Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
ÇPY/TM riskinin qiymətləndirilməsi 
 
Bankın  ənənəvi  əməliyyat  sahələrində  risklərin  idarəedilməsi  üçün 
istifadə  etdiyi  eyni  prinsiplər  ÇPY  riskinin  qiymətləndirilməsi  və 
idarəedilməsində  də  istifadə  edilməlidir.  Risklərin  düzgün 
qiymətləndirilməsi 
bankın 
ÇPY 
üzrə 
risk 
profilinin 
müəyyənləşdirilməsinə  kömək  edir.  Risk  profilinin  başa  düşülməsi 
riskləri  azaltmaq  üçün  ÇPY  üzrə  uyğunluq  proqramında  risklərin 
idarəedilməsi  proseslərinin  tətbiqinə  imkan  verir.  Risklərin 
idarəedilməsi  prosesi  menecmentə  bankın  nəzarət  sistemində 
boşluqları  daha  yaxşı  müəyyən  etməyə  və  azaltmağa  imkan  verir. 
Risklərin  qiymətləndirilməsi  ÇPY  risklərinin  hərtərəfli  təhlilinin 
aparılmasını  və  bankdaxili  bütün  bölmələrə,  şuraya,  menecmentə  və 
müvafiq  işçilərə  çatdırılmasını  nəzərdə  tutur;  bu  baxımdan  risklərin 
qiymətləndirilməsinin  yazılı  şəkildə  tərtib  edilməsi  qabaqcıl  təcrübə 
hesab olunur.   
 
ÇPY  riskinin  qiymətləndirilməsində  istifadə  edilən  bir  çox  effektiv 
üsullar  mövcuddur;  lakin,  yoxlayıcılar  hər  hansı  konkret  üsula 
üstünlük  verməməlidirlər.  Bankın  menecmenti  bankın  risk  profilinə 
uyğun 
olan 
üsulu 
seçməlidir. 
Menecmenti 
risklərin 
qiymətləndirilməsində  istifadə  etmək  üçün  seçdiyi  hər  hansı  üsul 
bütün aidiyyatı şəxslər tərəfindən asand başa düşülməlidir. 
 
ÇPY  riskinin  qiymətləndirilməsi  prosesi  əsasən  iki  mərhələdən 
ibarətdir: birinci, banka məxsus xüsusi risk kateqoriyalarının müəyyən 
edilməsi  (məsələn,  məhsul,  xidmət,  müştəri,  şirkət,  əməliyyat  və 
coğrafi yerləşməsi); və ikinci, bu kateqoriyalar daxilində riskləri daha 
yaxşı  qiymətləndirmək  üçün  müəyyən  edilmiş  məlumatın  ətraflı 
təhlilinin  aparılması.  Yoxlamanın  həcminin  müyyənləşdirilməsi  və 
planlaşdırılması  prosesi  zamanı  risklərin  qiymətləndirilməsini 
apararkən,  yoxlayıcı  menecment  tərəfindən  bütün  məhsul,  xidmət, 
müştəri, şirkət, əməliyyat və coğrafi yerləşmələrinin nəzərə alındığını 
və xüsusi risk kateqoriyaları üzrə aparılan ətraflı təhlilin adekvatlığını 
müəyyən  etməlidir.  Bank  risklərin  qiymətləndirilməsini  aparmayıbsa, 
bu fakt menecmentlə müzakirə edilməlidir. Yoxlama məqsədləri üçün, 
bank  tərəfindən  risklərin  qiymətləndirilməsi  aparılmadığı  və  ya  onun 
qeyri-adekvat  olduğu  hallarda,  yoxlayıcı  mövcud  məlumata  əsasən 
riskləri özü qiymətləndirməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məqsəd.  Bankın  ÇPY  üzrə  risk  profilinin  və  ÇPY  riskinin  qiymələtləndirilməsi  prosesinin  adekvatlığının 
qiymətləndirilməsi.  ÇPY  riskinin  qiymələtləndirilməsi  prosesinin  qiymətləndirilməsi  yoxlamanın  həcminin 
müyyənləşdirilməsi  və  planlaşdırılması  prosesinin  tərkib  hissəsi  olmalı,  və  risklərin  qiymətləndirilməsi 
barədə bölmənin təlimatlara daxil edilməsi bu iki prosesin ayrı proseslər olduğunu deyil, əksinə, yoxlama 
prosesində  və  bankın  risk-əsaslı  nəzarət  sistemində  risklərin  qiymətləndirilməsinin  mühümlüyünü 
vurğulamaq üçün bu prosesə xüsusi bölmənin ayrıldığını bildirir.       
 
 
2
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
 
Xüsusi risk kateqoriyalarının müəyyən edilməsi 
Risklərin qiymətləndirilməsi prosesinin ilk mərhələsi banka məxsus xüsusi məhsul, xidmət, müştəri, şirkət, 
əməliyyat  və  coğrafi  yerləşmələrin  müəyyən  edilməsindən  ibarətdir.  Bank  vasitəsilə  çirkli  pulların 
yuyulması, terorizmin maliyyələşdirilməsi və ya digər qanunazidd hərəkətlərin görülməsi cəhtləri müxtəlif 
mənbələrdən qaynaqlansa da, müəyyən məhsul, xidmət, müştəri, şirkət və coğrafi yerləşmələr çirkli pulların 
yuyulması ilə məşğul olan şəxslər və cinayətkarlar tərəfindən pozuntulara daha həssas və ya tarixi baxımdan 
daha çox məruz qalmış ola bilər. Müəyyən məhsul, xidmət və ya müştərilə xas olan xüsusiyyətlərdən asılı 
olaraq  risklər  fərqlənə  bilər.  Bank  öz  risklərinin  qiymətləndirilməsini  apardıqda  əməliyyatların  sayı  və 
həcmi, coğrafi yerləşmə və müştəri ilə əlaqələrin xüsusiyyəti kimi müxtəlif amilləri nəzərə almalıdır. Bankın 
müştəri ilə əlaqələrin qurulması üsullarındakı fərqlər (üzbə-üz kontakta qarşı elektron bankçılıq) həmçinin 
nəzərə  alınmalıdır.  Bu  amillərdən  asılı  olaraq  risklər  bankdan  banka  fərqlənir.  Bankın  risklərinin 
qiymətləndirilməsi prosesini nəzərdən keçirdikdə, yoxlayıcı menecment tərəfindən bankın mühüm risklərini 
əhatə edən düzgün qiyməltəndirmənin aparıldığını müəyyən etməlidir.   
Bu  təlimatlardakı  geniş  bölmələrdə  bank  üçün  xüsusi  çətinliklər  və  risklər  yaradan  və  bankın  müvafiq 
siyasət, prosedur və proseslərində əks etdirilməli olan biznes xəttləri, məhsul və müştərilərə dair tövsiyələr 
verilir. Müvafiq nəzarət mexanizmləri olmadan, bu biznes xəttləri, məhsul və müştərilər ÇPY üzrə ümumi 
riskləri artıra bilər. Yoxlayıcı bankın risklərin qiymətləndirilməsi prosesinin onun məhsul, xidmət, müştəri, 
şirkət və coğrafi yerləşmələri ilə bağlı müxtəlif risk dərəcələrini əhatə etməsinə əmin olmalıdır.   
Məhsul və Xidmətlər 
Bankların təklif etdiyi müəyyən məhsul və xidmətlər onların xüsusiyyətlərindən asılı olaraq çirkli pulların 
yuyulması və ya terorizmin maliyyələşdirilməsi baxımından daha böyük risk təşkil edə bilər. Bu cür məhsul 
və  xidmətlər  anonimlik  üçün  daha  çox  imkan  yarada  və  ya  böyük  həcmdə  valyuta  və  ya  valyuta 
ekvivalentlərinin istifadəsini nəzərdə tuta bilər. Bu məhsul və xidmətlərin bəziləri aşağıda göstərilmiş, lakin 
bunlarla məhdudlaşmır:       
1)  Elektron  ödəniş  xidmətləri  –  elektron  pullar  (məsələn,  əvvəlcədən  ödəniş  və  maaş  kartları),  pulların 
köçürülməsi  (yerli  və  beynəlxalq),  müvafiq  məlumat  əsasında  ödənilən  əməliyyatlar,  üçüncü  şəxslər 
vasitəsilə  ödənişlərin  edilməsi,  vəsaitlərin  köçürülməsi,  avtomatlaşdırılmış  klirinq  əməliyyatları, 
avtomatlaşdırılmış terminallar (ATM). 
2) Elektron bankçılıq.   
3) Fərdi bankçılıq (yerli və beynəlxalq).   
4) Trast və aktivlərin idarəedilməsi xidmətləri.   
5) Pul instrumentləri (pul-kredit siyasəti instrumentləri). 
6) Xarici müxbir hesablar (məsələn, böyük həcmdə valyutanın nəqli, poçt əməliyyatları, ödəniş üçün vasitəçi 
hesablar və valyutalar).   
7) Ticarətin maliyyələşdirilməsi.   
8) Ödəniş əməliyyatlarını həyata keçirən üçüncü şəxslərə və ya vasitəçilərə göstərilən xidmətlər. 
 Foreign exchange.   
 Special use or concentration accounts.   
2
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə