Azərbaycan Respublikası Mərkəzi Bankı


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix20.09.2018
ölçüsü2,96 Mb.
#69458
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

30 



 

C.A

B B AS O V

 

KRED İT

 

RİSKLƏRİ:

   

Z-K ƏMİYYƏTİ

 

YANAŞMASI 

 

Xülasə 

Tədqiqat işi Z-kəmiyyəti metodunun maliyyə sistemi üçün tətbiqinin nəzəri-praktiki 

məsələlərinə  həsr  olunub.  Aydındır  ki,  bankdan  borc  götürmüş  hər  hansı 

müəssisənin  maliyyə  durumu  nə  qədər  yaxşı  olarsa,  bir  o  qədər  də  kredit  riskləri 

azalmış  olar.  Bu  baxımdan  borc  götürmək  istəyən  hər  hansı  bir  müəssisənin 

durumunun proqnozlaşdırılması istənilən bank üçün çox vacib bir məsələyə çevrilir. 

Bunun  üçün  iqisadi  ədəbiyyatda  müxtəlif  yanaşmalar  mövcuddur.  Biz  bu 

yanaşmalardan  ən  geniş  isifadə  olunan  Altman  və  Edmisterin  metodologiyalarını 

seçmişik. Məqalə məhz bu müəlliflərin baxışlarına həsr olunub.  

Açar sözlər: kredit riski, Z-kəmiyyəti yanaşması, Kappa testi.     

JEL təsnifatı: G32  

J.Abbasov 

Credit risks: Z-score approach 

Abstract 

The  research  project  was  dedicated  for  the  theoretical  and  practical  issues  of 

applying  the  Z-score  methodology  in  the  financial  system.  It  is  evident  that,  if  the 

creditworthiness  of  a  firm  is  higher,  the  default  risk  of  a  borrower  will  be  lower. 

Therefore, predicting potential customer’s ability to serve its debt is crucial  for the 

banks.  For this reason, there are several approaches in the economic  literature. We 

have  chosen  the  mostly  used  methodology  developed  by  Altman  and  Edminster. 

The article is discussing the views of these authors.       



Key words: credit risk, Z-score approach, Kappa test.     

JEL təsnifatı: G32  

Giriş

 

Bankların  fəaliyyət  sferasında  kredit  riskləri  çox  böyük  əhəmiyyətə  malikdir. 

Anlayış  olaraq  kredit  riski  kredit  alanın  defolt  olma  səbəbindən  və  ya  başqa 

səbəbdən  verilmiş  krediti  geri  qaytara  bilməməsi  və  ya  qaytarmaması  kimi  başa 

düşülməlidir  (Richard  Apostolik,  2009).  Kredit  alanın  krediti  qaytarmaması 

səbəbindən, daha doğrusu riskli kreditlərin verilməsi nəticəsində maliyyə qurumları 

kredit  itkiləri  ilə  üzləşirlər.  Ədəbiyyatlarda  bu  itkilər  iki  formada  təqdim  edilir. 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 

31 



 

Birincisi  gözlənilən  itkilər,  ikincisi  isə  gözlənməyən  itkilər  (Doç.  Dr.  K.  Evren 

Bölgün M. B., 2009).  

Kredit  riskinin  tarixi  də  çox  qədimlərə  gedib  çıxır.  Belə  ki,  qədim  “Hamurabi 

qanun”larında    ‘faiz’,  ‘təminat’  kimi  terminlərə  rast  gəlinir  (Doç.  Dr.  K.  Evren 

Bölgün  M.  B.,  2009).  Kredit  risklərinin  ölçülməsi  metodlarının  meydana 

gəlməsindən  qabaq  banklar  kreditləri  verərkən  yalnız  müştərilərini  yaxından 

tanımaqları  və s. xüsusiyyətləri nəzərə almaqla baş verə biləcək riskləri  minimuma 

endirməyə  çalışırdılar.  Nəticədə  təbii  ki,    qərarların  qəbulu  zamanı  subyektiv 

amillərin  təsiri  həmişə  mövcud  olurdu.  Kredit  risklərinin  ölçülməsi  metodlarının 

tətbiqi  ilə  banklar  kredit  almaq  istəyən  müştəriyə  krediti  vermək  olar  və  yaxud 

olmaz suallarını cavablandırmış olurlar.  

Kredit  risklərinin  ölçülməsi  bu  risklərin  idarə  olunması  və  qabaqlayıcı  tədbirlərin 

həyata  keçirilməsi  baxımından  çox  böyük  əhəmiyyətə  malikdir.  Risklərin 

ölçülməsində  göstəricilərin  uzun  zaman  sıralarına  ehtiyac  duyulur.  Bu  zərurətdən 

irəli  gələrək  Bazel  II  düzəlişinə  əsasən  zəruri  statistik  göstəricilərin  banklar 

tərəfindən toplanılması nəzərdə tutulurdu (Altıntaş, 2012).  

Ümumiyyətlə,  kredit  riski  dedikdə,  verilmiş  kreditin  borcalan  tərəfindən 

razılaşmada nəzərdə tutulmuş şərtlərlə geri qaytarılmaması nəzərdə tutulur. Deməli, 

banka kredit almaq üçün müraciət etmiş müştərinin həmin krediti qatarmasını və ya 

qaytarmamasını  bilmək  bank  üçün  çox  böyük  əhəmiyyətə  malikdir  (Riçard 

Apostolik,  Bank  riski  və  bank  tənzimlənməsinin  əsasları,  2009).  Kredit  riskinin 

müəyyənləşdirilməsi  üçün,  daha  doğrusu,  müştəriyə  istədiyi  krediti  vermək  və  ya 

verməmək  sualının  aydınlaşdırılması  üçün  həm  statistik,  həm  də  ekonometrik 

metodlardan istifadə oluna bilər (Doç. Dr. K. Evren Bölgün M. B., 2009). 

Bu sahədə aparılmış tədqiqatlar 

Altman ilk dəfə 1968-ci  ildə apardığı tədqiqat işində  müşahidə apardığı 66 şirkətin 

əsas maliyyə göstəriciləri əsasında Z-score metodologiyasını hazırlamışdır (Altman 

E.  I.,  Financial  Ratios,  Discriminant  Analysis  and  the  Prediction  of  Corporate 

Bankruptcy,  Sep.,  1968).  Sonrakı  illərdə  Altman  bu  tədqiqatını  bir  neçə  dəfə 

yenidən təkmilləşdirmişdir. Belə ki, O 1977-ci ildə “Zeta Analysis. A new model to 

identify  bankruptcy  risk  of  corporation”  adlı  tədqiqat  işində  1962-1975-ci  illəri 

əhatə  edən  dövr  ərzində  111  şirkət  tədqiqat  obyekti  kimi  götürülmüşdür.  Bu 

müəssisələrdən 53- iflas olmuş şirkətlərdir. İflas olmuş müəssisələrin 29-u istehsal, 

24-ü  isə  pərakəndə  ticarət  müəssisələridir.  İflas  olmamış  müəssisələrin  isə  32-i 

istehsal,  26-ı  pərakəndə  ticarətlə  məşğul  olan  müəssisələrdir  (Altman  E.  ,  “Zeta 

Analysis.  A  new  model  to  identify  bankruptcy  risk  of  corporation”,  1977).  Daha 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə