Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   2   3   4   5   6   7   8   9   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
Daxili nəzarət mexanizmləri aşağıdakı tələblərə cavab verməlidir:   
1) Çirkli pulların yuyulması ilə məşğul olan şəxslər və cinayətkarlar tərəfindən pozuntulara daha həssas bank 
əməliyyatlarını  müəyyənləşdirməli  (məsələn,  məhsul,  xidmət,  müştəri,  şirkət  və  coğrafi  yerləşmə);  bankın 
risk  profilinin  vaxtaşırı  təzələnməsini  nəzərdə  tutmalı;  və  ÇPY  üzrə  risklərin  idarəedilməsinə  yönəlmiş 
uyğunluq proqramını təmin etməli. 
2)  Müşahidə  şurasına,  və  ya  komitələrə,  və  baş  menecmentə  uyğunluq  təşəbbüsləri,  uyğunluqla  bağlı 
müəyyən  edilmiş  çatışmazlıqları  və  onları  aradan  qaldırmaq  üçün  görülmüş  tədbirləri  və  şübhəli 
əməliyyatlar haqqında təqdim edilmiş hesabatlar barədə məlumat verməli. 
3) ÇPY qarşı tələblərin riayət olunmasına görə məsul şəxsi və ya şəxsləri müəyyən etməli.   
4) Menecmentdə və ya işçi heyətində və ya strukturunda dəyişikliklərə baxmayaraq proqramın davamlılığını 
təmin etməli. 
5)  Sənədləşdirmə  və  hesabatlıqla  bağlı  bütün  tənzimləyici  tələblərə,  ÇPY  ilə  mübarizəyə  dair  tövsiyələrə 
uyğun olmalı və qaydalardakı dəyişikliklərə cavab olaraq vaxtlı dəyişikliklərin edilməsini nəzərdə tutmalı.   
6) Müştərinin risk əsasında araşdırılması (due diligence) üzrə siyasət, prosedur və prosesləri tətbiq etməli. 
7) Barəsində hesabat verilməli əməliyyatları müəyyən etməli və bütün tələb olunan hesabatları, o cümlədən 
Şübhəli  Əməliyyatlar  haqqında  Hesabatlar  (ŞƏH),  Valyuta  Əməliyyatları  haqqında  Hesabatlar  (VƏH)  və 
VƏH-dən istisnalar barədə məlumatları təqdim etməli. (Banklar təşkilat daxilində yoxlama və hesabatların 
təqdim edilməsi funksiyalarının mərkəzləşdirilməsi barədə düşünməlidirlər). 
8)  Mümkün  dərəcədə  ikili  nəzarət  və  vəzifələrin  bölüşdürülməsini  nəzərdə  tutmalı.  Məsələn,  hesabatlıq 
(məsələn  ŞƏH,  VƏH  və  VƏH-dən  istisna)  formalarını  dolduran  işçilər  hesabatların  verilməsi  və  ya 
istisnaların edilməsi qərarlarına görə məsuliyyət daşımamalıdırlar. 
9) VƏH və VƏH-dən istisnaların təqdim edilməsinə dair adekvat nəzarət mexanizmləri və sistemlərini təklif 
etməli. 
10) Şübhəli fəaliyyətin vaxtında müəyyən edilməsi və barəsində hesabatın verilməsinə dair adekvat nəzarət 
mexanizmləri və monitorinq sistemlərini təklif etməli. 
11)  Valyuta  əməliyyatlarını  həyata  keçirən,  hesabatları  hazırlayan,  istisnaları  müəyyən  edən,  şübhəli 
fəaliyyətlərə  nəzarət  edən  və  ya  ÇPY  qarşı  tələblər  və  icraedici  göstərişlər/təlimatlarla  əhatə  edilmiş  hər 
hansı digər fəaliyyətlə məşğul olan işçilərə dair adekvat nəzarəti təmin etməlidir. 
 
Daxili nəzarət mexanizmləri – Müşahidə şurası baş menecment vasitəsilə bankda ÇPY qarşı effektiv daxili 
nəzarət  sturkturunun,  o  cümlədən  şübhəli  əməliyyatlara  dair  monitorinq  və  hesabatlığın  təmin  edilməsinə 
görə  başlıca  məsuliyyət  daşıyır.  Müşahidə  şurası  və  menecment  bankın  ÇPY  qarşı  siyasət,  prosedur  və 
proseslərinə  əməkdaşlar  tərəfindən  riayət  olunmasını  təmin  etmək  üçün  uyğunluq  mədəniyyətini 
yaratmalıdırlar.    Daxili  nəzarət  mexanizmləri  riskləri  azaltmaq  və  onlara  nəzarət  etmək  və  ÇPY  qarşı 
tələblərin  yerinə  yetirilməsinə  nail  olmaq  üçün  yaradılmış  siyasətlər,  prosedurlar  və  proseslərdir.  Daxili 
nəzarət mexanizmlərinin mürəkkbəliyi bankın həcmi, strukturu, riskləri və əməliyyatlarının mürəkkəbliyinə 
uyğun/mütənasib  olmalıdır.  İri  həcmli  banklar  ÇPY  qarşı  tələblərə  uyğun  olmaq  üçün  departament 
səviyyəsində  nəzarət  mexanizmlərini  tətbiq  etməlidirlər.  Departament  səviyyəsində  nəzarət  mexanizmləri 
adətən  konkret  biznes  xəttinə  və  ya  departamentə  xas  olan  risklərə  və  uyğunluq  tələblərinə  yönəldilir  və 
ÇPY üzrə geniş uyğunluq proqramının tərkib hissəsidir.   
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
Daxili nəzarət mexanizmləri aşağıdakı tələblərə cavab verməlidir:   
12) ÇPY  qarşı  tələblərə  uyğunluğu  bank  əməkdaşlarının  vəzifə  təlimatlarına  və  fəaliyyət  nəticələrinin 
qiymətləndirilməsi daxil etməli. 
13) İşçilərə ÇPY ilə mübarizəyə dair qaydalar və daxili siyasətlərdən irəli gələn vəzifələri barədə məlumatlı 
etmək üçün təlimatlandırmalı. 
 
Daxili nəzarət mexanizmləri – Müşahidə şurası baş menecment vasitəsilə bankda ÇPY qarşı effektiv daxili 
nəzarət  sturkturunun,  o  cümlədən  şübhəli  əməliyyatlara  dair  monitorinq  və  hesabatlığın  təmin  edilməsinə 
görə  başlıca  məsuliyyət  daşıyır.  Müşahidə  şurası  və  menecment  bankın  ÇPY  qarşı  siyasət,  prosedur  və 
proseslərinə  əməkdaşlar  tərəfindən  riayət  olunmasını  təmin  etmək  üçün  uyğunluq  mədəniyyətini 
yaratmalıdırlar.    Daxili  nəzarət  mexanizmləri  riskləri  azaltmaq  və  onlara  nəzarət  etmək  və  ÇPY  qarşı 
tələblərin  yerinə  yetirilməsinə  nail  olmaq  üçün  yaradılmış  siyasətlər,  prosedurlar  və  proseslərdir.  Daxili 
nəzarət mexanizmlərinin mürəkkbəliyi bankın həcmi, strukturu, riskləri və əməliyyatlarının mürəkkəbliyinə 
uyğun/mütənasib  olmalıdır.  İri  həcmli  banklar  ÇPY  qarşı  tələblərə  uyğun  olmaq  üçün  departament 
səviyyəsində  nəzarət  mexanizmlərini  tətbiq  etməlidirlər.  Departament  səviyyəsində  nəzarət  mexanizmləri 
adətən  konkret  biznes  xəttinə  və  ya  departamentə  xas  olan  risklərə  və  uyğunluq  tələblərinə  yönəldilir  və 
ÇPY üzrə geniş uyğunluq proqramının tərkib hissəsidir.   
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı, Şübhəli Əməliyyatlar haqqında Hesabatlıq
 
 
 
 
-  Hesabat  verən  maliyyə  təşkilatında  çalışan  bir 
ÇPYM  ona  təqdim  edilən  bütün  Şübhəli 
Əməliyyatlar  haqqında  Hesabatları  (ŞƏH)  Maliyyə 
Monitorinqi  Xidmətinə  (MMX)  ötürəcəyini  və  bu 
əməliyyatların  ciddiliyinə  dair  hər  hansı  rəy 
bildirməyəcəyini qeyd etmişdir. 
-  Hesabat  verən  təşkilatda  ÇPYM  Şübhəli 
əməliyyatlar  barədə  MMX-ya  hesabatın  necə 
verilməsinə, hansı məlumatların əks etdirilməsinə və 
ŞƏH-in  necə  tərtib  edilməsinə  dair  heç  bir  bilik 
nümayiş  etdirməmişdir.  Maliyyə  təşkilatının  siyasət 
və  prosedurları  ŞƏH-in  proformasını  daxil  edir, 
lakin ÇPYM bu sənədlə tanış deyildir. 
-  Hesabat  verən  təşkilat  şübhəli  əməliyyatlar 
haqqında 
MMX-ə 
hesabatın 
verilməsi 
ilə 
sanksiyalarla  bağlı  tələblərin  arasında  fərq  barədə 
xəbərsizdir  və  inanır  ki,  Sanksiyaların  Birləşmiş 
Siyahısında  hər  hansı  şəxsi  müəyyən  etmişdirsə 
bunu  sadəcə  Şübhəli  Əməliyyat  kimi  MMX-a 
bildirməklə öz işini davam etdirə bilər.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
PİS təcrübə
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə