Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Əməliyyatların Monitorinqi üzrə Avtomatlaşdırılmış Sistemlər
 
 
Effektvilik 
• Fəaliyyət nəticələrinin əsasını təşkil edən real daşıyıcıları başa düşmək üçün sistemin fəaliyyətinin 
kifayət qədər ətraflı, məsələn qaydalar üzrə təhlili.   
•  Sadəcə  fəaliyyətin  statistikasını  yaxşılaşdırmaq  üçün  sistemlər  az  sayda  həyacan  signallarını 
/xəbərdarlıq verən tərzdə qurulmamalı. Lakin, verilən xəbərdarlıqların keyfiyyətini və kəmiyyətini 
yaxşılaşdırmadan  nəticədə  şübhəli  fəaliyyət  kimi  qeydə  alınan  xəbərdarlıqların  sayının  ―süni‖ 
artırılması riski mövcuddur.   
•  Mövcud  qaydalar  və  ya  profil-əsaslı  monitorinq  vasitəsilə  aşkarlanmayan  şübhəli  fəaliyyəti 
müəyyənləşdirmək üçün analitik alətlərdən istifadə. 
• Uğurun nə cür ölçüldüyünü müəyyən etmək və bu ölçülərə qarşı fəaliyyətin təhlili üçün obyektiv 
məlulat  hazırlamaq  məqsədilə  sistemin  fəaliyyətinin  təhlilinə  və  qiymətləndirilməsinə  adekvat 
resursların ayrılması. 
• Fəaliyyətlə bağlı məlumatın, misal üçün müəyyən qaydalardan/hesabatlardan müxtəlif vaxtalarda 
istifadə  etmək  qərarları  ilə  təhrif  edilmədiyini  təmin  etmək  üçün  bir  dövrdən  o  biri  dövrədək 
monitorinqin aparılması.   
• Fəaliyyətin nəticələrini mümkün qədər oxşarlara, məsələn oxşar bazarlarda fəaliyyət göstərən və 
oxşar profillərdən və qaydalardan istifadə edən qruplara qarşı ölçmək. 
Nəzarət 
• Baş menecment, xüsusilə də sistemləri ilə bağlı əməliyyat və ya effektivlik problemlərini yaşayan 
maliyyə  təşkilatlarında,  bu  problemləri  vaxtında  həll  etmək  üçün  ƏM  sistemlərinin  fəaliyyətinə 
nəzarət etmək imkanında olmalıdır. 
•  Əsas  biznes  bölmələrinin  maraqlı  tərəfləri  və  İT  departamentinin  layihənin  idarəedilməsi 
prosesində yaxından iştirakı sistemin uğurlu tətbiqinin mühüm komponentidir. 
Hesabatlıq və yoxlama 
•  ƏM  sistemləri  tərəfindən  verilən  xəbərdarlıq/həyacan  signallarının  nəzərdən  keçirilməsi, 
araşdırılması və hesabların verilməsinə dair vəzifələrin aydın bölüşdürülməsi aparılmalıdır. Bu işə 
görə  məsuliyyət  daşıyan  şəxslər  müvafiq  bacarıqlara  malik  olmalı  və  əməliyyat  nəzarəti  və 
keyfiyyətin təmin edilməsi proseslərini effektiv yerinə yetirməlidirlər.   
 
 
 
 
YAXŞI TƏCRÜBƏ
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Risk-əsaslı yanaşmanın tətbiq edilməsi
 
 
Bir iri maliyyə təşkilatının prosedurları mövcud 
müştərilərin  vaxtaşırı  araşdırılmasını  tələb  edir 
(Öz  Müştərini  Tanı/ÖMT).  Araşdırmanın 
dərinliyi  müştəriyə  verilən  risk  reytinqinə 
əsaslanır. A və B reytinqi verilmiş müştərilər üç 
ildən bir araşdırılır; C iki ildən bir; D və E ildə 
bir  dəfə.  Aşağı  riskli    (A-C)  müştərilər  üçün 
araşdırma  yalnız  aşağıdakı  məsələləri  əhatə 
etməklə  müştərinin  faylını  təzələməlidir: 
mülkiyyətdə 
və 
ya 
kapitalda 
mühüm 
dəyişikliklər;  səhmdarlar  arasına  və  ya  baş 
menecmentə  SƏŞ-lərin  cəlb  edilməsi;  və  ya 
müştərinin  sahibləri  və  ya  baş  menecmenti 
barədə  hər  hansı  mənfi  xəbərlər.  Yüksək  riskli 
(D  və  ya  E)  müştərilərin  araşdırılması  zamanı 
onlara  səfərlərin  edilməsi  məqsədə  uyğundur. 
Bu  cür  səfərlərdə  adətən  aşağıdakı  məsələlər 
əhatə  olunur:  müştərinin  müştərilərlə  bağlı 
prosedurların  nəzərdən  keçirilməsi;  ÖMT 
sənədləri  nümunələrinin  testdən  keçirilməsi;  və 
ÇPY  üzrə  illik  sertifikatlaşdırma,  əməliyyatlar, 
potensial SƏŞ və ya sanksiyalarla bağlı suallara 
cavabların alınması. 
 
 
Bəzi maliyyə təşkilatları öz müştəriləri ilə bağlı 
çirkli 
pulların 
yuyulması 
riskinin 
təsnifləşdirilməsinə dair güclü yanaşmaya malik 
deyildir.  Məsələn,  topdan  satış  üzrə  bir  kiçik 
maliyyə təşkilatı bütün müştərilərini, çoxusunun 
Şərqi  Avropa,  Şimali  Afrika  və  Yaxın  Şərqdə 
yerləşməsinə baxmayaraq, aşağı və ya orta riskli 
kimi 
təsnifləşdirmişdir. 
Digər 
maliyyə 
təşkilatının 
risklərin 
qiymətləndirilməsi 
prosedurları  Uyğunluq  və  ya  ÇPY  üzrə  Məsul 
şəxsin  hər  bir  müştəri  üzrə  risk  kateqoriyasını 
müəyyən  edəcəyini  və  qiymətləndirmənin 
əsaslandığı  məqamların  uçotunu  aparacağını 
müəyyən  edir.  Lakin,  fayllar  nəzərdən 
keçirildikdə, 
hər 
hansı 
risklərin 
qiymətləndirilməsinin  ümumiyyətlə  aparıldığına 
dair heç bir dəlil tapılmamışdır.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Risk-əsaslı yanaşmanın tətbiq edilməsi
 
 
Bəzi  dəyişikliklərə  cavab  olaraq,  bir  iri  bank 
ÇPY  üzrə  Məsul  şəxsin  menecerlərindən  birini 
ÇPY  üzrə  nəzarət  mexanizmlərinə  görə  əsas 
məsuliyyət  daşıyacaq  direktor  vəzifəsinə  təyin 
etmək  qərarına  gəlmişdir.  Direktorun  daşıdığı 
vəzifələr  dələduzluq,  risk  və  çirkli  pulların 
yuyulmasını əhatə etdiyi üçün o, bu rola uyğun 
görünürdü. 
Bankın 
bu 
vəzifəyə 
Şura 
səviyyəsində  baş  menecerin  təyin  edilməsinə 
dair  rəsmi  qərarı  ÇPY  üzrə  güclü  nəzarət 
strukturunun  mühümlüyünü  vurğulayırdı.  Bu 
təyinatdan  sonra,  direktor  ÇPY  məsələləri  ilə 
bağlı 
bu 
günədək 
rəhbərliyə 
verilən 
məlumatların  parçalanmış  olduğu  qənaətinə 
gəlmişdir.  Beləliklə  qaydalardaki  dəyişikliklər, 
bankda  daha  yaxşı  təşkil  olunmuş  Rəhbərliyin 
Məlumatlandırılması  sisteminin  və  müvafiq 
məsələləri  nəzərdən  keçirmək  üçün  Qrup 
səviyyəsində  Maliyyə  Riskləri  Komitəsinin 
yaradılmasını sürətləndirmişdir (keçmişdə də bu 
məsələlərə  müxtəlif  Risk  Komitələri  baxıb). 
Yeni  Komitə  dələduzluq,  çirkli  pulların 
yuyulması  və  sanksiyalar  məsələlərini  əhatə 
edir,  lakin  əsas  diqqəti  ÇPY  məsələrinə 
yönəldir. 
 
 
Bir  maliyyə  təşkilatı  Maliyyə  Sanksiyaları 
siyahısında  ola  biləcək  müştərilərlə  işləmədiyi 
üçün  siyahını  müntəzəm  olaraq  yoxlamadığını 
bildirmişdir. 
Bir  orta  və  bir  kiçik  maliyyə  təşkilatları  ÇPY 
üzrə 
təlimlərin 
keçirilməsi 
sahəsində 
təkmilləşdirmələrə  ehtiyacın  olduğunu  qeyd 
etmişlər.  Bir  maliyyə  təşkilatı  təlimlərin 
vəzifələrlə  tanışlıq  proqramının  bir  hissəsi  kimi 
keçirildiyini  və  işçilərin  karyerası  boyunca 
müntəzəm  olaraq  təkrarlanmadığını  bildirmiş. 
Digər təşkilat isə ÇPY üzrə təlimləri yalnız yeni 
işçinin  müraciəti  ilə  keçirdiyini  və  bu  günədək 
bu cür müraciətlərin edilmədiyini qeyd etmişdir. 
Maliyyə təşkilatının ÇPY üzrə Məsul şəxsi yeni 
işçilərin  çoxusunun  tənzimlənən  sektordan 
gəldiyi  üçün  ÇPY  ilə  bağlı  öhdəliklərini  yaxşı 
bildiklərini  güman  etmişdir.  İşçilərdən  maliyyə 
təşkilatının  ÇPY  üzrə  prosedurları  ilə  tanış 
olduqlarını təsdiqləyən formanı imzalamaq tələb 
olunurdu,  lakin  onların  bilikləri  heç  vaxt 
yoxlanılmırdı.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
PİS təcrübə
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə