Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 03 aprel 2001-ci IL tarixli qərarı ilə təsdiq edilmişdir. Protokol n 13 D/ reyestr 11



Yüklə 115,23 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü115,23 Kb.
#68447


Azərbaycan Respublikası Mərkəzi Bankı 

İdarə Heyətinin 03 aprel 2001-ci il 

tarixli qərarı ilə təsdiq edilmişdir. 

Protokol N 13 D/ reyestr  11    

 

“03 ” aprel 2001-ci il 

 

İdarə Heyətinin Sədri 

________ E.S.Rüstəmov 

 

 

Azərbaycan Respublikasının Bank sistemində 

əmanətlərin (depozitlərin) uçot Qaydaları 

 

 



 

 

 



 

1.  Ümumi müddəalar 

1.1. 


Bu  Qaydalar  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında», 

«Azərbaycan  Respublikasında banklar  və bank  fəaliyyəti  haqqında»  Azərbaycan 

Respublikasının  Qanunlarına,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik 

aktlarına uyğun olaraq hazırlanmışdır.  

1.2. 

Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Bank  sistemində  (irəlidə  «Bank») 



əmanətlər  (depozitlər)  üzrə  mühasibat  uçotu  prinsiplərini  müəyyən  edir  və 

əmanətlər (depozitlər) üzrə əməliyyatların maliyyə hesabatlarında əks etdirilməsi 

məqsədilə tətbiq edilir. 

1.3. 


Bank əmanəti (depoziti) müqaviləsinin bağlanması qaydaları, əmanətlərin növləri, 

onların hüquqi recimi və əmanət (depozit) hesabları ilə bağlı hüquqi münasibətlər 

«Azərbaycan Respublikasının  Mülki Məcəlləsi» ilə tənzimlənir. 

1.4. 


Banklarda  əmanətlər  (depozitlər)  üzrə  əməliyyatlar  aparılarkən  vergitutma 

məqsədləri  üçün  «Azərbaycan Respublikasının  Vergi  Məcəlləsi»nin    müddəaları 

əsas tutulur. 

 

2.  Əmanətlərin (depozitlərin) təsnifləşdirilməsi və onların uçotu 

2.1. 

Maliyyə  hesabatları  məqsədləri  üçün  əmanətlər  (depozitlər)  əmanətçinin 



kateqoriyaları  (fiziki  və  ya  hüquqi  şəxslər),  rezidentlik,  sahə  mənsubiyyəti    və  

əmanətlərin müddəti amilləri üzrə   təsnifləşdirilir.  

2.2. 

Əmanətlərin  (depozitlərin)  uçotu  əmanət  (depozit)  müqaviləsinə  uyğun  olaraq 



əsas məbləğdə  müvafiq balans hesablarda  aparılır.  


2.3. 

Əmanətlər  (depozitlər)  üzrə  faizlər  müvafiq  qanunvericiliyə  və  normativ  aktlara 

uyğun hesablanır. 

 

3. Yekun müddəalar 

3.4. 

Bu  Qaydaların  qüvvəyə  minməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikası Mərkəzi 



Bankının 17 aprel 1996-cı il tarixli,    02-11/366 saylı «Banklarda əmanətlər üzrə 

əməliyyatlar aparılması Qaydaları» öz qüvvəsini itirmiş hesab edilir. 

3.5. 

Bu Qaydalar  03 aprel 2001-ci il  tarixdən qüvvəyə minir.  



 

 

Əmanətlərlə (depozitlərlə) bağlı əməliyyatların uçotunun  



aparılması üçün metodoloji göstərişlər: 

1.  Əmanətlərin (depozitlərin) qəbul edilməsi zamanı aşağıdakı mühasibat yazılışı 

verilir: 

Dt Kassa/ müxbir hesab/ müştərinin hesabı 

Kt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı 

 

2.  Əmanətlərə (depozitlərə) dair ödəniləcək faizlərin hesablanması zamanı aşağıdakı 



mühasibat yazılışı verilir: 

Dt müvafiq faiz xərcləri hesabı 

Kt müvafiq hesablanmış faiz borcları hesabı 

 

3.  Əmanətlər (depozitlər) üzrə hesablanmış faizlərin ödənilməsi zamanı aşağıdakı 



mühasibat yazılışı verilir: 

Dt müvafiq hesablanmış faiz borcları hesabı 

Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı 

 

4.  Əmanətlərin (depozitlərin) qaytarılması zamanı aşağıdakı mühasibat yazılışı 



verilir: 

Dt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı 



Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı 

 

Yüklə 115,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə