, yağış yağsın.

  2. Havalar çox yağmurlu olanda (və ya küçədə) yığışıb həyətin ortasına sac qoyub maxara bişirib yeyərdilər.Qonşulara küçədən keçənlərə paylayırlar.

Oruc bayramı günü uşaqlar bütün həyətlərə girir ucadan, xorla “bayramınız mübarək “deyərək evdəkilərin bayramını təbrik edirlər.Həmin evin sahibləri uşaqları təbrik edərək onlara konfet və ya evdə bişirilmiş şirniyyatdan verərək uşaqları təbrik edirlər . Böyüklər isə bayram günü bir – birini təbrik etmək üçün qonaq gedirlər.

Toy mərasimi çıxmaq şərti ilə bu adətlər indi də yaşanır.



Fındıqlı kəndinin toy adət - ənənələri

Toy başlamamışdan bir gün qabağa atları bəzəyərdilər, kələğayı atın boynuna bağlayardılar. Bir ata qız,digər ata oğlan minirdi. Bütün kəndi qapı – qapı gəzirdilər. Sizləri flankəsin toyuna çağırırıq. Birinci gün qız toyu olurdı. Oğlan tərəfin adamları yekə sini halva gətirərdi. Sonra nağara – zurna ilə qız evinə gələrdilər. Həmin gecə bütün gənclər, qızlar və oğlanlar gəlinin başına toplaşardılar. Səhərə kimi çalıb oynayardılar. Sonra oğlanın bacısı səhər saat 5 dən qohum – qonşunu çağırardı bəylə birlikdə səhər yeməyi yeməyə. Yenə nağara – zurna ilə məclis qurulardı.

Sonra gəlini gətirincə bəyi bəzədirdilər. Bütün qohum – qonşu bəyin təbrikinə gələrdilər. Bəyin boynuna kələğayı, parça salardılar. Sonra atları bəzəyib gəlini gətirməyə gedirdilər. Axşam saat 9 – dan 10 – a kimi nağara – zurna çalınardı. Səhərisi gün gəlinin cehizini gətirirdilər. Cehizi atların belində gətirilirdi.

Yas mərasimi

Yasda ölünü basdırdıqdan sonra üç gün sadağa verirdilər. Yemək ancaq ətdən şorba və pendir olurdu.


Novruz bayramı

Novruz bayramında hər evdən un, ət, soğan, kartof, süd və s. yığırdılar. Kəndin ağbirçək qadınları əriştə bişirirdilər, maxara tökürdülər. Bütün kəndin əhalisi həmin günü orda iştirak edərdi. Sonra qızlar yelləncəkdə yellənir, oğlanlar isə top oynayardı. Sonra kəndirbaz gələrdi və bəzi oyunlar oynayardı.



Mətbəx

Komba adlanan şirniyyat növünü bişirmək üçün xəmir yayılardı. İçinə qoz və piy doğrayardılar. Sonra onu tavada bişirərdilər. Bundan başqa kəndimizdə maxara , kətə, sürhüllü, əriştə və s. yeməklər məşhurdur.




Qımır kəndinin adət ənənələri

Novruz bayramı

Novruz bayramında 20 – 30 ailə, qonşuları, qohumları bir gün əvvəl çağırardılar. Çağırılanlar evdən ət, düyü, yumurta, un, yağ, çörək, duz – istiot, qənd – çay və.s ərzaqları gətirər bayram günü səhər tezdən hansı evə yığışacaqlarsa ora verərdilər. Həmin ərzaqlardan günortaya və axşama yemək hazırlayardılar. Bunun üçün 3 – 4 nəfər qadın ayrılardı.Yaşlılar evdə söhbət, bayatı, mahnılar deyərdi. Cavanlar isə kəndir götürüb bağa gedib orada uçuncaq (yelləncək) salardılar ve uçunduqca bildikləri

mahnıları oxuyardılar. İlaxır çərşənbədə cincar girsi bişirirdilər. İlaxır çərşənbə günü səhər tezdən dinib – danışma dan andız çıxartmağa gedərdilər.
Toy adət ənənələri

Oğlan və qız ya valideyinlərinin göstərişi ilə ya da ki, özləri bir – birini görəndən sonra elçi gedərdilər. Elçiliyə də kəndin ağsaqqal yaşlı, sözü ötən adamı göndərərdilər. Qız oğlan toyu bir gündə olurdu. Səhər qız evində günortadan sonra oğlan evində. Qız toyunda kişilər pul salmırdılar. Qadınlar isə qız üçün cehiz əşyaları yəni kimin nəyə gücü çatarsa gətirər hədiyyə edərdilər. Oğlan toyunda isə qız evinin ən yaxın adamı bəyi durğuzmağa gedir, onun və sağdişinin boynuna kəlağayı salır. Ondan sonra toya gələn qonaqlar, kişilər bəy və onun sağdişinin qabağına pul salırlar. Qadınlar isə kəlağayı, ipək parça, yaylıq və s. parçaları onların boynuna salırlar. Toyda şorba(bozbaş), dolma, soyutma, pendir, göyərti, çay verilirdi. Əvvəllər oğlan və qız yengəsi ata minib əhalini toya çağırardılar.



Yas adəti

Kənddə ölü olanda 1 – 2 nəfər camaata xəbər verərdilər. Pul yazdırmaq yox idi. Yaxın adamlar ölünün üstünə parça salardılar. Ölən günü ehsan verərdilər. Yas yerinə adna(cüməaxşamı) günü qadınlar ancaq qənd, çay gətirirdilər. Yasda halva, şorba, pendir, çay verilir.



Yengiyan kəndinin adət ənənələri

Xll əsrin axırlarında yaranan Yengiyan kəndi, öz qədim adət ənənələri ilə öz zonasında fərqlənən kəndlərdən biridir. İstər yas mərasimlərində, istərsə də toy mərasimlərində qədim adətləri yaşadmaqda davam edir. İndi toy mərasimləri şadlıq saraylarında keçirilməsinə baxmayaraq toyun əvvəlki günləri evlərdə köhnə adətlər keçirilir. Buna misal olaraq adətlərimizdən bir – neçəsini göstərə bilərik.

Toyun əvvəlki günü qız tərəfdən oğlan evinə iki nəfər cavanın gəlməsi və onların orada qədim xörəklərin bişirilməsini, qız gəlinlərə köhnə el havalarının oynanılması kimi sifarişlərin verilməsi bu gün də davam etməkdədir.

Əlbəttə burda əsas məsələ ondan ibarətdir ki, qədim xörəklərin bişirilməsini və qədim el havalarını oynamağı bilməyən oğlan tərəf adamları cərimə olunur və bu işləri bilən insanları tapıb icra etmək onlara tapşırılır ki, bu da qədim adət – ənənələrin unudulmamasına gətirib çıxarır. Bundan əlavə həmin iki nəfər gecə orada gecələyir və oğlan tərəf adamlarına səhər toy həyətinə gəlmək üçün vaxt müəyyənləşdirir. Vaxtan gec gələn insanlar təbii ki bu və ya digər formada cərimə olunurlar. (Oyun havası, toyuq, xüsusi hərəkətlərin edilməsi)

Toy günü gəlin aparmağa gələn zaman qız evinin qapısı bağlanaraq nişangahın asılması, müəyyən bir nəmərin alınması bu gün də davam etməkdədir. Bundan əlavə oğlan tərəfindən gəlinə alınmış olduğu qızıl və paltarların ora yığılmış olan adamlara göstərilməsi və gəlinin yaxını tərəfindən “qayçı kəsmir” deyərək, oğlan adamları, yəni kişilər nəmər qoyur. Nəzərdə tutulan nəməri aldıqdan sonra qayçıyla parçanın bir küncü kəsilir kimi köhnə el adəti bu gün də gündəmdədir, bu gün də davam etdirilir. Gəlin aparan zaman cilovdarın əlində xüsusi hazırlanmış olan üzərində toyuq, bir parça ət, çörək və başında alma olan şiş köhnə adətimizin simvolu kimi bu gün də yaşamaqdadır.

Elimizin gözəl adəti Novruz bayramında küçə və obalarda camaatın bir yerə toplaşaraq, buğda hədiyinin bişirilərək yeyilməsi, xəstə və əlillərə kəndin ağsaqqal və ağbirçəkləri tərəfindən buğda hədiyinin və bayram hədiyyəsinin verilməsi təmin olunur. Bundan əlavə kəndin cavanları, qız və oğlanlar daxil olmaqla hissə – hissə ayrı – ayrı günlərdə kəndin bağlarında novruz bayramını qeyd edirlər. Həmin bayramda köhnə oyunlar, köhnə nağıllar oynanılmaqla, danışılmaqla bir daha adət – ənənələrin yeni nəsilə çatdırılmasına gətirib çıxarır.

Yas mərasimində bütün kənd camaatının orada olması, qohum, qonşuların orada yaxından köməyi, dəfn mərasiminin pulsuz olması köhnə adət - ənənəmizdən bizə çatdırılmış, bu gün də davam etməkdədir.

Su əhvalatı

Məhsulu istehsal etmək üçün su əsas sərvət hesab olunur. Uzaq keçmişdə sudan istifadə etmək üstündə varlı təbəqə ilə yoxsul təbəqə arasında həmişə münaqişə olmuşdur. Belə rəvayət edirlər ki, kənddə məhsul becərmək üçün hər bir təbəqə sudan normal istifadə edirlərmiş. Ancaq adi bir təsadüf bu normallığı pozur. Belə ki, Varlı təbəqədə gözəl bir qız Növrəstə, yoxsul təbəqədə isə pəhləvan cüssəli oğlan Nofəl böyüyürdü. İllər keçdi hər ikisi həddi-buluğa çatdı. Oğlan meşəyə ov ovlamağa gedəndə təsadüfən qızı görür və qıza aşiq olur. Günlər ötür Növrəstə öz nişanlısı ilə meşəyə gəzməyə gedəndə yekə bir ilan qıza sarılaraq öldürmək istəyir. Nişanlısı qorxaraq qızı meşədə tərgiyib kəndə qaçaraq kənd camaatını xəbərdarlıq edir. Meşədə ov ovluyan Nofəl görür ki, yekə bir ilan gözəl bir qızı boğur. Nofəl bütün təhlükəyə baxmayaraq ilanın üstünə atılır, xəncərlə ilanın başını kəsir və qızı xilas edir. Oğlan görür ki, xilas etdiyi qız özü aşiq olduğu qızdır. Qız özünə gələndə elə bilir ki, nişanlısı özünü xilas edib, ancaq yanında başqa oğlanı görəndə təəccüblənir. Elə bu vaxt nişanlısı və kənd camaatı hadisə yerinə gəlirlər. Qızının sağ olduğunu görən ata sevincindən ağlayır və qızı qurtaran oğlana təşəkkürünü bildirir. Beləliklə aylar ötür, qızın ürəyində özünü qurtaran oğlana qarşı məhəbbət başqaldırır və oğlanın kim olduğunu öyrənir. Nofəl tez-tez qızın yaşadığı yerə gəlir və onu görmək üçün əldən-ayaqdan gedir. Nəhayət tale onların üzünə gülür. Onlar təsadüf nəticəsində görüşürlər və əhd-peyman bağlayırlar. Bunu hiss edən qız atası qisas almaq üçün oğlanın yaşadığı məhəllənin suyunu su arxını kəsmək qərarına gəlir. İsti yay günləri olduğundan bitkilərin suya tələbatı çox olur, gündən günə bitkilərə su tələbatı artır və bitkilər məhv olmaq həddinə çatır. Bunu hiss edən Nofəl və kənd camaatı həmin suyun kəsildiyi yerə gəlirlər. Nə qədər and-aman edirlər qız atası suyu buraxmır və şərt qoyur ki, oğlan kənddən çıxıb getməlidir. Nofəl çıxıb getmək istəyir. Bunu görən Növrəstə atasının yanından Nofəl tərəfə qaçır. Bunu görən ata qızını vurmaq istəyir. Növrəstə Nofələ çatanda möcüzə baş verir. Həmin qız və oğlan durduğu yerdən biraz aralıda torpaq ayrılaraq beş metr hündürlükdə su fantan vurur. Nəticədə atası qızı görmür və qızı vura bilmir. Kənd camaatı da bu möcüzə səbəbindən daha sudan korluq çəkmirlər. İndiyədək də həmin su hövzəsi onların adlarının şərəfinə “Növrəstə” su hövzəsi adlanır.

Yengiyan kənd kitabxanası

Söyləyən: Əliyev Maarif



Aşağı Tala kəndi

Hər bir dövlət yarandığı ilk gündən ta ki,müasir dövrə qədər özünəməxsus adət-ənənələri olur.Və hər bir dövlət öz ənənələrinin,adətlərinin dəyərlərini bilib onu lazımincə qorumağa çalışır.Çünki keçmiş nəsillərdən günümüzə gələ bilən yeganə şeylərdən biri də adət-ənənələrimizdir.Lakin ən dəyərli sərvətlərimizdən biri olan adətlərimizi nə dərəcədə qoruya bilirik.

Toy,yas,ad günləri,körpənin dünyaya gəlməsi,və s.təntənəli şəkildə qeyd edilir.

Məsələn,körpə dünyaya gələndə onun qulağına oxunur ki,uşaq dinli,imanlı,halal böyüsün.Körpəni evə gətirəndə otağa suya salmış yumurta qoyulur ki,körpəyə nəzər dəyməsin.

Toyda gəlinlə bəyi bəy evinə gətirib,lampanın ətrafında fırladırlar.Gəlinin ayağı düşərli olsun deyə ,gəlinin başına konfetlər tökürlər,ağzına bal yedizdirirlər ki,dili şirin olsun.

Kəndimizin adət-ənənələrindən biri də,bayramlarımızdır..

Bayramlardan ən müqəddəsi”Oruc bayramı”,”Qurban bayramı”dır.Bu bayramlar kəndimizdə yüksək səviyyədə keçirilir.Qurbanlar kəsilir kasıblara,yoxsullara paylanır.Ölülər ziyarət olunur,bayram namazı qılınır.Bütün küsənlər barışır.

Əlamətdar bayramlardan biri də Novruz bayramı”dır.Ruzi bərəkət bol olsun deyə kəndimizdə hədik bayramı keçirilir.Bütün qohum-qonşu gəlir,hamıya paylanır.Uşaqlar gəzib papaq atır,bayram payı istəyirlər.



AşağTala kənd (1saylı) kitabxana

Kəndimizin adət - ənənələri haqqında məlumat

Cəmiyyətin ictimai təşkili formalarından biri ailənin mövcudluğudur. Siyasi iqtisadi və mədəni inkişaf əsasında kişilərlə qadınların hüquq bərabərliyi təmin olunmuşdur. Gənclərin ailə xöşbəxtliyini təmin etmək üçün təntənə ilə keçirilən nikah mərasimləri bu cəhətdən böyük əhəmiyyət kəsb edir. Kəndimizin bir çox adət – ənənələri var. Bunlardan biri toy və yas mərasimləri, böyüklərə, yaşlılara, qadınlara hörmət, qonaqpərvərlik, ad qoyma, ad günləri təntənə ilə keçirilir. Uşaq dünyaya gələndə ata – ana ilə razılaşıb ad qoyardılar. Uşaq dişini çətin çıxarmasın deyə hədik bişirirdilər. Gözə gəlməsin deyə uşağı evə gətirəndə stekana su töküb içinə yumurta salırlar. Uşağın üstünə dağdağan ağacının budağından kəsib gözmuncuğu ilə taxırlar.

Bayramlardan ən müqqədəsi “Qurban bayramı” və “Oruc bayramı”dır. Bu bayramlar kəndimizdə yüksək səviyyədə həyata keçirilir. Bu bayramlar ən müqqədəs bayramlar hesab olunur. Qurban bayramında qurbanlar kəsilir, kasıb ailələrə paylanır. Ölülər ziyarət edilir, bayram namazı qılınır. Küsülülər barışır.

Ələmətdar bayramlardan biri də Novruz bayramıdır. Yazın gəlişi ilə əlaqədar ilimiz uğurlu olsun deyə nənələrimiz hədik bişirib paylayırlar. Səməni becərirlər, bayramda tonqallar yandırılıb üstündən tullanırlar, xoruz döyüşdürürlər. Evlərdə yeddi cür xörək və şirniyyat bişirilir. Qızlar, oğlanlar qapıları busardı, papaq atardılar. Uşaqların papaqlarını qoz və fındıqla doldurardılar.

Adətlərimizdən biri də toy mərasimləridir. Gəlini evə gətirəndə ayağına qurban kəsərdilər. Qaynana, gəlin və bəy mehriban olsun deyə bir – birinə bal verirlər. Gəlinin qucağına oğlan uşağı qoyardılar ki, gəlin oğullu – qızlı olsun.

Qırğıllı kənd(Yuxarı Talakənd ərazi nümayyəndəliyi) adət - ənənələri. Azərbaycan tarixi uzaq keçmişlərə gedib çıxır. Azərbaycanlıların məişətində və həyat tərzində müxtəlif dövrlərin ideologiyası ilə bağlı müxtəlif adət - ənənələr öz əksini tapmışdır. Dövlətimiz nə qədər müasirləşsədə öz keçmiş adətlərini qoruyub saxlamışdır və bunları yeni gələn nəsillərə aşılamaqdadır. Rayonumuzun hər bir kəndi öz adət ənənələrinə görə bir - birindən fərqlənirlər.Bizim kəndimizdə keçmişdən indiyədək qoruyub saxladığı müxtəlif adətləri vardır. Elimizin obamızın ən gözəl adətlərindən biri də toydur. Bu adətdə xonçalar tutulur, gəlini aparmağa gəldikdə qapı tutulur, gəlini ər evinə qədəm qoyduqda başına pul və şirniyyat tökülür.

Körpənin dünyaya gəlməsi hər bir ailəyə xoşbəxtlik gətirir. Yaxın qohumlar çağrılır, uşaq beşiyə qoyulur və sədəqə verilir.

Kəndimizin gözəl adətlərindən biridə hədik xörəyinin bişirilməsidir. Bu xörək bişirilir və qonşulara paylanılır. Yayda çox quraqlıq olduqda kənd sakinləri yığışaraq maxara bişirilir və hamı bu mərasimdə iştirak edir. Kəndimizin adətlərindən biri də qızlar və oğlanlar hər hansı bir bayramlarda, əsgər getdikdə və qayıtdıqda bir yerə yığışarlar, çalıb oynayarlar.

Oruc bayramı xalqımızın ən müqəddəs bayramlarından biridir. Bir ay oruc tutduqdan sonra kəndin uşaqları ev – ev gəzib şirniyyat yığırlar. Sonrakı gün kənd camaatı bir – birilərinə qonaq gedirlər və bayramlarını təbrik edirlər. Hər bir evdə şirniyyat və xörək süfrəsi açılır. Qurban bayramında da bu adətlər təkrar olunur və qurbanlar kəsilir. Yas mərasimlərində də kənd sakinləri yaxından iştirak edir. Ev yiyələrinə maddi və mənəvi dəstək olurlar.

Bütün bu adətlər qorunub saxlanılır və nəsildən – nəsillərə ötürülməkdədir.

Yuxarı Çardaxlar kəndinin adət ənənələri

Kəndimiz Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir. O, qızılgüllər diyarı, gözəlliklər məskəni Zaqatalanın bir hissəsidir. Zaqatala dedikdə ilk növbədə onlarla müxtəlif millətin bir arada yaşadığı məkan göz önünə gəlir. Sanki göy qurşağının rəngləridi. Avar, Saxur, Azərbaycanlı, Gürcü, İngiloy, Rus, Tatar, Darğın.... Heç kimin ağlına da gəlmir ki, kimisə mənsub olduğu dinə, millətinə görə gözüm çıxdıya salsın.

Bu cəhətdən xalqımızın adət ənənələri də maraqlıdır.

Toy adətləri

Toy adətləri əsrlərdən bəri nəsildən – nəslə keçirilir. Elçi getməkdən başlayaraq toya qədər bütün adətləri özünə məxsusluğu ilə seçilir. Toy adəti dedikdə xeyli vaxtdır saray toyları dəbə düşüb. Əvvəllər həyət toyları daha maraqlı, daha cazibədar olurdu.

Əvvəllər toylar 3 gün olurdu. Birinci gün parça biçdi, ikinci gün toy olar, nəhayət üçüncü gün üz açdı günü olardı. Parça biçdi oğlan evindən qız evinə gələn bütün hədiyyələr ortalığa tökülər, bir birinə fikirlərini bildirər, kiçik olsa qız toyunu edərdilər. Onu da deyək ki qız toyları çox sadə keçirilərdi.Üz açdı günü yenə qohumlar yığışır, bəylə gəlini bir daha təbrik edir. Bizdə də müxtəlif millətlərin toy adətlərinin ən xoşagələni götürə – götürə çox dəyişikliklərə uğrayıb.

Kəndimizin yas mərasimləri

Xalqımızın özünəməxsus yas adətləri var. Əvəllər bu bizdə çox ağır idi. Yas düşən günü ehsan verilməsi, 40 gün ərzində səhər – axşam qəbirüstə getmək, 3 gün mollanın qəbristanlıqda quran oxuması son illərə qədər olurdu. Son illər yas adətlərinin bir qədər yüngülləşdirilməsi həyata keçirilib. Artıq əksər yerlərdə yas adətləri təxminən eynidir. Yalnız hər bölgənin özünə məxsus adətləri qalıb. Başqa yerlərdə üçü, yeddisi, qırxı verilirsə bizdə hər cümə axşamı qəbir üstünə gedilir, dualar oxunur.


Mətbəx xüsusiyyətləri

Xalqımızın özünə məxsus mətbəxi var. Mətbəximizdə xəmir xörəkləri üstünlük təşkil edir. Xəngəl, qutab, buğ xəngəli, sürhüllü, maxara sırf bizim milli xörəklərimizdir.

Qışda ət qurudulur, adları çəkilən xörəklərin əksəriyyəti quru ətlə bişirilir. Mətbəximizdə plov, dolma, katlet, sous və s. yeməklərində öz yeri var.


Yüklə 316,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə