Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
 
-  Müştərinin  şəxsiyyətini  təsdiq  edən  və 
əməliyyatları barədə məlumatlar çevik və vaxtında 
tapıla bilir.   
-  Maliyyə  təşkilatı  müntəzəm  olaraq  üçüncü  şəxsin 
apardığı 
araşdırmalara 
etibar 
etdikdə, 
bu 
araşdırmaların 
etibarlılığını 
yoxlamaq 
üçün 
sənədlərin nümunələrini tələb edir
 
 
 
 
 
-  Maliyyə  təşkilatı  müştəri  ilə  bağlı  məlumatlarını 
onlara  çıxış  imkanlarını  məhdudlaşdıran  və  ya 
dövlət  orqanlarına  vaxtında  təqdim  edilməsini 
çətinləşdirən şəkildə saxlayır.   
-  Maliyyə  təşkilatı  üçüncü  şəxsə  etibar  etdiyi 
müştərinin  araşdırılması  ilə  bağlı  məlumatları  əldə 
edə bilmir. Bu ÇPY üzrə Qaydalara ziddir. 
-  Araşdırma  ilə  bağlı  məlumatların  böyük  hissəsi 
vaxtında əldə edilə bilmir
-  Maliyyə  təşkilatı  üçüncü  şəxsin  məlumatından 
istifadə etmək üçün onun razılığının alınması barədə 
düşünməmişdir.   
-  Müştəri  ilə  bağlı  məlumatlarda  izah  olunmayan 
boşluqlar mövcuddur. 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
Uçot və işi digər şəxslərə etibar etmə 
Maliyyə təşkilatları müştəri ilə bağlı sənədlərin və  məlumatların nüsxələrini biznes əlaqələri başa 
çatdıqdan, əməliyyatlarla bağlı bütün sənədləri isə əməliyyatlar başa çatdıqdan sonra beş il ərzində 
saxlamalıdır. Digər şəxslər araşdırma tədbirlərinin həyata keçirilməsini maliyyə təşkilatına etibar 
etdikdə, həmin araşdırmalarla bağlı məlumatlar/sənədlər araşdırmanın etibar edildiyi tarixdən beş 
il  ərzində  saxlanmalıdır.  Maliyyə  təşkilatları  müştərinin  araşdırılması  tədbirlərinin  çirkli  pulların 
yuyulması və terorizmin maliyyələşdirilməsi baxımından adekvat oluğunu nümayiş etdirmək üçün 
kifayət edən məlumatların uçotunu aparmalıdır. 
Özünü qiymətləndirmək üçün suallar:   
• Maliyyə təşkilatı hər hansı müraciətə cavab vermək üçün köhnə məlumatları çevik tapa bilirmi?   
•  Maliyyə  təşkilatı  ÇPY  üzrə  araşdırmaların  aparılmasını  digərlərə  etibar  edirsə  (Əlavə  1-də 
―Etibar  etməyə‖  bax),  bunu  ÇPY  üzrə  Qaydaların  müəyyən  etdiyi  məhdudiyyətlər  çərçivəsində 
edirmi? Bu maliyyə təşkilatlarına nə dərəcə etibar edə biləcəyini necə müəyyən edir?   
 
 
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
 
2
 
Təcrübi misal – ÇPY üzrə zəyif nəzarət mexanizmləri
 
2010-cu  ilin  may  ayında  valyuta  mübadiləsi  üzrə  onlayn  xidmətlərin  təchizatçısı  Alpari  MMC   
ÇPY üzrə nəzarət mexanizmlərinin zəyifliyinə görə 140.000 funt məbləğində cərim edilmişdir.   

 
Alpari  hesabın  açılması  mərhələsində  müştərinin  araşdırılması  prosedurlarını  qənaətbəxş 
şəkildə yerinə yetirə bilməmiş və hesabın monitorinqini adekvat şəkildə aparmamışdır. 

 
Maliyyə  təşkilatının  internet  vasitəsilə  fəaliyyət  göstərməsi  və  yüksək  riskli  ölkələrdən 
müştərilərə malik olması səbəbindən bu çatışmazlıqlar xüsusilə ciddi görünür.   

 
Maliyyə  təşkilatı  uyğunluq  və  çirkli  pulların  yuyulması  ilə  mübarizə  sahələrindəki 
resurslarının  mühüm  artım  templərinə  uyğun  olmasını  təmin  edə  bilməmişdir.  Apari-nin 
keçmiş ÇPY üzrə Məsul şəxsi həmçinin öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyi 
üçün 14.000 funt cərimə edilmişdir.     
 
 
Təcrübi misal – pul köçürmələri ilə bağlı nöqsanlar
 
Ödəniş  tapşırıqlarının  istifadəsi  ilə  bağlı  gözləntilərə  cavab  verməyən  bank  yalnız  Maliyyə 
Xidmətləri  İdarəsinin  hüquqi  tədbirləri  və  ya  araşdırması  riskinə  deyil,  həmçinin  xaricdə 
sanksiyalara məruz qala bilər (cinayət məsuliyyətinə cəlb edilə bilər). 
2009-cu  ilin  yanvar  ayında  Lloyds  TSB  şirkəti  onun  Britaniya  və  Dubaydakı  ofislərində  ABŞ-ın 
sanksiyalar  siyahısında  olan  ölkələr  və  ya  şəxslərlə  bağlı  köçürmələrdən  müştərinin  adının  və 
ünvanının  qəsdən  çıxarıldığı  aşkarlandıqdan  sonra  ABŞ  hökumətinə  350  mln.dollar  ödəməyə 
razılaşmışdır. ABŞ Ədliyyə Departamenti belə gənaətə gəlmişdir ki, Lloyds TSB şirkətinin işçiləri 
bu məlumatı ödənişlərin Amerika maliyyə təşkilatlarındakı avtomatik filtrlərindən keçməsini təmin 
etmək üçün çıxarmışdır. 
2010-cu ilin avqust ayında Barklis Bank PLC tərəfindən ABŞ-ın sanksiyalar siyahısındakı ölkələrin 
və    şəxslərin xeyrinə sanksiyalardan boyun qaçırmağa kömək edən təcrübələrin həyata keçirildiyi, 
o cümlədən ABŞ-ın maliyyə təşkilatlarında vəsaitlərin həqiqi mənbəyi ilə bağlı sual doğura biləcək 
ödəniş tapşırıqlarından məlumatın çıxarıldığı aşkarlandıqdan sonra ABŞ hökumətinə 298mln.dollar 
ödəməyə  razılaşmışdır. Bank 1990-cu  ilin ortalarından  2006-cı  ilin  sentyabr  ayınadək illər uzunu 
davam edən pozuntular barədə özü məlumat vermişdir. 
 
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Əməliyyatların Monitorinqi üzrə Avtomatlaşdırılmış Sistemlər
 
Maliyyə  təşkilatının  biznes  fəaliyyətlərinin  xüsusiyyəti  və  həcmindən  asılı  olaraq,  ƏM  üzrə 
avtomatlaşdırılmış sistemlər ÇPY-na qarşı ümumi nəzarət mühitinin mühüm komponenti ola bilər.     
Metodologiyalar 
• ƏM üzrə sistemlər risk profillərinə və/və ya qaydalara əsaslanan monitorinq üsullarından istifadə 
edir. 
•  Risk  profili-əsaslı  monitorinq  statistik  modelləşdirmə  üsullarında  istifadə  etməklə  müştəri 
fəaliyyətinin qeyri-adi xüsusiyyətlərini aşkarlayır. Bunun üçün müştərinin və ya oxşar qrupların cari 
fəaliyyəti ilə tarixi fəaliyyəti müqayisə edilir. 
•  Qaydalar-əsaslı  monitorinq  müştəri  fəaliyyətinin  qeyri-adiliyini  müəyyən  etmək  üçün  onu 
əvvəlcədən müəyyən edilmiş həddlər və ya modellərlə müqayisə edir.   
Sistemlərin yaradılması və tətbiqi 
• Sistemin məqsədlərinin və mövcud məlumatın məhdud olması ilə bağlı çətinliklərin (o cümlədən 
məlumatın dəqiqliyi və ya köhnəlmiş sistemlərlə bağlı yaranan məsələlərin) aydın başa düşülməsi. 
•  Təchizatçının  söz  verilmiş  xidmətləri  təchiz  etmək  və  adekvat  davamlı  dəstək  göstərmək  üçün 
bacarıq, resurs və imkanlara malik olmasının nəzərdən keçirilməsi. 
•  Təchizatçı  ilə  yaxşı  işgüzar  münasibətlərin  yaradılması,  məsələn  sistemin  konfiqurasiyasını 
müəyyən etmək üçün birgə işlədikdə. 
•  Məlumatın  emalı  ilə  bağlı  problemləri  azaltmaq  üçün  tövsiyə  edilən  və  ya  maliyyə  təşkilatının 
mövcud infrastrukturuna uyğun olan avadanlıqlardan istifadə edilməsi. 
• Sistemə daxil edilən məlumatın və biznes tələblərin tam başa düşülməsi. 
• Müntəzəm texniki xidmət və məlumat bazasının qorunub saxlanması   
•  Standart  məhsulların  gələcək  təkmilləşdirilməsinə  uyğunlaşmayan  sifarişli  təchizat  sisteminin 
tətbiqi ilə bağlı risklərin ətraflı nəzərdən keçirilməsi. 
• ƏM-in gündəlik fəaliyyətdə insan faktorunu əvəz etmədən onu tamamlaya biləcəyindən, şübhəli 
əməliyyatlar haqqında daxili hesabatlığın effektivliyinin təmin edilməsinə kifayət qədər resursların 
ayrılması. 
 
 
 
 
 
YAXŞI TƏCRÜBƏ
 
2
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə