Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
Xüsusi risk kateqoriyalarının müəyyən edilməsi 
9) Valyuta əməliyyatları.   
10) Xüsusi məqsədlər üçün istifadə edilən və ya konsentrasiya hesabları. 
11) Kredit fəaliyyətləri, xüsusilə də nağd pul girovu və bazar qiymətli kağızları ilə təmin edilmiş kreditlər. 
12) Qeyri-depozit hesabları üzrə xidmətlər (məsələn, depozit olmayan investisiya məhsulları və sığorta). Bu 
təlimatlardakı geniş bölmələrdə yuxarıda göstərilmiş xüsusi məhsul və xidmətlər müzakirə edilir.   
Müştərilər və Şirkətlər   
 
İstənilən  növ  hesabın  çirkli  pulların  yuyulmasına  və  ya  terorizmin  maliyyələşdirilməsinə  potensial  hesas 
olduğuna baxmayaraq, müəyyən müştərilər və şirkətlər fəaliyyətlərinin xüsusiyyətinə, məşğuliyyətinə və ya 
nəzərdə tutulmuş əməliyyatlarına görə xüsusi risk təşkil edə bilər. Risklərin qiymətləndirilməsi prosesinin bu 
mərhələsində,  bankların  müəyyən  müştəri  kateqoriyasına  aid  olan  müştəriləri  eyni  risk  səviyyəsinə  malik 
olduğunu  düşünməməsi  və  bu  cür  münasibət  bəsləməsi  vacibdir.  Müştərinin  riskini  qiymətləndirdikdə, 
banklar  müştərinin  üstünlük  verdiyi  xidmətlər  və  coğrafi  istiqamətlər  kimi  digər  göstəriciləri  də  nəzərdən 
keçirməlidir.  Bu  təlimatlardakı  geniş  bölmələrdə  aşağıda  göstərilmiş  xüsusi  müştəri  və  şirkətlər  müzakirə 
edilir:   
1)  Xarici  maliyyə  təşkilatları,  o  cümlədən  banklar  və  xarici  pul  xidməti  təchizatçıları  (məsələn,  casas  de 
cambio, valyuta mübadiləsi, və pul köçürən təşkilatlar).   
 
2)  Bank  olmayan  maliyyə  təşkilatları  (məsələn,  pul  xidməti  göstərənlər,  kazino  və  kard  klubları,  qiymətli 
kağızlar üzrə brokerlər/dillerlər, qiymətli metallar, daşlar və əşyalar üzrə dillerlər).   
 
3)  Yüksək  vəzifəli  xarici  siyasi  fiqurlar  və  onların  yaxın  qohumları  və  aidiyyatı  şəxsləri  (ümumi  olaraq 
siyasətlə əlaqəli şəxslər kimi tanınır). 
 
4) Qeyri-rezident xarici şəxslər və onların hesabları. 
 
5) Xarici  şirkətlər  və  yerli  biznes  təşkilatları,  xüsusilə  də  ofşor  şirkətlər  (məsələn,  yüksək  riskli  coğrafi 
ərazilərdə yerləşən yerli şel/iftira şirkətlər və Özəl İnvestisiya Şirkətləri və beynəlxalq biznes təşkilatları). 
 
6) Depozitlər, xüsusilə də xarici depozitlər üzrə brokerlər. 
 
7)  Nağd  pul  intensivliyi  ilə  seçilən  bizneslər  (məsələn,  gündəlik  tələbat  dükanları,  restoranlar,  perakəndə 
şatış  dükanları,  spirtli  içki  dükanları,  siqaret  distributorları,  özəl  ATM-lər,  satış  aparatları,  avto 
dayanacaqlar).   
 
8) Qeyri-hökumət təşkilatları və xeyriyyə cəmiyyətləri (xarici və yerli). 
 
9) Peşəkar xidmət  təchizatçıları  (məsələn, hüquqşünaslar, mühasiblər, həmilər və  ya daşınmaz  əmlak üzrə 
brokerlər). 
 
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
Coğrafi yerləşmə   
 
Yüksək risk təşkil edən coğrafi ərazilərin müəyyən edilməsi bankın ÇPY üzrə uyğunluq proqramı üçün çox 
vacibdir.  Bəzi  banklar  müəyyən  coğrafi  ərazilərdə  fəaliyyətin  həyata  keçirilməsi,  həmin  ərazilərdən  olan 
müştərilər üçün hesabların açılması, və ya o ərizələri əhatə edən əməliyyatlara dəstəyin göstərilməsi ilə bağlı 
xüsusi riskləri başa düşməli və qiyməltəndirməlidirlər. Lakin, coğrafi risk özü-özlüyündə müştərinin və ya 
əməliyyatın risk səviyyəsini mütləq olaraq mənfi və ya müsbət şəkildə müəyyən etmir. 
   
Yüksək  riskli  coğrafi  ərazilər  beynəlxalq  və  ya  yerli  ola  bilər.  Yüksək  riskli  beynəlxalq  coğrafi  ərazilərə 
aşağıdakılar daxildir. 
 
1) Maliyyə Aktivlərinə Nəzarət İdarəsinin sanksiyalarının şamil edildiyi, o cümlədən terorizmin sponsorları 
olan ölkələr. 
 
2) BMT tərəfindən beynəlxalq terorizmin dəstəkləyiciləri kimi müəyyən edilmiş ölkələr. 
 
3) Çirkli pulların yuyulması baxımından ―əsas narahatçılıq yaradan‖ və MMX-nın xüsusi tədbirlərinin şamil 
edildiyi ölkələr/dövlətlər. 
 
4)  Çirkli  pulların  yuyulması  və  terorizmin  maliyyələşdirilməsi  ilə  mübarizədə  nöqsanlara/çatışmazlıqlara 
görə  Maliyyə  Tədbirləri  üzrə  İşçi  Qrupu  (FATF)  kimi  beynəlxalq  təşkilatlar  tərəfindən  nəzarət  olunan 
dövlətlər və ya ölkələr. 
 
5) Narkotiklərə Beynəlxalq Nəzarət Strategiyası  Hesabatında çirkli pulların  yuyulması ilə məşğul olan, və 
xüsusilə əsas narahatçılıq yaradan ölkələr və dövlətlər.   
 
6) Ofşor maliyyə mərkəzləri.   
 
7) Əvvəlki təcrübələrə və ya digər amillərə görə (məsələn, hüquqi baxımdan və ya korrupsiya ilə bağlı rəsmi 
bəyanatlarla bağlı) bank tərəfindən yüksək riskli hesab edilən ölkələr.   
 
Yüksək riskli yerli ərazilərə yüksək riskli coğrafi ərazilər kimi tanınmış ərazilərdə fəaliyyət göstərən və ya 
müştəriləri olan bank ofisləri daxildir, lakin onlarla məhdudlaşmır. 
Yüksək riskli yerli ərazilərə aşağıdakılar daxildir:   
 
1) Yüksək intensivliyi ilə seçilən narkotrafik əraziləri.   
 
2) Yüksək intensivliyi ilə seçilən maliyyə cinayətləri əraziləri.   
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
Xüsusi risk kateqoriyalarının təhlili 
Risklərin  qiymətləndirilməsi  prosesinin  ikinci  mərhələsi  ÇPY  riskini  daha  düzgün  qiymətləndirmək  üçün 
eyniləşdirmə  mərhələsində  əldə  edilən  məlumatın  ətraflı  təhlilindən  ibarətdir.  Bu  mərhələyə  Müştərinin 
Eyniləşdirilməsi Proqramı (MEP) və Müştərinin Araşdırılması (Due Dilligence) ilə bağlı bankın fəaliyyətinə 
aid məlumatın qiymətləndirilməsi daxildir (məsələn, yerli və xarici köçürmələrin; fərdi bank müştərilərinin, 
xarici  müxbir  hesabların;  ödəniş  üçün  vasitəçi  hesabların;  və  bankın  fəaliyyəti  ərazilərinin  və  müştəri 
əməliyyatlarının yerli və beynəlxalq coğrafi yerləşmələrinin sayı). Təhlilin dərəcəsi və dərinliyi banklar üzrə 
fərqlənə bilər. İstənilən məhsul növü və ya müştəri kateqoriyasında müxtəlif səviyyədə risklər daşıyan hesab 
sahiblərinin ola biləcəyini nəzərə alaraq, ətraflı təhlilin aparılması vacibdir. 
 
Risklərin  qiymətləndirilməsi  prosesinin  bu  mərhələsi  menecmentə  ümumi  riskləri  azaltmaq  məqsədilə 
müvafiq  siyasət,  prosedur  və  prosesləri  hazırlamaq  üçün  bankın  risk  profilini  daha  yaxşı  başa  düşməyə 
kömək edir. 
 
Xüsusilə də, bankın fəaliyyətinə aid məlumatın təhlilində aşağıdakı amillər nəzərə alınmalıdır: 
 
1) Hesabın məqsədi.   
 
2) Hesab üzrə cari və ya nəzərdə tutulmuş fəaliyyət. 
 
3) Müştərinin fəaliyyətinin/məşğuliyyətinin xüsusiyyəti. 
 
4) Müştərinin yerləşməsi.   
 
5) Müştəri tərəfindən istifadə edilən məhsul və xidmət növləri. 
 
İki mərhələli qiymətləndirmə prosesinin üstünlüyü aşağıdakı misalda göstərilir. Risklərin qiymətləndirilməsi 
prosesinin  birinci  mərhələsində  bankın  gündə  100  beynəlxalq  pul  köçürmələrini  həyata  keçirdiyi  məlum 
olmuş.  Sonrakı  təhlil  bu  köçürmələrin  təxmini  90%  faizinin  uzun-müddətli  müştərilər  üçün  yaxşı 
sənədləşdirilmiş təkrarlanan əməliyyatlar və yaxud da təkrarlanmayan və ya müştəri olmayan şəxslər üçün 
edilən köçürmələr olduğunu göstərə bilər. Hər iki halda rəqəmlər eyni olsa da, risklər tamamilə fərqlidir.   
 
2
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə