Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   2   3   4   5   6   7   8   9   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
- ÇPYM müstəqil, bilikli, etibarlı və resurslarla 
yaxşı  təchiz  olunmuşdur  və  lazım  olduqda 
biznesi effektiv yoxlamadan keçirməyə qadirdir. 
- ÇPYM baş menecmentə və ya şuraya birbaşa 
hesabat verir. 
 
 

ÇPYM  təcrübəsizlikdən  və  ya  statusun 
olmamasından,  kifayət  qədər  etibara  və 
səlahiyyətlərə malik deyildir. 
 
-  ÇPYM  nəzarət  etməli  olduğu  siyasətləri  və 
onların mənasını başa düşmür
-  Qrup üzvü  olan  maliyyə  təşkilatının  ÇPYM-ı 
çirkli  pulların  yuyulması  ilə  mübarizəyə  dair 
öhdəliklərin  qrup  siyasəti  ilə  nə  dərəcədə 
adekvat 
əhatə 
olunduğunu 
nəzərdən 
keçirməmişdir.   
-  ÇPYM  maliyyə  təşkilatının  yüksək  riskli 
müştəriləri  barədə  məlumatı  müraciət  əsasında 
və  vaxtlı  şəkildə  əldə  etmək  imkanına  malik 
deyildir və bu cür əlaqələrin monitorinqində heç 
bir rol oynamır.   
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
Bu  hissəyə  aidiyyatı  olan  Maliyyə  Təşkilatları  ÇPY  üzrə  Mütəxəssisi  təyin  etməlidirlər.  ÇPYM 
maliyyə  təşkilatının  çirkli  pulların  yuyulması  ilə  bağlı  öhdəliklərinin  yerinə  yetirilməsinə  nəzarət 
edir və təşkilatın ÇPY-na qarşı fəaliyyətində əlaqələndirici rol oyanyır. 
Özünü qiymətləndirmək üçün suallar:
 

 
ÇPYM öz rolunu effektiv yerinə  yetirmək üçün kifayət qədər resurslaratəcrübəyəçıxış 
imkanlarına və statusa/səlahiyyətlərə malikdirmi? 

 
Maliyyə  təşkilatının  işçiləri,  o  cümlədən  baş  menecment,  çirkli  pulların  yuyulması 
məsələlərinə dair ÇPYM-a məlumat/məsləhətlər verirmi? 

 
ÇPYM müvafiq məsələləri baş menecmentə və, lazım olduqda, şuraya çatdırırmı

 
ÇPYM yüksək riskli əməliyyatlar barədə nə dərəcədə xəbərdardır və onlara necə nəzarət 
edir? 
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
Çirkli Pulların Yuyulmasına qarşı tələblərə Uyğunluq üzrə Mütəxəssis/Məsul şəxs (ÇPYUM)
 
Çirkli  Pulların  Yuyulmasına  qarşı  tələblərə  Uyğunluq  üzrə  Mütəxəssis/Məsul  şəxs  (ÇPYUM)  –  Bankın 
müşahidə  şurası  hər  hansı  səriştəli  şəxsi  ÇPY  qarşı  tələblərə  Uyğunluq  üzrə  Məsul  şəxs  təyin  etməlidir. 
ÇPYUM çirkli pulların yuyulmasına qarşı tələblərin gündəlik yerinə yetirilməsinə nəzarət edir. O, həmçinin 
ÇPY  üzrə  uyğunluq  proqramının  bütün  aspektlərini  idarə  edir  və  bankın  ÇPY  qarşı  tələblərə  və  icraedici 
təlimatlara riayət etməsini təmin edir; lakin bankın ÇPY-na qarşı tələblərə ümumi uyğunluğuna görə başlıca 
məsuliyyəti müşahidə şurası daşıyır. 
 
ÇPY-na qarşı tələblərin riayət olunmasına nəzarət edən şəxsin vəzifəsinin adı əhəmiyyətli olmasa da, onun 
bank daxilində səlahiyyətinin və məsuliyyətinin səviyyəsi çox əhəmiyyətlidir. ÇPYUM öz vizəfələrini digər 
işçilərə  ötürə  bilər,  lakin  ÇPY  üzrə  ümumi  uyğunluğa  şəxsən  məsuliyyət  daşımalıdır.  Şura  ÇPYUM-ın 
bankın risk profilinə uyğun olaraq ÇPY üzrə uyğunluq proqramını effektiv idarə etmək üçün kifayət qədər 
səlahiyyət və resurslara (pul, fiziki və işçi) malik olmasını təmin etməlidir. 
 
ÇPYUM  çirkli  pulların  yuyulmasına  qarşı  və  bütün  aidiyyatı  tələblər  barədə  tam  biliyə  malik  olmalıdır. 
ÇPYUM  həmçinin  bankın  məhsulları,  xidmətləri,  müştəriləri,  şirkətləri  və  coğrafi  yerləşməsini  və  onlarla 
bağlı  potensial  çirkli  pulların  yuyulması  və  terorizmin  maliyyələşdirilməsi  risklərini  başa  düşməlidir.  Öz 
işini  yerinə  yetirmək  üçün  müvafiq  təcrübə,  səlahiyyət  və  ya  vaxta  malik  olmayan  şəxsin  ÇPYUM 
vəzifəsinə təyin olunması tənzimləyici tələblərə cavab vermək üçün kifayət deyildir. 
 
Hesabatlıq  xətti  ÇPYUM-nə  müşahidə  şurasını  və  baş  menecmenti  ÇPY  üzrə  cari  uyuğunluq  barədə 
müntəzəm  qaydada  məlumatlandırmağa  imkan  verməlidir.  ÇPY  ilə  bağlı  məlumatlar,  o  cümlədən  Şübhəli 
Əməliyyatlar  haqqında  MMX-ya  verilən  hesabatlar,  şuraya  və  müvafiq  şura  komitəsinə  çatdırılmalıdır  ki, 
onlar  ÇPY  tələblərinə  ümumi  uyğunluq  barədə  məlumatlı  qərar  verə  bilsinlər.  ÇPYUM  şuranın 
göstərişlərinin  yerinə  yetirilməsinə və bankın ÇPY ilə bağlı siyasətləri, prosedurları və proseslərinə işçilər 
tərəfindən riayət olunmasının təmin ediməsinə görə məsuliyyət daşıyır. 
 
 
 
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Uyğunluq proqramı
 
 
Təlim 
 
 
Təlim    -  Banklar  müvafiq  əməkdaşların  ÇPY-nın  aidiyyatı  aspektlərinə  dair  təlimdən  keçməsini  təmin 
etməlidirlər.  Təlimlərə  tənzimləyici  tələblər  və  bankın  ÇPY  ilə  bağlı  daxili  siyasətləri,  prosedurları  və 
prosesləri daxil edilməlidir. Ən azından, bankın təlim proqramı öz vəzifələrini yerinə yetirmək üçün ÇPY-na 
dair  biliklərə  malik  olmalı  bütün  işçilər  üçün  təlimlər  təşkil  etməlidir.  Təlim  hər  hansı  şəxsin  xüsusi 
vəzifələrinə uyğunlaşdırılmalıdır. Bundan  əlavə,  yeni  işçilərə vəzifə təlimatları izah edildikdə adətən ÇPY 
ilə bağlı tələblərin icmalı da verilir. Təlim trast xidmətləri, beynəlxalq və özəl bankçılıq kimi müvafiq biznes 
xəttlərinə  dair  məlumatları  daxil  etməlidir.  ÇPY  tələblərinə  uyğunluq  üzrə  mütəxəssis  üçün  tənzimləyici 
tələblərdəki  dəyişiklərə,  o  cümlədən  bankın  ÇPY  ilə  bağlı  fəaliyyətinə  və  risk  profilinə  uyğun  şəkildə 
müntəzəm təlimlər keçirilməlidir. 
 
Müşahidə  şurası  və  baş  menecment  ÇPY  ilə  mübarizə  sahəsində,  icraedici  göstərişlər  və  təlimlatlarda  və 
federal bank orqanlarının qaydalarında dəyişikliklər və  yeniliklər barədə məlumatlı olmalıdırlar. Müşahidə 
şurasının bank əməliyyatçıları qədər təlimlərə ehtiyacı olmasa da, onlar ÇPY-na qarşı tənzimləyici tələblərin 
əhəmiyyətini,  onlara  riayət  etməməyin  nəticəsini  və  bundan  irəli  gələn  riskləri  başa  düşməlidirlər.  ÇPY 
barədə  ümumi  təsəvvürü  olmasa,  müşahidə  şurası  ÇPY-na  nəzarəti  adekvat  şəkildə  keçirə,  ÇPY  ilə  bağlı 
siyasətləri, prosedurları və prosesləri təsdiqləyə və yaxud da ÇPY ilə mübarizə üçün kifayət qədər resurslar 
ayıra bilməz. 
 
Təlimlər  davamlı  olmalı  və  ÇPY  ilə  bağlı  bütün  qaydalardaki  cari  dəyişiklikləri  və  yenilikləri  əhatə 
etməlidir. Daxili siyasətlər, prosedurlar, proseslər və monitorinq sistemlərinə edilən dəyişikliklər həmçinin 
təlim  zamanı  nəzərə  alınmalıdır.  Təlim  proqramı  şuranın  və  baş  menecmentin  ÇPY  tələblərinin  yerinə 
yetirilməsinə verdiyi əhəmiyyəti xüsusilə vurğulamalı və bütün işçilərin ÇPY üzrə uyğunluq proqramındakı 
rollarını başa düşməsini təmin etməlidir. 
 
Çirkli pulların yuyulması fəlaiyyətinə və şübhəli əməliyyatlara nəzarət və hesabatın verilməsi üzrə misallar 
hər  auditoriyaya  uyğunlaşdırılmalıdır.  Məsələn,  kassirlər  üçün  təlimlərdə  iri  valyuta  əməliyyatları  və  ya 
digər şübhəli fəaliyyətlərdən misallar, kredit mütəxəssisləri üçün təlimlərdə isə kredit əməliyyatları vasitəsilə 
çirkli pulların yuyulması misalları gətirilməlidir. 
 
Banklar  öz  təlim  proqramlarını  sənədləşdirməlidirlər.  Təlim  və  imtahan  materialları,  təlim  məşğələlərin 
tarixləri, iştirakçıların siyahısı və davamiyyət barədə məlumatlar bank tərəfindən saxlanmalı və yoxlayıcılar 
üçün açıq olmalıdır. 
 
 
 
 
 
2
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə