Azərbaycan Respublikası MƏDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 316,51 Kb.
səhifə3/4
tarix26.09.2017
ölçüsü316,51 Kb.
#2255
1   2   3   4

Milli geyimlər

Xalqımızın tarixən milli geyimləri var. Conqaltı ətək, bəzəkli arxalıq, kələğayı bizim milli geyimlərimizdəndir.


Yuxarı Çardaxlar kənd filial kitabxanası

Kəndimizin adət ənənələri

Kəndimiz Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir. O, qızılgüllər diyarı, gözəlliklər məskəni Zaqatalanın bir hissəsidir. Zaqatala ilk növbədə onlarla müxtəlif millətin bir arada yaşadığı məkan göz önünə gəlir. Sanki göy qurşağının rəngləridi. Bu müxtəliflik biri olmasa yarımçıqlıq yaranar. Avar, Saxur, Azərbaycanlı, Gürcü, İngiloy, Rus, Tatar, Darğın.... Heç kimin ağlına da gəlmir ki, kimisə mənsub olduğu dinə, millətinə görə gözümçıxdıya salsın.

Bu cəhətdən xalqımızın adət ənənələri də maraqlıdır.
Toy adətləri

Toy adətləri əsrlərdən bəri nəsildən – nəslə keçirilir. Elçi getməkdən başlayaraq toya qədər bütün adətləri özünə məxsusluğu ilə seçilir. Toy adəti dedikdə xeyli vaxtdır saray toyları dəbə düşüb. Əvvəllər həyət toyları daha maraqlı, daha cazibədar olurdu.

Əvvəllər toylar 3 gün olurdu. Birinci gün parça biçdi, ikinci gün toy olar, nəhayət üçüncü gün üz açdı günü olardı. Parça biçdi oğlan evindən qız evinə gələn bütün hədiyyələr ortalığa tökülər, bir birinə fikirlərini bildirər, kiçik olsa qız toyunu edərdilər. Onu da deyək ki qız toyları çox sadə keçirilərdi.

Üz açdı günü yenə qohumlar yığışır, bəylə gəlini bir daha təbrik edir. Bizdə də müxtəlif millətlərin toy adətlərinin ən xoşagələni götürə – götürə çox dəyişikliklərə uğrayıb.




Kəndimizin yas mərasimləri

Xalqımızın özünəməxsus yas adətləri var. Əvəllər bu bizdə çox ağır idi. Yas düşən günü ehsan verilməsi, 40 gün ərzində səhər – axşam qəbirüstə getmək, 3 gün mollanın qəbristanlıqda quran oxuması son illərə qədər olurdu. Son illər yas adətlərinin bir qədər yüngülləşdirilməsi həyata keçirilib. Artıq əksər yerlərdə yas adətləri təxminən eynidir. Yalnız hər bölgənin özünə məxsus adətləri qalıb. Başqa yerlərdə üçü, yeddisi, qırxı verilirsə bizdə hər cümə axşamı qəbir üstünə gedilir, dualar oxunur.



Mətbəx xüsusiyyətləri

Xalqımızın özünə məxsus mətbəxi var. Mətbəximizdə xəmir xörəkləri üstünlük təşkil edir. Xəngəl, qutab, buğ xəngəli, sürhüllü, maxara sırf bizim milli xörəklərimizdir.

Qışda ət qurudulur, adları çəkilən xörəklərin əksəriyyəti quru ətlə bişirilir. Mətbəximizdə plov, dolma, katlet, sous və s. yeməklərində öz yeri var.
Milli geyimlər

Xalqımızın tarixən milli geyimləri var. Conqaltı ətək, bəzəkli arxalıq, kələğayı bizim milli geyimlərimizdəndir.




Mamrux kəndində yaşanan adət və ənənələr

Adət və ənənələr xalqın təkcə şəxsi, ailə - məişət fəaliyyəti sahələrinin deyil, həm də sosial fəallığının artırılmasının, ictimai münasibətlərin daha inkişafı və elmi dünyagörüşünün formalaşmasının əsas amillərindən biridir. Adət və ənənələr, bayram və mərasimlər mədəniyyətin həm qədim, həm də tez - tez təkrar olunan ünsürləridir.

Ənənə adətin bir növüdür. Ənənə spesifik ictimai həyat hadisələrindən biri olub,müəyyən ictimai–tarixi şəraitin məhsulu kimi meydana çıxır. Adət və ənələr həyatın tələblərinə, sorğularına cavab kimi yaranır və cəmiyyətin mənəvi həyatının bir hissəsini təşkil edir, fəal həyata təsir göstərir. Adət anlayışına müxtəlif tarixi mərhələlərdə adamlar arasında sabitləşmiş nəsildən nəsilə keçən və ictimai rəy gücünə qorunub saxlanan davranış qaydaları, vərdiş nəticəsində həyata keçirilən hərəkətlər daxildir. Adətlər uzun tarixi yol keçərək ənənəyə çevrilir və xalqın gündəlik həyatlarında məişətində özlərini əks elətdirir. Mamrux kəndinin özünəməxsus adət-ənənələri vardır.Toylar, yaslar, mərasimlər Mamrux kəndində yaşayan etnik tərkib saxurların məişətini ,gündəlik yaşamını əks etdirir. Zaqatalanın etnik xalqlarından saxurlar əsasən Mamrux, Gözbarax, Dağlı, Suvagil ,Muxax,Tala kəndlərinin dağ hissəsində , Ələsgər ,Sabunçu kəndlərində yaşayır. Milliyəti eyni olsa da saxurların öz aralarında aksent fərqləri və adətlərində cüzi müxtəliflik vardır.

Mamruxda yaşayan saxurlarda ailə , ağsaqqal anlayışı əsas təşkil edir. Evi ağsaqqal, ailə başçısı idarə edir.Qohumlar və qonşular arasında əlaqələri, münasibətləri evin nəslin böyükləri müəyyənləşdirir. Bir sözlə qaydaları evin böyüyü qəbul edir.Hamı ona tabedir. Mamruxda toylardakı bütün mərhələrdə aqsaqqal evin , nəslin yaşlı nümayəndəsi rəhbərlik edir. Bəzən evdə yaşlı adam yoxdursa nəsildə olan digər şəxsə əmiyə ,dayıya nəslin ən yaşlı adamına müraciət olur.Evlilik mərasimlərindən elçilikdən toyun sonuna kimi bütün işlərdə həmin adam rəhbərlik edir.Eyni zamanda nəslin yaslarında və mərasimlərinədə o rəhbərlik edir. Mamruxda toyun ən əvvəlki mərhələsi elçilik olur .Ardınca nişan və nəhayət toy təyin olunur. Toyun başlanmasına 5 gün qalmış kəbinkəsmə mərasimi keçirilir. Kəbin kəsilən zaman hardasa50- yə yaxın yaşlı adamın iştirakı və kənd mollasının iştirakı ilə mərasim keçirilir.Bəy və qiz tərəfin vəkili camaatın qarşısında bir sıra şərtləri qəbul etdiklərini bəyan edirlər.Kəbin kənd ağsaqqallarının şahidliyi əsasında kəsilir. Kəbin kəsilən zaman şirinlik halvası çalınır və hamıya paylanır. Dualar oxunur. Təzə evlənən cütlüyə hamı dua edir. Mamrux toylarını digər kəndlərdən fərqləndirən xüsusiyyətin bir idə toyun əsas günündə gəlin gətirməzdən əvvəl qadınlar tərəfindən təşkil olunan bəy oturdu adətidir. Bu adətin bir başqa forması eyni formada digər rayonlarda da rast gəlinir.

Saxurlar gəlin gətirdiyi zaman bəyin sağdış və soldışı ilə bəy tüfəng atırlar. Bu adətin mənası bəd ruhların pisliklərin, şərlərin yurddan uzaqlaşdırılmasıdır. Gəlinin ayağı altına isə boşqab qoyur və gəlin bu boşqabı sındırmalıdır. Sanki ocağa təzə gələn gəlin gücünü nümayiş etdirir. Bu adət demək olar ki, bütün xalqlarda vardır. Saxurların daha bir adəti isə “bəy oturdu” adlanır. Bu adət əsasən bölgənin Mamrux, Gözbarax, Muxax kəndlərində qeyd olunur. Bəy oturdu adətini gəlini gətirməzdən əvvəl keçirirlər. Bu zaman evin ən böyük otaqlarından bəy və iki sağdışı dayanırlar.Nağara və zurnanın müşayiəti ilə tədbirə start verilir.Burada toyun ən həssas məqamı qonaqların ardıcıl şəkildə bəyi təbrik etməsidir.Ən əvvəl ana və ya nənələr heç biri yoxdursa bacı ,xala onlar da yoxdursa evin böyük gəlini bəyin boynuna kəlağayı salır. (Kəlağayı ağ və ya qırmızı ola bilər) .Burada təsirli olan ağlayanların və gülənlərin ,sevənlərin bir yerdə bir məclisdə olmasıdır. El arasında təsadüfi deyilki, bir ana haqqında vaxtsız ölümü qeyd olunarkən “Yazıq oğlunun boynuna kəlağayı salmadan getdi” ifadəsi işlənir.Bəyin boynuna kəlağayı salmaq cibinə pul qoymaq atanın ,ananın ,bacının müqəddəs arzularından muradlarından sayılır.Bunun əksi olan qarğışlarda bəzi pis insanlar arasında işlənməkdədir. Bu tədbir hardasa 15-20 dəqiqə çəkir.Ardınca gəlin gətirmə mərasimi başlanır. Gəlin gətirməyə oğlan evindən 15-20 adam gedir.Dəstəyə yenə də ağsaqqallar və ağbirçəklər başçılıq edir.Bu işdə xüsusi bacarıq nümayiş etdirən təcrübəli xalalar , nənələr vardır. Gəlin gətirilən zaman bəzi adətlər vardır ki bu cür sıralamaq olar.Gəlin evinin adamları “doqqaz tutdu ” adətini keçirirlər. Oğlan evinin adamları qız evinin adamına xələt verib qapıları açırlar.Burada qapının açılmasını kişilər həyata keçirir. Gəlin otağının qapısını isə qızlar gəlinin rəfiqələri tutur.Burada da xələt verilir gəlin otağının qapısı açılır.Bəyin qardaşı gəlinin belinə lenti bağlayır. Gəlinlə vidalaşma mərasimi həyata keçirilir.Burada da toyun ən həssas yeridir.Ürəyi zəif analar, xalalar bacılar bu ayrılığa müxtəlif reaksiya verirlər.Kimisi ağlayır, kimisi köks ötürür, anası olmayanlar isə daha çox təsirli olurlar.Gəlin evdən çıxan zaman onu babası, dayısı , əmisi, böyük qardaşı yola salır maşının yanına kimi (bəzən atın) aparır, bir anlığa hamı susur. Ata evindən çıxan gəlinin “cilovdar” deyilir. Gəlin keçmişdə at ilə aparıldığından atın cilovunu tutan adama cilovdar deyilir. Gəlin atlanan kimi oğlan evinin adamlarından biri qaçaraq gəlib bəydən ardınca xoşbəxtliyin rəmzi hesab edilən çıraq aparılırdı. ardınca xoşbəxtliyin rəmzi hesab edilən çıraq aparılırdı.

Ardınca xoşbəxtliyin rəmzi hesab edilən çıraq aparılırdı yola salınır.Gəlini ata evindən dayısı ana tərəfdən olan kişi qohumlarından biri ər evinə kimi müşaiyət edir.Bu adama muştulluq alır. Gəlini ata evindən iki yengə, bir güzgü aparan, bir də cilovdarla məsrəş (cehiz üstündə gedən) aparan müşayiət edir. Bunların hər biri müxtəlif mərhələlərdə nəmərlərini alaraq öz vəzifələrini bitirirlər.Toy daha sonra oğlan evində məclisdə davam etdiriilir. Burada da bir neçə xırda adət vardır ki gəlin oğlan evinə gətirilən zaman həyata keçirilir. Gəlin gətiriləndə oğlan evi onu qəbul edir.Qaynata cilovdara nəmər verib qapını açır.Gəlin yengələrin müşayiəti ilə evə aparılır . Pilləkəndə gəlini qaynana evin digər bunu əvəz edən adamı qarşılayır ,qaynananın əlində şirniyyat və xirda pulla dolu böşqab olur.Boşqabı gəlinin başı üzərindən tökür sonra boşqabı gəlinin ayaqları altına qoyur. Gəlin də boşqabı sındırır. Gəlin otağında hazırlanmış döşəkçənin üstündə yaşlı arvadlardan biri oturub durmaq istəmir.Gəlin ona da nəmər verib öz yolunu açır.Oturan kimi qucağına oğlan uşağı verirlər oğullu qızlı övladlı olsun mənasını verir. Toy məclisdə davam etdirilir. Toyun səhərisi “üz açdı ” mərasimi olur.Gəlinin təbrikinə bütün qohumlar yığışır. Burada da bəy bir müddət atadan uzaq gəzir , cavanların əhatəsində olur .Burada abır- həya, ismət məsələsi var.Evin böyüyünə hörmət, etiram vardır. Üç gün sonra gəlini suya aparırlar. Burada da əsasən arvadlar bunu həyata keçirirlər.Təzə gəlin obanın qızları ilə birlikdə bulağa aparılır.Beləliklə gəlin camaat,ictimaiyyət arasına çıxır.



Yas mərasimləri

Yaslar hər kəndin öz adətlərinə uyğun aparılır. Burada hər nə qədər bölgə qazılığı bu işləri səliqəyə salmağa çalışsada xalqı oturuşmuş adətdən ayırmaq bir qədər müşkül məsələrdəndir. Bölgədə yas 40 gün aparılır. Bəzi kəndlərdə 52 adlı daha bir mərasim də vardır ki, bunun mənası dəfnin 52 - ci gecəsinin ibadətlə keçirilməsidir. Bölgədəki yas adətlərindən digəri ancaq bu bölgəyə məxsus “Qulfu çıxma” ”Quran”dan surələrin oxunması adətidir.

Bu adət ancaq Zaqatala - Balakən bölgəsində və Dağıstanda qeyd olunur. Bu da yəqin ki, təriqət şeyxlərindən gəlmə bir adətdir. Bu adətə görə səhər axşam qəbri müəyyən müddətə ziyarət etməkdir. Müddət isə bəzi kəndlərə və camaatlığa görə dəyişir. Mamruxda müddət 3 gündür. Qəbirlərin üstünü

götürmək isə çox yayğın deyildir. Qəbirstanlıqdan odun doğramaq və buradan nəsə bir şey götürüb yandırmaq yasaqdır. Nə qədər qocalmış və qurumuş ağaclar olsa da bu ağacların doğranması istifadəsi yolverilməzdir. Qəbirstanlıq təmizlənir ancaq bu zaman hərəkətə mane olan kol - koslar aradan götürülür.



Əsgərliyə yola salma

Bölgədə əsgər yola salma mərasimləri də əhalinin ən çox toplaşdığı bir araya gəldiyi mərasimlərdəndir. Xalqlar bu mərasimi də çox təmtəraqlı şəkildə qeyd edir. Vətənin müdafiəsində durmaq şərəfli bir borc kimi hər kəs tərəfindən qəbul edilir. Əsgərə gedən şəxs bütün kənd camaatı, qohum-əqrəba ilə salamatlaşır. Bu zaman qonaqlıq verilir. Burada da dini elementlər çoxdur. Əsgərliyə gedən şəxsin İslamın müqəddəs kitabı olan Qurani-Kərimin altından keçirilir.Yola salınan adamın adına üçkünc duanın yazılması və onun boynundan asılması kimi adət vardır.İnanca görə bu dua adamı bütün pisliklərdən qoruyur, müdafiə edir.Bu dua əsgərə ruh yüksəkliyi və inam verir onu Allaha ismarlayır.

Bu mərasimlər zamanı yığılan yaxın adamlar ana ataya təsəlli verir, ona bu şərəfli gün münasibətilə xeyir dua verirlər.

Ayrılığın uzun çəkməyəcəyini ,oğlunun kişilik borcunu verib qayıdacağını deyirlər. Gəncin sağ-salamat gedib qayıtmasını diləyirlər. Daha bir dini element isə “mövlüd” oxutmadır. Mövlüd dindar şəxslər tərəfindən oxunur. Mövlüd peyğəmbərin ad günü deməkdir. Mövlüd həm əsgərlikdən əvvəl həm də əsgərlikdən sonra oxunur. Əsgər sağ-salamat qayıtdıqda yenidən mövlüd oxunur. Bu zaman mövlüd məclisinə kəsilən heyvanın əti müqəddəs sayılır. Bu ət yeyilən zaman içkidən istifadə etmək olmaz. İslamın qanunlarına hörmət xalq arasında çox genişdir. Bölgədə mövlüd mərasimi kiminsə ailəsinə bir xoşbxtlik üz verdiyi zaman qurulan şadlıq məclisdir. Burada xidmət edən hər kəs burada bişirilən yeməyin sədəqə olduğunu və sırf Allahın rizasının qazanmaq olduğuna ürəkdən inanaraq iştirak edirlər.

Mövlüd üçün kəsilən heyvanın ətindən içki məclisində istifadə olunmaz.. Mövlüd oxudan şəxs bir müddət evində içkinin içilməsinə yol vermir.Mövlüd mərasimi üçün alınan ərzaq son tikəsinə qədər paylanır və sədəqə olaraq ehtiyacı olanlara verilir. Bir sözlə mövlüd mərasimi uzun müddət dini bir ab-havanın mənəvi saflığın yaşanmasına yol açan bir ibadət və məclisdir.

Nəticə olaraq onu demək olar bölgənin əsgər yola salma adətləri ilə digər bölgələrin adətləri arasında elə bir ciddi fərq yoxdur. Fərq bircə mövlüd oxunmasıdır. Bunu da ən çox edənlər yenə də bölgənin ən çox dinə bağlı hissəsində yaşayan müsəlmanlardır.

Bölgə xalqlarının özlərinə məxsus adları vardır. Adlar əsasən gündəlik həyatdan götürülür. İslam dini uşaqlara gözəl adlar qoymağı tövsiyyə etmişdir.

Əbu-Dəryadan gələn rəvayətə əsasən: Rəsulullah (s.ə.s ) buyurdu ki: "Sizlər qıyamət günü isimlərinizlə və atalarınızın isimləriylə çağırılacaqsınız elə isə gözəl adlar qoyun"1

Hər bir xalqın ad qoyma zamanı müraciət etdiyi sahələr müxtəlifdir. Saxurlar adları qoyarkən əsasən nəsil şəcərəsinə üstünlük verirlər. Bu da yenə kənddən-kəndə dəyişir. Saxurların yaşadıqları Mamrux, Sabunçu, Ələsgər kəndlərində bu ad qoyma növü olsa da Suvagil və Gözbarax kəndlərində başqa cürdür. Suvagil saxurları daha çox müasir adların qoyulmasına üstünlük verirlər. Suvagil kəndində qızlara Roza, Valentina, Larisa, Emilya, Mariana, Mariya kimi rus adları qoyulur. Oğlanlara isə Andrey, Roman, Mamed kimi əcnəbi adları da qoyulur. Suvagil bölgənin ən müasir kəndlərindən biridir. Bu kənddə din çox zəifdir. Qanuna hörmət edən və düzgünlüyü sevən bir kənd kimi bölgədə ad çıxartmışdır. Suvagildə qeyri müsəlman adlarından başqa müsəlman adları da qoyulur. İbrahim, Ramazan, Məhəmməd, Dibir, adları da qoyulur. Saxurlarda Dibir adı çox qoyulur. Kənd imamına Dibir də deyirlər. Mamrux kəndində insanların hər zaman üz tutduqları bir ziyarət “Dibir Məmməd baba” ziyarətgahı adlanır. Suvagildə Qızxanım, Narxanım, Quleysa, Firana, Filman, Əlvan, Seyran, kimi adlar da qoyulur. Saxurlar nəsil adlarını çox müraciət edirlər. Suvagildə atasının babasının, dayısının və yaxud digər qohumunun adı qoyulmayıbsa həmin ad qoyulur. Saxur adlarından elələri vardır ki, onların mənaları hələ də açıqlanmır. Məsələn saxurlarda olan Neneç adının heç bir mənası yoxdur. Həm saxurlarda həm də avarlarda rast gəlinən Zetov adı da bu qəbildəndir. Avarlarda isə adlar əsasən dindən götürülür. Birdə avarların adqoyma zamanı ən çox müraciət etdiyi ad isə tarixi qəhrəman, Dağıstan xalqlarının milli azadlıq hərəkatının qəhrəmanı, olan İmam Şamilin adıdır. Demək olar ki,bölgədə kəndindən asılı olmayaraq bütün avar kəndlərində Şamil və Hacı Murad, Murad adlarına rast gəlmək mümkündür. Hətta bu qəhrəmana olan sevgi və məhəbbət digər xalqlara da sirayət etmişdir. Saxurlar və bölgədəki digər millətlər də bu adlara müraciət edirlər.

Bundan başqa avar və saxur adlarında xüsusən də qız adlarında sonunda “at” və “ət” şəkilçisi əlavə olunan Azərbaycan və ərəb adlarına təsadüf edilir. Məsələn: Carıyat, Cavharat, Şümeysat, Taybat, Xatimat, Huruney, Ayşat, Havvaminə, Patimat, Zahidat , Hamzat, Meysarat, Ruqiyyat kimi adlar. Bəzi kişi adları da vardır ki, onların mənası o qədər anlaşılmır. Məsələn: Tinov, Asvar, Cücüy, Xiniy, Hudul, Mazan, Muhuma və s

Zaqatalanın Muxax və Mamrux kəndlərində hər 5-6 evdən birində Məhəmməd adı vardır. Bu da camaatın hz. Peyğəmbərə olan sevgisini ifadə edir. Məhəmməd adının bir neçə forması vardır ki, bölgədə eləcə də digər yerlərdə müraciət olunur. Məhəmməd bəzən Mamed, Maqa, Mahan, Muhuma kimi də tələffüz olunur. Əslində Məmməd adının kökü də Məhəmməd sayılır. Məhəmməd adının qabağına və arxasına Nur, Şıx, Qurban, Pir, Gül, Əli, Zakir, Şakir, Əmin kimi sözlər əlavə olunaraq yeni adlar yaradılır. Məhəmməd adına olan hörmətdən dolayı bəzən bu adı daşıyanlara ağır söz demirlər, onun adının qabağına ləqəb qoşmurlar, bu adı daşıyan adamların spirtli içki içməsi yaxşı qarşılanmır. Bölgədəki şeyxlərin, din adamlarının əksəriyyətinin adlarına nəzər saldıqda bir tərəfində Məhəmməd adını görə bilirik. Məsələn Məhəmmədrəsul, Məhəmməd - Zakir, Məhəmməd - Şakir, Hur - Məhəmməd,. Məhəmməd adından başqa Mamruxda daha çox rast gəlinən adlardan misal olaraq Fatma, Fatiymat, Fatmay, Fatimə, (əsl ad Fatma .Hz Məhəmmədinin qızının adına hörmət və etiram olaraq bu ad çox qoyulur) Cuma, Muminat, Xaccey, Hacı, İsa, Pirdovus, Məryəm kimi dini adları göstərmək olar.Kəndin əsas bayramlarından QurbanRamazan bayramları özünəməxsus şəkildə qeyd olunur.Bayram günü Mamrux kəndində bütün evlərdə çoxlu yeməklər və aş bişirilir. Hamı böyük - kiçik dəstə-dəstə bütün kəndi gəzməlidir. Hər kəs öz yaşına uyğun yoldaş tapır və bu əziz bayramı onunla bir yerdə gəzirlər. Kənd cavanları bir meydana yığışaraq yumurta döyüşdürürlər. Ağsaqqallar və orta yaşlılar isə daha çox xəstə ziyarəti ilə məşğul olurlar. Bayram süfrəsi hər cür nemətlərlə dolu olur. Bu bayramda spirtli içki içilmir. Bayramın əvvəlki günü “Böyük gecə” adlandırılır.

Bayramın əvvəlki günü kişilər qəbirstanlığa “Qulfu”ya gedirlər. Hər bir müsəlman öz yaxınının qəbri başında dayanır ona rəhmət oxuyaraq Allahdan onun günahlarının bağışlanmasını diləyir. Bu adətlər artıq bütün bölgəyə məxsusdur. Bayramın ertəsi isə qadınlar qəbirstanlığa gedir.onlar da eyni ilə əzizlərinin ruhuna “Yasin” oxutdurur sədəqə paylayırlar.

Qurban bayramının gecəsini gənclər əsasən oğlanlar başqa cür qeyd edirlər. Üzlərinə maska taxaraq qapı-qapı düşüb bayram payı yığırlar. Azərbaycanın digər bölgələrində bu adəti Novruz bayramında keçirirlər. Qurban bayramında küsülülər barışırlar. Müsəlmanların bəziləri isə gələcək qudasına (gəlinə) bayram payı aparırlar.

Mamrux kənd kitabxanaçın kitabxanaçısı : Cəlal Davudov



MUXAX KƏNDİ

Muxax kəndində 60 – 80 – cı illərdə toy, yas və Novruz bayramı mərasimlərinin keçirilməsi haqqında məlumat.

1.Toy mərasimi haqqında – Oğlan toyu.Muxax kəndində bu illər ərzində toylar 4 – 5 gün davam edirdi. 1 – ci 2 – ci gün düyü halvası bişirilib qonum – qonşuya, toya gələnlərə verərdilər. 3 – cü gün parça biçməyə, 30 – 40 nəfər qadın qız tərəfə gedərdi, yeyib – içib gəlinə alınmış qızılları, parçanı oraya yığışmış adamlara bir bir göstərirlər, bununla məclis sona catır. Sonrakı gün xına aparıb qızlar, gəlinlər qız evinə gedərdilər. 4 – 5 nəfər qız tərəfdən, 4 – 5 nəfər oğlan tərəfdən Salam - əlik oynayardılar.

Hay yeri hamam yeri,

Sən boyda sari

Qızılgül xırmanda

İtirdin narı,

İtirdim nari

Salam əlik, Salam əlik,

Gəl bura mahnı deyək,

Salam əlik, salam əlik,

Limonu soyub yeyək

Salam əlik, salam əlik.

Bizə hamısı birdir,

Sizə hansından deyək,

Salam əlik, salam əlik.

Ocaq qırağı maşa,

Mənə gəlir tamaşa,

Yad yerə gedən bacım,

Allah aparsın başa.

Salam əlik, salam əlik.

Hamam çoxdur nənəcan,

Su soyuqdur nənəcan,

Yaylığım yoxdur nənəcan ,

Nənə sənə qurban olsun,

Nə yalvarırsan nənəyə,

Oğlan gedibdir bazara,

Yaylıq alıb göndərəcək,

Yengəyə verib göndərəcək,

Salam əlik, salam əlik.

Beləliklə qızın nəyə ehtiyacı varsa jaket, ayaqqabı, paltar və s. oğlan tərəfdən istəyir.Sonrakı gün toy günü olurdu.Toy nağara – zurna ilə müşayət olunurdu. ( Çox toylarda heç çalğıda olmazdı). Sonrakı gün üzaçdı olurdu. Üzaçdı günü somavar qaynadılır ,təbrikə gələnlərin hamısına gəlin somavardan çay tökür bu zaman hər kəs gəlinə pul verir, yeyib içib gedirdilər. Toyda yalnız şorba – çörək olurdu. Qız toylarında ümumiyyətlə çalğı olmazdı.İndi isə toylar şadlıq sarayında təmtəraqlı keçirilir, iki – üç gün ərzində toy başa çatır.İndidə Muxax kəndində üzaçdı var.

2.Yas mərasimi haqqında.

Həmin illər kənddə ölü sahibi ölünü basdırıb qərstanlıqdan gələndə qohum – qonşuya bir çörək üstündə bir parça ət paylıyardı.1970 – ci illərdə çörəklə ət pulla əvəz olundu.Ölü sahibi qəbirstanlıqda bir – iki manat pul paylayardı.Son illər bu adət də aradan götürüldü. Keçmişdə qohum – qardaş ölü evinə xörək bişirib aparardı ki, ev sahibi xörək bişirməsin. İndi o adət də yoxdur.Yas həftənin 3 – 4 – cü günləri keçirilir, sonra qırx olurdu. Qırxa gedən qadınlar içində halva çörək, konfet, peçenie və s. olan sumka götürürdü. Sonra onu ortaya töküb hamıya paylayardılar.Son illər o adətdə aradan götürüldü. Yasda yalnız şorba - çörək verərdilər. Son illər yalnız həftənin 4 – cü günü (cümə axşamı) keçirilir, sonra qırx olur süfrə də təm – təraxlı olur. Yas yerinə gedənlər imkan daxilində pul verir ( 3 – 5 man arası).

3.Novruz bayramı haqqında

1960- 1970 – ci illər ərzində demək olar ki, Novruz bayramı keçirilmirdi.Mərhum Ş. Qurbanovun təşəbbüsü ilə 1967- ci il də Novruz bayramı Respublika səviyyəsində təntənəli sürətdə keçirildi. O, cümlədən bizim rayonda, kənddə də çox maraqlı keçirilirdi. Qala düzündə ( indiki Heydər əliyev adına

Mədəniyyət və istirahət parkı) çox geniş təmtəraqlı şəkildə Novruz bayramı keçirildi.

Mən 9 – cu sinifdə oxuyurdum, məktəbdən 15 – 20 nəfər şagirdi milli geyimdə , belimizdə tavat kəmər( gümüşdən), başımıza kəlağayı bağlayıb Novruz bayramına aparmışdılar.Sonra yenə Novruz bayramı keçirilmədi. Ancaq kənddə hər oba yığılıb,kimin gücü nəyə çatırsa, düyü, ət lobya, yumura, yağ və s. ərzaq aparıb yeyib içərdilər. Son illərədək belə keçirilirdi. Son zamanlar Dövlət səviyyəsində keçirildiyinə görə küçə - küçə keçirilmir rayonda, kənddə bir gün şənlik keçirilir.

Muxax kənd 2 saylı kitabxanan müdiri Səlhət Qurbanova .

Gözbarax kəndinin milli adət- ənənələri
Gözbarax kəndinin əhalisi türk soy qrupuna daxil olan zaxor mənşəli xalqdır.Türk soy qurupuna daxil olan zaxor xalqı adətən böyük Qafqaz dağlarının ətəklərində məskən salmışlar. Əvəllər dağ ətəklərində yaşayan bu xalqlar 1960 – cı illərdən sonra Azərbaycanın Nazirlər sovetinin qərarı ilə aşağıya yəni arana köçürülüb.Hal - hazırda zaxorlar Azərbaycanın Şimal – qərb zonası sayılan Zaqatala rayonunun Əlibayramlı , Suvagil, Gözbarax, Mamrux, Ələsgər kəndlərində yaşayırlar. Əsas məşğulliyyətləri maldarlıq və əkinçilikdir. Qoyunçuluqla daha çox məşğul olduqları üçün bu xalqlar toxuculuğa, xalçaçılığa daha çox maraq göstərirlər. Zaxor xalqının adət - ənənələlərinə gəldikdə evdə böyük kimi kişi sayılır. Kişi evə gələrkən hamı hörmət əlaməti olaraq ayağa qalxır. Ona yer göstərərdilər. Evin o biri üzvləri sonra hərə öz yerində oturardı. Evin böyüyü gələndən sonra hamı süfrə başına yığılaraq yemək süfrəsi açılar, bir yerdə oturub yemək yeyərlər. Bu xalqın qadınlarıda kişilərlə eyni hüquqa malikdirlər. Yəni onlarda kişilərlə bərabər iştimai işdə, dövlət işində, təsərrüfatla işləyə bilərlər. Qadınlarımız xalçaçılıq sənətinə böyük maraq göstərirlər. Gündüzlər təsərrüfat işləriylə məşğul olduqları üçün, gecələr yun iməcilikləri təşkil edirdilər. Kimi yun darayaraq, kimisi ip əyirərək saəhərəcən mahnı oxuyaraq oturardılar. Zaxorların milli yeməkləri əsasən ətdən, süddən, ləpədən, undan, dağ otlarından bişirilən yeməklərdir. Bu xalqın insanları özlərinə qışa tədarük üçün bir neçə heyvan kəsər onu qurudardılar. Qış gələndə qurudulmuş ətdən sürhülü, cint, buğa qoyulmuş xəngəl, aş, qarğadalı unundan buğa qoyulmuş xəngəl bişirərdilər. Dağ otlarından qutab, qirs, süddən maxara,şordan qutab, ləpədən könbələr, akanqay bişirərdilər. Bu xalqların toy adət - ənənələrinə gəldikdə oğlanla qızın sözü eyni olmalıdır. Bununla bərabər ailələrin də məsləhəti olmalıdır.Öğlan qızı alarkən oğlan evindən qız evinə elçi gedərdilər.Hər iki ailənin məsləhəti olduqdan sonra toy günü təyin olunardı. Əvvəlcə qız toyu olur. Toyun əvvəli günü yaxın qohumlar hamı yığılaraq heyvan kəsilir. Həmin gecə ciyər qovurması bişirilir. Hamı süfrə başında yeyib – içib şənlənir. Sonrakı gün qız toyu olur. Toydan bir gün sonra oğlan toyu olur. Oğlan toyunda da eyni qayda ilə əvvəlki günü ki, kimi heyvanlar kəsilir. Gecə qohum –qonşular bir yerə yığılaraq ciyər qovurması bişirir səhərisi üçün dananın baş – ayağından xaş bişirirlər. Səhərisi xaş süfrəsi açılır. Oğlan toyunun ən əsas hissəsi bəyin durmasıdır

Toyun həmin hissəsində bəyin atası xonçada konfet, kişmiş, ləpəsinin üstündə kişi papağı musiqisinin müşayəti ilə bəyə yaxınlaşır bəyin başına papaq qoyulur. Sonra bəyə xələt verilir, bundan sonra bəyin ən yaxın adamları bəyə xələt verirlər. Kişilərdən sonra bəyin boynuna parçalar paylar salırlar. Daha sonra xeyir dua oxunur. Hamı tərəfində toyun ikinci hissəsində gəlin maşınları bəzədilir.Gəlini bəyin evinə gətirirlər. Gəlin evə gələndən sonra bəy gəlinin qabağına çıxır. Əlində tutduğu konfeti gəlinin başına tökür. Gəlin evə daxil olur, bəyin anası gəlini 3 dəfə lampa ətrafında fırladır. Sonra gəlinə, gəlin ilə gələn adamlara bal paylayırlar. Bundan sonra bəyin toyu olur. Beləliklə toy başa çatır.

Gözbarax 37 saylı kitabxana: Rəfiyeva S .


Yüklə 316,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə