Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 4,9 Kb.

səhifə7/36
tarix14.09.2018
ölçüsü4,9 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Eyniləşdirilməsi Proqramı
 
 
Yoxlamanın çatışmaması 
MEP  bankın  müştərinin  həqiqi  şəxsiyyəti  barədə  məntiqi  əminlik  əldə  edə  bilmədiyi  hallar  üçün 
prosedurlara malik olmalıdır. Bu prosedurlar aşağıdakıları müəyyən etməlidir: 
1) Bankın hesab açmalı olmadığı vəziyyətlər
2)  Müştərinin  bank  tərəfindən  onun  şəxsiyyətinin  yoxlandığı  müddət  ərzində  hesabdan  istifadə  etməsi 
şərtləri.   
3) Bankın müştərinin şəxsiyyətini təsdiq etmək cəhtləri boşa çıxdıqdan sonra hesabın bağlanması şərtləri. 
4)  Bankın  müvafiq  qanun  və  qaydalara  uyğun  olaraq  Şübhəli  Əməliyyatlar  barədə  Hesabat  təqdim  etməli 
olduğu vəziyyətlər. 
  
 
 
 
Müştərinin  yoxlanması  –  MƏP  hesab  açıldıqdan  sonra  məntiqəuyğun  müddət  ərzində  müştərinin 
şəxsiyyətini (müştəri barədə məlumatı) yoxlamaq üçün risk-əsaslı prosedurları daxil etməlidir. 
 
Sənədsiz üsullarla yoxlama 
Banklardan müştərinin şəxsiyyətini yoxlamaq üçün sənədsiz üsullardan istifadə etmək tələb olunmur. Lakin, 
müştərinin şəxsiyyətini yoxlamaq üçün sənədsiz üsullardan istifadə edən bank həmin üsulları müəyyən edən 
prosedurlara malik olmalıdır. Sənədsiz üsullara müştəri ilə əlaqənin yaradılması; müştəridən və istehlakçılar 
agentliyi,  ictimai  məlumat  bazaları  və  ya  digər  mənbələrdən  əldə  edilən  məlumatları  müqayisə  etməklə 
müstəqil  yoxlamanın  aparılması;  digər  maliyyə  təşkilatları  ilə  əlaqələrin  yoxlanması;  və  maliyyə 
hesabatların əldə edilməsi daxildir. 
 
Bankın  sənədsiz  prosedurları  həmçinin  aşağıdakı  vəziyyətləri  əhatə  etməlidir:  şəxs  üzərində  şəkil  və  ya 
oxşar qorunma işarələri olan dövlət orqanlarının verdiyi etibarlı (vaxtı bitməmiş) eyniləşdirici sənədi təqdim 
edə  bilmir;  bank  təqdim  edilmiş  sənədlərlə  tanış  deyildir;  hesab  sənədsiz  açılıb  (məsələn,  bank  sonradan 
yoxlamaq məqsədilə müştəridən tələb olunan məlumatı əldə edir/ sonradan sənədin təqdim edilməsi şərti ilə 
şifahi  məlumat  alır);  hesab  müştərinin  şəxsən  iştirakı  olmadan  açılmışdır;  və  ya  bank  sənədlər  vasitəsilə 
müştərinin  həqiqi  şəxsiyyətinin  müəyyən  edilə  bilməməsi  riskini  artıran  vəziyyətlə  qarşılaşdıqda  /  faktlar 
təqdim edildikdə. 
 
Müəyyən müştərilər üçün əlavə yoxlama 
MƏP bankın fiziki şəxs olmayan müştərilər tərəfindən açılmış yeni hesabların risklərinin qiymətləndirilməsi 
əsasında  müştərinin  şəxsiyyətini  yoxlamaq  üçün  bu  cür  hesablar  üzərində  səlahiyyəti  olan  və  ya  onlara 
nəzarət  edən,  o  cümlədən  imzalayan  şəxslər  barədə  məlumat  əldə  etdiyi  vəziyyətləri  nəzərə  almalıdır.  Bu 
yoxlama  üsulu  yalnız  bank  sənədli  və  sənədsiz  üsullarla  müştərinin  həqiqi  şəxsiyyətini  təsdiqləyə 
bilmədikdə tətbiq edilir. Məsələn, banka fərdi sahibkar və ya əsas ortaq barədə məlumat əldə etmək və onun 
şəxsiyyətini təsdiq etmək tələb olunduqda və bunu başqa vasitələrlə etmək mümkün olmadıqda.       
 
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Eyniləşdirilməsi Proqramı
 
 
 
Müştərinin eyniləşdirilməsi ilə bağlı yüksək riskli vəziyyətlərin həll edilməsi 
 
 
Müştərinin eyniləşdirilməsi ilə bağlı yüksək riskli vəziyyətlərin həll edilməsi 
 
Qanunvericilik  maliyyə  təşkilatlarının  çirkli  pulların  yuyulması  siyasətləri  və  prosedurlarının  riskə  həssas 
olmasını  tələb  edir.  Bu  o  deməkdir  ki,  yüksək  riskli  vəziyyətlərdə  maliyyə  təşkilatları  geniş  araşdırma  və 
davamlı monitorinq tətbiq etməlidirlər. Çirkli pulların yuyulması üzrə  yüksək risk təşkil edən vəziyyətlərə 
aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır: müştərilər yüksək riskli ölkələr və ya biznes sektorları ilə 
bağlıdır;  və  ya  lazımsız  mürəkkəb  və  qeyri-şəffaf  benefisiar  mülkiyyət  strukturuna  malikdir;  qeyri-adi  və 
aydın iqtisadi və  ya hüquqi məqsədi olmayan  əməliyyatlar mürəkkəbdir və  ya çox iridir və ya anonimliyə 
qulluq edir. 
 
ÇPY  üzrə  Qaydalar  xüsusi  olaraq  geniş  araşdırmaların  tətbiq  edilməsini  tələb  edən  üç  ssenarini  müəyyən 
edir: 
 
•  Üzbə-üz  araşdırmanın  aparılmaması:  sahibkarlıq  fəaliyyəti  telefon  və  ya  internet  vasitəsilə  həyata 
keçirildiyi üçün müştəri şəxsiyyətin təsdiq edilməsində fiziki olaraq iştirak etmədikdə. 
 
•  Müxbir  bankçılıq:  müxbir  bank  Avropa  İqtisadi  Zonasından  kənardadırsa,  bank  müxbirin  biznesini, 
reputasiyasını və çirkli pulların yuyulması və terorizmin maliyyələşdirilməsinə qarşı istifadə etdiyi mübarizə 
üsullarının  keyfiyyətini  ətraflı  öyrənməlidir.  Baş  menecment  hər  yeni  müxbir  bank  əlaqələrini  təsdiq 
etməlidir. 
 
• Siyasətlə Əlaqəli Şəxs (SƏŞ): xarici ölkədə, Avropa Birliyi təşkilatında və ya beynəlxalq orqanda ictimai 
funksiya yerinə yetirən şəxs, onun yaxın qohumları və məlum olan yaxınları. Müvafiq səlahiyyətlərə malik 
olan  baş  menecer  SƏŞ-lə  biznes  əlaqələrinin  yaradılmasını  təsdiq  etməlidir.  Buraya  həmçinin  əlaqələr 
qurulduqdan sonra SƏŞ olan mövcud müştərilərlə əlaqələrin davam etdirilməsinin təsdiqlənməsi daxildir. 
 
Maliyyə təşkilatının həyata keçirdiyi geniş araşdırma tədbirlərinin səviyyəsi risk əsasında müəyyən edilmə 
bilər.  Maliyyə  təşkilatı  gördüyü  geniş  araşdırma  tədbirlərinin  çirkli  pulların  yuyulması  və  terorizmin 
maliyyələşdirilməsi risklərinə uyğun/mütənasib olmasını nümayiş etdirə/ sübut edə bilməlidir. 
 
 
 
 
 
2
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə